Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə24/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

konvergent  təkamülün  tipik  təzahürüdür.  Bu  inkişaf yolunda 
mərcan  ilanları  və  digər zəhərsiz ilanlarda xəbərdarlıqla əlaqə­
si  olmayan  utilitar  səbəblər  üzündən  oxşar  rəng  örtüyü  yaran­
mışdır.  Lakin,  prototip  və  imitator  növlər  birgə  yaşadığı  yer­
lərdə,  imitasiya  edən  növ  əlvan  və  gözə  çarpan  prototipin  rə­
ngini əldə edir.
İmitasiyanın  müxtəlif  formaları  sağ  qalmağa  xidmət  et­
məklə,  həm  də  bütün  canlıların  Yer  üzərində  inteqrasiyalı  sis­
temini  yaradan  ekoloji  əlaqələrin  mürəkkəbliyindən  xəbər  ve­
rir.
86
downloaded from KitabYurdu.org


ƏRflZİ  MƏNSUBİYYƏTİ
Reptililərin çoxalmasından danışarkən  fərqli növlərin mə­
həlli  davranışının  bəzi elementlərini yada  salmalı  oluruq.  Əra­
zi  problemi,  yəni eyni  növün  nümayəndələri  arasında  fərdi  sa­
hə  uğrunda  rəqabət,  növdaxili  rəqabətin  önəmli  və  ən  geniş 
yayılmış formasıdır.
Ərazi mənsubiyyətinin əhəmiyyəti həm də ondan  ibarətdir 
ki, fərdi sahəsi olan fərdlər sahəsiz nümayəndələrdən daha çox 
uyğunlaşmaya  malik  olurlar.  Ərazi  mənsubiyyətli  növlərin 
fərdi  sahəyə  malik  olmayan  nümayəndələrinin  adətən  növbəti 
nəsil  qarşısında heç bir xidməti  olmur.  Ərazi  mənsubiyyəti  ge­
netik  uyğunlaşmaya  (nəsil  vermək  ehtimalı)  da  təsir edir,  belə 
ki,  özünü  sahə  ilə  təmin  edə  bilməyən  fərdlər  adətən  çoxalmır. 
Məsələn,  hörümçəklərdə  ərazi  tuta  bilməyən  fərdlər,  çəkisini 
itirir və nəticədə məhv olur.
Lakin ərazinin mövcudluğu yalnız uduş xarakteri daşımır, 
onun  mühafizəsi  müəyyən  sərflər  tələb edir.  Seçmə  xeyrin  sər- 
fıyyatı  üstələməsinə  yönəlir.  Əgər  bəzi  növlərin  mühafizəsi 
amansız  konfliktlərlə  müşayiət  olunursa,  digərlərində  fiziki 
kontaktlar minimal səviyyədədir.
Azərbaycanın  dağ  massivlərində  geniş  yayılmış  Qafqaz 
kələzinin  erkəyinin  sahəsində  adətən  1-3  dişi  məskunlaşır.  Er­
kəklər  mümkün  rəqiblərini  ərazinin  tutulması  barədə  məxsusi 
şəkildə xəbərdar  edir.  İri  daş  və  ya  qaya  üstünə  çıxaraq  o,  ar­
dıcıl  olaraq  gövdəsinin  ön  tərəfini  aşağı-yuxarı  əyməklə,  ayaq­
ları  üstündə  enib-qalxır.  Onun  sahəsinə  müdaxilə edən  gəlmə­
ləri bəzən hətta savaşla qovur.
Əksər  iquana  növlərinin  «hərəmxanası»  olur  və  erkəklər 
öz  ərazilərini  ciddi  cəhdlə  qoruyur.  Elapidae  fasiləsindən  olan 
qara  ilanın  (Pseudechis porlıyriacus)  erkəkləri  tez-tez  təkbətək 
turnir  döyüşlərinə  çıxaraq  tamam  əldən  düşənədək  mübarizə 
aparırlar.  Belə  savaşların  əsas  səbəbi  cinsi  oyanma  ilə  yanaşı
87
downloaded from KitabYurdu.org


ərazi mənsubiyyəti instinktinin qarışmasıdır.
Qulaqlı  girdəbaş  öz  sığınacağını  həm  öz  növündən  olan, 
həm də digər kərtənkələlərin basqınından cəhdlə qoruyur.
Müəyyən edilmişdir ki,  fərdi ərazilərin  forması çox müxtə­
lif olub,  mikrorelyefdən,  yemin  paylanma  xarakterindən,  sığı- 
nacaqdan,  bitki  örtüyündən  və s.  asılıdır.  Məsələn  bir çox kər­
tənkələlərin  bütün  həyatı  məhdud ərazi  çərçivəsində -  2-10  m, 
digərlərində  100 m-dən -   1000 m-ədək ola bilər.  Bir qayda ola­
raq yaşama sahəsinin ölçüsü cins və yaşdan asılı dəyişir, özü də 
cavan  və  dişi  fərdlərin  sahəsi  yaşlı  və  erkək  fərdlərin  sahəsin­
dən  böyük  olur.  Adi  sıçrayan  kərtənkələnin  (Lacerta  agilis) 
fərdi sahəsi onu  sığınacaq  və yemlə təmin etməklə yanaşı,  həm 
də sutkalıq  və mövsümi yerdəyişmələri üçün də  kifayət edir.  L. 
agilis-in fərdləri yem axtarışı zamanı gün ərzində fərdi sahəsini 
tamamilə  istifadə  edir.  Bir  ərazinin  yem  ehtiyatı  qurtardıqda, 
kərtənkələ  digər  əraziyə  keçir  və  əvvəlki  yerə  yalnız  bir 
müddətdən  sonra qayıdır.  Bəzən  əsas  sahə  çərçivəsində  fərdin 
sığınacağı yerləşən daha məhdud «aktivlik mərkəzi» olur.
Ssink  gekkonları  (Teratoscincus  scincus)  ov  zamanı  öz 
sığınacağından  uzağa getmir,  çünki  hər  fərdin  müəyyən ov  sa­
həsi olduğundan,  onlar qonşu fərdin sahəsinə keçmirlər.  Şima­
lı  Afrika,  İspaniya  və Cənubi  Avropanın  bəzi  yerlərində  yayı­
lan  çöl  gekkonunu  ( Tarentola  maurilanicd)  daim  sahəsi  İm2 
olan  kiçik  ərazidə  müşahidə  etmək  olar.  Bəzi  gürzələr  otura­
qdır və ömür boyu  eyni  bir əraziyə bağlı  olur.  60-100 m radius 
çərçivəsində  yerdəyişmə  edir.  Fərdi  ərazilərin  sahəsi  1,5-4  ha 
olub, adətən bir cüt tərəfindən tutulur.
Missisipi  alliqatorunun  davranışı  xüsusilə  maraqlıdır. 
Ümumi  ərazi  hər cinsdən olan  yetkin heyvanlar arasında fərdi 
sahələrə  ayrılmışdır.  Erkək  və  dişilərin  sahələri  üst-üstə düşür. 
Yaşlı  erkəklərin  sahəsi  20-40  ha,  təşkil  edir.  Çoxalma  zamanı 
erkəklər öz sahələrini gəzərkən, arabir hündürdən nərilti səsləri 
çıxarır,  özgə erkəyin müdaxiləsi baş verdiyi təqdirdə, iki erkək
88
downloaded from KitabYurdu.org


arasında amansız savaşlar  baş verir.  Belə savaşlar zamanı  alli- 
qatorlar bəzən bir-birinin çənəsini belə sındırırlar.
Hesab  edirlər  ki,  fərdlərin  məkanca  ayrılması  nəticəsində 
ərazi  davranışı  yırtıcıların  təzyiqindən  qaçmağa,  xəstəliklərin 
yayılmasının  qarşısını  almağa  imkan  verir;  digər  tərəfdən  belə 
davranış  resursların  qorunmasını  və  çoxalma  dövrü  fərdlərin 
görüşməsini asanlaşdırır.
Temperatur preferendumları
Poykiloterm orqanizmlər olduğuna baxmayaraq,  reptililər 
nisbətən  yüksək  temperaturda  uğurla  yaşaya  bilirlər.  Amfibi- 
lərin  həyat  şəraiti  ilə  müqayisədə  müasir  reptililərin  həyatı  da­
ha  müxtəlifliyi  ilə  fərqlənir.  Bu,  reptililərin  nisbətən  yüksək 
quruluş  səviyyəsi  ilə  izah  olunur  ki,  o  da  öz  növbəsində 
sürünənlərin  müxtəlif  yaşama  yerlərinə  paylanmasına  imkan 
vermişdir.  Əsas cəhətlərdən biri -  həm embrional, həm də yet­
kin  formaların  quru  mühitinin  quraqlığına  dözümlü  olmalın­
dır.  Onlar Arktika  və  Antarktida  istisna  olmaqla  Yer  Kürəsi­
nin  bütün  iqlim  zonalarında  məskunlaşırlar.  Lakin  poykilo­
term  olduqlarından  onlar  yalnız  nisbətən  yüksək  temperatur 
şəraitində  uğurludurlar.  Məsələn,  ilanlar  artıq  10°C-də  az  hə­
rəkətli  olur,  6-8°C-də  hərəkətlərini  dayandırır,  təxminən  2- 
3°C-də süstləşirlər.  Bədən temperaturunun 4-6°C-dək soyuma­
sı  ölümlə  nəticələnir.  Beləliklə,  temperaturun  aşağı  həddi  limit 
həddini müəyyənləşdirir.
Adətən  qumluq  sakinləri  -   psammofıllər  -   çox  yüksək 
temperaturda  yaşaya  bilir.  Məsələn,  Azərbaycanda  yaşayan 
cəld  kərtənkələcik  30-40°,  Prejevalsk  kərtənkələciyi  31-44°, 
zolaqxallı  kərtənkələcik  28-52° temperatur  diapazonunu  yaxşı 
keçirir;  tacik  kərtənkələciyi  isə yüksək  termofılliyi  ilə seçilir və 
hətta  havanın  temperaturu  -   44°,  qumun  üzərində  58°  oldu­
qda  belə  aktivdir.  Lakin  kərtənkələnin  həyat  fəaliyyəti  üçün
89
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə