Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə11/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

 
35
Böyük Çin materialist filosofu Van Çunun (I əsr) fikrincə
dünyanın əsası əbədi mövcud olan “yuan si” maddi substansiyasıdır; 
yüngül hissəciklər (“yan si”) - göyü və kosmosu, qatı hissəciklər (“in 
si”) - torpağı  və göy cisimlərini yaradır. Onların qarşılıqlı  təsiri isə 
bütün mövcudatı meydana çixarır. Çində buddizm fəlsəfəsi Çin fəlsəfi 
ideyasının ünsürlərini mənimsəməklə inkişaf etmiş, buddizmdə  bəzi 
cərəyan və təriqətlərin yaranmasına səbəb olmuşdur. 
Çin yazısı da qədim tarixə malikdir. Bu, öncə çox sadə, 
getdikcə mürəkkəbləşən Çin heroqliflərinin inkişafından aydın 
görünür. 
Qədim Çin yazısında iki minə qədər işarə olmuşdur. Onlar yazı 
yazmaq üçün xüsusi firçalar işlətmişlər. E.ə. III-I əsrlərdə “Erya”, 
“Fanyan”, “Dialektlər” lüğətləri tərtib olunmuşdur. Syuy Şenin 
heroqliflər lüğəti hələ də öz əhəmiyyətini itirməmişdir. 
Dünyanın  ən qədim  ədəbiyyat nümunələri içərisində Çin 
ədəbiyyatının da özünəməxsus yeri vardır. “Şitszin” ilk Çin ədəbi 
abidəsidir. E.ə. IV əsrin ortalarında Çu çarlığı zamanı  əsasını xalq 
yaradıcılığından götürən “Çu şeri” janrı yaranır. Bu janrın görkəmli 
nümayəndəsi Tsyuy Yuanın yaradıcılığında zülmə, haqsızlığa nifrət, 
onlarla mübarizə, xalqa məhəbbət hissləri öz əksini tapmışdır. E.ə. 
V-III  əsrlərdə  fəlsəfi və tarixi məzmunlu nəsr  əsərləri - “Qo yuy” 
(“Çarlıqların tarixi”), “Çuntsyu” (“Salnamə”), “Çjuan tszı”, “Syun 
tszı”, “Men tszı” və s. traktatlar geniş yayılmışdı. E.ə. I əsrdə  Sım 
Tsyanın “Şi tszi” (“Tarixə aid qeydlər”)  əsəri xan sülaləsi dövrünün 
parlaq nümunələrindəndir. 
Çinin ən qədim incəsənət abidələri e.ə. III minilliyə aiddir. E.ə. 
I minilliyin ortalarında burada memarlıq və  şəhərsalma təşəkkül 
tapdı. 
Qədim mədəniyyət abidələri içərisində “Böyük Çin səddinin 
(uzunluğu 2500 km-ə  qədər) böyük əhəmiyyəti vardır. Böyük Çin 
səddinin əsas hissəsi Sin dövləti dövründə  


 
36
(e.ə. 221-207) tikilmişdir. O, əvvəlcə gil və torpaq qarışığından 
tikilmiş, sonralar divar səddin üzünə  kərpic və böyük yastı daşlar 
çəkməyə başlamışlar. Bu divar Xuanxe çayını bir neçə yerdən 
kəsərək düzənlik və dağlardan keçir. Böyük Çin səddinin hündürlüyü 
10 metrə, qalınlığı 6 metrə çatır. Divarın bütün uzunluğu boyu bir-
birindən müəyyən məsafədə dördbucaqlı möhkəm bürclər və onların 
altında qapılar tikilmişdir. Bu sədd  şimaldan gələn hunların 
hücumlarından müdafiə məqsədilə çəkilmişdir. 
Çin musiqi və teatr mədəniyyəti də  qədim köklərə malikdir. 
Əsasən bir səsli olub e.ə. VII əsrdə yaradılan, pentatonika üzərində 
qurulan Çin xalq musiqisi sonralar 7 və 12 səsli sistemlərə 
çevrilmişdir. 
Çin teatrının  əsası Xalq mahnı - rəqs yaradıcılığı  və sirk 
janrları elementlərini birləşdirən “bay si” (“yüz tamaşa”) formaları 
ilə əlaqədardır. 
Beləliklə, deyilənrləndən aydın olur ki, digər  Şərq dövlətləri 
kimi Çinin də çox yüksək mədəniyyəti olmuşdur. Çin 
mədəniyyətinin bəzi nailiyyətləri qədim dövrlərdə başqa ölkələrə  -
Hindistana,   Ərəbistana   daha   sonralar   Avropaya keçmişdir. 
 
§8. YUNAN  MƏDƏNİYYƏTİ 
 
 Məlumdur ki, Yunanıstan mədəniyyətin bütün sahələrində 
bəşər mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr bəxş etmişdir. Yalnız 
yunan mədəniyyətinin deyil, həm də dünya mədəniyyətinin sonrakı 
inkişaf tarixində VIII-VI əsrlər yunan mədəniyyətinin müstəsna rolu 
olmuşdur. Bu dövr yunan mədəniyyətinin səciyyəvi 
xüsusiyyətlərindən biri-dindən elmə, mistik baxışlardan materialist 
təlimə, incəsənət sahəsində isə  şərtilikdən realizmə keçid olmuşdur. 
Qeyd etdiyimiz xüsusiyyətlər klassik dövr yunan mədəniyyətində öz 
inkişafının ən uca zirvəsinə çatmışdır. Yunan mədəniyyətinin 


 
37
tərəqqisinin ən yüksək inkişaf mərhələsini klassik dövr təşkil edir. 
Müxtəlif sahələrdə  qədim  Şərq mədəniyyəti ilə  əlaqədar olan 
və Egey mədəniyyətindən yaranan yunan mədəniyyəti e.ə. VIII-VI 
əsrlərdə böyük tərəqqi dövrü keçirmişdir. Bu dövr eyni zamanda 
yunan əlifbasının yaranması, ilk elmi və ədəbi nümunələrin meydana 
çıxması ilə səciyyəvidir. Başında Zevs allahının durduğu Olimp dini 
də  əsasən bu dövrdə formalaşmış, materializm ilə idealizmin, 
dialektika ilə metafizikanın mübarizəsi də e.ə. VIII-VI əsrlərdə 
başlanmışdır. 
Quldarlıq cəmiyyətinin təkmilləşdiyi və quldarlıq dövlətinin 
təşəkkül tapdığı dövrdə yunan fəlsəfəsi yaranmışdır.  İlk yunan 
alimlərinin vətəni  İoniya idi. İoniyanın ardınca digər Hellin 
ölkələrində-Siciliya, Cənubi  İtaliya, Egey dənizi adalarında olan 
şəhər dövlətlərində müxtəlif sahələrdə  tədqiqat aparan alimlər 
meydana çıxır.  İoniya filosoflarının ilk görkəmli nümayəndəsi isə 
e.ə. təxminən 624-547-ci illərdə yaşamış Miletli Fales olmuşdur. 
İoniya fəlsəfəsinin banisi olan Fales bütün mövcudatın maddi 
əsasının sudan təşkil olduğu fikrini əsaslandırırdı. Onun fikrincə, su 
daimi hərəkətin, bütün yaşayışın, eyni zamanda insanın həyat 
mənbəyinin əsasını təşkil edir. 
İoniyada yaradılmış riyaziyyat məktəbinin başında Falesin 
dostu və  şagirdi Anaksimandr (e.ə. 610-546) dayanırdı. O, “Təbiət 
haqqında”  əsərində  əbədi hərəkətdə olan opeyronu (sonsuz)-
əbədiyaşar materiyanı dünyanın əsası, başlanğıcı hesab edirdi. Onun 
təliminə görə, apeyron dörd ibtidai başlanğıcı (torpaq, su, od, hava) 
özündə  əks etdirir. Anaksimandrın fəlsəfi sisteminin əsasında üzvi 
aləmin mənşəyi və inkişafının araşdırılması dayanırdı. 
Yunanıstanda idealist təlimin banilərindən biri olan Pifaqor 
(e.ə. təxminən 580-500) ədədi bütün olanların başlanğıcı hesab 
edirdi. Ona da Anaksimandr və Anaksimenin 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə