Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı


VI. Bircins olmayan sistemlərin ayrılma üsulları



Yüklə 2,02 Mb.
səhifə12/25
tarix31.05.2023
ölçüsü2,02 Mb.
#114669
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
C fakepathk s 1 K TAB

VI. Bircins olmayan sistemlərin ayrılma üsulları
Ayrı-ayrı fazalardan ibarət olan sistemlərə bircins olmayan sistemlər deyilir. Belə ki, ixtiyari bircins olmayan sistem iki və daha çox fazadan ibarət olur. Bir faza dispers faza – daxili faza kimi xırda dispers halında olur, digər faza xarici faza, bütöv fazadır və dispers fazanın ayrı-ayrı hissəciklərini əhatə edir. Bu faza daxilində dispers fazanın hissəcikləri paylanan mühiti təşkil edir [22,23].
Fazaların fiziki halından asılı olaraq aşağıdakı bircins olmayan maye və qaz şəkilli sistemləri fərqləndirirlər:


Bircins olmayan Mühit Dispers faza
sistem (bütöv faza)
suspenziya maye bərk maddə
emulsiya maye maye
köpük maye qaz
toz, tüstü qaz bərk maddə
duman qaz maye
Bütün bircins olmayan sistemlər dispers fazanın qatılığı və onun hissəciklərinin ölçüləri ilə xarakterizə olunurlar.
Maye və bərk fazalardan ibarət olan sistemlər şərti olaraq aşağıdaki qruplara bölünürlər:


Sistemlər. Bərk hissəciklərin
ölçüləri, mk
Kobud suspenziyalar >100
Zərif suspenziyalar 0,5÷100
Bulanıq (muti) 0,1–0,5
Kolloid məhlullar <0,1
Bircins olmayan qarışıqları ayırmaq üçün çökmə, süzmə, flotasiya və s. geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, bircins olmayan qarışıqların ayrılması üçün istifadə edilən aparatlardan biri çökdürücülərdir. Çökmə prosesi ağırlıq qüvvəsinin təsiri altinda baş verir, belə ki, sıxlıqları fərqli olan bərk hissəciklər maye mühitdə çökməklə ayrılırlar.


6.1. Ağırlıq qüvvəsinin təsiri altında çökmə
Laminar rejimdə ( ) çökmə prosesi çökmə sürətinin Stoks düsturu ilə xarakterizə olunur:
Wo=gd2b – ρm)/18μ (6.1)

burada d – bərk hissəciyin diametri;


ρb, ρm – uyğun olaraq bərk hissəciyin və mayenin sıxlıqları;
μ – mühitin dinamik özlülüyü;
g – sərbəst düşmə təcilidir.
qarışıq təmiz
S adə üfqi çökdürücünün quru- maye
luşu aşağıdaki kimidir. Adətən →3
çökdürücünün dərinliyi H=1,5-4 m,
uzunluğu (8-12)H, eni 3-6 m olur. 4 şlam

Çökmə vaxtı aşağıdaki kimi tapılır:


τ=H/Wo (6.2)


Şəkil 6.1. Üfqi çökdürücü
1.Giriş növü, 2. çökdürücü kamera
3.Çıxış növü, 4.Çökək

Sənayedə tətbiq olunan çox müxtəlif konstruksiyalı çökdürücülər mövcuddur.



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə