Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
16
qlobal inkişafla insan haqları arasında əbədi birlik hələ qədimdə dərk 
edilib və   öz klassik əksini keçən  əsrin  əvvəllərində M.Ə.Sabirin 
aşağıdakı məşhur beytində tapıb:  
Kim ki, insanı sevir, aşiqi-hürriyyət olur,  
Bəli, Hürriyyət olan yerdə də insanlıq olur. 
 
§3 DÜNYA VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ. 
ŞUMERAKKAD MƏDƏNİYYƏTİ 
 
Hər bir ictimai-iqtisadi formasiya özünə müvafiq mədəniyyət 
tipi yaratmışdır. Həmin formasiyalar bir-birini əvəz etdikcə 
mədəniyyətin tipləri də dəyişmişdir. Bu proses-müxtəlif xalqlarda və 
ölkələrdə bir-birindən fərqli olmuşdur. 
İkiçayarası (Mesapotomiya) ən qədim mədəniyyət 
ocaqlarından biridir. İkiçayarası mədəniyyətini şumerlər yaratmışlar. 
Özünəməxsus inkişaf yolu keçmiş bu mədəniyyət Yaxın  Şərqin bir 
çox xalqlarının mədəniyyətinə öz təsirini göstərmişdir. 
İkiçayarasında yaranan əfsanələr  şifahi xalq yaradıcılığının 
ilkin nümunələrindən hesab olunur. Bu əfsanələr Şumer və Akkadlar 
tərəfindən yazıya köçürülmüşdür. Dünyanın və insanın yaranması 
haqqında  əfsanələr, bu yaranışla  əlaqədar allahların  əməlləri  Şumer 
və Akkad əsatirlərinin əsasını təşkil edir. 
Onu da qeyd etmək lazımdır ki, əfsanələr sinifli cəmiyyətdə 
formalaşmış  və insan cəmiyyətinə aid olan qayda-qanunlar onlarda 
(əfsanələrdə ) öz əksini tapmışdı. 
Babil  əfsanələrinin birində deyilir ki, dünyanı  və insanları 
Marduk adlı allah yaratmışdır. Guya, allahlar Kainat okeanında olan 
dəhşətli  əcdahalarla mübarizədə gücsüz imişlər. Bu əcdahalara 
qorxunc dəniz ilahəsi Tiamat başçılıq edirmiş  və allahlar ona qarşı 
çıxmağa cürət etmirmişlər. Kiçik allahlardan olan Marduk Tiamata 
qarşı çıxmağı  


 
17
qərarlaşdırır və bunun müqabilində allahlar tərəfindən ona ali 
hakimiyyət vəd olunur. Tiamata qalib gələn Marduk onu iki yerə 
parçalayaraq bir hissəsindən göyü, o biri hissəsindən isə yeri yaradır, 
planet və ulduzları yerləşdirir. Gecə  və gündüzü Ay və Günəş 
arasında bölür. Tiamatın sərkərdəsi Kinqunu öldürərək, onun qanını 
gilə qatmaqla insan düzəldir, ancaq onlara əbədi həyat vermir. 
Şumer  əfsanəsində  də buna bənzər çalarlar vardır. Orada isə 
allah Enlilə
1
 insanı iki sənətkar Allahın qanından gillə yoğurmaq 
təklif olunur. Sonralar isə dünyanın və insanın yaranması ilə bağlı bu 
əfsanələr kiçik dəyişikliklə müxtəlif dini mənbələrdə öz əksini 
tapmışdır. 
Şumerlər arasında yazı  təxminən 5 min il bundan əvvəl 
meydana gəlmişdir.  Ən qədim yazı növü piktoqrafiya (şəkli yazı) 
olmuşdur. Şəkil və şərti işarələrdən ibarət olan bu yazı vasitəsilə fikri 
tam şəkildə ifadə etmək mümkün deyildi. Piktoqramların köməyi ilə 
yalnız sadə  sənədlər tərtib olunurdu. Bunlar əsasən təsərrüfat 
sənədləri idi. Gəlir hesablamalarında ancaq əşyanın, rəqəmlərin və 
anbarın işarələri qeyd olunurdu. İlk dövrlərdə bu yazı özlüyündə 
əhəmiyyətli idi. Lakin zaman keçdikcə dövlət quruluşunun bərqərar 
olması yeni yazı növünə  təlabat yaratdı. Və  şumerlər yeni ixtira 
etdikləri yazını “mixi yazı” adlandırdılar. Misirdə olan daş və papirus 
Mesapotomiyada olmadığı üçün şumerlər bu yazıları gil üzərinə həkk 
edirdilər. Gildən müxtəlif formalarda (əsasən dördbucaqlı) lövhələr 
düzəldərək onun üzərində çubuqla şəkil-sözlər yazırdılar. Qədim 
Şumer yazıları Misir heroqliflərinə bənzəyir. Şumerlərlə qonşu olan 
bir çox xalqlar şumer yazılarından istifadə etmişlər. 
Ümumiyyətlə, 500-dən artıq işarəyə malik olan bu yazı 
sistemini oxumaq olduqca çətindir. Bir çox alimlər bu sahədə  
                                                           
1
 Şummer əsatirlərində hava allahı Enlil əsas yer tutur. Şummerlər onu allahların atası, yerin 
və göyün hakimi, bütün kainatın hökmdarı adlandırmışlar. 


 
18
illərlə fəaliyyət göstərmişlər. Mixi yazıları oxumaq üsularını ilk dəfə 
alman fıloloqu Qrotefend Georq Fridrix kəşf etmiş, sonralar ingilis 
alimi Ruulinson bu yazını əsaslı şəkildə müəyyənləşdirmişdir. 
Ön Asiya xalqları mixi yazını müəyyən qədər öz dil 
xüsusiyyətlərinə uyğunlaşdırmışlar. Mixi yazılar üç min il dövr 
etmiş, e.ə. I minilliyin sonunda sıradan çıxmışdır. Həmin minilliyin 
əvvəlində İki çay arasında samidilli arami tayfalarının gətirdiyi arami 
əlifbasından istifadə olunmağa başlanmışdır. 
Şumerlər müxtəlif bədii  əsər növləri də yaratmışlar.  Şumer 
ədəbiyyatı e.ə. III-II minilliyin əvvəllərində inkişaf mərhələsinə 
qədəm qoymuşdur. O dövrə aid olan təxminən 150  ədəbiyyat 
nümunəsi aşkar olunmuşdur. Buraya yazıya alınmış      şifahi xalq 
yaradıcılığı nümunələri, o cümlədən 
əfsanələr (əsasən 
“Tufan”əfsanəsi) allahların və hökmdarların  şərəfinə deyilmiş 
himnlər, atalar sözü və  zərbi-məsəllər, təmsillər, qəhrəmanlıq 
dastanları (Tarixi hadisələri əks etdirən 9 belə dastan məlumdur. Bu 
dastanlarda iştirak edən  qəhrəmanlardan bəziləri, məsələn, I Uruk 
sülaləsinin hökmdarları Enmerkar, Luqalbanda və Gilqamış tarixi 
şəxsiyyətlərdir), məhəbbət nəğmələri və s. daxildir. 
Şumerlərdən əvvəl akkadlar da müxtəlif ədəbiyyat nümunələri 
yaratmış,  şumer  ədəbi nümunələrini akkad dilinə çevirmiş, hətta 
bəzən onların bir çoxlarını təkmilləşdirmişlər. 
Elmi, biliyi yüksək qiymətləndirən şumerlər ana dilini bilməyi 
hər  şeydən üstün tutmuşlar. Bir şumer ibarəsində deyilir: “Bu necə 
mirzədir ki, şumer dilini bilmir!” (Bu ibarə bu gün bizim ana 
dilimizi, adət-ənənəmizi bilməyən bəzi ziyalılarımıza da aiddir.) 
İkiçayarası  ədəbiyyatı bir çox Şərq xalqlarının  ədəbiyyatına 
(hetlərin, yəhudilərin, aramilərin və s.), ümumiyyətlə antik dünya 
mədəniyyətinə öz təsirini göstərmişdir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə