Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

 
31
klassik musiqi nümunələrindən e.ə. II minilliyə aid olan “Samaveda” 
ovsun nəğmələri məcmuəsini, eramızın I əsrinə aid teatr sənətindən, 
musiqi və rəqsdən bəhs edən “Natyaşastra” traktatını və s. göstərmək 
olar. 
Azərbaycanla Hindistan arasında müxtəlif istiqamətli  əlaqələr 
bütün dövrlərdə mövcud olmuşdur.  İki ölkə arasındakı  mədəni 
əlaqələrin inkişafı bəzən ləngimiş, bəzən bir müddət dayanmış, bəzən 
də sürətlə davam elmişdir. Lakin bu əlaqələr hər zaman işgüzar və 
dinc xarakterli olmuşdur. 
Azərbaycan-Hindistan mədəni  əlaqələri  ədəbiyyatda da öz 
əksini tapmışdır. Tarixi məlumatlara görə Azərbaycan-Hindistan 
mədəni  əlaqələrinin banilərindən biri məşhur Azərbaycan  şairi 
Nizami Gəncəvi olmuşdur. Nizami Hind xalqının həyat və məişətini 
dərindən öyrənmiş və əsərlərində bu ölkəni “kamil həkimlər ölkəsi” 
adlandırmışdır. Nizaminin əsərlərində Hindistanın təbiəti, adət-
ənənəsi, geyim tərzi, fəlsəfəsi və s. də öz əksini tapmışdır. Onun 
“Yeddi gözəl” poemasındakı gözəllərdən biri də məhz Hindistandan 
seçilmişdir. N.Gəncəvi, Xaqani Şirvani farsdilli Hind poeziyasına, 
xüsusən də böyük Hind şairi  Əmir Xosrov Dəhləviyə (1262-1325)  
güclü  təsir göstərmişlər. Dəhləvi  Nizaminin təsiri ilə öz “Xəmsəsini 
yaratmışdır. Bəzi Orta əsr şairləri, o cümlədən Məsihi, Saib Təbrizi 
və s. müəyyən müddət Hindistanda yaşayıb-yaratmışlar. Bundan 
əlavə XIII əsrin sonlarında iki min illik tarixə malik Hind ədəbi 
abidəsi “Pəncə-tantra” (“Kəlilə  və Dimnə”) bütünlüklə Azərbaycan 
dilinə
  


 
32
tərcümə edilmişdir. Bu dastandan götürülmüş təmsillər, atalar sözləri 
əsasında Azərbaycan  ədəbiyyatında çoxlu sayda bədii nümunələr 
meydana çıxmışdır. Respublika Əlyazmaları  İnstitutunda saxlanılan 
“Kəlilə  və Dimnə” dastanının iki əlyazmasından biri XVIII əsr 
rəssam-miniatürçüsü, tərcüməçi muğanlı  Əvəz  Əli Səfiqulu 
tərəfindən yazılmışdır. 
Görkəmli Azərbaycan alimi, coğrafiyaşünas səyyahı, tarixçi-
etnoqrafı, filosofu, ədəbiyyatşünası Hacı Zeynalabdin Şirvani (1780-
1837) 36 il ərzində  Şərq ölkələrini, o cümlədən Hindistanı  səyahət 
etmiş  və  təəssüratlarını farsca “Riyazüs-səyahə” (“Cənnət bağı 
səyahətləri”, I hissə 1821-22, II hissə 1826-27-ci illərdə 
tamamlanmışdır), “Hədayüqüs-səyahə” (“Səyahət bağları” 1826-27), 
“Büstanüs-səyahə” (“Səyahət bağı” 1832) adlı  əsərlərdə ifadə 
etmişdir. 
Hacı Zeynalabdin Şirvani Hindistanı  səyahət edərkən 
Pəncabda, Dehqanda və  Kəşmirdə olmuş, Dehli, Calalabad. 
Heydərabad, Allahabad və s. böyük Hind şəhərlərini  əsərlərində 
təsvir etmişdir. O, Hindistanın Hind, Qanq, Braşaputra, Damodar və 
s. böyük və orta çay hövzələrini tədqiq edib öyrənmiş  və özünün 
təəssüratlarını ümumiləşdirərək qələmə almışdır. 
H.Z.Şirvani öz əsərlərində eyni zamanda Hindistanın 
tarixindən, məişətindən, adət və dinindən də bəhs edir. O, hindlilərin 
səyyahlara və qonaqlara xüsusi qonaqpərvərlik göstərmələrini, bu 
əməksevər xalqın musiqi mədəniyyətinin yüksək dərəcədə inkişaf 
etdiyini qeyd edir. 
XIX  əsrin görkəmli Azərbaycan filosofu və maarifpərvəri 
M.F.Axundov öz materialist və demokratik dünyagörüşünü “Hind 
şahzadəsi Kamalüddövlənin  İran  şahzadəsi Cəmalüddövləyə üç 
məktubu” adlı  fəlsəfi  əsərində daha dolğun surətdə ifadə etmişdir. 
M.F.Axundov Hindistanla əlaqə saxlayırdı  və hind fəlsəfəsi 
sahəsində tədqiqat aparırdı. 
Maraqlı bir tarixi faktı da qeyd etmək lazımdır ki, bu da 1530-
39 və 1555-56-cı illərdə Hindistanın padşahı olmuş  


 
33
Nəsirəddin Hümayunun (1508-1556) ikinci dəfə Dehli taxtına 
çıxması ilə bağlıdır. Nəsrəddin Humayun atasından-Böyük Moğollar 
sülaləsinin banisi Baburdan irs qalan dövləti genişləndirmək 
məqsədilə öz qardaşları və qonşularına qarşı mübarizəyə başlamışdı. 
Onun mübarizə apardığı  ən güclü rəqiblərdən biri də Bihar və 
Benqaliyanın qüdrətli hökmdarı  Şerxan olmuşdur.  Şerxan sonralar 
1545-ci ilə qədər Hindistana şahlıq etmişdir. 
Nəsrəddin Humayun 1939-cu ildə  məğlubiyyətə  uğrayaraq 
taxtdan salınır. Öz malikələrini tərk etmək məcburiyyətində qalan 
məğlub  şah Qərbi Hindistan və  Əfqanıstanı  gəzdikdən sonra 
Azərbaycanın Səfəvilər sülaləsinin ikinci nümayəndəsi I Təhmasib 
Şahın (1524-1576) yanında qalmağı  qərarlaşdırır. 1555-ci ildə 
yaranan  əlverişli vəziyyətdən istifadə edən Humayun I Təhmasib 
Şahın hərbi köməyi ilə  Pəncabda, Dehlidə  və Aqrda öz 
hökmranlığını  bərpa edir. Onun qoşun komandiri-sərkərdəsi də 
azərbaycanlı Bayram xan Baharlı olmuşdur. 
Hind mədəniyyətinin özünəməxsus inkişafı ölkəni qədim 
dünyanın mədəniyyət mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir. 
Bu mədəniyyətin Şərqi Asiya ölkələrinə də böyük təsiri olmuşdur. 
 
§ 7. ÇİN MƏDƏNİYYƏTİ 
 
Qədim Çin mədəniyyəti müxtəlif istiqamətlərdə inkişaf 
etmişdi. Bu ölkədə  fəlsəfə, riyaziyyat, astronomiya və tibb elmləri 
sahəsində müvəffəqiyyətlər qazanılmışdı. Astronomiya elminə 
xüsusi diqqət yetirilir, Çin padşahları  təqvim düzəltmək, günün və 
ayın tutulacağı vaxtı müəyyənləşdirmək üçün xüsusi komissiyalar 
təşkil edirlərdi. Onlar maqnit sahəsinin mövcudluğuna və maqnit 
əqrəbinin xüsusiyyətlərinə də bələd idilər. Eyni zamanda barıtı ixtira 
edib fişəng üçün istifadə edirdilər. 


 
34
E.ə. VI-III əsrlərdə fəlsəfi fikrin sonrakı inkişafında mühüm rol 
oynamış konfusiçilik, moizm, legizm, daosizm məktəblərinin 
formalaşdığı dövrdə Çində  fəlsəfə meydana çıxmışdır. Qədim Çin 
fəlsəfəsi daha çox etnik-siyasi xarakterə malik olmuş, onda 
qneseoloji və ontoloji məsələlərin tədqiqinə az yer verilmişdir. 
Filosoflar dövlət işlərində  təmsil olunmuş, Si padşahlığında fəlsəfə 
akademiyası yaradılmışdı. 
İdarəçilik prinsipləri haqqında ilk təlimin banisi Konfusinin 
fəlsəfi görüşlərinə dair məlumatlar onun şagirdləri tərəfindən 
“Lunyuy”, (“Söhbətlər və mühakimələr”) traktatında öz əksini 
tapmışdır. Çinlilərin göylərin ilahi gücünə  ənənəvi etiqadı 
Konfusinin nəzəriyyəsində  də  əsaslandırılırdı. Baş allah Göy 
çinlilərdə  əsas qüvvə  və yer üzündəki bütün nemətlərin mənbəyi 
hesab olunurdu. Kahin və  məmurlar Çin dövlətini “Göyaltı 
imperatorluğu” adlandırırdılar. Çinlilərin təsəvvürünə görə Çin 
dövləti Göy allahı tərəfindən idarə olunurdu. Onlar Göy allahı üçün 
künbəz  şəkilli məbədlər tikir və kümbəzləri göy rəngli çini və ya 
saxsı kirəmitlə örtürdülər. 
Çinlilərdə  əcdadlara sitayiş  də inkişaf etmişdi. Qədim Çində 
adlı-sanlı adamların dəfn mərasimində  bəzən insan qurbanları da 
verilirdi (bu qurbanlıq insanlar mərhumla bərabər diri dəfn 
olunurdular.) 
Qədim Çində fəlsəfi fikrin inkişafına “inyan” naturalist fəlsəfi 
məktəbi də əhəmiyyətli təsir göstərmişdir. Bu təsir zəif qadın qüvvəsi 
“in” və güclü kişi qüvvəsi “yan” arasındakı qarşılıqlı əlaqə haqqında 
qədim baxışlarla bağlı olmuşdur. Sonradan bu ideyalar ilkin beş 
ünsürün-metal, ağac, su, od və torpağın qarşılıqlı çevrilməsi təlimi ilə 
birləşərək  əzəli “si” (buxar, efır) ilk ünsürü ilə  nəticələnərək bütün 
fəlsəfi məktəblər tərəfindən mənimsənildi. E.ə. III əsrdə isə moistlər 
materialist idrak nəzəriyyəsini inkişaf etdirdilər. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə