Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə13/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

kiçik  onurğalıları  -  gəmiricilər,  quşlar və onların yumurtaları, 
qurbağa,  ilan  və  s.  yeyir.  Kərtənkələlərin  bəzi  növləri  bitki 
yeyəndir,  ilkin  cavan  fərdlər  yırtıcılar  kimi  -   əvvəlcə  həşəratla 
qidalanır,  sonradan  bitki  yeməyə  keçir.  Adətən  qida  xarakte­
rinin  dəyişilməsi  bu  və  ya  digər  növ  yemi  əldə  etmək 
mümkünlüyündən  asılı  olur.  Bir  qisim  növlər  isə  həm  bitki 
mənşəli, həm də heyvan mənşəli qidadan yararlanır.
Yem ixtisaslaşması yalnız az qisim növlərdə müşahidə edi­
lir.  Dəniz iquanları yalnız bir növ dəniz yosunları ilə qidalanır. 
Qurbağayaoxşar  kərtənkələ  (Phrynosoma)  yalnız  qarışqa  ilə 
qidalanır.  Qarışqalara üstünlük verən digər növ ölkəmizdə rast 
gəlinən yovşanlıq girdəbaşıdır.  Avstraliya moloxu (Molox hor- 
ridus) müstəsna olaraq yalnız kiçik qara qarışqalarla qidalanır, 
lakin  ağır  yük  daşıyan  qarışqalara  dəymir.  Molox  çox  ləng 
kərtənkələdir  və  çoxsaylı  qarışqalarla  qidalanma  onları  əldə 
etmək üçün xüsusi taktika tələb etmir.  Amfısben və ağac cənu- 
bi-asiya  varanı  da  yalnız  qarışqalarla  qidalanır.  Bəzi  növ 
ssinklər  yağış  qurdlarına  (Seylon  qazıcı  ssinkləri  cinsi  -   Nes- 
siä),  termitlərə  (şimalı  amerika  qazıcı  ssinki  -  Neoseps  reinol- 
di),  şirin  su  xərcəngkimilərinə  (Ttropidophorus  cinsi)  üstünlük 
verir.  Afrika yumurtayeyən ilanı  (Dasypeltis scaler)  ancaq  quş 
yumurtaları ilə qidalanır (şəkil  11  a,b).
Kərtənkələlər ov  edərkən şikarına ehtiyyatla və  gizlicə ya­
xınlaşır,  sonra  isə  cəld  hərəkətlə  onu  tutur.  Adətən  qidasını 
bütöv  udur.  Bir  çox  kərtənkələlər  qida  maddələrini  müxtəlif 
piy  cisimciklərində,  bədən  boşluğunda,  gekkonlarda  isə  quy­
ruq  nahiyəsində ehtiyat  toplayır.  Ona görə də digər sürünənlər 
kimi kərtənkələlər də uzun müddət ac qala  bilir.
Buqələmun  ov  edərkən  yerindəcə  şikarını  -   müxtəlif cücü 
və  kiçik  onurğasızları  ona  yaxınlaşanadək  gözləyir.  Dəqiq  ni­
şan alan  buqələmun dili  ilə sanki  «atəş  açır» və qənimətini  tu­
tur.  Onun rəngi ətraf mühitə uyğunlaşa bilir.  Dili çox uzun,  uc 
hissədə  qalınlaşmış  olub,  yoğun  damarlardakı  qanın  hesabına 
gərilə bilir (şəkil  12).
47
downloaded from KitabYurdu.org


Şəkii  Iİ.  a)  Aırika  yumurtayeyə- 
ninin qarşısına qoyuduğu məqsəd 
həllolunmaz  görünür,  lakin  açıl­
mış  ağzı  ilanın  yumurtanı  bütöv 
udmaq  niyyətindən  xəbər  verir; 
b)  Çənələrin  dartılaraq  açılması 
ağız yarığını o qədər genişləndirir 
ki,  ilan  yumurtanı  bütövlükdə 
ağzına sığışdırır.
Şəkil  12.  Dəqiq  nişan  alan  buqə- 
ləmunun  dili  güllə  sürəti  ilə  ağız­
dan çıxaraq həşəratı tutur.
Avstraliya  qısaquyruq  ssin- 
ki  (Trachysaurus  ruqosd)  həm 
bitki,  həm  də  heyvani  qidam 
yeməklə,  meyvə,  yarpaq,  çiçək, 
cücü və molyuskla da qidalanır. 
Bu  kərtənkələlər  çoxlu  sayda 
kiçik daşlar udur və bunlar sərt 
qidanın  mədədə  mexaniki  xır- 
dalanmasma yardım edir.
48
downloaded from KitabYurdu.org


Əsl  kərtənkələlər  fasiləsinin  (Lacertidae)  nümayəndələrin­
dən  respublika  faunası üçün xarakter olan  ortancıl kərtənkələ 
{L.  media),  zolaqlı  kərtənkələ  (L.  striqatd)  entomofaq  növlər­
dir.  Ov zamanı  yaxınlaşan  qəniməti  görüncə,  əvvəlcə ehtiyatla 
qənimətini güdür, sonra isə cəld sıçrayışla onu havada tutur.
Qayalıq  kərtənkələləri  kiçik cücülərlə və onurğasızlarla qi­
dalanır.  Bunlar növ öz qidasını cəld  sıçrayışla havada uçarkən 
tutur və çox maraqlı tərzdə onu yeyir:  hər hansı  iri cücünü ye­
diyi  yerdə,  qayalıq  kərtənkələsi  qəflətən  onu  kənara  qoyub, 
digər  kiçik  heyvanı  tutmağa  başlayır,  sonra  yenidən  yarımçıq 
qalmış şikarını yeməyə qayıdır.  Bu tipli  dəyişkən  reaksiya dig­
ər növ kərtənkələ və quşlar üçün də xarakterdir.
Naxçıvanda  yaşayan  Zaqafqaziya  kərtənkələciyi,  hündür 
olmayan ot və  kolluqlarında gizlənərək, qum üzərində hərəkət 
edən şikarını sözün əsl mənasında güdür.
Torlu  kərtənkələcik  şikarını  yalnız  torpaq  səthindən  tut­
mur, yaxşı iybilmə qabiliyyəti olduğundan,  onu  hətta torpağın 
altından da qazıb çıxarır.
Respublikamızda  rast  gəlinən  koramal  (Pseudopus  apo- 
dus)  tutduğu  heyvan -  ilan  və  ya  kərtənkələ  iri  olduqda  qəni­
mətini  ağzına alıb başını cəld hərəkətlə silkələməklə və bədəni­
nə  qıvrılmaqla  onu  gicəlləndirir  və  hərəkətsiz,  taqətsiz  şikarı 
bütövlüklə udur.
Kərtənkələlər arasında ən iri  və yüksək  inkişaf səviyyəsinə 
malik olan varanlar yırtıcıdırlar. Onlar öz qənimətlərini görmə 
və  ola  bilsin  qoxu  orqanı  hesabına  əldə  edirlər  (şəkil  13).  Ko- 
modo  varanı  ( Varanus  komodoensis)  kimi  iri  növlər  leşlə  də 
qidalanır.  Adətən  onlar  şikara  ehtiyatla  yaxınlaşıb,  qəflətən 
onun üzərinə atılır və uzun quyruğunun köməyi ilə, qənimətinə 
ağır, məhvedici zərbə endirir. Şikar çox iri olduqda ön ətrafları 
ilə onu saxlayıb,  hissə-hissə parçalayır.
Yırtıcılığa  yaxşı  uyğunlaşmış  digər  qrup  sürünənlər  -  
ilanlardır.  Kəllənin quruluşu onlara ağzını geniş açmağa imkan
49
downloaded from KitabYurdu.org


Şəkil 13. Nəhəng İndoneziya varanı ( Varanus komodoensis) 
Timor maralının cəsədi önündə
verdiyindən,  ilanlar  iri  heyvanla  qidalanmağa  və  onu  bütöv 
udmağa  qabildirlər.  İlanlar  arasında  çox  iri  olmayan,  uzun­
luğu  10-80 sm-ə çatan  növlər də  var,  məsələn  torpaqda yaşay­
an  kor  ilanlar.  Onların  Azərbaycanda  yalnız  bir  növü  -   adi
50
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə