85
fəaliyyəti zəruridir. Müasir dövrdə dövlət idarəetmə
orqanlarının qarşısında çox mühüm və böyük vəzifələr dayanır.
Belə ki, bir milyondan artıq qaçqını və torpağının 20 faizindən
çoxunun işğal altında olan ölkədə hüquq mədəniyyətini
yüksəltmək ölkənin bütün ehtiyat qüvvələrindən düzgün və
yerində istifadə olunmasına şərait yaradar. Bunun üçün idarəetmə
aparatı hüquq mədəniyətinin bütün elementlərindən istifadə
edərək, əlaqədar orqanları, hüquq statusu ilə bərabər, həm də
idarəetmə prosesini nizamlamalı, idarəetmə orqanlarının
fəaliyyəti üçün sabit optimal bir rejim yaratmalıdır.
Əsaslandırılmamış qərarların verilməsinə müxtəlif orqanların
vəzifələrində təkrarlara yol vermək olmaz. İdarəetmə aparatında
hüquq mədəniyyətini daha da inkişaf etdirməyə, bunun tətbiqinin
yeni forma və metodlarını artırıb tapmağa təşəbbüs
göstərilməlidir. Xüsusi olaraq nəzərdə saxlanılmalıdır ki, hüquq
mədəniyyətini yüksəltməyin bütün məsələləri kadrların hüquq
hazırlığı ilə sıx bağlıdır. İdarəetmə aparatının rəhbərləri
iqtisadiyyat, istehsalın təşkili, informatika və s. məsələlərdən
əlavə hüququn əsaslarını da yaxşı bilməlidir. Çünki mövcud
qanunların düzgün tətbiqi bundan, bu biliklərdən asılıdır. Belə
olarsa, düzgün olmayan qərarların qəbul edilməsinə də yol
verilməz.
Son zamanlar iqtisadi göstəricilərin hüquqi baxımdan təhlili
yonlarının təkmilləşdirilməsi getdikcə daha aktuallıq kəsb edir.
İdarəetmə aparatı rəhbərlərinin hüqüq mədəniyyətini artırmaqla
qarşıya çıxan problemlərin hüquqi baxımdan təhlili və iqtisadi
baxımdan məzmunu metodlarını əlaqələndirmək mümkündür. Bunun
üçün iqtisadyönümlü ali məktəblərdə son vaxtlar tədris olunan
“Hüququn əsasları”, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fənlərinin
mühüm elmi-nəzəri və praktiki əhəmiyyəti vardır. Cəmiyyətin
həyatında mühüm rol oynayacaq savadlı kadrların hazırlanması
dövlətçiliyimizin ali məqsədlərindən biridir.
86
§3. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
RƏMZLƏRİ
Hələ qədim zamanlardan bütün nüfuzlu dövlətlərin
özünəməxsus fərqləndirici əlamətləri-simvol və rəmzləri olmuşdur.
Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul və s. ibarət
olub. Əsrlərdən bəri Azərbaycanda maddi, mənəvi və bədii
mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika
və rəmzlər sistemi mövcud olmuşdur. Bunlara misal olaraq folklor və
ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət
abidələrində at, maral, qurd, əjdaha, qartal, şir, simurq və s. kimi
heyvan və quş, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac
və çiçək təsvirlərini göstərə bilərik. Həndəsi və nəbati naxışlarla
həkk olunmuş bu obrazlar simvolik məna kəsb etmiş, milli
təfəkkürün, xalqımızın bədii zövqünü, estetik və əxlaqi
təsəvvürlərinin rəmzi mahiyyətini daşımışdır. Azərbaycan xalqının
qəhrəmanlıq tarixi, azadlıq, istiqialiyyət naminə mübarizəsi, milli
dövlətçilik meylləri qədim mifoloji təsəvvürlərdə, folklor
qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan,
emblem və digər rəmzlərində ifadə olunmuşdur. Hətta kiçik dövlət
qurumları sayılan xanlıqların da özünəməxsus simvolları olmuşdur.
Həm tarixi mənbələr, həm də maddi mədəniyyət və incəsənət
abidəiəri göstərir ki, qədimdə Azərbaycan ərazisində yerləşən
dövlətlərin müxtəlif rəmzləri və emblemləri, ərəb hərfləri ilə yazılmış
xəttatlıq nümunələri - “tuğra”ları olmuşdur. Məsələn, görkəmli
dövlət xadimi və sərkərdə, istedadlı şair Şah İsmayıl Xətainin
yaratdığı Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi
fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Bununla bərabər “Qırmızı
taclı”, “qızılbaş şahı”nın özünəməxsus gerbi də olmuş - “Simurq
quşu ilə əjdahanın döyüşünü təsvir edən “tuğra”sı dövlətin rəsmi
rəmzi, bir növ emblemi xarakteri daşımışdır.
87
Yuxarıda qeyd etdiyimiz kimi, hökmdarlara məxsus belə
rəmzlər xanlıqlar dövründə də geniş yayılmışdır.
XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı
dövründə Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, İrəvan və digər
Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi
mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşdur.
Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası
üzərində daş lövhəyə həkk olunmuş buğa kəlləsi ilə qoşa şirin təsviri
də Şirvanşahlar dövlətinin qüdrətindən xəbər verən monumental
emblemdir.
Azərbaycan Xalq Cümhuriyyəti qədim diyarımızda milli
hüquqi dövlətçiliyimizin əsasını qoymuşdur.
Yaxın Şərqdə, islam aləmində və türk xalqları arasında ilk dəfə
bəşəri və milli əsaslara istinad edən müstəqil demokratik dövlətin
qurulması xalqımızın milli azadlıq, milli istiqlal naminə apardığı
mübarizəsinin misilsiz qələbəsidır. Qısa dövr ərzində Azərbaycan
hökuməti tərəfindən ali dövlət orqanları yaradılmış, türk
(Azərbaycan) dili rəsmi dövlət dili elan edilmiş, siyasi, iqtisadi, hərbi
və mədəni quruculuq sahəsində bir sıra islahatlar aparılmışdır.
Azərbaycan dövlətçiliyi bərpa olunan kimi onun yaradıcıları
dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərin
təxirəsalınmadan yaradılması işinə başladılar.
Milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ülvi
arzularını lakonik, bədii obrazlı dildə ifadə edən mühüm amillər-
rəmzlər, bayraq, gerb və himndir. Bundan başqa dövlətin pulu,
həmçinin təsis etdiyi orden və medallarda onun atributları hesab
olunur. Biz isə burada hələlik dövlət rəmzlərindən bəhs edəcəyik.
Dostları ilə paylaş: |