Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə9/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

 
28
guya, insan öləndən sonra ruh yaşayır və başqa görkəmdə yenidən 
yaranır. 
Yuxarıda qeyd etdiyimiz ilkin dini təsəvvürlər Hindistanda 
sonralar yaranmış digər dini cərəyanların ehkamlarına da öz təsirini 
göstərmişdir. Xüsusən də brahmanizmin formalaşmasında qədim dini 
təsəvvürlərin  əhəmiyyətli rolu olmuşdur. Bu din öz təlimində 
cəmiyyətin müəyyən dərəcələrə (varna) bölünməsini əsas götürürdü. 
Qədim Hindistanda silk (varna) brahman, kşatri, vayşya və  şudra - 
olmuşdur. Cəmiyyətdə sosial bərabərsizliyin inkişafı, ali və zadəgan 
təbəqələrinin qüvvətlənməsi,  əsarət altına düşən  əhalinin sayının 
çoxalması varna (silk) ictimai sistemini möhkəmləndirirdi. Bir sözlə, 
cəmiyyət üzvlərinin sosial bölgü ilə  fərqləndirilməsi brahmanizm 
təliminin əsasını təşkil edirdi. 
E.ə. I minilliyin ortalarında brahmanizmlə  bərabər bəzi dini 
təlimlər də meydana çıxmışdı. Lakin bu dinlərin ehkamları yeni 
yaranan dövlətlərin təlabat və  mənafelərinə uyğun gəlmədiyi üçün, 
müxtəlif dini təsəvvürlərlə qarşıdurma şəraitində buddizm yaranmağa 
başladı. 
Buddizmin banisi, mənşə etibarilə  kşatri silkinə  mənsub olan 
Sidharth Qautama (e.ə. 566-486) öz təliminə  Şimali Hindistanda 
başlamışdır. 
29 yaşmda öz ailəsini tərk edən Quatama, zahid olmus və 
bəşəriyyətin  əzablardan xilas yolunu axtarmışdır. Yeddi ildən sonra 
o, Budda (nurlanmış) adlandırılmışdır. Budda, (Quatama) öz təlimini 
40 il müddətində yaymaqla məşğul olmuş  və sözsüz ki, bu 
fəaliyyətində onun tərəfdarlarının da mühüm rolu olmuşdur. Nəticədə 
çoxlu sayda rahib icmaları yaranmışdır. Eramızın I əsrində 
buddizmdə 2 qol: hinayana (xilaskarlığın dar yolu) və mahayana 
(xilaskarlığın geniş yolu) əmələ  gəlmişdir. Onu da qeyd etmək 
lazımdır ki, bu qonların meydana çıxmasına Hindistanın ayrı-ayrı 
hissələrində mövcud olan sosial-siyasi şəraitin müxtəlifliyi səbəb 
olmuşdur.  


 
29
Buddizmdə  əsas yeri dörd müqəddəs həqiqət haqqında təlim 
tutur: 
l. Yaşamaq əzab çəkməkdir. 
2. Əzabların səbəbi arzulardır. 
3. Əzablardan xilas olmaq üçün arzulardan çəkinmək lazımdır. 
4.  Arzulardan    çəkinməyin  çarəsi   Buddanın  təliminə  əməl 
etməkdir. 
Brahmanizmdən fərqli olaraq, buddizm silkləri qəbul etmirdi. 
Buddizimə görə ictimai və silki vəziyyətindən asılı olmayaraq hər bir 
kəsin nirvanaya (nicata) çatmaq hüququ vardı. 
Eramızın VI-VII əsrlərində Hindistanda şəhərlərin 
əhəmiyyətinin azalması  və feodal pərakəndəliyinin güclənməsi ilə 
əlaqədar buddizmin tənəzzülü başlayır. XII-XIII əsrlərdə isə o, 
Asiyanın başqa rayonlarına keçərək, meydana gəldiyi ölkədə 
mövqeyini itirdi. 
Buddizm onu qəbul edən digər ölkələrin mədəniyyətində də öz 
izini qoymuşdur. Belə ki, buddizmin yayılması incəsənətin bir çox 
sahələrində-memarlıq, heykəltəraşlıq, rəssamlıq və  ədəbiyyatda, elm 
və sxolastik təhsildə xüsusi sinkretik mədəni komplekslərin-Budda 
mədəniyyətinin yaranmasına səbəb olmuşdur. 
Yuxarıda qeyd etdiyimiz kimi, qədim Hindistanın yüksək 
inkişaf etmiş mədəniyyəti vardır. 
Hindlilər piktoqrafiyaya bələd idilər. Bu ölkədə başlıca əsərlər 
sanskrit dilində yazılmışdır. Daha doğrusu, “Veda”, “Manu qanunlar 
məcəlləsi” və iki iri həcmli dastan: “Mahabharata” və “Ramayana” 
bu dildə yazılmışdır. Həmin dastanlarda qəhrəmanların igidliyi, 
onların səfər və istilaları təsvir olunur. 
Hindistanda memarlıq da çox inkişaf etmişdir. Qayalarda 
yonulmuş məbədlərin, heykəl və digər şəkillərin   gü- 


 
30
nümüzə qədər çatmış qalıqları bu fikiri söyləməyə əsas verir. 
1526-cı ildə Böyük Moğollar imperiyasının yaradılması ilə 
Hindistanda memarlığın sürətli inkişafı başlanır. l569-1584-cü illər 
ərzində Aqrada inşa edilmiş qala, Fatihnur-Sikri qala şəhəri və s. 
şəhərsalma və fortifikasiya sənətinin gözəl nümunələrindəndir. 
Mərkəzi künbəzli məqbərənin klassik tipini isə 1565-ci ildə 
azərbaycanlı memar Mirək Mirzə Qiyas yaratmışdır. Bu Böyük 
Moğollar sülaləsinin hökmdarı (1530-1539, 1555-1556) Hümayunun 
şərəfinə Dehlidə inşa olunmuş Humayun məqbərəsidir. 
Hind memarlığının dəyərli nümunələrindən biri də Böyük 
Moğollar dövrünə aid olan Tac-Mahal abidəsidir ki, Aqra şəhəri 
yaxınlığında Camna çayının sahilində tikilmişdir. Bu türbəni Moğol 
hökmdarı Cahan şah arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri 
üstündə inşa etdirmiş  və sonralar özü də  həmin türbədə  dəfn 
edilmişdir.Türbəni türk memarı Ustad Məhəmməd  İsa  əfəndi 
səmərqəndli Məhəmməd  Şərif, istanbullu Xan Rumi ilə birlikdə 
tikmiş, kitabə  və  bəzək işlərinin yaradılmasında isə  Şiraz, Lahor, 
Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları  iştirak etmişlər. Böyük 
bağ içərisində salınmış  məscid, mehmanxana və s. ibarət olan bu 
geniş memarlıq ansamblının  əsas hissəsi olan Tac-Mahal türbəsi 
hündürlüyü təqribən 74 metrə çatan beşguşəli möhtəşəm binadan və 
küncləri hündürlüyü təqribən 45 metrə çatan dörd minarədən 
ibarətdir. Türbənin divarları cilalanmış ağ mərmərdən tikilmiş, üzəri 
əqiq, mirvari, sədəf, kəhrəba, zümrüd, yaqut və s. kimi əlvan və 
qiymətli daşlarla bəzədilmişdir. 
İngilis müstəmləkəçiliyi dövründə (XVIII əsr-1947) 
Hindistanda Avropa mədəniyyətinin təsiri güclənmiş, milli incəsənət  
tənəzzülə  uğramışdır.   Bu  dövr  ərzində  köhnə  şəhərlər-Kəlkətə, 
Mədrəs, Bombey genişləndirilmiş, Avropa memarlığı üslublarında 
yeni tikililər yaradılmışdır. 
Hindistanda elmlər də xeyli inkişaf etmişdi. Riyaziyyat ən ali 
elmlərdən biri hesab olunurdu. Təkçə onu deyək ki, ərəblər “ərəb 
rəqəmləri” adlandırdıqları  rəqəmləri Hindistandan alaraq Avropaya 
ötürmüşlər. 
Hind musiqi mədəniyyəti də  qədim  ənənələrə malikdir. Belə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə