38
2. Əks laxtalandırıcı sistem – bu sistemə antitromboplastin,
antitrobinlər, fibrinolitik fermentlər (fibrinolizin və ya plazmin)
aiddir.
Normada damar daxilində qan laxtalanmır. Ona görə ki, üs-
tünlük əks laxtalandırıcı sistemdə olur. Damarın daxili qışası zə-
dələndikdə, qana yabancı maddələr düşdükdə, qanda trombosit-
lərin dağılmasına səbəb olan faktorlar olduqda qan damar daxi-
lində laxtalana bilər.
Lаbоrаtоriyа iĢi 14.
Eritrositlərin çökmə sürətinin (EÇS) təyini.
Eritrositlərin çökmə sürəti onların bir-birinə yapışma tezli-
yindən asılıdır. Eritrositlər bir-birinə yapışan zaman ağırlaşaraq
daha tez çökür. Eritrositlərin aqqlütinasiyası (yapılması) onların
mənfi yükünün müsbətə dəyişməsindən asılıdır. EÇS-nin artması
qanda qlobulin zülalının artması ilə əlaqədardır. Plazmanın
qlobulini və fibrinogeni müsbət yüklüdür. Qlobulin qanda
çoxalanda eritrositlərin mənfi yükünü neytralaşdırır.
Eritrositlərin çökmə sürəti, qanın iki hissəyə ayrılmasının
göstəricisidir, bu şərtlə ki, qan laxtalanma prosesinə uğramasın.
Laxtalanmasının qarşısı alınmış qan sakit vəziyyətdə qalan zaman
onun aşağı təbəqəsi xüsusi çəkisi ağır olan eritrositlərdən üst qatı
isə maye hissəsindən - plazmadan ibarət olur. Deməli, qan iki his-
səyə ayrılır. Heyvanlarda EÇS оnlаrın növündən, cinsindən və
yaşından asılı olaraq müxtəlif olur (cədvəl 5). Atlarda, donuzlarda
eritrositlər tez, iri buynuzlu heyvanlarda və qoyunlarda isə nisbə-
tən yavaş çökür. Eritrositlərin çökmə sürətinin təyini diaqnostik
əhəmiyyətə malikdir.
Eritrositlərin çökməsi böyük sərhəd içərisində tərəddüd edə
bilər. Bu, orqanizmin vəziyyətindən və xüsusən də qanın fiziki-
kimyəvi xassəsindən asılıdır. Bİr sıra xəstəliklərdə eritrosilərin
çökməsi sürətləndiyi kimi bəzən yavaşıya da bilər. Heyvanlarda
39
boğazlıq, xroniki iltihabi proseslər, yolxucu xəstəliklər (vərəm və
s.) zamanı EÇS artır.
Cədvəl 5.
Müxtəlif heyvanlarda eritrositlərin çökmə sürəti (norma).
Eritrositlərin mm-lə, çökmə sürəti
Vaxt
Atda
Qaramalda
Qoyunda Donuzda
İtdə Dovşanda
15 dəqiqə
35
0,15
0,2
1
0,2
0
30 dəqiqə
54
0,35
0,4
3
0,9
0,3
45 dəqiqə
58
0,5
0,6
5
1,7
0,9
60 dəqiqə
64
0,7
0,8
8
2,5
1,5
Eritrositlərin çökmə sürətini təyin etmək üçün, ən çox Pan-
çenkovun mikro üsulundan istifadə edilir. Pançenkov cihazı ştativ
üzərində bərkidilmiş kapillyar pipetlərdən ibarətdir (şəkil 10).
Diametrləri 1 mm olan bu kapillyarlar 0-dan 100-ə qədər
dərəcələrə bölünmüşdür. Cihazın kapillyarlarında iki işarə vardır.
«K» işarəsi 0 bölgüsünün yanında, «R» işarəsi isə 50 bölgüsünün
yanında yerləşir. Bu işarələrdən «K» rus dilində «кровь» (qan),
«R» isə «раствор» (məhlul) mənasını verir.
Şəkil 10. Еritrоsitlərin çökmə sürətini təyin еtmək üçün Pаnçеnkоv аpаrаtı.
А- Pаnçеnkоv аppаrаtı kаpilyаrlа birlikdə; B- Nеvоdоv еritrоsеdiоmеtri
40
ĠĢ üçün lazımır: Pançenkov cihazı, 5%-li natrium-sitrat məh-
lulu, saat şüşəsi, skаrifikаtоr, spirt, efir, pambıq və təcrübə
heyvanı.
ĠĢin gediĢi. Cihazın pipetləri 5%-li natrium-sitrat məhlulu ilə
yuyulur. Sonra natrium-sitrat məhlulundan pipetin R (50) bölgü-
sünə qədər bir dəfə çəkilib saat şüşəsinə tökülür. Bundan sonra
həmin pipetin K bölgüsünə qədər 2 dəfə qan çəkilib saat şüşə-
sindəki natirum-sitrat məhlulunun üzərinə tökülür və həmin
pipetin ucu ilə yaxşı qarışdırılır.
Natrium-sitrat məhlulu ilə qanın qarışdırılma nisbəti 1:4
bərabər olur. Bu qarışığa sitrat qan deyilir.
Pipetlər “0” bölgüsünə qədər sitrat qanla dondurulub şaquli
vəziyyətdə ştativdə bərkidilir. Bir saat sonra eritrositlərin çökmə
sürəti təyin edilir.
Lаbоrаtоriyа iĢi 15.
Qan plazmasınınvə zərdabının alınması.
Qan maye hissədən- plazmadan və formalı elemetlərdən iba-
rətdir. Plazma və formalı elemetlərin nisbəti heyvanın növündən
yaşından funksional vəziyyətindən və bəzi xəstəliklərdən asılı
olaraq dəyişir.
ĠĢ üçün lazımdır: 5%-li natrium-sitrat məhlulu, kolba sentri-
fuqa, pipet, təzə qan, sınaq şüşələri və təcrübə heyvanı.
IĢin gediĢi. Kolbaya 1 ml 5%-li natrium-sitrat məhlulu tökü-
lüb, üzərinə 10 ml təzə qan alınır və yaxşı qarışdırılır. Belə qan
sitrat qan adlanır. Sitrat qandan bir qədər sınaq şüşələrinə
tökülüb sentrifuqada 15 dəqiqə fırladılır. Nəticədə qan iki hissəyə
ayrılır. Üst qat qanın plazması, alt qat isə formalı elementlərdən
ibarət olur. Bu qatların ayrılmasına səbəb plazmaya nisbətən
formalı elementlərin xüsusi çəkilərinin ağır olmasıdır. Formalı
elementlərə baxdıqda, onların da iki təbəyə ayrılmış olduğu
görünür. Aşağı təbəqəni eritrositlər, üst nazik təbəqəni isə
41
leykositlər təşkil edir. Plazma pipet vasitəsilə çəkilərək ayrı qaba
toplanır. Plazma qanın 55-60%-ni formalı elemetlər isə 45-40%-ni
təşkil edir. Deməli qan plazmadan və formalı elementlərdən
ibarətdir. Qanin plazmasının 90-92%-ni su, 8-10%-ni quru maddə
təşkil edir. Qanın formalı elemetlərinə eritrositlər, leykositlər və
trombositlər aiddir.
Zərdab almaq üçün 37
0
C istilikdə suya salınmış sınaq şüşə-
sinə qan alınır və ağzı tıxac ilə bağlanır. Laxtalanmanı sürətlən-
dirmək üçün qan həmin istilikdə xeyli saxlanılır. Qan laxtasının
üzərində əmələ gələn şəffaf sarımtıl maye pipetlə çəkilib başqa bir
sınaq şüşəsinə tökülür. Bu maye qan zərdabı -serum adlanır.
Plazmanın tərkibində fibrinogen zülalı olur, zərdabın tərkibində
isə olmur. Təcrübənin nəticəsi dəftərə qeyd olunur.
Lаbоrаtоriyа iĢi 16.
Qan qruplarının təyini.
Qan itirmə zamanı və eləcə də bir sıra xəstəliklərdə müalicə
məqsədi ilə xəstələrə qan köçürülməsinin böyük əhəmiyyəti
vardır. Əvvəllər bir insandan digərinə qan köçürmə çox vaxt
xəstənin ölməsi ilə nəticələnirdi. Qan köçürmə zamanı ölümün
səbəbini 1901-ci ildə Avstraliya alimi Karl Landşteyner müəyyən
etdi. K.Landşteyner (1868-1943) qan qruplarının kəşfinə görə
1930-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Ölümün səbəbi
qanı qəbul edənin plazması ilə, köçürülmüş qanın eritrositlərinin
bir-birinə yapışması idi.
Belə hallarda eritrositlər yapışaraq adı gözlə görünə bilən
komalar əmələ gətirir. Bu hala eritrositlərin aqqlütinləĢməsi
(aqlütinasiya) deyilir.
Hazırda müəyyən edilmişdir ki, eritrositlərin aqqlütinləşmə-
sinin səbəbi donorla (qan verən) resipientin (qan qəbul edən) qan
qruplarının bir-birinə uyğun gəlməməsidir.
Dostları ilə paylaş: |