46
Qan vermək –orqanizmin həyat fəaliyyətini yaxşılaşdırır, qan
əmələ gətirən orqanların fəaliyyətini artırır.Orqanizm gümrahlaşır
və s.
Hazırda respublikamızda çoxlu donorlar vardır. 18 yaşından
60 yaşa qədər sağlam insanlar donor ola bilərlər.
Tacik həkimi Ibn Sina iki it üzərində təcrübə aparıb. Birinci
itdən müəyyən vaxtdan bir qan alıb. İkinci itdən isə qan almayıb.
Müəyyən vaxtdan sonra hər iki itin qan damarını kəsib. Nəticə
olaraq qan alınmayan ikinci it tez ölüb.
Hazırda qan köçürmə üçün qan ehtiyatı (qаn bаnkı) yaratmaq
əsas problemlərdən biridir.
MÖVZU: REZUS (pH) FAKTOR VƏ ONUN TƏYINI
1940-ildə K.Landşteyner və İ.Viner insanlarin eritrositlərində
daha bir aqqlütinogen müəyyən etmişlər. Həmin aqqlütinogeni
Rezus-faktor adlandırmışlar. Aqqlütinogenin Rezus-faktor adlan-
masının səbəbi onun birinci dəfə əntər meymunun (
Macacus
Rhesus) qanında tapılmasıdır.
Alimlər meymunun qanını dovşana vurmuşlar və plazma al-
mışlar. Həmin plazmada meymunun aqqlütinogeninə qarşı antinel
(aqqlütinin) müəyyən edilmişdir. Müəyyən edilmiş antitel müa-
yinə olunan bir çox insanlarin eritrositlərinin aqqlütinasiyasına
səbəb olmuşdur.
Müəyyən olunub ki, insanlarin 86%-nin qanında Rezus-faktor
vardır və həmin insanlar müsbət rezuslu (Rh+), 14%-nin qanında
isə rezus-faktor yoxdur, həmin insanlar isə mənfi rezuslu (RH-)
hesab olunurlar (şəkil 12).
Müsbət rezuslu insanın qanını mənfi rezuslu insana köçür-
dükdə mənfi rezuslu insanda rezus-antigenə qarşı spesifik antitel
əmələ gəlir. Əmələ gəlmiş həmin antitel illərlə orqanizmdə qala
bilir. Ona görə də müsbət rezuslu qan təkrarən həmin insana
49
Leykositlərin mikrobları və bаşqа yаd mənşəli zülаllаrı məhf
etməsi foqositoz adlanır.
IĢ üçün lаzımdır: kаrmin bоyаsı, həvəng, şpiris, qurbаğа,
mikroskоp, əşyа şüşəsi, örtük şüşəsi.
IĢin gеdiĢi. Karmin boyası fizioloji məhlul içərisində həvəgdə
yaxşı əzilir, sonra şprislə qurbağanın qarın boşluğuna, yaxud bel
limfatik kisəsinə yeridilir. 24 saatdan sonra həmin kisənin möhtə-
viyatından mikroskopik preparat hazırlanır.
Mikroskop altında preparata baxdıqda leykositlərin karmin
boyasını udması müşahidə edilir.
QAN DÖVRANI SĠSTEMĠ
Qan dövranı sisteminin vəzifəsi hüceyrə və toxumların həyat
fəaliyyəti üçün lazım olan qаnı orqanizmin bütün nahiyyələrinə
aparmaqdan ibarətdir. Qan dövranı sisteminə ürək, qan damarları
və kapillyarlar aiddir (şəkil 13, 14, 15). Bu sistemin mərkəzi üzvü
ürəkdir. Ürək eninə, zolaqlı əzələdən təşkil olunub. Ürəyin
fəaliyyətini öyrənmək üçün bir sıra üsullardan istifadə olunur.
1.Auskultasiya.
2.Rentgenoskopiya.
3. Elektrokardioqrafiya- EKQ.
4.Teleelektrokardioqrafiya –TEQ.
5.Fonokardioqrafiya FKQ.
6.Vektorelektrokardioqrafiya –VKQ və s.
MÖVZÜ: ÜRƏYĠN FUNKSĠYASI VƏ ONUN
MEXANĠZMĠ
Orqanizmdə qanın hərəkətini təmin edən əsas оrqаn ürəkdir.
Ürəyin funksiyası onun əzələlərinin mütəmadi olaraq növbə ilə
yığılması və boşalması ilə əlaqədardır.
Məşğələyə hazırlaşmaq üçün suallar: