Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə13/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

 
41
Yunanıstanda yaranan ədəbiyyat mövzu baxımından tragikliyi 
ilə diqqəti cəlb edir. Yunan tragediyasının banisi isə Fespid (e.ə. VI 
əsr) hesab olunur. 
Tragediya öz yaranışı etibarilə Dionis allahı (üzüm və  şərab 
allahı) şərəfinə keçirilən bahar bayramı ilə bağlıdır. Dionis ayinindən 
yaranmış yunan dramı, sonralar bu ayindən ayrılaraq yunan 
qəhrəmanlarını öz süjet dairəsinə salır. İlk yunan dramaturqları olan 
Fespid, Pratin, Xeris və Frinixin əsərləri dövrümüzə  gəlib çatmasa 
da, Frinixin “Miletin alıması” və “Finikiyalı qadınlar”  əsərləri 
haqqında müəyyən məlumatlar günümüzə  qədər gəlib çatmışdır. 
Həmin məlumatlar o dövrün yunan dramaturgiyası haqqında fikir 
söyləməyə imkan verir. 
Dünyanın digər mədəniyyət mərkəzlərində olduğu kimi, teatr 
Yunanıstanın ictimai həyatında da mühüm rol oynamış  və olduqca 
populyarlaşmışdı. Qədim yunan teatrı üç hissədən-orxestra
1
, teatron
2
 
və skenedən
3
 ibarət olmuşdur. 
Böyük Attika tragikləri-Esxil, Sofokl və Evripidin 
yaradıcılığında Afina demokratiyası tarixindəki üç ardıcıl dövr öz 
əksini tapmışdır. F.Engelsin haqlı olaraq “Tragediyanın atası” 
adlandırdığı Esxil demokratik dövrün bərqərar olması, Sofokl 
quldarlıq demokratiyasının yüksəlişi, Evripid isə bu demokratiyanın 
böhranı dövrünün şairləri hesab olunurlar. 
Yunanların iranlılara qarşı apardıqları azadlıq mübarizəsi 
dövründə yaşamış Esxilin özü də məşhur Marafon döyüşündə iştirak 
etmişdir. Mənbələrin verdiyi məlumata görə, Esxil zəngin yaradıcılıq 
irsinə malik olmuşdur. Təəssüf ki, bu ədəbi irsin ancaq az bir hissəsi 
dövrümüzə çatmışdır. 
 
 
 
                                                           
1
 Orxestra-yunanca orxensthay(rəqs etmək) sözündən alınıb. O dövrdə xorun əsas 
vəzifələrindən biri rəqs etmək idi. 
2
 Teatron- yunanca theasshay (tamaşa etmək) sözündən alınıb mənası tamaşa yeri deməkdir. 
3
 Skene- yunanca çadır mənasındadır. İfaçıların geyim otağı hesab olunur. 


 
42
Onlardan “Farslar”, “Xahiş edən qadınlar”, “Fiv əleyhinə yeddi 
adam”, “Zəncirlənmiş Prometey”, “Oresteya” trilogiyasını  –
“Aqamemnon”, “Xoeforlar”, “Evmenidlər”-  əsərlərini göstərmək 
olar. 
Yunan teatrının inkişafında Esxilin böyük rolu olmuşdur. Əgər 
Hellinizm dövrünə  qədər yunan dramının ayrılmaz hissəsi olan 
xordan hələ VI əsrin II yarısında xüsusi ifaçı-aktyor ayrılırdısa (o da 
müəllifin özü olurdu), Esxil ifaçının sayını ikiyə çatdırır. Onun dünya 
ədəbiyyatına, eyni zamanda müasir ədəbiyyata güclü təsiri olmuşdur. 
Enni, Aksi, Seneka (Roma şairləri) və başqaları onun 
yaradıcılığından bəhrələnmiş, yeni dövr şair və yazıçıları - Kalderon, 
Milton, Volter, Göte, Bayron, Şiller və s. Esxilin əsərlərinə nəzirələr 
yazmışlar. 
Öz siyasi görüşləri baxımından mühafizəkar olan, Peloponnes 
müharibəsi dövründə sinfi ziddiyyətlərin kəskinləşdiyi bir şəraitdə 
zadəganların tərəfində dayanan Sofoki (e.ə. 496-406) 123 əsərin 
müəllifi olmuşdur. Bu əsərlərdən ancaq yeddi tragediya “Ayaks”, 
“Elektra”, “Filoktet”, “Çar Edip”, “Edip Kolonada”, “Antiqona” və 
“Traxiniyalı qadınlar” bizə  məlumdur. Bunlardan “Çar Edip” və 
“Antiqona

  əsərləri dəfələrlə Azərbaycan teatr səhnəsində nümayiş 
etdirilmişdir. 
Yunan teatrının inkişafında Sofoklun da müstəsna xidmətləri 
olmuşdur. Belə ki, o, teatr dekorasiyası yaratmış tragediyada 
aktyorların sayını ikidən üçə, xor ifaçılarının sayını isə on ikidən on 
beşə qaldırmışdır. 
Öz dövrünün böyük romantik şairi olan Evripidin (e.ə. 484-
406) isə doxsandan artıq əsərindən yalnız on səkkizi bizə məlumdur 
“Troyalı qadınlar”, “Elektra”, “Orest”, “Hippolit”, “Finikiyalı 
qadınlar”, “İon”, “Herakl”, “Medeya” və s. Evripid də öz 
sələflərindən fərqli olaraq, qədim yunan mifologiyasından istifadə 
etdiyi  əfsanəvi rəvayətlərə  tənqidi yanaşmış, onları  həyat 
həqiqətlərinə uyğun hesab 


 
43
etmişdir-Əgər Sofokl insanları “necə olmalı” kimi təsvir edirsə, 
Evripid onları olduğu kimi təqdim etmişdir. 
Komediya isə bir ədəbi janr kimi tragediyadan xeyli sonra (e.ə. 
487-ci il) formalaşsa da, öz tarixi kökləri baxımından o da Dionis 
şərəfinə həsr olunmuş oyunları müşayət edən nəğmələrlə əlaqədardır. 
İlk komediya ustalarından biri Koslu Epixarın (VI əsrin II yarısı və V 
əsrin 
əvvəlləri) olmuşdur. Onun komediyaları mifoloci 
parodiyalardan ibarət idi. Epixarmın məişət məzmunlu 
komediyalarına misal olaraq “Kəndçi”, “Zəvvarlar”, “Ümid” və s. 
göstərmək olar. 
Qədim Yunanıstan mədəniyyətində komediya janrına bənzəyən 
mim,
1
 fliak
2
  və pantamima
3
 kimi kiçik formalı komik tamaşalar da 
özgün yer tutur. Həmin janrın nümayəndələri isə siciliyalı Sofron (e.ə. 
V  əsr) və onun oğlu Ksenarx (e.ə. IV əsr) olmuşdur. Onu da qeyd 
edək ki, bu janr son zamanlar Azərbaycan teatrında da inkişaf 
etməkdədir. Pantamimo teatrı formalaşaraq uğurla öz fəaliyyətini 
davam etdirir. 
Qədim Yunanıstanın müxtəlif yerlərində ibtidai şəkildə nəzərə 
çarpan komediya e.ə. V əsrdə Attikanın ictimai-siyasi həyatında 
meydana çıxan dəyişikliklərdən yaranan ehtiyaclarla bağlı getdikcə 
daha da inkişaf edərək dolğunlaşmışdı. O dövrün Afina 
komedioqraflarından Xionid, Maqnet, Kratin və b. əsərlərindən bəzi 
hissələr zəmanəmizə gəlib çatmışdır. 
Klassik dövr Yunan mədəniyyətində incəsənətin digər növləri 
ilə yanaşı musiqi də inkişaf etmişdi. Yunanıstanın ictimai həyatında 
özünəməxsus yer tutan musiqi xüsusi mənəvi-tərbiyəvi  əhəmiyyətə 
malik idi. Yunanların uşaq tərbiyə sisteminə musiqi də daxil idi. 
Musiqinin insan xarakterinin formalaşmasına göstərdiyi güclü təsir 
öz əksini 
 
 
                                                           
1
 Mim-yunan sözü olub, mənası təqlid deməkdir. 
2
 Fliak-yunan sözüdür, mənası zarafat deməkdir  
3
 Pantamimo da yunan sözüdür və panta hamı, hər şey, mimos təqlidçi sözlərindən 
alınmışdı. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə