Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

 
74
lıdır ki, bu dövrdə Azərbaycanda çıxan qəzet və jurnalların  əsas 
hissəsini inqilabi hərəkatın qələbəsinin tərəfdarı olan demokratik 
mətbuat təşkil edirdi. İran tədqiqatçılarının məlumatına görə, 
Məşrutə inqilabı dövründə  Cənubi Azərbaycanda 50-yə yaxın 
müxtəlif adda qəzet və jurnal nəşr edilmişdir. 
Məşrutə inqilabının məğlubiyyətindən sonrakı dövr (1913-
1917)  ərzində  Cənubi Azərbaycanda mədəniyyətin Tehran hakim 
dairələri tərəfindən sıxışdırılması  nəticəsində  nəşr olunan qəzet və 
jurnalların sayı xeyli azaldı. Nəticədə  nəşrini davam etdirən mətbu 
orqanlar arasında nəinki Azərbaycan, hətta bütövlükdə  İranda 
demokratik yönümlü qəzet və jurnal tapmaq mümkün olmadı. 
1917-ci ildən sonra isə yenidən Cənubi Azərbaycanda mətbuat 
tərəqqi etməyə başlayır. Bu da İranın qonşusu olan Rusiyada baş 
vermiş fevral və xüsusilə oktyabr inqilabi hadisələri ilə  əlaqədar 
olmuşdur. Həmin dövrdə Cənubi Azərbaycanda çıxan qabaqcıl ruhlu 
qəzetlərdən biri Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə  nəşrə 
başlayan və qısa fasilələrlə 1921-ci ilə qədər çap olunan “Təcəddüd” 
idi. 
Cənubi Azərbaycanda M.F.Axundov komediyalarının 
bilavasitə  təsiri altında ilk dəfə Mirzağa Təbrizinin yazdığı dram 
əsərləri ədəbiyyat aləmində hadisə idi. M.F.Axundovun davamçıları 
Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” və 
Ə.Talıbovun “Pak adamın məsləkləri”  əsərləri 1905-1911-ci illər 
inqilabının ideoloji və siyasi cəhətdən hazırlanmasında mühüm rol 
oynamışdır. 
XX  əsrin  əvvəllərində ictimai-siyasi publisistika (“Molla 
Nəsrəddin”çi nəsr)  ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş 
vüsət aldı. Bu tipli əsərlər içərisində  Əbülziya  Şəbüstəri və Seyid 
Hüseyn  Ədalətin “İrane-nou”, “Ana dili”, “Ədalət” qəzetlərindəki 
felyetonlarını, Cəmşid Əfşarın pamflet və ədəbi fəlsəfi esse xarakterli 
yazılarını qeyd edə bilərik. 


 
75
Teatr sahəsində isə ilk əhəmiyyətli addımlar yalnız 1905-1911-
ci illər inqilabı dövründə atıldı. Bu işdə  də  Şimali Azərbaycanın 
mədəniyyət xadimlərinin köməyi və  şəxsi iştirakı mühüm rol 
oynayırdı. 1909-1916-cı illər  ərzində Azərbaycanın görkəmli 
aktyorları Sidqi Ruhulla, Abbas Mirzə Sərifzadənin rəhbərliyi altında 
Bakı teatr truppaları  dəfələrlə  İrana getmiş, Tehranda, Təbrizdə, 
Rəştdə, Qəzvində  və s. şəhərlərdə tamaşalar vermişlər. Onların 
repertuarı əsasən Ə.Haqverdiyevin, N.Vəzirovun və N.Nərimanovun, 
həmçinin Qərb dramaturqlarının əsərlərindən ibarət idi. 
1916-cı ildə  Təbrizdə ilk teatr binası tikilmişdir. Beləliklə, 
Cənubi Azərbaycanda qısa müddətdə milli teatr yaradılmasının təməl 
daşı qoyuldu. Teatr tamaşaları ana dilində verildiyindən xalq 
tərəfindən tez qavranılır və eyni zamanda Azərbaycan  əbəbi dilinin 
formalaşmasında, mədəniyyətin inkişafında mühüm rol oynayırdı. 
XX  əsr Azərbaycan tarixində  və bütün türk dünyasında 
Azərbaycan Demokratik Respublikası kimi respublika tipli ilk 
demokratik bir dövlətin yaranması ilə də səciyyəvidir. 
Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafında ADR 
və onun öndərlərindən olan M.Ə.Rəsulzadənin misilsiz xidmətləri 
olmuşdur. Onun “Əsrimizin Səyavuşu”, “Azərbaycan cümhuriyyəti” 
və s. əsərləri xalqımızın zəngin mənəvi, siyasi və  fəlsəfi dünyasının 
öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. 
Milli siyasətdə dostluq və qardaşlıq münasibətlərinə əsaslanan 
M.Ə.Rəsulzadə Azərbaycan parlamentindəki 1918-ci il 7 dekabr 
tarixli çıxışında deyirdi: “... bu Qafqaz millətləri ruhunda, hər zaman 
hürriyyət və istiqlal fikri olmuşdur. Hürriyyət fikrinin rəmzi olan 
Prometey Qafqaz dağlarında zəncirbənd edilmişdi. O, daima 
zəncirlərini qıraq təşəbbüsündə idi. Prometeyin ruhu Qafqazın bütün 


 
76
 
 
millətlərində vardır. Qafqaz millətlərinin istiqlalı  və  bərabərlikdə 
müstəqil yaşamaları bir xəyal deyildir”. 
Həqiqətən də müstəqillik ideyaları xəyal olaraq qalmadı, neçə-
neçə illər sonra reallaşdı. Bu gün biz də bunun şahidiyik. 
XX əsr Azərbaycan tarixində yurd-yuvalarından didərgin düşən 
minlərlə qaçqın soydaşımızın taleyi də öz əksini tapacaqdır. Düşmən 
əlində əsir qalan yüzlərlə soydaşımız, ərazimizin erməni qəsbkarları 
tərəfindən işğal edilmiş 20 faizdən artıq sahəsi dağıdılmış  və talan 
edilmiş, maddi-mədəniyyət abidələrimiz bu dövrün yaddan çıxmaz 
acılarıdır. 
Biz Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərə 
bölünən zəngin və çoxsahəli keçmişinə qismən də olsa nəzər salmağa 
çalışdıq. Məqsədimiz bu idi ki, Azərbaycan mədəniyyətinin müxtəlif 
dövrlərində müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnməsi 
və eyni zamanda onların bəzilərinin beşiyi başında dayanması barədə 
müəyyən təsəvvür yaradaq. Yadda saxlamaq lazımdır ki, uzun illər 
məqsədli  şəkildə aparılan imperiya siyasəti bizim millətdə milli 
unutqanlıq yaratmağa çalışmış, düşmənlərimizi bizə dost kimi 
təqdim etmişdir. Buna görə  də  zəngin adət-ənənəmizin bir sıra 
mühüm məqamları 
və xüsusiyyətləri unudulmuş, milli 
mədəniyyətimiz təhrif olunmuşdur. 
Qədim tarixi köklərə malik olan milli mədəniyyətimizi 
öyrənmək, onu öyrənib daha da inkişaf etdirmək, zənginləşdirmək 
hər birimizin vətəndaşlıq vəzifəmizdir.   
 
 


 
77
 
§ 12. MƏDƏNİYYƏT SİSTEMİNDƏ 
ELMİN YERİ  VƏ ROLU 
 
İctimai  şüur formalarından biri olan elm insanın  əməli və 
nəzəri fəaliyyətinin mühüm bir sahəsidir. Elm eyni zamanda təbiət, 
cəmiyyət və  təfəkkürün inkişaf qanunları haqqında biliklər 
sistemidir. 
Qədim  Şərq ölkələrində-Bablistanda, Misirdə, Hindistanda, 
Çində meydana çıxan ilk biliklər elmlərin ilk təməli oldu.   Həyat  
haqqında  abstrakt  fikirlər  söyləyən  qədim yunan mütəfəkkirləri 
dünyanın yaranışının təbii qanuna-uyğunluqlarını aydınlaşdırmağa 
çalışırdılar. Həmin dövrdə müxtəlif bilik sahələrinin naturfəlsəfədən   
ayrılma prosesi başlanır. Belə ki, Ellinizin dövründə  həndəsə, 
mexanika və astronomiyanın əsası qoyulur. Orta əsrlərdə Ərəb Şərqi 
və Orta Asiya mütəfəkkirləri (İbn Sina, İbn Ruşd, Biruni və s.) qədim 
yunan elimi ənənələrini daha da zənginləşdirirdilər. Avropada   bu   
ənənə   xristianlığın   təsirinə   məruz   qalan elmlərin xüsusi forması 
olan sxolostikanı yaratmışdır. XVI-XVII   əsrlərdə  elm  kapitalist  
istehsal  üsulunun   təlabatı  nəticəsində formalaşmağa başladı. 
İntibah dövründə isə elm mənəvi həyatın müstəqil amilinə çevrilir. 
Bunu Leonardo da Vinçinin,   Koltenberinin,   N.Kopernikin 
yaradıcılığında görmək mümkündür. 
Yeni dövr elmlərində eksperiment mühüm tədqiqat metodu 
olmuş, nəzəri fikirləri təbiəti dərk etmək prosesi ilə 
əlaqələndirmişdir. F.Enqels yazırdı: “ insanın zəkası da, onun təbiyəti 
dəyişdirməyi öyrənməsinə müfaviq surətdə inkişaf edirdi”. 
Dindən, incəsənətdən fərqli olaraq elm öz məlumatlarının 
həqiqliyini sübut edən obyektiv, məntiqi biliklər sistemidir. O 
elməqədərki təfəkkürə aid olan emprik və adi şüur səviyyəsindən 
fərqlənir. Elmin yaranmasından  əvvəl də mövcud olan hadisələrin 
səbəbinin və qanunauyğunluğunun müəyyənləşdirilməsi məhz elmin 
naliyyətidir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə