71
Dövrün mütərəqqi ruhlu ziyalıları elm və maarifə işıqlı sabaha
çıxmaq, zülmdən qürtülmaq vasitəsi kimi baxırdılar. Ona görə də bu
hərəkatın simasını maarifçilik müəyyənləşdirirdi. Tərəqqipərvər
ziyalılar xalqı işıqlı sələcək uğrunda mübarizəyə səfərbər etmək üçün
maarifə xalqın əql və şüurunun elm nuru ilə ziyalandırılmasında ilkin
və əsas hazırlıq mərhələsi kimi baxırdılar. Odur ki, XIX əsr
Azərbaycan maarifçiliyini səciyyələndirən əsas cəhət mübarizənin
despotizmin, özbaşnalığın, fiziki və mənəvi zülmün əleyhinə, eləcədə
xalqın, millətin iqtisadi və mədəni əsarətdən azad olması səmtinə
yönəldilməsidir.
Azərbaycan maarifçiləri xalqa elmin, texnikanın sirlərinə
yiyələnməyi, maariflənməyi təbliğ və təlqin etməklə öz işlərini
bitirməyib, bu vəzifənin həyata keçirilməsinin yol və üsullarını da
görüb göstərməyə, əməli fəaliyyətə çalışırdılar. Onların haqlı
qənaətinə görə, savadsız, elm və texnikanın nailiyyətlərindən bixəbər
olan hər kəs və millət ac-yalavac qalıb sərgərdan olmağa,
başqalarının əlinə möhtac olmağa məhkumdurlar. Ona görə də,
xalqın istehdad və qabiliyyətinə, öyrənmə bacarığına dərin inam
bəsləyən Azərbaycan maarifçiləri onun savadlanmasına çalışmırdılar.
Azərbaycan maarifçiləri ədəbiyyat və incisənətə də xalqı
maarifləndirmək, milləti tərəqqi və inkişafa sövq etmək vasitəsi kimi
baxır və ondan ilk növbədə elə bunu da tələb edərək yazırdılar:
“Hər tayfanın və millətin keçmişdən olan yaman və yaxşı
günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza
düşüb milləti birləşdirməyə bais olur...”
Maarifçilər bədii ədəbiyyatdan da tələb edirdilər ki, zamanın
tələbinə uyğun olaraq, xalqı oyatmaqla onu tərəqqiyə işıqlı gələcəyə
çıxmaq uğrunda mübarizəyə səfərbər etsin. Onlar milli gerilik və
ətalətdə ədəbiyyatın da böyük məsuliyyət daşıdığını qeyd etməklə heç
olmasa indi
72
xalqı mənəvi oyaqlığa, fəaliyyətə, öz güc və qüdrətinə inandırmaq
üçün bədii sənət adamlarını, şair və yazıçıları bütün güclərini
səfərbər etməyə çağırırdılar.
Maarifçilər öhdələrinə düşən tarixi vəzifəni həyata keçirmək
üçün öz müəllimlərinin - H.Zərdabinin çağrışına qoşularaq mümkün
olan bütün vasitə və imkanlardan istifadə edərək məktəb, kitabxana-
qiraətxana açır, müsamirələr təşkil edir, “Əkinçi” səhifələrində dərs
proqramı və dərsliklərin yenidən tərtib məsələsini qaldıraraq, orada
dünyəvi elmlərin əsas yer tutmasını vacib sayırdılar.
“Əkinçi”nin uğrunda mübarizə apardığı ideyalar ondan sonra
meydana çıxan milli mətbuat orqanlarımız - “Ziya (Ziyayi-
Qafqasiyyə)”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla
Nəsrəddin”, “Tərəqqi”, “Açıq söz”, "Dirilik", “Azərbaycan” və s.
tərəfindən davam və inkişaf etdirildi. Milli mətbuat xalqımızın milli
özünütəsdiq ideallarının ifadəçisi rolunu bu gün də ləyaqətlə
oynamaqdadır.
İncəsənət tarixində ən böyük hadisələrdən biri də Azərbaycan
milli teatrının yaranması idi. Belə ki, 1873-cü il martın 22-də Novruz
bayramı günü Bakı realnı məktəbində H.Zərdabi və N.Vəzirovun
səyi ilə M.F.Axundovun “Hacı Qara” komediyası tamaşaya
qoyulmuş, on il sonra isə xalqımızın maariflənməsində xüsusi rolu
olan H.Z.Tağıyev teatr binası tikdirmişdi. Bu hadisə Bakıda teatr
sənətinin inkişafına təkan vermiş, tezliklə böyük dramaturqlar və
artistlər nəslinin yetişməsinə səbəb olmuşdur.
Çarizmin Azərbaycanın mədəni inkişafına əhəmiyyət
verməməsinə baxmayaraq - XX əsrin əvvəllərində burada
məktəblərin sayı artmaqda davam edirdi. “Molla Nəsrəddin” və
“Füyuzat” jurnalları ilə yanaşı digər mətbuat orqanlarının nəşri isə
nəinki Azərbaycanda, hətta İranda da böyük tərpənişə səbəb oldu.
73
Bildiyimiz kimi, Azərbaycanın musiqi mədəniyyətinin
inkişafında Ü.Hacıbəyov və M.Maqomayevin əvəzsiz xidmətləri
olmuşdur. 1908-ci ildə Şərqdə ilk dəfə “Leyli və Məcnun” operası
tamaşaya qoyularkən Məcnun rolunun ifaçısı dahi sənətkar
H.Q.Sarabski olmuşdur. Bu operadan sonra Ü.Hacıbəyov 1909-
1916-cı illər ərzində daha beş opera və üç musiqili komediya
yaratmışdır. Bütün bunlar Azərbaycanda qeyd etdiyimiz dövrlərdə
milli mədəniyyətin əldə etdiyi nailiyyətlərin göstəriciləridir.
XX əsr tarixin yaddaşında həm də Asiya ölkələrində, xüsusən
də Çində, Hindistanda, Əfqanstanda, İranda və Türkiyədə, eyni
zamanda Azərbaycanda baş verən milli azadlıq hərəkatları, rus
imperiyasının dağıdılması kimi qalacaqdır. Bu ölkələrdə baş verən
ictimai-siyasi hadisələr elm və mədəniyyətə də öz təsirini göstərdi.
Rəsmən ikiyə bölünsə də, qəlbləri bir olan Azərbaycanın XX
əsr çərçivəsində həm o tayının, həm də bu tayının elm və mədəniyyət
sahəsindəki uğurları üzərində bir qədər ətraflı dayanmağı lazım
bilirik.
1905/11-ci illərdə İran inqilabı-Səttarxan hərəkatı dövründə
Cənubi Azərbaycanda 37 milli məktəb (Təbrizdə 22), 1911/25-ci
illərdə isə 50-dən çox məktəb (Təbrizdə 29) açılmışdı. Bu
məktəblərdə Azərbaycan və fars dillərindən əlavə ərəb, fransız və rus
dilləri də tədris olunurdu.
Cənubi Azərbaycanın mətbuat tarixi XIX əsrin ikinci
yarısından başlanır. Burada ilk nəşr edilən mətbu orqan fars dilində
“Azərbaycan” qəzeti olmuşdur. Bundan sonra 1905/11-ci illər
inqilabına qədər Cənubi Azərbaycanda 18 adda qəzet və jurnal
buraxılmışdır.
1905/11-ci illər Məşrutə inqilabı dövründə Cənubi
Azərbaycanda ilk dəfə ana dilində bir sıra qəzet və jurnal
Azərbaycan”, “Ana dili” işıq üzü gördü. Azərbaycan əyalət
əncüməninin fars və Azərbaycan dillərində nəşr etdiyi “Naleyi-
millət”, “Molla Nəsrəddin” yayılmağa başlandı. Maraq-
Dostları ilə paylaş: |