Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə17/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

 
54
Yerin ölçülərini təyin etmək üçün dərəcə ölçməsi isə  Xəlifə 
Məmunun dövründə aparıldı. Biruni, Xarəzmi,  ər-Razi və s. 
mineralogiyaya dair əsərlər yazdılar. Biruninin “Məsudun qanunu”, 
“Mineralogiya” və İbn Sinanın “Bilik kitabı”nda atmosfer fizikasına 
və geofizikaya aid elmi müddəalar irəli sürülürdü. Heysəmin 
“Optika” əsəri isə hətta Qərbi Avropada da şöhrət qazanmışdı. 
Tibb sahəsində  də nailiyyətlər  əldə edilmişdir.  İbn Sinanın -
Tibb elminin qanunu” orta əsr  Şərq aləmində  və  Qərbi Avropada 
uzun illər tibbi praktikaya aid əsas vəsait olmuşdur. 
Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini 
şifahi xalq yaradıcılığından - götürmüşdür.  İslama qədər yaradılmış 
ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib 
çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır. 
Məlumdur ki, cahiliyyə adlanan həmin dövrdə  əsas poeziya 
janrı qəsidə olmuşdur. Bu janrın yeddi əsas nümayəndəsinin - İmrəul 
- Qeys, Tərəfə ibn əl-Əbd, Naqibə  əz-Zubyani, Zuheyr ibn Əbi 
Sulma,  Əntərə ibn Şəddad,  Əşa və  Ləbid Rabiənin qəsidələrindən 
ibarət külliyyat dövrün qiymətli ədəbi abidəsidir. 
Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə,  Əmr ibn 
Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur. 
İslam dininin meydana gəlməsi və çox geniş ərazidə yayılması 
ərəb ədəbiyyatının daha da inkişafına səbəb oldu. Nəsrin inkişafında 
Quranın müəyyən rolu olsa da, ədəbiyyatın  əsas janrı poeziya idi. 
Lakin bu dövrün poeziyasında qruplaşma meyli nəzərə çarpırdı. Belə 
ki, yaranan poeziya nümunələrinin çoxu bəzi siyasi və dini qrupların 
mənafeyini ifadə edirdi. Dövrün ictimai satirasının dəyərli 
nümunələri isə Azərbaycan  şairi Musa Şəhəvatin qələminə  məxsus 
idi. 
 


 
55
Tədqiqatçılar Abbasilərin hakimiyyət illərini  ədəbiyyatın “qızıl 
dövrü” adlandırırlar. Çünki bu dövrdə xilafətdə yaranan yeni ictimai-
siyasi şərait ədəbiyyatda daha böyük dəyişikliyə səbəb olur. Dövrün 
tələbinə uyğun olaraq, yaranan ədəbiyyat (əsasən poeziya) ərəbdilli 
idi. Ancaq bu poeziyanın inkişafında Azərbaycan  şairlərindən 
İsmayıl ibn Yəssarın, Abbas əl-Əmanın, Musa Şəhəvatın, Əbu Nəsr 
Mənsur ibn Mümkan Təbrizinin və b. mühüm xidmətləri olmuşdur. 
Yaranan poeziya nümunələri musiqi əsərlərində  də öz əksini  
tapırdı.   Ərəb  musiqisi  əsasən  ərəb  incəsənəti  ilə  bərabər işğal 
olunmuş ölkələrin incəsənətinin vəhdəti nəticəsində formalaşmışdır. 
İslam dininin qəbul edilməsi, Yaxın və Orta Şərq,  Şimali Afrika, 
cənub-qərbi Avropa ölkələrinin işğalı və Xilafətin yaranması musiqi 
mədəniyyətinin inkişafında mühüm rol oynadı. Belə ki, yunan musiqi 
nəzəriyyəsinin əsasları qəbul edildi, fars və Bizans musiqisinin təsiri 
altında  ərəb musiqisinin səsdüzümü genişləndi, farsların not yazısı, 
əsas musiqi alətləri  ərəbləşdirildi. 7 pərdəli 12 məqama  əsaslanan 
ərəb musiqisi üçün spesifık kolorit, rəngarəng melizmlər, məqamdan 
yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi
əsasən vokal musiqisi ilə təmsil olunur. 
Orta  əsrlərin görkəmli musiqi nəzəriyyəçilərindən sayılan  əl-
Kindi,  İsfəhani, Fərabi, o cümlədən Azərbaycan musiqişünasları 
Səfiəddin Urməvi və  Əbdülqadir Marağayinin  əsərlərində  Şərq 
musiqisinə dair mühüm məlumatlar öz əksini tapmışdır. Bu dövrdə 
İspaniya, Portuqaliya musiqisinə, Avropanın bəzi musiqi alətlərinin 
formalaşmasına ərəb musiqisinin böyük təsiri olmuşdur. 


 
56
§11. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
 
Tarixdən məlumdur ki, qədim Azərbaycan  ərazisində yerli 
qəbilələrin ilk siyasi təşəkkülü eramızdan əvvəl IX-IV əsrlərə təsadüf 
edir. O dövrdə paytaxtı Urmiya gölünün cənubunda olan ilk Manna 
dövləti yaranmışdır. Qədim yerli qəbilələrin iqtisadi-siyasi və mədəni 
həyatında mühüm rol oynamış bu dövlət eradan əvvəl VIII əsrin 
ortalarına bütün Cənubi Azərbaycanı əhatə etmiş və eramızdan əvvəl 
VI əsrin   axırlarına qədər müstəqil bir dövlət kimi yaşaya bilmişdir. 
E.ə. VIII əsrin axırlarında Manna dövlətinə tabe olan Maday e.ə. VI 
əsrin sonlarında qüvvətlənərək məşhur Midiya dövlətini qurmuşdur. 
Qədim tarixçilərin verdikləri - məlumata görə, bu dövləti ilk 
Hökmdar Dayakku təsis etmiş və o, II Hökmdar Fravartiş dövründə 
daha da möhkəmlənmiş, Kiaksar hakimiyyəti illərində isə (e.ə. 625-
584) özünün ən  əzəmətli dövrünü yaşamışdır. Lakin Astiaqın 
hakimiyyəti illərində (584-550) bu dövlət yıxılaraq,  əvəzində 
həxamənişilər hökmranlığı başlamış  və  Cənubi Azərbaycan da bu 
dövlətin hakimiyyəti altına keçmişdir.  İskəndər istilalarına qədər 
həxamənişilərin satrapı olan Atropaten İskəndərin ölümündən sonra 
(e.ə.323) istiqlaliyyət qazanmış  və e.ə. 150-ci illərə  qədər müstəqil 
dövlət kimi mövcud olmuşdur. Atropaten, əsasən Cənubi Azərbaycan 
ərazisini  əhatə edirdi. Şimali Azərbaycan  ərazisi isə Alban-Ağvan-
Arran adlandırılırdı. 
Qədim Azərbaycanın həm Atropaten, həm də Arran hissəsində 
yüksək inkişaf tapmış  mədəniyyət mövcud olmuşdur. Həmin 
mədəniyyətin izləri özünü bir çox nümunələri hələdə qalmaqda olan 
maddi mədəniyyət abidələrində-dövrü üçün böyük əhəmiyyətə malik 
olmuş istehkamlarda, suvarma şəbəkələrində, şəhərlərin, məbədlərin, 
qalaların orijinal memarlıq nümunələrində göstərməkdədir. 


 
57
Eranın  əvvəllərində Alropatendə  Pəhləvi yazısından istifadə 
edilirdi. Arranda isə sonrakı əsrlərdə 52 hərfdən ibarət xüsusi əlifba 
yaradılmışdı. Bu ərazidə bir sıra elmlər, o cümlədən astronomiya 
xeyli inkişaf etmişdi. 
Ümumiyyətlə, bəşər xalqlarının qədim dövrdən bəri yaratdığı 
zəngin mədəni sərvət onun sonrakı inkişafı üçün əsaslı zəmin yaratdı. 
Həmin sərvət öz inkişafının sonrakı  mərhələlərində  əldə edilən 
uğurlaria daha dolğun məzmun kəsb etdi. 
Bildiyimiz kimi, orta əsrlərdə feodalizm quruluşu  Şərq 
ölkələrinə nisbətən Avropada bir neçə əsr gec formalaşmışdır. V-VI 
əsrlərdə Roma imperiyası süquta uğradıqdan sonra burada yaranan 
xırda feodal dövlətləri Avropada feodalizmin formalaşması üçün XI 
əsrə qədər zəmin rolunu oynadı. 
Orta  əsrlərdə siyasi hakimiyyəti öz əllərində  cəmləşdirməyə 
çalışan kilsə  mədəni-mənəvi və ideoloci-siyasi prosesləri özünün 
güclü təsiri altına almışdı. K.Marksın və F.Engelsin elmin ilahiyyatın 
quluna çevrilməsi haqqında məlum müddəaları da Avropa ölkələri 
üçün bu baxımdan səciyyəvidir. 
İslam Şərqi ölkələrində isə vəziyyət tamamilə başqa şəkildə idi. 
Beiə ki, Avropa ölkələrinin çoxunda elm, din, fəlsəfə, siyasi ideyalar 
və s. əsasən kilsə xadimləri tərəfindən irəli sürülüb əsaslandırılırdısa, 
islam  Şərqi ölkələrində bu problemlərlə  məşğul olanların arasında 
təbiətşünaslar, həkimlər, sənətkarlar, səyahətçilər, tacirlər və s. 
olduğu üçün onların irəli sürdükləri idealar demək olar ki, dinlə bağlı 
olmurdu. Elə buna görə də islam Şərqi ölkələrində elmi-fəlsəfi fikir 
və müddəalar, azadlıq ideyaları  və azadfikirlilik geniş intişar 
tapmışdı. 
Ümumiyyətlə, islam Şərqi ölkələrində, eləcə də Azərbaycanda 
mədəni irsin inkişaf mərhələsini iki dövrə bölmək olar: 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə