Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə24/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

 
78
Elm insanlara dünyaya münasibət onu bəşər tarixinin bütün 
əvvəlki dövrlərində buxovlamış olan təbiət məhdudiyyətindən və 
sosial məhdudiyyətdən azad münasibət tərbiyələndirmək imkam 
verir. O, sadəcə olaraq məhsuldar qüvvə deyil, insanların öz 
qüvvələrinin və münasibətlərinin universal inkişaf tələblərinə uyğun 
daha universal məhsuldar qüvvədir. Keçmişdə insan yalnız şüurunda 
özünü universal varlıq təsəvvür edə bilirdisə,  əslində öz həyatını 
təsadüfü və nəzarət olunmayan vəziyyətindən asılı qalırdı. İnsan elm 
sayəsində dünyaya özünün həqiqi münasibətində universal varlıq 
olmaq üçün real qabiliyət qazanır. 
Doğrudur, insanın praktik universallaşması prosesində yalnız 
elm iştirak etmir. Elmlə yanaşı, burada mənəvi  əməyin başqa 
növlərinin də  əhəmiyyəti böyükdur. İnsanların tarixi yaradıcılıq 
prosesində  iştirakı elmin kütlələrin ictimai özfaliyət  şərtinə, onların 
şüurlu və  məqsədəyönlü   fəaliyyətinin   zəruri   vasitəsinə   
çevrilməsi deməkdir. 
Bildiyimiz kimi, təxminən XIX əsrin ortalarında başqa 
ucqarlarda olduğu kimi Azərbaycanda da kütləvi savadsızlıq hökm 
süsürdü. Çar höküməti 1830-1855-ci illər arasında, yəni 25 il ərzində 
Azərbaycanda cəmi 8 ibtidai məktəb açmışdı ki, burada da əsasən rus 
məmurlarının, yerli bəy və xanların övladları oxuyurdu. 1914-15-ci 
iliərdə Azərbaycanda cəmi 976 məktəb mövcud olduğu halda 2 
mindən çox məscid var idi. Yəni  şəhərlərin “mədəni” simasını 
müəyyən edən əsas əlamət məscidlər sayılırdı. 
Bu   vəziyyəti   nəzərə   alaraq,   1921-ci   il   may   ayında 
keçirilən I Ümumazərbaycan Sovetlər qurultayı  mədəni quruculuğa 
maksimum diqqət verməyi və maarif idarələrinin ehtiyaclarını bir 
qayda olaraq ilk növbədə ödəməyi bütün dövlət orqanlarına tapşırdı. 
Ondan bir il sonra, 1922 - ci 


 
79
ilin may ayında keçirilən II qurultay isə xalq marifi işini ən zəruri iş 
hesab etmək haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Nazirlər 
Soveti həmin qərarları  rəhbər tutaraq mədəni quruculuq işinə 
mövcud imkan daxilində daha çox vəsait ayırırdı. 
Belə ki, 1923-cü ildə respublika büdcəsinin 40%, 1925-ci ildə 
58,5% həmin sahəyə ayrılmışdır. 1924-1929-cu illər arasında xalq 
maarifinə  sərf edilən vəsait 261 % artmışdır. Azərbaycanda xalq 
maarifinə sərf edilən vəsait əhalilin hər nəfəri hesabı ilə Ümumittifaq 
səviyyəsindən xeyli yüksək idi. Bu fakt xalqımızın milli 
mədəniyyətini inkişaf etdirməyə münasibətin parlaq ifadəsi olmaqla 
keçmişdə geri qalan xalqların mədəni səviyyəsinin sürətlə 
yüksəldilməsində mühüm rol oynadı. 
Mədəniyyət həmişə müəyyən konkret formada olur, milli 
formasız mədəniyyət yoxdur. Hər bir xalqın milli mədəniyyəti uzun 
tarixi inkişafın nəticəsidir. Xalqın tarixi inkişaf xüsusiyyətləri onun 
mədhniyyətinin milli formasını müəyyən edir. Milli forma bir xalqın 
mədəniyyətini digərindən fərqləndirir. 
Ümumiyyətlə əhalinin savadlılığı öz növbəsində mədəniyyətin 
qələbəsi xalqla elm arasında keçmiş  cəmiyyətlərin yaratdığı 
uçurumun aradan qaldırılmasında həlledici əhəmiyyətə malikdir. 
İnsanın elmə münasibəti haqqında bütün dövrlərə elmi təsirin 
mədəni dəyəri barədə  məsələ  həmişə  dərin fəlsəfi mənalı problem 
olmuşdur. 
İnsanların təsil fəaliyyətinin xarakteri forması  və  məzmunu 
nəticə etibarilə, onların bir başa maddi fəaliyyətinin xarakteri ilə, 
insanın bu fəaliyyət çərçivəsində yaranan biliklərlə qarşılıqlı 
münasibəti ilə müəyyən edilir. Elmin insan üçün birinci dərəcəli 
əhəmiyyətə malik olmasının dərk edilməsi, müəyyən məsələlər 
barədə mühakimə   yürütmək,   hər   şeyi   elmlə   ölçmək   meyili 


 
80
cəmiyyətmizdə kütləvi xarakter almış və bir növ əqidəyə çevrilmişdir. 
İnsanların  şüurunda elmin belə yüksək avtoriteti onu göstərir ki, 
cəmiyyətimizdə elm mühüm mədəni sərvətə çevrilmişdir. O mühüm 
dərəcədə insanların məqsəd və maraqlarının mənəvi-praktiki, 
yaradıcı dünya görüşü təlabatının bütün kompleksi ilə bağlıdır. 
Elmi biliklərin istehsalat prosesində rolunun artması insanların 
bütün həyat sferalarına, müasir işçinin şəxsiyyət tipinin özünə onun 
intelektual və mədəni simasına təsir göstərir, əmək və ictimai fəallığı 
yüksəldir.  İnsanların bilik səviyyəsinin yüksəlişi həyat mövqeyi və 
ideyaları sferasında  əhəmiyyətli irəliyyəşinə davranış normalarının 
həyat tərzinin dəyişilməsinə səbəb olur. 
Cəmiyyətdə elmin insana hər tərəfli təsiri yalnız onun bir başa 
istehsalat fəaliyyəti ilə  məhdudlaşmır. Bu tesir insanın həyatınm 
bütün aspektlərini bütün sosial və  əxlaqı formalarını  əhatə edir. 
İnsanları ictimai şüurunu formalaşmasında, onlarda yüksək 
ideyallılıq və  şüurluluq tərbiyə olmasında elmi rolu artır.  İnkişaf 
etmiş  cəmiyyətdə elm daha çox insanın həm peşə  mədəniyyətinin 
həmdə ümumi mədəniyyətinin elementi olur, onun bir şəxsiyyət kimi 
həyat fəaliyyətinin xarakterini müəyyən edir elm insana onun 
qarşısında duran həyatın məsələlərin həllinə  nəzəri  əsaslarla 
yanaşmaq qabiliyətini tərbiyəndirməyə şərait yaradır. O, geniş düna 
görüşünə, öz fəaliyyətinində  səmərəli düşündürülmüş  və daha 
məqsədə uyğun iş usulları ilə  əlaqələndirmək bacarığı qarşılamağa 
imkan verir. Nəticədə yeni tibb şəxsiyyətin formalaşması və inkişafı 
prosesində  mədəniyyətin ümumi təşəkkül prosesində elmin yeri və 
rolu müəyyən edilir. 
 


 
81
II FƏSİL 
 
MƏDƏNİYYƏT VƏ DÖVLƏT 
 
§ 1. MƏDƏNİYYƏT, DÖVLƏT VƏ VƏTƏNDAŞ 
 
Mədəniyyətin inkişafında dövlətin rolu onun maarifin, elmin, 
bədii mədəniyyətin tərəqqisinə yönəldilmiş  fəaliyyətində özünü 
konkret  şəkildə göstərir. Mədəniyyət sahəsində dövlətin nəzəri, 
təşkilati və  əməli fəaliyyəti elm və  mədəniyyətin nailiyyətlərindən 
bütün insanların istifadə imkanlarının təmininə  cəmiyyətin hər bir 
üzvünün hərtərəfli, harmonik inkişafı üçün şərait yaradılmasına 
istiqamətləndirilməlidir. 
Mədəniyyətə dövlətin rəhbərliyi aşağıdakı  əsas məsələlərin 
həllinin təmin edilməsinə yönəldilir: mədəniyyətin inkişafının  əsas 
istiqamətlərinin müəyyənləşdirilməsi. 
Bu isə aşağıdakı məsələləri əhatə edir: 
l. Mədəniyyətin nəzəri  əsaslarının inkişaf etdirilməsi, 
mədəniyyətin idarə olunmasının forma və metodlarının 
təkmilləşdirilməsi, 
2. Ziyalı kadrların formalaşması, mənəviyyat tərbiyəsi, 
yaradıcılıq ittifaqlarının işinə dövlət qayğısı, 
3. Vətəndaşların ölkəmizin və dünya mədəniyyətinin 
sərvətlərindən faydalanması üçün şərait yaradılması, 
4. Gənclərin mədəni prosesə cəlb edilməsi, istedadların inkişafı 
üçün əlverişli şəraitin təşkil edilməsi
5. Mədəniyyətin maddi bazasmm inkişaf etdirilməsi. 
Yuxarıda qeyd etdiyimiz kimi dövlət öz vətəndaşlarının mədəni 
sərvətlərə yiyələnməklə, yaradıcı qüvvələrini, bacarıq və 
qabiliyyətlərinin real imkanlarını genişləndirməkdə  mədəniyyətin 
sosial rolunun artması üçün lazımi  şərait yaradılmasını  təmin 
etməlidir. 
Dövlət müntəzəm olaraq vətəndaşlarının mənəvi-estetik  
tərbiyəsi,   onların  mədəni  səviyyəsini  artması  üçün 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə