Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə23/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

mış  (parçalanmış)  çalar  formalarını  ayırd  edirlər.  Ən  çox  rast 
gəlinən  forma  kriptik  rəng  çaları  (kriptik  (kriptos)  -   gizli  de­
məkdir ki,  buna  qoruyucu  rəng  də  demək  olar)  və  bədən  for­
masının dəyişilməsidir,  lakin qeyd etmək lazımdır ki, eyni rəng 
əksər  növlərdə  bir  çox  funksiyanı  həyata  keçirir.  Adətən  gecə 
formaları,  məsələn,  əksər  gekkonlar,  boz,  qəhvəyi  və  qonur 
çalarların üstünlük  təşkil  etdiyi  sakit  kriptik  rəngə malik  olur-’ 
lar.  Bu canlıların sıx kolluqda yaşayan  gündüz formaları daha 
əlvan olur.
Kələzlərin  rəngi  çox  fərqlidir.  Azərbaycanda qayalıqlarda 
rast  gəlinən  Qafqaz  kələzi  onu  qayaların  rəngi  ilə eyniləşdirən 
solğun  himayəedici  çalara  malikdir.  Lakin,  eyni  zamanda 
emosional  haldan  və  ya  temperaturdan  asılı  olaraq  onlar çox 
cəld  rənglərini  dəyişə  bilər.  İquanalar  fasiləsindən  olan  frino- 
zomlarm  (qurbağayaoxşar  kərtənkələlər)  rəngi  çox  dəyişkən 
olub,  yaşadıqları  qruntun  rəngindən  asılıdır.  Ağ  şoran  düzən­
likdə  yaşayan  növlərin  rəngi  də  ağ  olur,  tünd  vulkanik  lava 
səthində  yaşayanlar  isə qara rənglidirlər.  Meşə  zonasında  rast 
gəlinən  Phrynosoma  blainwillii-nm  rəngi  torpaq  səthini  örtən 
şam ağaclarının iynə yarpaqlarının çalarma uyğundur.
Gekkon,  buqələmun  və  qamçıformalı  ilanların  rəng 
uyğunlaşması daha  mükəmməldir,  xüsusilə də,  təhlükə zamanı 
ilan  və  kərtənkələlər  üçün  əlvan  və  kontrastlı  rəng  çalarları 
əhəmiyyətlidir.
Kələzlər  fəsilsindən  olan  bizquyruğun  ( Uromastix  cinsi) 
bədəninin  rəngi  temperaturdan  asılı  olaraq  dəyişir,  yəni  tem­
peratur artdıqca o açıq rəng alır.
Əksər ilanların rəngi  himayəedici  olur.  Adətən cavan ilan­
lar  daha  əlvan,  yetkin  fərdlər  isə  bir  rəngə  malik  olurlar.  Bir 
çox  hallarda  ilanların  rəngi  xəbərdaredici  xarakter  daşıyır. 
Təbii  şəraitdə  bütün  müxtəlifliyinə  baxmayaraq  ilanların  rəngi 
hər  zaman kriptik  (himayəedici) olur  ki,  bu  da ona qənimətini 
izləməyə və pusquda ovunu güdməyə kömək edir.
83
downloaded from KitabYurdu.org


Afrikanın  savanna  və  meşələrində  yaşayan  ieroqlif  pito- 
nunun  (Pyton  sebae)  naxışı  bel-qarın  istiqamətində  uzanan 
ensiz  ziqzaqşəkilli  zolaqların  bel  nahiyədə  tağlarla  birləşmə­
sindən  və  yan  tərəflərdə  düzülmüş  tünd  ləkələrdən  ibarətdir. 
Bu naxış sıx kolluq və ya ot cəngəlliyində ilanı görünməz edir.
Səhra  və  yarımsəhralarda  yayılan  cəld  ox  ilan saksaul  cə­
ngəlliyində təqibdən qaçaraq,  onun budaqlarında gizlənir. Qo­
ruyucu rəng və nazik  bədən hesabına onu hətta seyrək budaq­
lar arasında da tapmaq çox çətindir.
Ağac ilanlarının çoxu  öz  rənginə və bədən  formasına  görə 
ağac budaqları  və  lianaları  imitasiya edir, əlvan zolaq və  ləkə­
lər isə onları tropik bitki örtüyü arasında gizlədir.
Boz ağac  ilanı ( Thelotornis nirtlandi) kəskin olaraq  qoruy­
ucu  rəng  örtüyündən  xəbərdaredici  rəng  örtüyünə  keçə  bilir. 
Onun rəngi budaq və yarpaqlarla harmoniya təşkil edir:  bədən 
üstdən  tünd və açıq  ləkələrlə və eninə zolaqlarla dolu olub qo­
nur çalarlıdır, baş üstdən yaşıl rəngdədir.  Qıcıqlandırıldıqda o, 
bədəninin  ön  tərəfini  qaldırır,  boynunu  şişirdərək  qorxuducu 
şəkil alır.
Gürzələrin  də rəngi  müxtəlifdir:  ağac gürzəsi -  yaşıl, səhra 
formaları -  qumsal-qonur,  meşədə yayılanlar isə əlvan kontra- 
stlı  rəng  çalarlarına  malik  olur.  Gürzələrin  rənginin hər  3  for­
ması  himayəedici  olub,  onları  substrat  fonunda  çox  uğurla 
gizlədir.  Onlarda  ürküdücü  və ya  xəbərdaredici  rəng  olmur  və 
adətən  özünü  nümayiş  etdirmədən  və  ya  fısıltısı  ilə  xəbərdar 
etmədən, seçilməməyə çalışırlar.
Qabon  gürzəsinin  (Bitiş gabonica)  naxışı  dəqiq  həndəsi  fi­
qurlardan  ibarət  gözəl  rəng  örtüyünə  malikdir.  Bel  sütunu 
boyunca uzanmış düzbucaqlı  fiqurlar  yerləşir,  bədənin yan  tə­
rəflərində  isə  ziqzaqşəkilli  zolaqlar  və  onların  əsasında  romb- 
lar  vardır.  Bütün  bu  naxışlar  al  rənglər  fonunda  -   ağ,  qara, 
çəhrayı,  qırmızı  olur.  Maraqlıdır  ki,  belə  rəng  ilanı  təbii 
mühitdə  nəinki  gözəçarpan  etmir,  hətta  onu  qırmızı-qonur
84
downloaded from KitabYurdu.org


torpaqda  görünməz  edir.  Belə  rəng  örtüyünü  parçalayıcı  ad­
landırırlar.  Doğrudan  da  əlvan  substrat  fonunda  həndəsi  fi­
qurlar  sanki  bədənin  əsl  görünüşünü  dağıdaraq,  onu  ayrı-ayrı 
ləkələrə parçalayır.
Əksər  reptililərdə  xəbərdaredici  uyğunlaşmaları  imitasiya 
etmək  (bənzətmək)  qabiliyyəti  inkişaf edir,  hərçənd  ki,  onlar­
da  təhlükəli  və  ya xoşagəlməz xüsusiyyətlər yoxdur.  Hind irig- 
öz su  ilanı  (Natrıx  nıacrophthalamus)  təhlükə  zamanı  bərkdən 
fısıldayır,  boynunu  şişirdərək  eyni  ilə  hirslənmiş  kobranın du­
ruşunu imitasiya edir.
Çox  aqressiv  sarıqarın  yelmar  (Hieropis  caspius)  təhlükə 
anı  gizlənmir,  zəhərli  ilanlar etdiyi  şəkildə,  spiral  kimi  burula­
raq,  qəzəblə  fısıldayır  və  1,5-2  m  məsafədən  rəqibinin  üzərinə 
tullanır.
Hirsli  halda  boynunu  kobra  kimi  şişirtdiyinə  görə  irigöz 
təlxəni  (Ptyas  mucosus)  Hindistanda  «kobranın  əri»  adlandı­
rırlar.
Su  ilanları  rəng  müxtəlifliyi  ilə  fərqlənirlər.  Bəzi  növlər əl­
vanlığı və nəzərə çarpan  al çalarları  ilə valeh edir.  Bu qəbildən 
rəngi  ilə  zəhərli  ilanları  (aspidlər  fəsiləsi)  xatırladan  kral  ilan­
ları  yaxşı  məlumdur.  Hesab  edirlər  ki,  onları  yamsılayan  zə­
hərsiz ilanların rəng örtüyü mühafizə xarakteri daşıyır.
Yalançı  su  ilanları  yarımfəsiləsindən  olan  cəngəllik  ilanı 
(Bioga  dendrophila)  çox  təcavüzkar  olub,  asanlıqla  hücuma 
keçir.  Təhlükəli  duruşu  ilə bu ilan  zəhərli  növlərin davranışını 
çox  yaxşı  imitasiya  edir.  O,  kobra kimi  boşqab  şəklində buru­
laraq,  başını  yuxarı  qaldırır,  həmçinin  şişərək  boynunu  yastı- 
ladır.  Oxşar  misallar  az  deyildir,  lakin  bəzi  bioloqlar  mimik- 
riya hadisəsinə skeptik münasibət bəsləyir. Onlar hesab edirlər 
ki,  «mimikriya»  (təqlid  etmə)  -   iradənin,  həvəsin  təcəssü­
müdür,  yəni,  burada  söz  özü  antroposentrik  mənada  işlənir. 
Bəzi zooloqlar  hesab edirlər ki, zəhərli amerika mərcan  ilanla­
rının  al  zolaqlı  rənginin  digər  ilanlar  tərəfindən  imitasiyası,
85
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə