Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə18/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

 
58
1.  İslama qədərki dövr
2.  İslamın qəbulu və yayılmasından sonrakı dövr. İslama 
qədərki dövrdə xalqımızın dini görüşlərinə dair əlamətləri qəbirüstü 
yazılarda, daş kitabələrdə, arxeoloji qazıntılar nəticəsində tapılmış 
abidələrdə, dəfn mərasimləri ilə  əlaqədar olaraq qəbirlərə qoyulmuş 
cürbəcür məişət  əşyaları  və digər alətlərdəki  şəkillərdə  və folklor 
nümunələrində görə bilərik. Məsələn, Qobustan qayaları üzərində 
həkk olunmuş qurban- kəsmək   mərasimi,   yallıyabənzər   rəqs   və   
digər rəsmlər, Orxon və Yenisey kitabələrində  və  oğuznamələrdə 
qorunub saxlanan dünyaduyumu xalqımızın qədim dövr mədəniyyəti 
və baxışları haqda dolğun məlumat verən  əvəzsiz sərvətdir. Bu 
abidələrdə tanrıçılıq, dövlətçilik, məişət mədəniyyəti,  ailə 
münasibətləri  nəsillərarası    sələf-xələflik  əlaqələri, təbiət 
hadisələrinə  bəslənən münasibət, çoxçeşidli mərasim və ayinlər 
özünün bədii-fəlsəfi  əksini tapmışdır. Qeyd edək ki, ayrı-ayrı  təbiət 
hadisələri (yazın gəlişi, qış, quraqlıq, yağış  və s.) haqda, bitki və 
heyvanların müqəddəsliyinə dair yaradılan  əfsanə,  əsatir və 
rəvayətlər də milli-mədəni sərvətin tərkib hissəsidir. 
Yeni eranın əvvəlindən VII əsrə qədər Azərbaycan mədəniyyəti 
müxtəlif inkişaf dövrləri keçirmişdir. Sasanilər dövründə, Azərbaycan 
xalqının şimal və cənub düşmənlərinə qarşı mübarizə illərində ölkəni 
müdafiə etmək üçün tikilən qalalar, çəkilən sədlər burada memarlıq 
işini sürətləndirmişdi. IV əsrdən başlayaraq xristianlığın 
Azərbaycanda qismən yayılması ilə  əlaqədar tikilən kilsələr və 
xristianlıq təlimi zəminində  təşəkkül tapan dünyagörüş ölkənin 
mədəni həyatına müəyyən dərəcədə  təsir göstərmişdir. Bunu 
xristianlığın qəbul edildiyi yerlərdə Bizans təsirlərinin 
qüvvətlənməsində, yeni Alban əlifbasının yaradılması  və yazılı 
ədəbiyyatın inkişafında da görə bilərik. 


 
59
VII  əsrdə Azərbaycanda müstəqil Alban dövlətinin yaranması 
ilə yüksələn mədəniyyət ərəb istilasına qədər inkişaf etmişdi. 
Cavanşirin ölümünə  məşhur Azərbaycan  şairi Davdağın 
yazdığı  mərsiyə dövrün gözəl  ədəbiyyat nümunəsi olmaqla yanaşı, 
özündə VII əsrdə  ərəb işğalçılarına və Sasani qəsbkarlarına uzun 
müddət müqavimət göstərən xalqımızın istiqlaliyyət mübarizəsini və 
azadlıq duyğusunu da əks etdirir.  Xəyanətin qurbanı olan bu igid 
sərkərdənin tabutu önündə oxunan həmin mərsiyədə xalqımızın 
qəhrəmanın itkisindən doğan dərin kədər hissi  də özünün bədii 
ifadəsini tapmışdır. Ağıdan gətirdiyimiz bir neçə bəndə diqqət edək:  
 
Ey ilahi kəlamları xəlq eyləyən ulu tanrı,  
Özün nəğmə-ağı söylə, yad et bizim hökmdarı.  
Elə nəğmə-ağı qoş ki, bu əvəzsiz itki üçün,  
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları.  
Görün kimlər əl qaldırdı o bahadır tacidara!  
Atasından xəbərsiz, bic,...Zatıqırıq, özü gürzə.  
Sürüm-sürüm qoy sürünsün, həsrət qalsın xoş bir üzə,  
Qoy sülənsin bu dünyada Qabil kimi əsə-əsə...  
Qonlarına yığsa belə min pəhləvan qüvvətini,  
Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.  
Danışarkən göz qalardı o kəlamda, o xoş sözdə,  
Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.     
 
Cavanşirin məziyyətlərini, ölkəsi və xalqı üçün əvəzsiz bir 
şəxsiyyət, müdrik insan, cəsur sərkərdə, yenilməz pəhləvan, eyni 
zamanda incə ruhlu insan olduğunu diqqətə çatdırdıqdan sonra 
Davdaq dərin bir yanığı ilə yazır: Mənim ağım nə qu quşu, nə də pəri 
nəğməsidir, Qatarından ayrı düşən bir durnanın naləsidir. Göründüyü 
kimi, sərkərdə  və dövlət başçısının ölümü böyük bir ümumxalq   
fəlakəti kimi qarşılanır. Bu da türk (Azərbaycan) dövlətçilik 
ənənəsindən irəli qəlir. VII əsrdən başlayaraq ərəb istilası və xalqın 
bu istilaya qarşı mübarizə- 
 


 
60
si, yeni şəraitdə ölkənin siyasi-iqtisadi həyatında baş verən 
dəyişikliklər mədəniyyətə də öz təsirini göstərdi. 
Azərbaycanı istila etdikdən sonra ərəblər xristian xalqlara və 
yəhudilərə dini vergi (cizyə) vasitəsilə öz dinlərini saxlamaq imkanı 
verdikləri halda, atəşpərəstliyə qadağa qoyaraq burada islam dininin 
yayılması asanlaşdırmaq məqsədilə atəşpərəstliyin bütün 
nişanələrinin məhvinə çalışırdılar. Qədim Azərbaycan mədəniyyəti 
atəşpərəst məbədlərində,. atəşgədələrdə saxlandığı üçün yandırılan 
məbədlərin içərisində  həmin mədəniyyət abidələri də  məhv olurdu. 
Biz bu tarixi hadisələrin bədii əksi ilə dahi Azərbaycan şairi Nizami 
Gəncəvinin “İskəndərnamə”  əsərində də rastlaşırıq... 
İslam dinini təbliğ etmək üçün ərəblər yerlərdə  mədrəsələr 
açdılar.  Ərəb dili rəsmi dövlət dili olduğu üçün elm və  ədəbiyyatla 
yanaşı  mədrəsələrdə  təlim-tərbiyə  işləri də  ərəb dilində aparılırdı. 
Beləliklə, latın dilinin Qərbi Avropada oynadığı rolu, ərəb dili Yaxın 
Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında 
oynayırdı. 
IX əsrdə Azərbaycanın həyatında baş verən ən mühüm hadisə 
Babək üsyanı olmuşdur. Xalq qəhrəmanı Babək 20 ildən artıq 
müddət  ərzində xilafətə qarşı mübarizə aparmışdır. Bu xalq 
qəhrəmanının işğalçılarla inadlı vuruşları, mərdanə ölümü onun 
haqqında bir sıra  ədəbi və tarixi əsərlərin yaranmasına səbəb 
olmuşdur... 
Orta əsrlərdə İslam  Şərqində mədəni-siyasi fikir əsasən bir-biri 
ilə bağlı olan iki istiqamətdə öyrənilir: 
l. Ancaq siyasi problemlərin tədqiqi ilə  məşğul olan 
professional alimlər tərəfindən. 
2. Siyasi-ideoloci istiqamətdə, məsələn, islamilik, sufilik-
hürufilik, işraqilik və s. 
Bundan başqa məlum olduğu kimi, orta əsr islam Şərqi 
mütəfəkkirlərinin mövcud bədii yaradıcılığı da dövrün aparıcı ideya-
fəlsəfi fikirlərini özündə əks etdirirdi. Buna  
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə