Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə15/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

 
48
Milli eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin 
əsərlərini latın dilinə çevirir və bu əsərlər  əsasında latınca  əsərlər 
yaradırdı. O, “İlliada” və “Odisseya”nı təqlid edərək “Salnamə” adlı 
böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə  əfsanəvi 
dövrlərdən eradan əvvəl II əsrə  qədər olan Roma tarixindən bəhs 
olunur. 
Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan 
komediya janrında da mövzu və ideya cəhətdən yunan komediyaları 
təqlid edilirdi. Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk 
komedislər isə Plavt və Terensi idilər. Plavt yunan komediyalarını 
Roma  şəraitinə uyğun dəyişdirir, öz zəmanəsinin adət və  əxlaqında 
müşayiət olunan gerilik və eybəcərlikləri gülüş obyektinə çevirirdi. O, 
öz əsərlərini canlı xalq dilində yazmışdı. 
Klassik dövr Roma ədəbiyyatının  ən görkəmli nümayəndələri 
M.P.Vergili, Horatsi və Ovidi olmuşdur. Bu dövrdə Roma 
ədəbiyyatının  şöhrəti yalnız Roma imperiyasında deyil, bütün 
İtaliyada geniş yayılmışdı. 
Maron Publi Vergili (e.ə. 70. Mantuya - e.ə. 19) yaradıcılığa 
şerlə başlamışdır. Bukolik şerlər məcmuəsinə (yunanca bykolos - 
çoban mənasındadır. Bukolik poeziya antik janrdır. Bu janr yeni 
Avropa ədəbiyyatında da inkişaf etmişdi. Burada kənd həyatı, təbiət 
cizgiləri, çoban həyatı idealizə edilərək,  şəhər mədəniyyətinə qarşı 
qoyulur. Həmin janrın banisi Feokritdir. E.ə. IV əsrin sonu III əsrin I 
yarısında yaşamış bu yunan şairinin 90-a yaxın  şeri bizə  gəlib 
çatmışdır.) daxil edilmiş “Çoban nəğmələri”, “Georgiklər” 
(“Əkinçilər haqqında poema” e.ə. 36-29) əsərlərində çoban həyatı, 
təbiət gözəllikləri və sadə  kəndli  əməyi tərənnüm olunur. Vergiliyə 
dünya  şöhrəti qazandıran Homerin “İliada”sının təsiri ilə yazdığı 
“Eneida” poeması olmuşdur.  İmperator Avqustun əfsanəvi  əcdadı 
hesab olunan troyalı Eneyin səyahət və müharibələrindən danışılan bu 
əsərdə Romanın aktual siyasi problemləri öz əksini tapmışdır. 
 


 
49
E.ə. I əsrin II yarısında imperator Avqustun hakimiyyəti 
dövründə Roma ədəbiyyatı  ən yüksək inkişaf mərhələsinə çatdı. Bu 
dövr Roma ədəbiyyatının “qızıl dövrü” adlandırılır. Lakin imperiya 
dövrü Roma ədəbiyyatının gələcək inkişafı üçün həm  əsas olmadı, 
həm də onun tənəzzülünə  səbəb oldu. Belə ki, imperator Avqustun 
Ovidini sürgün etdirməsi bu prosesi daha da sürətləndirdi. 
Klassik dövrdən sonrakı Roma ədəbiyyatı üç mərhələyə ayrılır: 
l. Eramızdan əvvəl I əsrin I yarısı və ortaları;  
2. Eramızın I əsrinin sonu, II əsrinin əvvəli;  
3. Eramızın II əsri və III əsrinin əvvəli.  
Eramızın IV-V əsrlərində xristian ədəbiyyatı geniş yayılır. VI 
əsrin sonlarında isə Roma ədəbiyyatı  zəifləyir və tarixin keçmiş 
səhifəsinə çevrilir. 
Roma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf 
edərək, məişətə əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və 
s.) yaranırdı. 
İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə  rəngarəng 
olmuşdur. Roma musiqi aləmində yunan kifaraçıları,  İsgəndəriyyə 
müğənniləri, Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər. 
Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli 
yarışları”nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi 
xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyor-
müğənni Apelli, kifaraçı Kritli Mesomed və s. şöhrət qazanmışdır. 
Roma incəsənəti Antik bədii mədəniyyətin inkişafında sonuncu 
mərhələdir. (E.ə. VIII-IV əsrlərdə, yəni qədim Roma bədii 
mədəniyyətinin formalaşdığı dövrdə Roma memarlığında etruskların 
güclü təsiri olmuşdur. Etrusklar e-ə. I minillikdə Apennin 
yarımadasının  şimal-qərbində, indiki Toskanada yaşamış tayfadır. 
Onlar romalılardan əvvəl zəngin bir mədəniyyət yaratmışlar. E.ə. VII 
əsrdə Etruskla- 
 


 
50
rın yazısının, mədəniyyətlərinin çiçəkləndiyi dövrdə onların dini və 
dünyəvi  ədəbiyyatları olmuşdur. Təxminən 10 min etrusk yazılı 
abidəsi elmə məlumdur.) 
E.ə. II əsr, I əsrin I yarısında qədim Roma tikililərinin  əsas 
tipləri, yəni bazilika, term, tağlı körpülər, su kəmərləri və s. 
yaradılmış və getdikcə təkmilləşdirilmişdir. E.ə. III-I əsrlərdə təsviri 
sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur. 
Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, 
yəni e.ə. I əsrin 20-ci illəri və eramızm II əsrinə  təsadüf edir. 
Memarlıqdan imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini 
təbliğ  məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında 
möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində 
“Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər 
dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl 
memarlıq nümunələridir. 
Son dövr Roma incəsənətində yaradılmış  bədii formalar orta 
əsr Avropa bədii mədəniyyətinin təməli sayılır. 
 
 
§10. ƏRƏB MƏDƏNİYYƏTİ 
 
VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd 
milyon oturaq, üç milyon köçəri  ərəb yaşamışdır. Lap qədimdən 
onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə 
himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində 
yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər. 
Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan 
eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə 
başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər. 
Onların həyat tərzində öz əksini tapmış  fərq isə  cənub və  şimal 
ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik 
ki, cahilliyyə (nadan- 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə