Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

 
120
nəzərə almalı, onların hər birinə  fərdi yanaşmalı, onlara kömək göstərməlidir. 
Metodist hər  şeyə diqqət yetirməli, hər  şeyi  əhəmiyyətsiz, ikinci dərəcəli hesab 
etməməlidir. O, bir tərbiyəçiyə yalnız məruzə hazırlamaqda kömək edərsə, digərinə 
üstəlik məruzəni başqalarına necə çatdırmağın yolunu da öyrətməlidir. 
Təcrübə göstərir ki, bəzən çox gözəl, ibrətamiz iş təcrübəsi olan tərbiyəçi öz 
fəaliyyətindən bəhs edə bilmir. Ya utancaqlıq, ciddilik üzündən, ya fəaliyyətindəki 
yeniliyi görə bilmədiyindən, ya da sadəcə olaraq şifahi və yazılı nitqinin zəifliyinə 
görə danışmaqdan imtina edir. Ona görə  də metodist hərtərəfli, dərin müşahidə 
aparmalı, tərbiyəçinin işindəki yeniliyi vaxtında görməli, onu ümumiləşdirməli, ona 
elmi don geydirməli, nə  şəkildə yaymağın formasını  və yollarını 
müəyyənləşdirməlidir. Baş metodist ən təcrübəli tərbiyəçilərə belə müvafiq məsləhət 
və tövsiyələr vermək üçün hazır olmalıdır. 
Əlbəttə, belə  tərbiyəçilərlə  iş metodisti heç vaxt qorxutmur. Təcrübəli 
tərbiyəçilərlə  iş prosesində mütləq yeniliklər olur. Bu zaman axtarışlardan alınan 
nəticələr pedaqoji təcrübəyə nələri isə əlavə edir.  
Respublikamızın təhsil sisteminin müxtəlif mərhələləri arasında qarşılıqlı 
əlaqə  və ardıcıllıq mövcuddur. Təhsil sistemində ardıcıllıq o deməkdir ki, təlim-
tərbiyə vəzifələrinin ardıcıl həlli məqsədilə onun qarışıq halqaları arasında qarşılıqlı 
əlaqə müəyyən edilir. Belə ki, təhsil sisteminin hər bir mərhələsi öz işini  əvvəlki 
mərhələ əsasında ibtidai məktəbin I sinfi də öz fəaliyyətini təhsil sistemində ilk halqa 
olan məktəbəqədər təlim-tərbiyə zəminində qurur. 
Respublikamızda geniş miqyaslı islahatların aparıldığı bir dövrdə  uşaq 
bağçası ilə  məktəb, o cümlədən məktəbəqədər və  məktəb pedaqogikası arasında 
ardıcıllıq mühüm əhəmiyyət kəsb edir. Bu problem pedaqoq və psixoloqların 
(prof.Y.Ş.Kərimov, A.P.Usova, R.İ.Jukovskaya, L.A.Levinova, L.İ.Bojoviç və b.) 
daim diqqətini cəlb etmişdir. Onlar bununla əlaqədar müxtəlif fikirlər irəli sürmüşlər. 
Bəs uşaq bağçası ilə  məktəbin işində  əlaqə  və ardıcıllıq dedikdə biz nəyi 
nəzərdə tuturuq? 
1)
 
Uşaq      bağçası      uşağı      məktəbin   irəli   sürdüyü   tələblərə (məktəbə) 
hazırlamalıdır. 
2)
 
Məktəb  uşağın  uşaq  bağçasında  əldə  etdiyi  bilik,  bacarıq  və  vərdişlərə 


 
121
əsaslanmaqla şagirdlərin sonrakı hərtərəfli inkişafı üçün ondan istifadə etməlidir. 
3)
 
Ardıcıllıq yalnız təlim-tərbiyənin məzmunu üzrə deyil, həm də metodları, 
priyomları, təşkili formaları üzrə həyata keçirilməlidir. 
4)
 
Əlaqə və ardıcıllıq məktəbə keçid şəraitini yaratmalı və bu zaman əvvəllər 
mənimsənilmiş vərdişlər yeni vərdişlərin inkişafına təsir göstərməlidir. 
Uşaq bağçası ilə  məktəbin, məktəbəqədər və  məktəb pedaqogikası arasında 
əlaqə və ardıcıllığın nəzəri əsası uşaqlara vahid tərbiyəvi təsirləri tələb edir.  
Uşaq bağçası məktəblə əlaqə və ardıcıllığı həyata keçirmək üçün ilk növbədə 
uşaqları  məktəbə hazırlamalıdır. Uşaqların məktəb təliminə hazırlanması dedikdə 
fiziki, əqli və psixoloji hazırlıq nəzərdə tutulur. Fiziki hazırlıq uşaqların sağlamlığını, 
fiziki cəhətdən möhkəmliyini, çevikliyini, məişət və  təlim gigiyenası qaydalarının 
gözlənilməsini tələb edir. Əqli hazırlıq bəzilərinin düşündükləri kimi uşağın yazmağı, 
oxumağı öyrənməsi kimi başa düşülməlidir. Bu anlayış  uşaqların yazı  və oxu 
texnikasına yiyələnmələri üçün ilkin hazırlıq mərhələsi, sadə riyazi anlayışlarla 
əlaqədar praktik vərdişlərə yiyələnmələri, ətraf aləmlə (təbiət və cəmiyyətlə) – canlı 
və cansız aləmin əşyaları, hadisələri, qanunları, qanunauyğunluqları ilə tanış olmaları 
və s. daxildir. Bütün bunlarla yanaşı, uşaqların müşahidə aparma, müqayisə etmə, 
qruplaşdırma və  təsnifetmə, ümumiləşdirmə, mücərrədləşdirmə  və  əqli nəticəyə 
gəlmə kimi bacarıqlar üzrə psixi hazırlığı da tələb olunur.  
Uşaqlarda ilkin təlimə hazırlıq iki mərhələdə gedir: 
1)
 
məktəbəqədər tərbiyə sistemində, ilkin təlimə başlayanadək; 
2)
 
ilkin təlim prosesinin özündə. 
 Ilkin  təlimin hazırlıq mərhələsində müəllimin məktəbəqədər tərbiyənin 
nəticələrindən hərtərəfli istifadə etməsi zəruridir. Bununla belə, bəzi I sinif 
müəllimləri uşaq bağçasına gedən uşaqların kifayət qədər ümumi inkişafa malik 
olduğunu desələr də, onların potensial imkanlarından tam istifadə etmirlər. 
Sinif müəllimi pedaqoji diaqnostikanın köməyi ilə uşaqların məktəbə hazırlıq 
səviyyəsini öyrənməli və onların uşaq bağçasında qazandıqları bilik və bacarıqlardan 
məktəbdə verilən yeni məzmunla  əlaqələndirərək istifadə etməlidir. Sinif müəllimi 
uşaqların  əvvəlki mərhələdə - uşaq bağçasındakı  təlim-tərbiyənin nəticələrindən nə 
qədər çox və səmərəli istifadə edərsə, I sinifdə təlimi daha müvəffəqiyyətlə təşkil edə 


 
122
bilər. Bununla yanaşı, o, sonrakı siniflərdə müvəffəqiyyətli təlim üçün zəmi 
yaratmalıdır.  
Uşaq bağçasının məktəbə hazırlıq qrupu ilə məktəbin I sinfi arasında ümumi, 
oxşar cəhətlər mövcuddur: 
1.
 
Uşaq bağçası və məktəbdə təlim pedaqoq tərəfindən həyata keçirilir. 
2.
 
Uşaq bağçası  və  məktəbdə  təlim uşaqlarda “oxumaq bacarığı” yəni, 
bilikləri mənimsəmək, tərbiyəçi və müəllimin göstərdiyi fikri iş priyomlarına və 
yollarına yiyələnmək bacarığı, nəticəni əldə etmək qabiliyyəti formalaşdırır. 
3.
 
Uşaq bağçasında və məktəbdə uşaqların davranışına bir sıra ümumi tələblər 
verilir: pedaqoqu və yoldaşını dinləmək, pedaqoqun hərəkətlərini müşahidə etmək
onu göstərişlərini izləmək, onları diqqətlə yerinə yetirmək, aldığı qiymətə fikir 
vermək, sonra öz işini müstəqil qiymətləndirmək bacarığı, məlum qaydalara 
müvafiq səhvləri düzəltmək. Bütün bunlar diqqəti, təfəkkürün fəallığını, iradəni və 
səyi tərbiyə edir. 
Bu oxşar cəhətlər heç də uşaq bağçasında və məktbdə təlimi eyniləşdirməyə 
əsas vermir.  
Məktəb təliminə keçid məktəbəqədər yaşlı  uşaqların həyatında yeni 
mərhələnin başlanğıcıdır. Sentyabrın on beşindən məktəbli statusunu alan uşaq 
“Biliklər aləmi”nə ilk addımını atır. Bu zaman uşağın başlıca fəaliyyət növü dəyişir, 
oyun təlimlə əvəz olunur. Buna baxmayaraq uşağın oyuna olan marağı davam edir. 
Sinif müəllimləri kiçik yaşlı məktəblilərin orqanizminin oyuna olan tələbatını nəzərə 
alaraq təlim prosesində ondan geniş istifadə etməlidirlər.  
Məktəbə keçidlə  əlaqədar uşaq yeni həyat tərzinə başlayır, yeni fəaliyyət 
şəraitinə daxil olur, cəmiyyətdə yeni mövqe tutur, yaşlılar və yaşıdlar ilə yeni 
qarşılıqlı münasibətlərə keçir. Uşağın inkişafını, həyatını müəyyən edən sosial mühit 
dəyişir. 
Orqanizmin inkişafı onun yaşadığı mühitdən asılıdır. Ona görə  də  uşağın 
düşdüyü mühit əvvəlkindən kəskin surətdə  fərqlənərsə,  əsəb sistemi ciddi çətinliklə 
qarşılaşa bilər. Ardıcıllığın gözlənilməsi bir mərhələdən digərinə keçid zamanı kəskin 
dəyişikliklərin olmamasını və təlim-tərbiyənin yaxınlığını təmin edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə