Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə12/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

 
38
güclü təsiri olmuşdur. O, kainatı ahəngdar ədədlər və onların tənasüb 
sistemi kimi təsəvvür edirdi. 
Qədim Yunanıstanın görkəmli filosoflarından olan Pifaqorun 
müasiri Efesli Heraklit (e.ə. təxminən 530-470) materialist 
dialektikanın banisi sayılır. Onun fikrincə, kainatın daimi və fasiləsiz 
hərəkət qanunu həm ictimai həyatı, həm də  təbiəti idarə edən bir 
qüvvədir. O, kainat və onun qanunlarının nə allahlar, nə də insanlar 
tərəfindən yaradıldığı fikrini qəbul edirdi. Heraklit təbiətdən 
öyrənməyə səsləyərək vurğulayırdı ki, “Kainat” həmişə qanunauyğun 
alovlanan və sönən canlı bir od olmuş, oddur və od olaraq da 
qalacaqdır. 
F.Engelsin fikrincə, qeyd etdiyimiz dövrün fəlsəfəsi “bir-birinə 
əks olan iki keyfiyyətlə-böyük dərinliyi və eyni zamanda 
sadəlövhlüyü ilə insanı heyran edir”. 
Yunan alimləri təbabətdə  də diqqətəlayiq nailiyyətlər 
qazanmışdılar. Dünya təbabət elmi tarixində xüsusi yeri olan 
Hippokrat da (e.ə. 460-377) məşhur Kos (Kiçik Asiya sahili 
yaxınlığında ada) təbabət məktəbinin görkəmli   nümayəndəsi 
olmuşdur. Onun təbabət sahəsində böyük xidməti ondan ibarətdir ki,  
xəstəliyi tədqiq metodunu naturalist filosofların qeyri-elmi 
spekulyatif fikirlərinə qarşı qoymuşdur. 
V  əsr yunan fəlsəfəsinin inkişafı daha çox Emkedokl, 
Anaksaqor, Levkipp və Demokritin adı ilə bağlıdır. Onlar 
materiyanın quruluşuna dair bir çox nəzəriyyələr təklif etmişlər. 
Məsələn, Levkipp ilk dəfə materiyanın bölünməz hissəsi-atom 
haqqında təlim hazırlamışdır. Bu təlimi onun tələbəsi Demokrit öz 
əsərlərində daha da təkmilləşdirmişdir. Onun (Demokritin) fikrincə, 
kainat keyfiyyətcə  həmcins, yalmz öz həcm və forması ilə bir-
birindən fərqlənən atomlardan və boşluqdan ibarətdir. Bu boşluqda 
mexaniki  şəkildə  hərəkət edən atomlarm toqquşması, dəf olunması, 
birləşməsi və ayrılması nəticəsində şeylər əmələ gəlir. Bir çox 


 
39
Şərq ölkələrini gəzərək qədim  Şərq fəlsəfəsinə yaxşı  bələd olan 
Demokritin fikrincə, kainatı  təşkil edən çoxlu sayda dünyaların 
yaranması və məhv olması atomların boşluqdakı fasiləsiz hərəkəti ilə 
şərtlənir. Eyni zamanda, təbiətdəki bütün cisimlərin və onların 
mahiyyətinin müxtəlifliyi atomların müxtəlif birləşmə  və ayrılması 
ilə izah olunur. 
Haqqında danışdığımız dövrün materialist təlimlərini Epikür 
(e.ə. 341-270) sona çatdırmışdır. “Epikür bağı” adlı  fəlsəfi məktəb 
(e.ə. 306) yaradan Epikür ömrünün sonunadək Afinada yaşamışdır. 
Yaradıcılığı  ərzində yazdığı 300-ə  qədər  əsərin az bir hissəsi bizə 
gəlib çatmışdır. Onun fikrincə, Kainat sonsuz və  əbədidir. Atomlar 
öz-özünə başlanğıc düzxətli hərəkət vəziyyətindən çıxmaq və 
əyrixətli hərəkət etmək iqtidarmda deyillər.  
Epikürün ateist təlimi Platonun “İdeyalar aləmi”, Aristotelin isə 
“İlk mühərrik”  əsərlərindəki ideyanın tam əksidir. Epikür dünyanı 
dərk etməyin mümkünlüyünü bildirirdi. Duyğuların, hisslərin və 
anlayışların idrakın meyarı olduğunu göstərən Epikür duyğuları eyni 
zamanda biliklərin mənbəyi, idrakın başlanğıcı hesab edirdi. 
Yunanıstanda idealist fəlsəfənin banilərindən olan Sokratın 
(e.ə. 469-399) fəlsəfi təlimi və  həyatı haqqında məlumatlar onun 
tələbələri və davamçıları olan Platonun, Ksenofontun, Aristotelin 
əsərlərində öz əksini tapmışdır. - Bu filosof da yunan sofistləri 
(yunanca hikmət müəllimləri deməkdir. Məsələn, Qorgi e.ə. 483-376, 
Protaqor e.ə. 481-411 və s. b.) kimi fəlsəfi məsələlərdə  əsasən 
təbiətşünaslığa deyil, mənəviyyata, insan əxlaqına diqqət yetirir. 
Sokratın tələbəsi və həmfikri Platonun (e.ə. 427-347) da fəlsəfi 
görüşləri obyektiv idealizmin bariz göstəricisidir. Onun fəlsəfi 
təliminə  əsasən duyulan, hiss olunan varlıq, maddi aləm həqiqi 
aləmin yalnız kölgəsidir, həqiqi varlıq isə əbədi və dəyişməz ümumi 
ideyalardır. 
 


 
40
Cəmiyyətdəki bərabərsizliyi, yuxarı  təbəqənin (istismarçıların) 
aşağıdakılara qeyri-insani münasibətini görən Platon “ideal dövlət 
nəzəriyyəsi” tərtib edir. Bu layihəsinin  əsasında Platonun idealist 
fəlsəfəsi dayanır. Təəssüf ki, Platonun da əsərlərinin çoxu haqqında 
məlumatımız yoxdur. 
Qədim dünyanın məşhur filosoflarından biri də Aristotel (e.ə. 
384-322) olmuşdur. Dünyanın böyük bir hissəsinin  Makedoniya 
tərəfindən  işğal edilməsi və  İsgəndərin möhtəşəm imperiyasının 
yarandığı dövrdə yaşamış Aristotel klassik yunan fəlsəfəsini 
yekunlaşdırmışdır. O, materializm ilə idealizm arasında-Platon xətti 
ilə Demokrit xətti arasın da tərəddüd etməsinə baxmayaraq, maddi 
aləmi “deyalar kölgəsi” deyil, öz-özlüyündə mövcud olub
ideyaların, məvhumların, hisslərin və sairin əsası hesab edirdi. Bu isə 
yalnız Platonun mistik fəlsəfəsinə deyil, eyni zamanda bütün 
idealizmə böyük zərbə idi. 
Aristotelin teoloji (teos-ilahiyyat) və teleloji (teleo-məqsəd) 
müddəalarından orta əsrlərdə və sonrakı dövrlərdə yaşamış hətta ona 
əks baxışlı filosoflar da bəhrələnmişlər. 
Aristotel yalnız fəlsəfə sahəsində deyil, məntiq,  ədəbiyyat 
nəzəriyyəsi, təbiətşünaslıq, siyasət və tarix sahəsində  də maraqlı 
əsərlər yazmışdır. Zoologiya və botanika elmlərinin inkişafında da 
onun böyük xidmətləri olmuşdur. Yunan elm tarixində xüsusi rol 
oynayan Ligey məktəbini (Afina yaxınlığında) də Aristotel yaratmış 
və bu məktəb səkkiz əsrə qədər fəaliyyət göstərmişdir. 
Bəhs etdiyimiz dövrdə yunan ədəbiyyatının da sürətli inkişafı 
müşahidə olunur. Maraqlıdır ki, eyni zamanda epik və dramatik 
poeziya ilə yanaşı lirik poeziya da yaranır. Belə ki, lirik şairlərdən 
Tirtey, Kallin, Feoqnid, Alkey, Sapfo, Anakreont, Arxllox, Pindar və 
başqalarının  əsərləri cəmiyyətdə yayılmağa və sevilərək, qəbul 
olunmağa başlayır. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə