Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə17/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

xanan
Şəkil  14.
İnkişaf edərək  o,  iri  qovuq  halında  sarılıq  kisəsi  ilə  seroz  ara­
sında,  üçüncü  rüşeym  pərdəsini  əmələ  gətirir.  Allantois  eyni 
zamanda 2  funksiya  yerinə yetirir:  tənəffüsdə  iştirakı,  divarla­
rının qan damarları ilə  təchizatı nəticəsində qabıq pərdəsindən 
keçən oksigeni  mənimsəməsi  hesabına  olur;  həmçinin  sidik  ki­
səsi olmaqla rüşeymin ifrazatında rol oynayır.
Reptililərin yumurtasında əsas enerji ehtiyatı olan piy, bə­
dəndən xaric olan su və CCh-yə qədər oksidləşir.
Yumurtanın  quruluşuna  dair  yuxarıda  sadalanan  xüsu­
siyyətlər uyğunlaşma  xarakteri  daşıyır:  yumurtanı axmaqdan, 
mexaniki  zədələrdən,  qurumaqdan  qoruyur;  zəngin  sarı  mad-
61
downloaded from KitabYurdu.org


dəsi  birbaşa inkişafı təmin edir; xarici  mühitdən suyun yumur­
taya  daxil  olmasına  mane  olmur  (qabıqdakı  məsamələr  hesa­
bına);  sarıdakı  yağlar,  bəzilərində  isə  hətta yumurta  ağı  da su 
ehtiyatını təmin edir.
A. Karrın  ifadəsinə  görə  -   «yumurta»  təkamülün  təntənə­
sidir.
Çoxalma
Reptililərdə  mayalanmanın  daxili  olması  və  hatteriyadan 
savayı  bütün  sürünənlərdə  cütləşmə  orqanının  olması  məlum­
dur.  Heyvanın  cinsi  yetkinliyə  çatmasını  obyektiv  olaraq  qo- 
nadalarm  inkişafına,  xarici  cinsiyyət  orqanlarının  vəziyyətinə 
və  cütləşmə  davranışına  görə  təyin  etmək  mümkündür.  Lakin 
bu  metodlar yalnız çoxalma dövrü yararlıdır.  Ona  görə dolayı 
üsullardan  istifadə  etməklə  -   yaşa  və  bədən  ölçüsünə  (çəki  və 
uzunluq),  ikinci cinsiyyət əlamətlərinin, yəni cinsi dimorfızmin 
əmələ gəlməsinə görə də sürünənlərin cinsi yetkinliyə çatmasını 
müəyyən etmək olar.
Müxtəlif  növlərin  cinsi  yetkinliyə  çatma  dövrü  fərqlidir. 
Məsələn,  hatteriya  20  yaşında,  Xəzər  tısbağası  10-11,  aralı- 
qdənizi  tısbağası  6-10,  gürzələrin  dişisi  -   5  yaşında  cinsi  yet­
kinliyə  çatır.  Kərtənkələlərin  bəzi  növləri  isə  doğulduqdan  bir 
il  sonra  artıq  yetkinlik  yaşma  çatır.  Dəniz  ilanları  1  yaşında, 
qamətli  mikrosefal  (Microsephalis gracilis)  hətta  6-8  aylığında 
cinsi yetkinliyə çatır.
Sürünənlərin çoxalması ya  yumurta  qoymaqla,  ya yumur­
ta diribaladoğmaqla və yaxud diribaladoğmaqla  baş verir.  Di- 
ribaladoğmadan  fərqli  olaraq,  yumurta  diribaladoğma  dedik­
də,  ana bətnində yumurta qabığı  ilə əhatə  olunmuş  və  ana  or­
qanizmi  ilə qan damarları  vasitəsilə  bağlı  olmayan  diri  balala­
rın  doğulması  başa  düşülür.  Çoxalmanın  bu  üsulu  qeyri- 
əlverişli  şəraitdə  qoyulan  yumurtaların  məhv olmasının  qarşı-
62
downloaded from KitabYurdu.org


sını almaqla, balaların ana bətnində mühafizəsi ilə əlaqədardır. 
Ona  görə  yumurta  diribaladoğma  yüksək  qurşaqların,  dağlıq 
sahələrin sakinləri və dəniz ilanları üçün xarakterdir (şəkil  15).
Şəkil 15. Yumurtadan çıxma
Bəzi  reptili  növlərində  əsl  diribaladoğmanın  izi  müşahidə 
olunur.  Yumurtada  olan  rüşeym  ana  orqanizmi  ilə  nazik  qan 
damarları  toru  vasitəsilə  əlaqəli  olub,  ondan  əlavə qida  alır və 
primitiv  balalıq  əmələ  gəlir.  Qeyd  etmək  lazımdır  ki,  bəzi  hal­
larda  eyni  qrup  reptililərdə  yumurtaqoyan  və  diribaladoğan 
formalara rast gəlinir.
Yumurta  diribaladoğma  və  diribaladoğma  yalnız  ilanlara
63
downloaded from KitabYurdu.org


və  kərtənkələlərə  xasdır.  Tısbağa  və  timsahlar  yumurta  qoy­
maqla çoxalırlar.
Əksər  reptililərdə  nikah  davranışının  elementləri  nəzərə 
çarpır.  Nikah  oyunları  zamanı  erkəklər  dişiyə  bədənin  al  rə­
ngini  nümayiş  etdirmək  üçün  xüsusi  «qulluq  pozası»  alır. 
«Qulluq»  etmənin  əsas  funksiyası  uğurlu  cütləşmə  ehtimalını 
təmin edən  şəraitdə  müxtəlif cinsli  iki  heyvanı  bir  araya gətir­
məkdir.  İlk  növbədə  heyvanın  potensial  nikah  cütünü  (part- 
nyorunu)  tapması  vacibdir,  ö z   növündən  olan  fərdlə cütləşmə 
və  reproduktiv  təcrid  şəraitində  nikah  davranışının  rolu  çox 
yüksəkdir.  Qulluq  göstərmə  əksərən  qarşılıqlı  siqnalların 
mürəkkəb ardıcıllığından ibarətdir.  Uğurlu çoxalma üçün vax­
tın çox  böyük əhəmiyyəti vardır,  belə ki,  həm  dişi,  həm də  er­
kək fərdin eyni fizioloji halda olması gərəkdir (şəkil  16,  17).
Şəkil 16. 
Adi gürzənin 
Şəkil  17. 
Eskulap ilanında nigah rəqsi 
(Vipera berus) nikah 
zamanı dişi ilə erkəyin duruş vəziyyəti 
«rəqsi»
Dişi  fərd  siqnal  xarakterli  müəyyən  bədən  hərəkətləri  ilə 
cavab  reaksiyası  verir.  Məsələn,  bəzi kərtənkələlərdə ön  ətraf­
lar titrəyir və əsir, quyruq isə burulur.
Kərtənkələlər dişini  vizual  olaraq,  ilanlar isə dişinin  izi  ilə
64
downloaded from KitabYurdu.org


hərəkət edərkən qoxu və Yakobson orqanı vasitəsilə onu iyinə 
görə tanıyır.
Erkəklərin rəqabəti  və turnir döyüşlərinin  nikah  davranışı 
ilə əlaqəsi sıxdır (şəkil  18). Əksər hallarda  qarşıdurmalar fiziki 
kontakt  olmadan  baş  verir.  Bu  halda  effekt  müxtəlif siqnalla­
rın,  siluet (poza),  siqnal əhəmiyyətli ləkələrin  nümayişi hesabı­
na əldə edilir.  Bu fəndlərin əsas məqsədi -  erkəklər arasında ən 
məhsuldarını  seçmək  və  populyasiyanın  ən  zəif üzvlərini  kə­
narlaşdırmaqdan ibarətdir.
Şəkil 18. Qırmızı zınqırovlunun 
erkəklərinin nikah vuruşu
Tısbağaların  nigah  davranışı  fərqli  mürəkkəblik  dərəcəsi­
nə  çata  bilər.  Quru  tısbağalarının  erkəkləri  qalxanları  ilə  dişi­
ləri coşqunluqla vuraraq,  arxa ətraflarını möhkəm dişləməklə, 
onları  sığınacağı  tərk  etməyə məcbur  edir.  Bəzi  dəniz  tısbağa­
larının  erkəkləri  dişilərə  kəllə  vurur,  «çimdikləyir»  və  yaxud 
arxası  ilə onun qarşısına -  önə üzərək  uzun caynaqlan ilə dişi­
nin üzünü cırmaqlayır.
65
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə