Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı


Axının hərəkətini xarakterizə edən əsas kəmiyyətlər



Yüklə 2,02 Mb.
səhifə4/25
tarix31.05.2023
ölçüsü2,02 Mb.
#114669
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25
C fakepathk s 1 K TAB

2.1 Axının hərəkətini xarakterizə edən əsas kəmiyyətlər.
Axının hərəkətini xarakterizə edən əsas parametrlər aşağıdakılardır.
Axının sərfi.
a) Mayenin ixtiyari en kəsikdən vahid zamanda keçən həcminə həcmi sərf deyilir və v ilə işarə olunur [m3/san; m3/saat və s.].
həcmi sərf v=sw;
burada: s - axının en kəsik sahəsi
w – axının müəyyən kəsikdə orta xətti sürəti, m/san
b) Vahid zamanda ixtiyari en kəsikdən keçən axının kütləsinə kütlə sərfi deyilir və g ilə işarə olunur [kq/san; t/saat və s.].

burada: u – axının müəyyən kəsikdəki orta kütlə sürəti ( ) kq/san·m2 ilə ölçülür.
Axının sürəti.
a) orta sürət – vahid en kəsiyindən keçən həcmi sərfə orta sürət deyilir və w ilə işarə olunur.

b) kütlə sərfi – vahid en kəsikdən vahid zamanda keçən kütləyə və ya kütlə sərfinə kütlə sürəti deyilir.

Kütlə sürəti ilə orta sürət arasında asılılıq

2.2 Axının hərəkət rejimləri
Hidrodinamikanın başlıca məsələsi ixtiyari zaman anında texnoloji fəzanın hər hansı nöqtəsində qarşılıqlı təsirdə olan təzyiq və sürətin müəyyən edilməsindən ibarətdir [8]. Maye axınının ümumi xarakteri şəkil 2.1-də təsvir olunmuşdur.


Şək. 2.1. Texnoloji fəzada maye axını


Şək. 2.1-dən əyani sürətdə göründüyü kimi maye axının ümumi xarakteri axın xətləri şəklindədir. Bu axın xətlərinin hər bir nöqtəsində hərəkət sürətinin vektoru həmin xətlərə toxunan istiqamətində olur.
Mayenin axması zamanı onun hərəkətinin xarakteri və ya rejimi laminar yaxud da turbulent ola bilər [9].
Aşağı sürətlərdə və ya çox böyük özlülüyə malik olan mayelərin axması zamanı müşaiyət olunan laminar rejimdə maye bir-biri ilə qarışmayan paralel şırnaqlar şəklində hərəkət edir (şək.2.2). Bu axında hissəciklər mərkəzi oxdan uzaq olduqca onların sürətləri də azalacaqdır. Borunun daxili divarın səthində olan hissəciklərin hərəkət sürəti isə sıfra bərabər olacaqdır.

wor = 0,5 wmax


Şək. 2.2. Laminar rejimdə sürətin paylınması
Bu rejimdə şırnaqların sürəti müxtəlif olur, lakin hər bir şırnağın sürəti sabit olmaqla axının oxu istiqamətində yönəlir.
Turbulent rejimdə isə maye hissəcikləri böyük surətlə müxtəlif istiqamətlərdə hərəkət edirlər. Belə halda onların yolları kəsişir (şək. 2.3).


Şək. 2.3. Turbulent rejimdə sürətin paylanması


Turbulent rejimdə hissəciklərin hərəkəti xaotik xarakter daşıyır. Onların ani sürətlərinin qiyməti isə orta sürət ətrafında dəyişir. Bu iki rejimin arasında olan rejim isə keçid rejimi adlanır. Maye axınlarının hərəkətinin hər üç rejimi axının əsas parametrlərindən tərtib olunmuş ölçüsuz kompleks olan Reynolds (Re) kriteriyasının qiyməti ilə müəyyən olunur [10].
(2.1)
Burada w - hərəkət sürəti, d – diametr;
- kinematik özlülük əmsalı;
- dinamik özlülük əmsalı;
Re kriteriyasının böhran qiymətləri ilə axının hərəkət rejimlərinin sərhəddi müəyyən olunur. laminar, Re=2300÷10000 – keçid, Re > 10000 turbulent rejim yaranır.

Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə