Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə21/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

YflŞflM fl  UĞRÜNDfl  MÜBARİZƏ
Müdafiə və hücum
İlk  canlı  orqanizmlər  artıq  meydana  gəldiyi  ərəfədən 
mühitin  kəskin  şəraiti,  yəni  müqavimət  və  rəqabətlə  qarşılaşa­
raq,  həm  özünəbənzər  orqanizmlərlə,  həm  də  fərqli  canlılarla 
qarşıdurmada  olmuşlar.  Bir  qrupun  təkamülü  uğurla  getmiş, 
onlar  intensiv  yayılaraq  əlverişli  biotopları  tutmağa  nail  ol­
muşlar.  Keyfiyyətcə  fərqli əlamətlərə və geniş  uyğunlaşma  im­
kanlarına malik  yeni qrupun əmələ gəlməsi, əksər hallarda əv­
vəlkilərə güclü  təzyiq ilə müşayiət olunurdu.  Nəticədə  bir qrup 
orqanizmlər  məhv  olurdu,  digərləri  isə  yaşama  şəraiti  daha 
məhdud  olan  yerlərə  keçməklə  «planetin  həyat  arenasından 
(səhnəsindən)» uzaqlaşmağa məcbur olurdular. İstənilən halda 
həyat uğrunda gedən bu möhtəşəm döyüşdə orqanizmlər onla­
rın yaşamasına dəstək olan müxtəlif uyğunlaşmalar qazanmış­
lar.
Sürünənlərin  müdafiə  mexanizmləri  həm  passiv,  həm  də 
aktiv  xarakter  daşıyır.  Sarmaşan  ilanların,  gekkon  və  buqələ- 
munların  uyğunlaşmış  rəngi;  bəzi  ilan  və  kərtənkələlərin  kon­
trast  rəngləri;  tısbağaların  zirehi,  tikanlar,  müxtəlif çıxıntıları 
passiv  uyğunlaşmalardır.  Davranışla  əlaqəli  uyğunlaşmanı  isə 
aktiv  müdafiəyə  misal  göstərmək  olar.  Cəldlik  və  zirəklik  yır­
tıcılardan müdafiə olunmaq üçün ən səmərəli və geniş yayılmış 
vasitələrdəndir.  Bir  çox  növlər  qaçaraq  canını  qurtarmaqla, 
potensial  düşmənini  qorxutmaq  və  ya  diqqətini  yayındırmaq 
məqsədilə öz lokomotor  hərəkətlərini nümayişkar davranışı  ilə 
tamamlayır.  Sonuncu  müdafiə  vasitəsi  kimi  qənimət  yırtıcıya 
aktiv  təsir  göstərərək,  onu  dişləyə  və  ya  tuta  bilər.  Digər 
sürünənlər, əksinə gizlənərək hücum ehtimalını azaldır.
Quru  tısbağaları  (Testudinidae  fəs.)  adətən  astagəl  və  lə­
ngdirlər,  ona  görə  təhlükə  olduqda  qaçmaqla  deyil,  çanağın
77
downloaded from KitabYurdu.org


içərisində  gizlənərək  passiv  müdafiəni  seçirlər.  Muşk  tısbağa­
ları (Kinosternidae fəs.) müdafiə məqsədilə çanağın yan və arxa 
hissəsində yerləşən muşk vəzilərindən sekret ifraz edirlər.
Kayman  tısbağaları  vahiməli  görkəmə  malikdirlər:  qısa 
dimdikli  iri ağzı,  güclü caynağa malik ətrafları var.  Bu canlılar 
öz aqressivliyi  ilə  tanınır.  Yaxalanarsa,  aktiv qorunaraq,  uzun 
boynu  hesabına  başını  xeyli  qabağa  ataraq,  rəqibini  dişləyir. 
Aktiv  müdafiə  üçcaynaqlı  dəniz  tısbağalarında  (Trionichoidae 
d/altı)  müşahidə  olunur.  Ələ  keçdikdə  onlar  güc  və  hirsini 
xüsusi  məharətlə göstərir,  onu  tutmaq  istəyəni  qəfil dişləyir  və 
çənələri ilə endirdiyi zərbələrlə yaralayır.
Girdəbaşların  rəngi  yaşadıqları  qruntun  çalarları  ilə  har­
moniya  təşkil  edir.  Təhlükə  olduqda  əksərən  gizlənərək,  özlə­
rini  büruzə  vermirlər.  Lakin,  bərk  həyəcanlandıqda,  məsələn, 
qulaqlı  girdəbaş  (Phrynocephalus  mystaceus)  arxa  ətraflarını 
geniş açaraq,  bədəninin  ön  hissəsini yuxarı qaldırıb,  ağzını  ge­
niş  açır.  Ağızın  selikli  qişası  qan  yığılması  nəticəsində  qızarır, 
kərtənkələ  ağzının  küncündəki  dəri  qatlarını  tarım  çəkərək  fı- 
sıldayır,  fınxırır,  quyruğu  ilə  cəld  hərəkət  edərək,  düşmənə 
doğru  tullanır.  Konqoda  yaşayan  buqələmun  (Rhampholeon 
boulengeri) azca  səs-küydən  belə istənilən  vəziyyətdə yerindəcə 
donaraq,  bəzən  saatlarla  arxa  və  ya  ön  ətrafları  qaldırılmış 
halda qala bilər.  Buqələmunun görünməzliyini təmin edən dig­
ər cəhət mühit rəngini  ala  bilməsidir.  Təqib  olunan uçan əjda­
ha  (Draco  volans)  adətən  tullanmır,  ağacın  gövdəsi  ilə  yuxarı 
qaçır,  lakin  təhlükə  reallaşdıqda dayaqdan sıçrayışla çəkilərək 
qonşu  ağaca  uçur  və  onun  gövdəsinin  arxasında  gizlənir. 
Görünür belə uçuş az enerji tələb etmir.
Avstraliya  plaşlı  ağac  kərtənkələsinin  (Chlamydosaurus 
kingi)  boynunda  enli  dişli  yaxalıq  olur.  Kərtənkələ  həyəcan­
landıqda yaxalıq dərhal çətir kimi açılır, eyni zamanda ağız da 
geniş açılır.  Düşmən əl çəkməzsə, kərtənkələ özü hücuma keçə­
rək  onu  möhkəm dişləyir  və  tikanlı  quyruğu ilə  ağrılı  zərbələr
78
downloaded from KitabYurdu.org


endirir.  Bu  kərtənkələ  təkcə  arxa  ətrafları  üzərində  məharətlə 
qaçır.  Bu  halda  onun  ön ətrafları  sərbəst  olaraq  asılı  vəziyyət­
də  aşağı  yönəlir,  quyruğu  isə  titrəyişli  hərəkətlərlə  müvazinəti 
tarazlaşdırır.  Paleontoloqlar hesab edirlər  ki, qədim dinozavr- 
lar da bu tərzdə hərəkət edirdilər.
Kələzlər  fasiləsindən  saqqalı  kərtənkələlər  (Amphibolurus 
barbatus)
 
müdafiə  olunmaq  üçün  başın  yan  tərəflərində  və 
boğazda  köndələn  yerləşən  çox  saylı  tikanlardan  (çıxıntılar­
dan)  ibarət  «saqqallarını»  şişirdir.  Onun  bu  hərəkəti  müxtəlif 
səslərlə -  fısıltı, fınxırtı ilə müşayiət olunur.
Phrynosoma
 
cinsindən  olan səhra  qurbağayaoxşar  kərtən­
kələsi  (İguanidae
 
fəs.)  təhlükə  yarandıqda  ürküdücü  qiyafəyə 
girir:  o,  iri  bel  pulcuqlarını  qaldıraraq  tikanlı  şəkil  alır,  ağzını 
geniş  açıb,  havanı  cəld  buraxmaqla  bərkdən  fıtəbənzər  səslər 
çıxarır.  Ətrafları üzərində dik  qalxaraq  bədənini  xeyli  şişirdir. 
Bu  iquanalar  hətta  burun  və  gözündən  qan  sıçratmaq  qabi­
liyyətinə  malikdirlər -  belə  hal  adətən iri  damarlardan  birinin 
daralmasından  başda  qan  təzyiqinin  artması  nəticəsində  baş 
verir.  Heyvan  möhkəm  həyəcanlandıqda  gözün  küncündən 
qan fışqıraraq bir necə santimetr məsafəyə yayılır.
Adi kələz (Laudakia aqaniae)
 
insan ona yaxınlaşdıqda cəld 
hərəkətlə  başını  aşağı-yuxarı  hərəkət  etdirməyə  başlayır  (bu 
bəzi kərtənkələlərə də  xasdır)  və  eyni  zamanda  onlar ön  ətraf­
ları  üzərində  bədənin  ön  hissəsini  də  qaldırıb-endirir.  Çöl  təd­
qiqatları  zamanı  biz  belə  davranışı  Qafqaz  kələzində dəfələrlə 
müşahidə  etmişik.  O,  bizimlə  müəyyən  məsafədə  olduğu  tə­
qdirdə  bədənini  hərəkət  etdirirdi,  məsafə  azaldıqda  isə  bir  an 
içində yox olurdu.
Kiçik  qurşaqquyruq  (Cordylus  cataphractus)
 
təhlükə  za­
manı  özünəməxsus  poza  alır.  Onlar  qayalıqlarda  yaşayır  və 
aqamalar  kimi  sığınacaq  yerlərini  qaya  çatlarında  və  yarğan­
larda  tapırlar.  Qayadan  kənarda  yaxalandıqda  və  yarğanda 
gizlənmək  imkanından  məhrum  olduğu  üçün,  o,  yumaq  şək-
79
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə