Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı



Yüklə 2,02 Mb.
səhifə9/25
tarix31.05.2023
ölçüsü2,02 Mb.
#114669
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
C fakepathk s 1 K TAB

IV. Qazların nəql edilməsi
4.1. Qazların sıxılması üçün tətbiq olunan
maşınların təsnifatı
Qazların boru kəməri ilə nəql olunması təzyiqlər fərqi hesabına həyata keçirilir. Qazların sıxılması üçün tətbiq olunan maşınlar kompressorlar adlanır [17,18]. Kompressorların işini xarakterizə edən əsas parametrlərdən biri sıxılma dərəcəsi olub aşağıdakı kimi müəyyən olunur.
(4.1)

Burada P1 və P2 uyğun olaraq sıxılmaya qədər və sıxılmadan sonrakı təzyiqlərdir. Yaratdıqları təzyiqlərə görə qaz nəql edən maşınlar aşağıdakı kimi təsnif olunurlar:


Təzyiq, atm. maşın
0,1 – ə qədər (izafi) ventilyatorlar
0,1 ÷ 3 (izafi) qaz üfürənlər
3,0 – dən böyük (izafi) kompressorlar
0,5 – dən az (mütləq) vakuum nasoslar
Qazın sıxılma dərəcəsindən və sıxılma prosesi zamanı qazın soyudulmasının tətbiq olunmasından asılı olaraq kompressor maşınları şərti olaraq aşağıdakı qruplara bölünürlər.
a) Ventilyatorlar (soyutmasız)
b) qaz üfürənlər (soyutmasız)
c) kompressorlar, (soyutma ilə)
konstruksiyalarına görə kompressor maşınları porşenli, rotasion, mərkəzdənqaçma, oxlu, şırnaqlı quruluşlu olurlar.


4.2. Qazın sıxılmasına sərf olunan enerji
Kompressor maşınının sərf etdiyi işi balans tənliyinə əsasən müəyyən etmək olar.
Tənliyi aşağıdakı şəkildə yaza bilərik.
+ q = i2 – i1 (4.2)
burada – kompressorun qaz üzərində gördüyü iş;
q – qaza verilən istilik miqdarı;
i1, i2 – uyğun olaraq qazın başlanğıc və son entalpiyalarıdır.
Deməli, kompressorun qaz üzərində gördüyü iş və qaza verdiyi istilik miqdarı q qazın entalpiyasının artmasına səfr olunur.
Qazın adiabatik sıxılması zamanı istiliyin daxil edilməsi və çıxarılması baş vermir (q = 0).
= i2 – i1 (4.3)
olur.
Qazın izotermik sıxılması zamanı isə qazın entalpiyası sabit qalır, daha dorğusu i2 = i1 olur. Beləliklə,
= - q (4.4)
olur.
Qazın izotermik sıxılması zamanı adiobatik sıxılmaya nisbətən enerji sərfi az olur.



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə