129
Keçən əsrin 20-ci illərindən başlayaraq inkişaf yoluna düşmüş məktəbəqədər
uşaq müəssisələrinin şəbəkəsi keçən əsrin sonlarında misli görünməmiş bir tərəqqiyə
çatmışdı.
Ölkənin siyasi quruluşundan, hakim Kommunist Partiyasının
ideologiyasından, o dövrün ab-havasından asılı olmayaraq Azərbaycanda
məktəbəqədər təhsil müəssisələrinin böyük və möhkəm təməli olan bir sistemi
yaranmışdı. Bu sistem ildən-ilə, hər beşillik, hər onilliklər ərzində həm kəmiyyət,
həm də keyfiyyətcə inkişaf edərək, yeni məzmun kəsb etmişdi. Yerli hakimiyyət
orqanları da bu məsələni daim diqqət mərkəzində saxlamışlar. Bu mənada sovetlər
hakimiyyətinin sonuncu onilliyi dövründə, yəni müstəqillik dövrü ərəfəsində əhalinin
tələb və ehtiyacını nəzərə alaraq məktəbəqədər müəssisələrin respublikanın ayrı-ayrı
şəhərlərində, rayon və kəndlərində inkişaf dinamikasını özündə əks etdirən sənədlərə
diqqət yetirmək çox əhəmiyyətlidir.
Hakim ideologiyanın tələblərində özünü göstərən bəzi neqativ hallara
baxmayaraq keçən əsrin sonlarında əhalinin bütün təbəqələrinin məktəbəqədər
müəssisələrə ehtiyacının tamamilə ödənilməsi qarşıya bir vəzifə olaraq qoyulmuşdu.
Keçən əsrin sonlarında, yəni SSRİ-nin dağılmağa doğru getdiyi vaxtlar belə
məktəbəqədər tərbiyə müəssisələrini harada daha çox açmaq, başqa sözlə desək
məktəbəqədər yaşlı uşaqları tərbiyə müəssisələrinə daha çox harada, hansı
regionlarda cəlb etmək problemi Ümumittifaq elmi-praktik konfranslarında, digər
müvafiq məclislərdə xüsusi müzakirə obyekti olurdu. Bu müzakirələrdə göstərilən
problemə münasibətdə ikili standart hökm sürürdü. Mütəxəssislərin bir qrupu
məktəbəqədər təhsil müəssisələrini daha çox, əsasən o regionlarda açmağa üstünlük
verirdilər ki, o yerlərdə analar bilavasitə istehsalatda çalışır. Bu fikrin tərəfdarları
istehsalatda, məhsuldar əməkdə və ya ictimai-faydalı əmək sahəsində çalışan anaların
uşaqlarına üstünlük verirdilər və mövqelərini bununla əsaslandırırdılar ki, bu qadın-
analar bilavasitə əmək cəbhəsində fəaliyyət göstərdiklərinə görə, onların uşaqları
üçün əlverişli şərait yaradılmalıdır.
Bu fikir tərəfdarlarının əksinə olaraq digər mövqedə duranlar isə,
məktəbəqədər təhsil müəssisələrinin yaradılmasında çoxuşaqlı regionlara üstünlük
verirdilər. Onların fikrincə, əgər bu gün ana ictimai istehsalatda bilavasitə iştirak
130
etmirsə, lakin onun ailəsi çoxuşaqlıdırsa (5-10 nəfər və ya daha çox), ilk növbədə
həmin müəssisələri bu regionlarda açmaq daha məqsədyönlüdür. Belə ki, əgər birinci
mövqenin tərəfdarlarının müdafiə etdikləri ailədə bu gün bir nəfərin – ananın
istehsalatda işləməsi əsas götürülürdüsə, belə ailələrin bir çoxunda əsasən bir və ya
iki uşaq böyüyürdü.
Ikinci mövqedə duranlar isə haqlı olaraq göstərirdilər ki, əgər çoxuşaqlı ailədə
ana bu gün istehsalatda işləmirsə, yaxın gələcəkdə bu ailədə böyüyən 5-10 uşaq həm
əmək cəbhəsində çalışacaq, həm də ölkənin müdafiəsində iştirak edəcək.
Onu da qeyd edək ki, diskusiyalarda iştirak edənlər arasında birinci fikrin
tərəfdarları əsasən Pribaltika respublikalarını, Rusiyanın mərkəzi regionlarını nəzərdə
tutur və məktəbəqədər təhsil müəssisələrinin perspektiv inkişafını da yuxarıda
dediklərimizlə əsaslandırmağa çalışırdılar.
Ikinci fikrin tərəfdarları isə, əsasən Orta Asiya və Cənubi Qafqaz
respublikalarının nümayəndələri idilər.
Bütün bunlar onunla nəticələndi ki, keçən əsrin sonlarına doğru respublika
hökuməti, ayrı-ayrı əlaqədar nazirliklər, komitələr və elmi-tədqiqat idarələri,
təşkilatlar respublikada mövcud vəziyyəti və perspektivdə əhalinin uşaq tərbiyə
müəssisələrinə olan ehtiyacını, məktəbəqədər tərbiyə müəssisələri şəbəkəsinin
normativə uyğun inkişafını müəyyən etmişdilər. Bu perspektiv planda əhalinin
məktəbəqədər təhsil müəssisələrinə olan ehtiyacının tamamilə ödənilməsi nəzərdə
tutulurdu. Göstərilən perspektiv planın hazırlanmasında Respublika Təhsil
Nazirliyinin məktəbəqədər müəssisələr idarəsinin kollektivi, mütəxəssislər və alimlər
yaxından iştirak etmişdir.
5. Müstəqillik illərində qüvvədə olan normativ sənədlərin öyrənilməsi göstərir
ki, məktəbəqədər sahənin yenidən qurulması üçün bir sıra istiqamətlər
müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il
17 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə”də aşağıdakı ümumi
müddəalar qeyd edilmişdir.
1. Azərbaycan Respublikası məktəbəqədər tərbiyə müəssisələri fasiləsiz milli
təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla milliyətindən, cinsindən, dini
131
mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan bütün
məktəbəqədər yaşlı uşaqların (valideynlərin arzusuna uyğun olaraq) tərbiyəsi və
təhsilə hazırlanması ilə məşğul olur.
2.
Məktəbəqədər tərbiyə müəssisələrini dövlət orqanları, müəssisə, idarə və
təşkilatlar, bütün mülkiyyət formalarından olan yerli və xarici birliklər, hüquqi
şəxslər, ictimai birlik və təşkilatlar, ayrı-ayrı vətəndaşlar təşkil edə bilərlər.
3.
Məktəbəqədər tərbiyə müəssisələri tabeliyindən asılı olmayaraq uşaqların
ictimai tərbiyəyə cəlb edilməsində ailə və cəmiyyətin tələbatını ödəyir, milli və ərazi
xüsusiyyətlərinə uyğun olaraq məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və
tərbiyəsini təmin edir.
4.
Məktəbəqədər tərbiyə müəssisələri öz fəaliyyətində “Azərbaycan
Respublikasının Təhsil haqqında Qanunu”, qanunvericilik və digər normativ aktlar,
habelə bu əsasnaməni və öz Nizamnaməsini rəhbər tutur.
5.
Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji
xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesinin təşkili, onların sağlamlığının
mühafizəsi, ilkin təhsilə hazırlanması üçün təhsil orqanları, valideynlər və ictimaiyyət
qarşısında məsuliyyət daşıyır.
6.
Dövlət məktəbəqədər tərbiyə müəssisələrinin inkişafı üçün təminat verir,
tərbiyə və təlimin məzmununu müəyyənləşdirir, onların zəruri maddi-texniki
ehtiyaclarını ödəyir, kadrlarla, proqramlarla, tədris-metodik ədəbiyyatla, oyun
avadanlıqları ilə təmin edir.
7.
Məktəbəqədər müəssisələrində təlim dövlət dilində aparılır. Tərbiyə və
təlim prosesinin başqa dildə aparılması valideynlərin (onları əvəz edən şəxslərin)
arzuları, yerli imkanlar, pedaqoji kadr və tədris təlimatı nəzərə alınmaqla,
məktəbəqədər tərbiyə müəssisəsi tərəfindən həll edilir.
8.
Tərbiyə alan uşaqların maraq, qabiliyyət və istedadların inkişaf etdirilməsi
üçün lazımi şərait və imkan yaratmaq məqsədi ilə müxtəlif növ məktəbəqədər tərbiyə
müəssisələri yaradıla bilər. Belə müəssisələr təsisçinin təsdiq etdiyi və Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən qeydə alınmış nizamnamə əsasında fəaliyyət
göstərir.
Əsasnamənin II bölməsində məktəbəqədər tərbiyə müəssisələrinin strukturu,
Dostları ilə paylaş: |