Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
9
nivyəti və s. Eyni zamanda bu formaların hər birinin oxşar və fərqli 
cəhətləri vardır. Oxşar cəhət ondan ibarətdir ki, hər hansı forma insan 
fəaliyyəti ilə  şərtlənir. Fərqli cəhət isə bu formaların hər birinin 
özgün məzmununda ifadə olunur. 
Mədəniyyətin aşağıdakı inkişaf mərhələləri vardır; 
a) Qədim Şərq mədəniyyəti; 
b) Antik mədəniyyət; 
v) Orta əsrlər mədəniyyəti; 
q) İntibah dövrünün mədəniyyəti; 
d) Yeni dövr (burjua) mədəniyyəti; 
e) Sosialist mədəniyyəti
ə) Müstəqillik dövrünün mədəniyyəti. 
Məqsədindən və yerinə yetirdiyi vəzifələrdən asılı olaraq 
mədəniyyətin bu növləri meydana çıxır; milli mədəniyyət, 
beynəlmiləl mədəniyyət, dini mədəniyyət, etnik mədəniyyət və s. 
Göründüyü kimi, mədəniyyət insanın yer üzərində 
mövcudluğunun bütün tərəflərini, onunla rəngarəng  əlaqə  və 
münasibətləri  əhatə edən mürəkkəb və çoxsahəli bir fenomendir. 
Onun mahiyyət və  mənasındakı qiymətli xüsusiyyətlərin  ən  əsasını 
belə aydınlaşdıra bilərik: mədəniyyət insanın bacarıq və əlaqələrinin, 
insan tərəfindən yaradılanların, insan əməyi və  zəkasının 
nəticələrinin tam vəhdətinin zahiri əksini ifadə edən ictimai subyekt 
kimi insanın özünün fəaliyyətini müəyyənləşdirən tarixi inkişaf 
prosesidir. 
Deməli, mədəniyyətin  əsas vəzifəsi insanın ictimai fəaliyyət 
subyekti kimi inkişafına  əsaslanmaqla bərabər, bu inkişafı 
şərtləndirir. Mədəniyyətin obyektləri isə geniş  mənada təbiət və 
cəmiyyətdir. 
Şərti və nisbi olaraq mədəniyyətin tam sisteminin strukturu iki 
sahəyə ayrılır: 
l.  İnsanın təbiəti dəyişdirmək prosesində özünün dəyişməsi ilə 
əlaqədar olan maddi mədəniyyət; 


 
10
2.  İnsanın mənəvi aləminin və sosial varlığının dəyişməsi ilə 
əlaqədar olan mənəvi mədəniyyət. 
Eyni zamanda bu sahələrin hər ikisi bir-biri ilə qarşılıqlı 
əlaqədədir, biri digərinin inkişafına imkan yaradır, kömək edir. 
İnsan ilkin olaraq əməyin təsiri ilə formalaşır, inkişaf edir. 
Maddi istehsalda əməyin “insandəyişdirici” mahiyyəti mədəniyyətin 
əsası kimi marksizm klassikləri tərəfindən  əhatəli  şəkildə 
əsaslandırılmışdır. “Marks mədəniyyət tarixində  əməyin böyük 
əhəmiyyətini onun hər  şeyə qalib gələn qüvvəsini bütün dünyaya 
göstərmişdir...” (M.Qorki). 
Mədəniyyətin yuxarıda qeyd etdiyimiz sahələrinin hər biri 
insanın ictimai varlıq kimi inkişafına özünəməxsus təsir göstərir. 
Yəni, insanın maddi-dəyişdirici fəaliyyətinin məqsədi, hər  şeydən 
əvvəl, öz təlabatını ödəmək üçün lazım olan maddi nemətlər 
yaratmaqdır. Söz yox ki, bu fəaliyyət prosesində insanlar özləri də 
inkişaf edir, təcrübələri artır, bilikləri zənginləşir, müəyyən bacarıqları 
üzə çıxır. 
Mədəniyyətin spesifik xüsusiyyətləri aşağıdakılardır:  
l. Mədəniyyət formasına görə milli, məzmununa görə isə 
beynəlmiləl və ümumbəşəri xarakterə malikdir. Hər hansı bir 
mədəniyyət nümunəsi milli zəmində yaransa da, onun nəticəsi 
bəşəriyyətə məxsus olur. 
2. Mədəniyyət humanist xarakterə malikdir. İnsan öz 
yaratdığından zövq alır. 
3. Mədəniyyət varislik xüsusiyyətinə malikdir. Müasir nəsillər 
keçmiş  nəsillərin təcrübəsindən faydalanaraq onu daha da inkişaf 
etdirirlər. 
4. Mədəniyyət vahid və bölünməzdir, 
5. Mədəniyyət mentalitet vasitəsilə gerçəkləşir və s. 
Cəmiyyətin mədəni inkişaf səviyyəsi həmin cəmiyyətdə yaradılan 
mədəni sərvətlərin həm həcmi, həm yayılma miqyası, həm də 
insanlar tərəfindən mənimsənilməsi ilə  əlaqələndirilir. Mənəvi 
sərvətlərin yaradılması, yayılması və isti- 


 
11
fadə olunması üsulları isə  cəmiyyətin sosial-mədəni təşkilindən 
asılıdır. Mənəvi istehsalın məzmununun dəyişməsi özünü ilk növbədə 
mənəvi sərvətlərin yaradılması, mübadilə edilməsi, bölgüsü və 
istifadə üsullarının dəyişməsi və inkişafında nəzərə çarpdırır. 
Cəmiyyətin mədəni inkişafının tempi vüsəti və faydalılığı ona doğru 
istiqamətləndirilmiş insanların yaradıcı  fəallığının dərəcəsindən, 
onların  əhatə dairəsinin genişliyindən asılıdır. Elə buna görə  də 
mədəni tərəqqinin  əsas meyarlarından biri xalqın tarixi prosesdə 
şüurlu iştirak dərəcəsi, onun mənəvi fəaliyyətə  cəlb olunma dairəsi 
ilə əlaqədardır. 
 
§2. MƏDƏNİYYƏT VƏ SİVİLİZASİYA 
 
Sivilizasiya latınca “sivilis” sözündən alınıb və mülki, ictimai 
mənasını bildirir. Bu söz bir neçə məna ifadə edir. Belə ki, marksist 
ədəbiyyatda maddi mədəniyyəti, ictimai inkişafın səviyyəsini, bəşər 
tarixinin barbarlıqdan sonra gələn mərhələsini bildirmək üçün 
sivilizasiya anlayışından istifadə olunur. 
Tarixin müxtəlif mərhələlərində xalqların və  mədəniyyətlərin 
taleyi elm, sənət xadimlərini həmişə narahat etmişdir. Müxtəlif 
dövrlərdə  mədəniyyət və sivilizasiya anlayışlarına görkəmli 
şəxsiyyətlər tərəfindən bir-birindən fərqli münasibətlər bildirilmişdir. 
Məs.,  İ.Kantın fikrincə, insan öz əxlaq və davranış qaydalarını 
müəyyən etdikdən sonra sivilizasiya yaranır. 
“Sivilizasiya” dedikdə, bir tərəfdən, cəmiyyətin və 
mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə  mədəni dəyərlərin 
(maddi və  mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu 
da bütün ictimai həyatı  və onun spesifikasını göstərir.  Şübhəsiz, 
müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiyanı 
mədəniyyətdən fərqləndirən iki əlamət  əsas hesab oluna bilər. 
Sivilizasiyanın birinci əlaməti – onun  


 
12
cəmiyyətin və  mədəniyyətin inkişaf səviyyəsi kimi başa düşülməsi 
etnoqrafik, tarixi, sosioloji və  fəlsəfi  ədəbiyyatda geniş  tədqiq 
olunmuşdur.  Əslində elə bu əlamətin öyrənilməsi zamanı 
sivilizasiyanı çox vaxt mədəniyyətlə eyniləşdirirlər. E.Teylor öz 
tədqiqatlarında belə  də yazmışdır: “Mədəniyyət və yaxud 
sivilizasiya”. Lakin o, eyni zamanda bəzi fərqləri də göstərə 
bilmişdir. 
Sivilizasiyanın ikinci əlaməti-mədəniyyətin mənimsənilməsi 
üsulu elmi ədəbiyyatda çox az işlənmişdir... Bəşər tarixi bir daha 
göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, 
sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq 
sivilizasiyasını bir-birindən fərqləndiririk. 
Qərb-Şərq münasibətlərinin tarixi qədimdir. Misir, Finikiya, 
Karfagen Qərb dünyasına çox şey bəxş etmişdir. Farslar yunan aləmi 
ilə qarşılaşmış, Makedoniyalı İsgəndər dünyanı fəth etmək məqsədilə 
Şərqə yürüş etmişdir. 
Xristianlıq  Şərqdə yaransa da Qərbi fəth etmiş  və Bibliyanı 
Qərbə töhfə vermişdir. Silah gücünə  Şərqi fəth etsə  də,  Şərq aləmi 
tərəfindən mənəvi baxımdan fəth olunmuş Roma, həm öz dini 
həyatına  Şərq, o cümlədən fars Mitri ibadətini tətbiq edir, həm də 
Hindistandan qiymətli sərvətləri talan edib aparırdı. Vizantiya 
Romanı  əvəz etdi və  Şərqlə  Qərbin  əlaqəsi daha da möhkəmləndi. 
Cənubda ərəblərin fəthləri nəticəsində Siciliya, xüsusilə də İspaniya 
onların təsirini xeyli müddət saxladı  və onu Avropanın başqa 
dövlətlərinə ötürdü. Yunan elmi irsinin qorunmasında  ərəblərin və 
yəhudilərin Avropaya əhəmiyyətli dərəcədə köməyi olmuşdur. 
1096-cı ildə  Fələstindəki müqəddəs yerləri müsəlmanların 
hakimiyyətindən qurtarmaq şüarı altında katolik kilsəsinin təşəbbüsü 
ilə  Qərbi Avropa feodallarının  Şərqdə  işğalçılıq müharibələri - Xaç 
yürüşlərinin başlanması Şərq-Qərb əlaqələrini daha da artırdı. 1270-
ci ilə qədər davam  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə