Soyad: Hacızadə Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi



Yüklə 443,02 Kb.
səhifə1/4
tarix22.05.2023
ölçüsü443,02 Kb.
#111952
  1   2   3   4
Zərdüştlüyün Azərbaycanda yayılması və onun xüsusiyyətləri








Azərbaycan Dövlət İqtisad Universiteti


Ad: Nihad
Soyad: Hacızadə
Fakültə: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
Qrup: 866
Fənn: Azərbaycan multikultiralizmi
Müəllim:Prof. Paşayeva Məhəbbət
Mövzu: Zərdüştlüyün Azərbaycanda yayılması və onun xüsusiyyətləri.

Bakı 2023


Plan
Giriş
Azərbaycanda zərdüştlük
Zərdüştlüyün Azərbaycanın tarixində rolu
Zərdüştlüyün vətəni haradır?
Zərdüştlük Azərbaycan xalqının tarixində və mədəniyyətində silinməz iz buraxmışdır.
Son onilliklərin tədqiqatlarının zərdüştilik ideyaları.
Suraxanı Atəşgahı


Giriş
İslam dünyada ən çox yayılmış dinlərdən biridir. Bu din VII əsrdə Ərəbistanda meydana gəlmişdir. 1400 ildir ki, İslam Yer kürəsinin milyonlarla əhalisinin əxlaq kodeksi, həyat tərzi, Allah qarşısında hamının bərabərliyi deməkdir. İslamın bərqərar olması ilə çoxallahlığa və bütpərəstliyə qarşı mübarizə başlandı. Məlumdur ki, islamadək insanlar Günəşə, Aya, müxtəlif ruhlara, təbiət cismlərinə və əcdadlara sitayiş edirdilər. İslam, qismən də olsa, özündən əvvəlki dinlərdən - yəhudilik və xristianlıqdan bəhrələnsə də, onun bütün ehkamları və mərasimləri təkrarolunmazlığı ilə səciyyələnır. O dövrdə daşa sitayiş, xüsusilə, geniş Məkkədə məbəd olan Kəbə bütün ərəb tayfaları üçün müqəddəs yer olmuş, müsəlmanların ilahilik rəmzinə çevrilmişdi. 
Zərdüştlük atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc — Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.
Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.
Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur.

Yüklə 443,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə