Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə25/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

 
82
mənəvi sərvətlərin qorunmasına, artırılmasına və geniş istifadə 
olunmasına imkan yaradır. 
Azərbaycan dövləti elmin, təhsilin, incəsənətin inkişa- 
fını planlaşdırdığı  və  təşkil etdiyi zaman onu əsas götürür 
ki, mədəniyyətin bu komponentləri, hər  şeydən  əvvəl onun 
mədəni-tərbiyəvi funksiyasının həyata keçirilməsinə, yeni 
insanın formalaşdırılmasına xidmət etsin. Çap məhsullarının daim 
artması, mətbuatın, radio-televiziya kanallarının çoxalması  və  əhatə 
dairəsinin genişlənməsi, geniş  mədəni-maarif  şəbəkələri-klublar, 
mədəniyyət sarayları  və s. sayəsində dövlətin milyonlarla insana 
tərbiyəvi təsir göstərmək onların intellektual və  mənəvi inkişafına, 
vətənpərvərliyinin və sosial məsuliyyət hissinin artmasına  şərait 
yaratmaq imkanı vardır.
 
 
Dövlətin bu fəaliyyətinin humanist xarakteri özünü aydın 
göstərir, çünki inkişafda olan müstəqil dövlətimizdə birinci dərəcəli 
problem sosial tərəqqinin  əsasını  və  məqsədini təşkii edən insan 
şəxsiyyəti məsələsidir.  Şəxsiyyətin hərtərəfli tam inkişafı müstəqil 
dövlətimizin idealı  və  məqsədi, bununla birgə  mədəniyyətin 
tərəqqisinin  əsas xarakteristikasıdır. Bu tərəqqi yalnız mədəni 
sərvətlər xəzinəsinin zənginiəşməsində deyil, vətəndaşların mədəni 
fəaliyyətinin artmasında, yayılmasında da öz əksini tapır. 
 
§2. HÜQUQ MƏDƏNİYYƏTİ 
 
Hüquq qaydalarını daha da möhkəmləndirmək, vətəndaşları 
müəyyən olunmuş qayda-qanunlara əməl etmək ruhunda 
tərbiyələndirmək, qanunların pozulması 
cəhdlərinə qarşı 
qəbuledilməzlik hissi aşılamaq işində hüquq mədəniyyətinin rolu 
böyükdür. Dövlət və hüquq quruculuğu kimi qanunların hazırlanması 
və əməli şəkildə tətbiqi elm və mədəniyyətin nailiyyətlərinə əsaslanır. 
Vətəndaşların yüksək mədəniyyəti, şüurluluğu və mütəşəkkliyi 
 


 
83
eyni zamanda dövlət qanunlarının tələblərinə ciddi münasibət 
göstərməyin, demokratiya prinsiplərini həyata keçirməyin  əsas 
şərtlərindəndir. 
Qanunçuluqla demokratiya, o cümlədən mədəniyyət arasında 
qarşılıqlı rabitə  və asılılıq vardır. Yüksək səviyyəli hüquq 
mədəniyyəti yalnız qanunları formalı  şəkildə bilməkdən ibarət 
olmayıb, həm də onlara hörmət etmək, qanunları tətbiq etməyi, icra 
etməyi bacarmaq deməkdir. Cəmiyyətdə hüquqi qaydaların 
möhkəmliyi cəmiyyət üzvlərinin qanunlara və qanunçuluğa hörmətlə 
yanaşmasına  şərait yaradır, hüquq mədəniyyətinə, hüquqi biliklərə 
yiyələnmək hüquqa inamın formalaşması prosesini sürətləndirir. 
Buradan da cəmiyyətin mənəvi mədəniyyətinin mühüm elementi 
olan hüquq mədəniyyəti xüsusi əhəmiyyət daşıyır. 
Hüquq mədəniyyəti cəmiyyətin ictimai-siyasi təşkili ilədə 
bağlıdır. Yüksək hüquq mədəniyyətinin olduğu mühit siyasi sistemin 
normal fəaliyyət göstərməsi üçün şərait yaradır.  Bu  sistemin  hər bir 
sahəsi elə  fəaliyyət göstərməlidir ki, qanuna tam müvafiq olsun, 
demokratiyanın yaratdığı imkanlardan məqsədyönlü istifadə etsin. 
İnsanların hüquqa, mövcud hüquq normalarına münasibətinin 
toplusu hüquq mədəniyyəti adlanır. Hüquq normalarının tələblərinə 
əməl etməyin vacibliyini insanlar şüurlu  şəkildə  dərk etməlidirlər. 
Deməli, hüquq mədəniyyətinin səviyyəsi həm vətəndaşların hüququ 
bilmək, başa düşmək dərəcəsindən, həm də bunu yerinə yetirməyin 
vacibliyini dərk etmələrindən asılıdır. 
- Hüquq mədəniyyəti hüquqi fikrin yüksək inkişaf səviyyəsində 
olduğunu təsdiq edir. Cəmiyyət üzvlərinin ümumi mədəniyyəti bu 
baxımdan hüquq mədəniyyəti qanunçuluğun vəziyyətinə, hüquq 
normalarına hörmətlə yanaşılmasına,   vətəndaşların   öz 
 
 
hüquqlarından   istifadə 
 


 
84
etmələrinə  və öz vəzifələrini yerinə yetirmələrinə  əhəmiyyətli təsir 
göstərir. 
Qanunçuluğu möhkəmləndirməyin 
əsas amili hüquq 
mədəniyyətinin yüksəldilməsidir. Hüquq mədəniyyətinin 
yüksəldilməsi neqativ halların aradan qaldırılmasının  ən mühüm 
vasitələrindən biridir. Hüquq mədəniyyətinin bu istiqamətdə inkişafı 
cinayət cəza tədbirlərinin getdikcə ictimai təsir tədbirləri ilə 
əvəzlənməsinə şərait yaradar. 
Qüvvədə olan qanunvericiliyin daha da təkmilləşdirilməsi, 
dövlət təşkilatları  tərəfindən qanunçuluğa riayət olunmasının 
səviyyəsi, vətəndaşların pozulmuş hüquqlarının vaxtında və  əsaslı 
şəkildə  bərpası, hüquq qaydalarının sabitliyi, hüquq təhsilinin və 
tərbiyəsinin vəziyyəti, eyni zamanda qanunvericiliyin təbliği 
problemləri müasir dövrdə hüquq mədəniyyətinin 
əsas 
şərtlərindəndır. 
Hüquq mədəniyyətinin inkişafı formalizm, süründürməçilik və 
s. kimi mənfi halların da aradan qaldırılmasına öz təsirini göstərir. 
Bununla bağlı mövcud qanunların təsır gücünün artırılması da aktual 
məsələlərdəndir. Qanunvericilikdə öz əksini tapmış  məsələlər nə 
qədər məntiqli və əsaslı olsa da çox vaxt praktikaya tətbiq olunmur və 
hiss olunmadan dondurulur. Hüquq normalarının təsir gücünü 
artırmaq üçün, onların yerinə yetirilməməyinin səbəblərini 
müəyyənləşdirmək üçün bu vəziyyəti yaradan səbəblər: öyrənmək 
lazımdır. Bunun üçün hüququn insanların davranışına təsir 
metodlarını bilmək vacibdir. İctimai, iqtisadi, mədəni, psixoloji və 
digər amillərlə bağlı olan bu metodların işlənib hazırlanması muasir 
dövrün ən aktual problemlərindən biridir. 
Qarşıya çıxan problemlərin təxirəsalınmadan yerinə yetirilməsi 
dövdət icra orqanlarının işinin yaxşı qurulmasından da asılıdır. Eyni 
zamanda vəzifəli  şəxslərin hüquq mədəniyyətinin yüksəldilməsinin 
də böyük əhəmiyyəti vardır. Bunun üçün hüquq mədəniyyətini 
yüksəltmək istiqamətində dövlət aparatı ilə ictimai təşkilatların 
əlaqəli 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə