Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı


Nasosun və şəbəkənin xarakteristikası



Yüklə 2,02 Mb.
səhifə8/25
tarix31.05.2023
ölçüsü2,02 Mb.
#114669
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
C fakepathk s 1 K TAB

3.1.Nasosun və şəbəkənin xarakteristikası
İşçi nöqtə
Nasosun diferensial basqısı olaraq H=Hç–Hg kəmiyyəti başa düşülür. Burada Hç və Hg nasosun bilavasitə çıxışındakı və girişindəki tam hidrodinamik basqılardır.
Mərkəzdənqaçma nasosunu işlək çarxının fırlanma tezliyi (n, dövr/san), verimi (V, m3/san) və diferensial basqısı (H) qarşılıqlı əlaqədardır. Bu asılılığa nasosun xarakteristikası (H – V) deyilir (şək. 3.3). Fırlanma tezliyi azaldıqca nasosun verimi (məhsuldarlığı) və basğısı da aşağıdakı asılılığa uyğun olaraq azalır:
(3.7)

(3.8)
Nasosun yaradacağı basqı onun işlədiyi boru kəməri şəbəkəsinin xarakteristikasından asılıdır. Bu basqı Bernulli tənliyinin əlavə həddi kimi müəyyən edilir:
H1 + H = H2 + Δ h1-2, (3.9)
Burada
(3.10)

Hər konkret boru kəməri şəbəkəsi üçün (3.10) tənliyi ilə tapılan H-ın qiyməti boru kəmərindəki mayenin sərfindən (V, m3/san) asılıdır. Ona görə (H – V)ş asılılığını şəbəkənin xarakteristikası adlandırılır (şək. 3.3).


Nasosun sərf etdiyi güc N (Vt):
(3.11)
Burada V – həcmi sərf, m3/san; H – nasosun diferensial basqısı, vurulan maye sütunun hündürlüyü, m; ρ – mayenin sıxlığı, kq/m3; g = 9,81 m/san2; η – nasosun f.i.ə.-dır.

Şək. 3.4. İşçi nöqtə.


1 – nasosun xarakteristikası,
2 – şəbəkənin xarakteristikası,
A – işçi nöqtə.
İşçi nöqtənin qurulması ilə nasosun bu şəbəkə ilə işləyə bilməsi müəyyən edilir.
Sənayedə tətbiq olunan digər nasos növü isə porşenli nasosdur. Bu nasoslar yüksək təzyiq yaratmaq üçün tətbiq olunurlar. Lakin bu tip nasosların məhsuldarlığı çox da yüksək olmur. Bundan başqa sənayedə xüsusi kostruksiyaya malik olan vintli, şırnaqlı və s. nasoslar tətbiq olunur.
İki təsirli bir silindirli porşenli nasosun məhsuldarlığı
(3.12)
Burada 0,8 – 0,9 – verim əmsalı; F – porşenin işlək sahəsi, m2; f – ştokun en kəsik sahəsi, m2; S – porşenin gedişi; m; n – tezlikdir (bir səniyədə iki gedişin sayıdır).
Vintli nasoslar val üzərində oturdurulmuş qarşı-qarşıya hərəkət edən vintlər sistemindən ibarətdir.

Şək. 3.5. Porşenli nasos.



  1. Gövdə

  2. Klapanlar

  3. Porşen

  4. Şürgü qolu (ştok)



Şək. 3.6. Vintli nasos


1 – I val
2 – II val
3 – vint

Konveksiya bölməsinin hesablanması isə konvektiv istilikötürmənin tətbiqinə əsaslanır.


Hesablamalara nəticədə borulu sobanın parametrləri müəyyən olunur və onlar müvafiq kataloqlar üzrə seçilir.
Bu tip nasoslardan başqa sənayedə şırnaqlı nasoslardan da istifadə olunur.

Şək. 3.7. Şırnaqlı nasos.


1 – Sərf tutumu
2 – Gövdə
3 – Soplo
Şırnaqlı nasosların iş prinsipi böyük sürətlə soplodan keçən şırnağın yaratdığı seyrəklik hesabına mayenin sorularaq nəql olunmasına əsaslanır.



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə