Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə8/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

 
25
tinə dair fikir söyləməyə imkan yaradır. Bu mədəniyyətin 
təşəkkülündə bəzi etnik qrupların təsirinin izləri də hiss olunur. Lakin 
Hett mədəniyyətində  əsasən Hatt ənənələri üstünlük təşkil edir. 
Şumer-Akkad mədəniyyətinin bəzi cəhətləri də Hett mədəniyyətində 
öz  əksini tapmışdır. Bir vaxtlar Hett aləmində prototürk etnik 
tayfalarının iştirakı haqqında fikirlər səslənsə də, çox təəssüf ki, Hett 
etnik və dil dünyası ciddi tədqiq olunmamışdır. 
Bildiyimiz kimi, Sarqon (2316-2261) və Naram-Suen (2236-
2200) Akkad sülaləsinin  ən görkəmli nümayəndələri olmuşlar. 
Onlarla bağlı  rəvayətlər Hett ədəbiyyatında da öz əksini tapmışdır. 
Onu da qeyd edək ki, Şumer-Akkad  ədəbiyyatının təsiri Hett 
ədəbiyyatının digər sahələrində  də özünü göstərir. Eyni zamanda 
onların mixi yazı sistemindən hetlər də istifadə etmiş, hətta “Gilqamış 
haqqında dastan” Hett dilinə  tərcümə olunmuşdur. Hetlər  Şumer-
Akkad yazılı nümunələrindən asan istifadə etmək üçün üçdilli lüğət 
Şumer-Akkad-Hett lüğəti də tərtib etmişdilər. 
İlkin  ədəbiyyat nümunələrindən sayılan III Hattuşilinin həyat 
və  fəaliyyəti haqqında mətn dövrümüzə  qədər gəlib çatmışdır. 
Mətnin sonunda III Hattuşilinin belə bir müraciəti verilmişdir: 
“Gələcəkdə kim olursa olsun-oğlum, nəvəm yaxud da nəticəm-
hakimiyyətə irsən yiyələnərsə, qoy allahlar içərisində Samuxi 
şəhərinin ilahəsi  İştara ehtiram göstərsin”. Buradan aydın olur ki, 
dini dünyagörüşü baxımından akkadlar da hetlər kimi İştar ilahəsinə 
sitayiş etmişlər. 
Hett hökmdarlarının kitabələri və salnamələri də ilkin 
ədəbiyyat nümunələrindən hesab olunur. Buraya “Anitanın kitabəsi”, 
I Hattuşilin, I Suppiluliumun “Salnamələri” və s. daxildir. 
Bütün qədim xalqların ictimai həyatında olduğu kimi, hetlərin 
də  məişətində  və ideologiyasında din və dini təsəvvürlər mühüm 
əhəmiyyət daşımışdır. Təbii ki, hetlərdə də  


 
26
çoxallahlılıq mövcud olmuş  və allahların da əksər hissəsi Hatt 
mənşəli hesab edilmişlər. Arinna şəhərinin Günəş ilahəsi Vurusem, 
Səma tufan allahı  və onun qadını Hett panteonunda baş allahlardan 
hesab olunur. Eyni zamanda, Hett panteonunda Hatt, Hurri, Akkad, 
Hind-Avropa (luvi, nesi, pala, Hind İran), prototürk və  hələ  də 
mənşəyi məlum olmayan etnos və xalqların dini baxışları da öz 
ifadəsini tapmışdır. 
Hett dövlətinin hər bir vilayət və icmasında yerli ibadətgahlar 
olmuşdur. Allah və ilahələrə isə xüsusi ibadətgahlarda sitayiş 
edilmişdir. 
Dini təsəvvürlər kimi ibtidai insan cəmiyyətində ovsun (maqiya) 
da mövcud idi. Bildiyimiz kimi, ovsun ömürlük insan həyatına daxil 
olaraq  ən qədim təfəkkür tərzini özündə  hələ  də saxlayır. Hetlərin 
ictimai-iqtisadi həyatına dərin nüfuz etmiş ovsun Hett ədəbiyyatında 
da müəyyən iz qoymuşdur. Hetlər həyatın müxtəlif sahələrində-ailə 
münasibətlərində, dolanışıq arzusunda, düşmənə nifrət, dosta uğur 
arzulamaqda ovsuna müraciət etmişlər. 
Hetlərə  qədərki memarlıq saxsı-gil qablar və  əşyalar 
istehsalından ibarət olmuşdur. Yeni Hett padşahlığı dövründə isə 
artıq  əzəmətli daş heykəllər yaradılmışdır. Belə maddi-mədəniyyət 
nümunələrini hökmdar saraylarında və yaxud qayalıqlarda 
hazırlayırdılar. Heykəllərin çoxu Hett hökmdarlarını təsvir edirdi. 
Hetlər maraqlı möhürlər də hazırlayırdılar. Dairəvi və yaxud 
dördbucaq şəklində olan bu möhürlərin üzərində hökmdar təsvirləri, 
kənarlarında isə heroqlif işarələri həkk olunurdu. Hett möhürləri həm 
forma, həm də  məzmun baxımından  şumer-akkad möhürlərindən 
fərqlənirdi. 
Hetlərin spesifik və  bənzərsiz mədəniyyəti digər  Şərq 
xalqlarının da mədəniyyətinə öz təsirini göstərmişdir. 
 


 
27
§6. HİND MƏDƏNİYYƏTİ 
 
Başqa Şərq ölkələri kimi Hindistanda da mədəniyyətin müxtəlif 
sahələri inkişaf etmişdi. Burada ədəbiyyat, incəsənət, memarlıq, təbiət 
elmləri sahəsində bəzi nailiyyətlər qazanılmaqla yanaşı, müxtəlif dini 
ehkamlar və  təsəvvürlər də mövcud idi. Hindistanda əhali qədim 
dövrlərdə bitkilərə, aya, günəşə  və çaya sitayiş edirdi. Hind-İran 
birliyi dövründə hindlilərin iranlılarla oxşar dini anlayışları 
olmuşdur. Belə ki, həm hind, həm də irandilli etnik birləşmələri oda
suya,  əcdadlara, eyniadlı ilahi qüvvələrə inam bəsləyirdilər. 
Hindlilərin ilkin dini təsəvvürləri Riqvedada öz əksini tapmışdı. 
Burada qədim hind panteonunun başında hindlilərin yerin və göyün 
allahı hesab etdikləri  İndra dayanırdı. Eyni zamanda, ilkin dini 
təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya da təmsil 
olunurdu. E.ə. I minilliyin axırlarında Brahma, Vişna və  Şiva 
allahlarına ibadət genişlənir. Allahların əksəriyyəti hətta qədim hind 
allahı Krişna da Vişnanın özünü onun yeni təcəssümü kimi 
göstərmişdi. Bu hind Allahı haqqında yayılan əfsanələrdə Krişnanın 
uşaqlıq və  gənclik illəri öz əksini tapmışdır. Həmin  əfsanələrdə, o 
həm də  məhəbbət aşiqi, özünə qarşı sevgi hissləri təlqin edən allah 
təcəssümü kimi də ifadə olunur. “Mahabharata” dastanında isə 
Krişna hərbi bacarıq və qabiliyyətə malik cəsur bir döyüşçü kimi 
təsvir olunur. 
Qədim Hind panteonunda təmsil olunan yüzlərlə allahlar 
insanlar kimi həyat sürürdülər. 
Qədim Hindlilər axirət dünyasına da inam bəsləyirdilər. 
Hindlilərin dini təsəvvürlərinə görə ölülər allahı hesab olunan Yama 
mərhumları  qəbul edir, sağlıqlarındakı  fəaliyyətlərinə görə onlara 
təyinat verirdi. (Cənnət yaxud cəhənnəm). Getdikcə axirət-dünyasına 
dair təsəvvürlər dəyişdi və hindlilər insanların həmişəyaşarlığını 
qəbul etdilər. Yəni,  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə