144
Y.A.Komenski 6 yaşa qədər uşağı ana məktəbində saxlamağı məsləhət
görürdü. 6 yaşdan sonra uşağı məktəbə verməyi tələb edir. O yazırdı: “Toxum
cücərəndən sonra onun böyüməsi, yaxşı məhsul verməsi üçün bostana şitil edirlər.
Eləcə də uşağın fiziki və əqli cəhətdən yaxşı inkişaf etməsi üçün onu məktəbə vermək
lazımdır”.
Y.A.Komenski erkən təhsilin əleyhinə çıxırdı. O göstərirdi ki, 6 yaşdan əvvəl
verilən təhsil bir neçə cəhətdən ziyandır. Əvvəla uşaq bu işə tam hazır deyil, ikincisi
uşağın beyni öz inkişafını tam qurtarmamış olur. 6 yaşdan sonra o tam inkişaf etmiş
olur. O, bunu ağacla müqayisə edir. Elə ağac var ki, lap tez çiçək açır, amma o, çiçəyi
tez tökür, gec açılan çiçək isə daha yaxşı meyvə verir. Ona görə də vaxtından tez
verilən təhsil zərərlidir.
Y.A.Komenski uşağın məktəbə qoyulması məsələsi üzərində də xeyli dayanır.
O göstərir ki, bəzi valideynlər uşağı hazırlamadan məktəbə aparırlar. Belə
valideynlərin işi malı naxıra ötürmək kimidir.
2. Con Lokkun (1632-1704) tərbiyə haqqında fikirləri dövrü üçün çox
əhəmiyyətli idi. O, “ağ lövhə” nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə uşaq
doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir
edir və xarakteri formalaşır. O, həmin nəzəriyyəsini “Təcrübələr” adlı əsərində belə
ifadə edir: insan qəlbi ağ lövhə kimidir. Bu nəzəriyyənin öz dövrü üçün böyük
əhəmiyyəti vardır. Bu nəzəriyyə ilə Con Lokk feodalizm cəmiyyətinə, onun qayda və
qanunlarına böyük zərbə vurmuşdu. O, bununla fitri qabiliyyətlər nəzəriyyəsini rədd
edirdi. Əlbəttə, onun burada səhvləri də var idi. V.Q.Belinski Lokk nəzəriyyəsinin
çatışmayan cəhətlərini tənqid etmişdi. O yazırdı ki, uşaq beyni ağ lövhə deyil, imkanı
olan toxumdur. Uşaq dünyaya müəyyən təbii imkanlarla gəlir, həmin təbii imkanlar
həyatda inkişaf edir. Con Lokk isə həmin nəzəriyyə ilə hər cür fitri istedadı inkar
edirdi.
Lokk “Əqlin tərbiyəsi” əsərində göstərir ki, heç bir xalqın övladı
milliyyətindən, irqindən asılı olmayaraq ağılsız, qabiliyyətsiz doğulmur. Avropa və
zənci qəbilələri bir-birindən fərqləndirən tərbiyədir, ictimai mühitdir. O yazır: “Əgər
biz sizinlə birlikdə Soldan körfəzində doğulmuş olsaydıq, bizim dünyagörüşümüz və
düşüncəmiz orada yaşayan vəhşi qottentotların dünyagörüşündən artıq ola bilməzdi.
145
Virciniya kralı Apocan İngiltərədə təhsil alsaydı, bəlkə də o, ən yaxşı riyaziyyatçı və
mömin ola bilərdi. Bunların arasındakı fərq müəyyən qədər təhsilli ingilis ilə onların
işini məhdudlaşdıran adətləri və baxışlarıdır. Buradan belə bir nəticə çıxır ki, insan
hər hansı şəraitdə yaşayırsa, şərait onun inkişafına təsir edir. Deməli, hər şey təhsil və
tərbiyədən asılıdır”.
Con Lokkun fikrincə uşaqlarda olan bəzi zərərli keyfiyyətlər cəmiyyətdən
gəlir. Ona görə də hər bir valideynin uşağını evdə tərbiyə etməsi yaxşı olardı.
Onun pedaqoji görüşlərində ailə tərbiyəsi mühüm yer tutur. C.Lokk
tərbiyəçidən tərbiyə etdiyi uşağın bütün fərdi xüsusiyyətini öyrənməyi tələb edirdi. O,
insan xarakterində bir sıra mənfi və müsbət keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb
edirdi ki, uşaqda müsbət keyfiyyətlərin inkişafına imkan yaratsın. Pis adətləri lap
kiçik vaxtdan yerindəcə boğmaq lazımdır.
Lokk tərbiyəyə yaradıcı bir proses kimi baxırdı. Ona görə uşağın fərdi
xüsusiyyəti həyatı boyu dəyişməz qalmır, səmərəli pedaqoji təsirin gücü ilə uşaq
psixikasını dəyişdirmək olmaz. Con Lokkun fikrincə, uşaq xarakteri axan çaya
bənzəyir. Çayın qarşısında bənd vurub onun istiqamətini, məcrasını dəyişdirmək
mümkün olduğu kimi, insan xarakterini də tərbiyənin gücü ilə dəyişdirmək olar.
Beləliklə, Lokk XVII əsrdə geniş vüsət tapmış tərbiyəni hər şey hesab edən
nəzəriyyənin başında durur, onun yaradıcısı hesab olunurdu. Jan Jak Russo, Pestalotsi
də onun nəzəriyyəsindən qidalanmışdır. Con Lokkun zəmanəsi üçün xarakterik olan
insan xarakteri və psixikası anadan gəlməlidir, Allahın iradəsindən asılıdır - deyən
nəzəriyyəyə qarşı çıxaraq göstərirdi ki, insan heç bir əqli qabiliyyətlərlə doğulmur.
Insanları tərbiyənin gücü ilə xoşbəxt və ya xeyirxah etmək olar.
Con Lokk əxlaq tərbiyəsini dinlə sıx bağlayır və deyirdi ki, ilk günlərdən
uşaqlarda Allaha məhəbbət tərbiyə edilməlidir.
Con Lokkun pedaqoji sistemində fiziki tərbiyə mühüm yer tutur. O, uşaqları
lap körpəlikdən möhkəm bədənli, sağlam tərbiyə etməyi lazım bilirdi. “Tərbiyə
haqqında fikirlər” əsərini o, belə bir yunan kəlamı ilə başlayır: “Sağlam bədəndə
sağlam ruh olar”. Sağlam olmayan adam heç bir zaman irəli gedə bilməz və
cəmiyyətə fayda verə bilməz. Əlbəttə, həmin fikir qismən doğru olsa da onunla
razılaşmamaq olmaz.
146
C.Lokkun fikrincə centlmenin bədəni körpə yaşdan möhkəmləndirilməlidir.
O, hər gün soyuq suda çimməli, yüngül ayaqqabı geyinməlidir. O, yazır ki, anaların
əksəriyyəti mənə etiraz edib deyirlər ki, mən diri ikən uşaqları öldürürəm, halbuki
Seneka ilin bütün fəsillərində bulaq suyu ilə yuyunurmuş. Uşaqların sağlam
böyüməsində havanın böyük əhəmiyyəti var. Bir həkim kimi bunu yaxşı bilən Lokk
uşaqların günün çox hissəsini havada keçirmələrini zəruri sayırdı.
Uşaqların sağlamlığında paltarın, ayaqqabının da dar və gen olması müəyyən
əhəmiyyət kəsb edir. Uşaqlara dar paltar geyindirmək onların sağlamlığına ziyan
vurur. Döş qəfəsini sıxır. Belə uşaqların ağzından pis iy gəlir. Hamıya məlumdur ki,
çinlilər qız uşağının ayağını qəlibə salırlar. Həmin qəlib uşağın ayağının normal
inkişafına mane olur. Onların ayaqları çox balaca olur. Buna görə də kişilərə nisbətən
qadınlar az ömür sürürlər. Ona görə ki, qan dövranı bədəndə düzgün getmir. C.Lokk
məsləhət görürdü ki, 2-3 yaşa qədər uşağa ət vermək olmaz. Valideynlər isə düşünür
və belə hesab edirlər ki, həm özləri, həm də uşaqlar ət yeməsələr acından ölə bilərlər.
O deyirdi ki, uşaqların dişlərinin xəstə olması onlara körpə vaxtı çoxlu ət verməklə
bağlıdır. Mənim centlmenim ət yeməli olsa, heç olmasa gündə bir dəfə yesin.
Centlmen üçün çörək, yağ, pendir ən yaxşı səhər yeməyidir.
Sağlamlıq üçün yuxu da əsas şərtdir. Əgər uşaq evdə bərk yatmağa
öyrənməyibsə, yolda yuxusuzluqdan əziyyət çəkəcəkdir.
Uşaqları elə tərbiyə etmək lazımdır ki, böyüyəndə hər dəqiqə döyüşə bilsin.
C.Lokkun centlmeni nəzakətli və döyüşkən kimi tərbiyə etməsi onun yaşadığı dövrün
iqtisadi-siyasi hadisələri ilə bağlı idi. O zaman İngiltərə başqa ölkələrə hücum edir,
müstəmləkəçilik siyasəti yeridirdi. Gənc nəslin tərbiyəsi haqqında fikirlər söyləyən
Lokk da hakim sinfin mənafeyini müdafiə edir, centlmeni həm nəzakətli, həm də
döyüşməyi bacaran kimi tərbiyə etməyi tələb edirdi.
C.Lokk əxlaq tərbiyəsinə xüsusi əhəmiyyət verir. Uşağı qayğıkeş tərbiyə
etmək lazımdır. Tərbiyə uşaqların yaddaşını möhkəmləndirməli, biliklərlə
silahlandırmalı, təkcə dünyagörüşü inkişaf etdirməklə kifayətlənməməli, həm də
xeyirxah insan tərbiyə etməlidir.
Uşaqlarda höcətçilik, yalançılıq, qəddarlıq kimi mənfi keyfiyyətlərin
inkişafına yol vermək olmaz. Uşaqları elə öyrətmək lazımdır ki, onlar bir-birinə
Dostları ilə paylaş: |