Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə11/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

yollarla baş  vermişdir.  Əksər reptililər yerin üstündə qidalanır, 
qazıdıqları  yuvalardan  isə  ya  təhlükədən  qaçmaq,  ya  istirahət 
etmək, yaxud əlverişsiz hava şəraitində gizlənmək üçün istifadə 
edirlər.  Misal olaraq bəzi tısbağaları, məsələn respublikamızda 
yaşayan  Aralıqdənizi  tısbağası  (Testudo  graeca),  bir  çox  kər­
tənkələləri,  varanları göstərmək olar.  Digər uyğunlaşmalardan 
ovulan  torpaqda  hərəkət  etmək  qabiliyyətini  yada  salmaq 
olar.  Bu halda yerin səthi ilə əlaqə üzülmür.
Nəhayət,  yeraltı  həyat  tərzindən  biri  -  daim  torpaqda  ke­
çən  həyatdır.  Torpaq  altı  və  qazıcı  həyat  tərzinə  uyğunlaşma 
ətrafların  və  gözlərin  itməsi  ilə  müşayiət  olunur.  Daim  torpa­
qda yaşayan  növlər  digər torpaq canlıları olan qurdlar və cüc- 
ülərlə qidalanır.  İkiyerişli (Amphisbaenidae) adlanan nadir kər­
tənkələni  təsvir edən  A.K arr  qeyd  edir  ki,  kor və  ayaqsız  hey­
vanın  yumurtadan  çıxmağa  hazır  embrionunda  qara  ləkələr 
şəklində  aydın  seçilən  gözləri  nəzərə  çarpdığı  halda,  yetkin 
fərddə  o  ləkələrin  izi  belə  qalmır.  Ikiyerişlilərin  dərisi  bədənə 
sərbəst  halda  söykəndiyindən  torbanı  xatırladır  və  gövdəni 
qurşaqlayan  halqalara  uyğun  xətt  üzrə  qatlar  şəklində  yığıla 
bilir.  O,  özünün  yol  açdığı  dar  girişlərdə  dönmək  imkanı  ol­
madığına baxmayaraq  istər önə,  istərsə də arxaya  eyni dərəcə­
də  asanlıqla  hərəkət  edir.  Müxtəlif ssinklərdə  yeraltı  və qazıcı 
həyat  tərzinə  keçidlə  əlaqədar  digər  kərtənkələlərdən  fərqli 
olaraq,  ətrafların  qısalması  və  hətta  itməsi  ilə  müşayiət edilən 
bədənin  ilanvarı  uzanması  meyli  müşahidə  olunur.  Məsələn, 
Scelotes  inornatus  adlı  ssink  növünün  ətrafları  tamamilə  re- 
duksiya edir  və xarici  görünüşünə  görə o  xırda ilanı  xatırladır. 
Əksər  ssinklərin  qazıcı  və  ya  yeraltı  həyat  tərzinə  keçməsi, 
həmçinin hiss orqanlarını itməsi ilə müşayiət olunur.
Cənubi  Afrikada  yayılmış  Aconthias cinsinə  aid  edilən  16 
növün nümayəndələri yeraltı həyat tərzi keçirir və yerin səthinə 
heç  zaman  çıxmır.  Qurdvarı,  ətraflardan  məhrum  bu  kərtən­
kələlər hətta yarılma zamanı ön  və arxa ayaq qurşaqlarının izi
40
downloaded from KitabYurdu.org


çətinliklə  seçilən  canlılardır.  Çətinliklə  ayırd  edilən  gözləri  bir 
ədəd  hərəkətsiz,  şəffaf yaxud  yarımşəffaf aşağı  göz  qapaqları 
ilə  örtülür.  Qulaq  dəliyi  tamamilə  dəri  altında  gizlənir,  təbil 
pərdəsi isə yoxdur.Torpaqda uzun qıvrılm yollar salmaqla tor­
paqda  yaşayan  cücülərlə  qidalanır.  Onlar  yumurta  diribala- 
doğandırlar.  Körpələr torpaq altında doğulur.
Asiyada  yaşayan  bunqar  ilanlar  (Bunqarus  cinsi)  eynəkli 
ilanların yaxın «qohum»larıdır.  Bu  ilanlar üçün alaqaranlıq və 
gecə  aktivliyi  xasdır.  Bunqar  ilanlar  çox  gizlin  həyat  sürür, 
adətən döşənəyi qazır.  Bu mənada onlar yerüstü eynəkli ilanlar 
ilə qazıcı vəzli ilanlar (Maticura) və bəzəkli aspidlər (Callophis
arasında  keçid  formalardır.  Qazıcı  vəzili  ilanlar  və  bəzəkli  as­
pidlər gecə və yarım qazıcı həyat  tərzinin  növbəti  pilləsini  təş­
kil edirlər.
Qeyd etmək vacibdir ki, Afrikada aspidlər müxtəlif ekoloji 
mövqeləri  mənimsəmişlər.  Onları  əsl  eynəkli  ilanların  (Naja
əcdad  formaları  olduğu  və  təkamül  yolunda  su  kobrası, 
ağaclıq  kobrası,  mamba,  qalxanlı kobra və əlvan  afrika aspid- 
lərinə başlanğıc verdiklərini hesab edirlər.
Qumlu-səhralı  ərazilərdə  yaşayan  gürzələr,  əksərən  yer­
dəyişmə  zamanı  «yanakı  gediş»dən  istifadə  edirlər.  İlan  əv­
vəlcə  bədənin  arxa  hissəsini  yana  və  önə  çıxarır  sonra  isə  ön 
tərəfini qabağa çəkir.  Belə hərəkət üsulu dənəvər torpaqda bə­
dənə yaxşı dayaq yaradır.  Bu üsuldan quyruqlu gürzələr (Bitiş 
caudalis),  cırtdan  gürzə  (B.  perzingueyi),  iran  gürzəsi  (Pse- 
udocerastes  persicus),  buynuzlu  gürzə  (Cerastes  cerastes)  və 
qumluq efası (Echis carinatus) və s.
Respublikamızda  torpaqda  yaşayan  növlərdən  korilanı 
(Thyphlops  vermicularis)  göstərmək  olar.  Onun  quruluş cəhət­
ləri  torpaqda yaşaması  ilə izah  olunur:  reduksiya etmiş gözlər, 
möhkəm birləşmiş  kəllə sümükləri, üst çənədə arxaya yönəlmiş 
dişlər. Yerin səthinə onlar ancaq  güclü yağışdan sonra çıxırlar. 
Birbaşa günəş şüaları  altında  10-15 dəq.  ərzində bu ilan ölə bi-
41
downloaded from KitabYurdu.org


lər.  Naxçıvanda  yaşayan  qarabaş  rinxokalamus  (Rhynchoca
lamus  melanocephalus)  nadir  növüdür  yeraltı  həyat  tərzi  keçi­
rir.  Yerin səthinə yağışdan sonra və ya alaqaranlıqda çıxır.
Kalabariya pitonu (Calabariya reinhardi) afrikada yayılan 
yeganə cinsin nümayəndəsidir. Yeri qazarkən, o  başını vertikal 
şəkildə aşağı tutub,  quyruğunu yerdən  yuxarı  qalxmaqla  daim  
sağa-sola yırğalanmaqla, sanki yırtıcıları ürküdür.
Kuba  yer  yatağanı  (Tropidophis  semicinctus)  -   torpaqda 
yaşayan  kiçik  ilan  olub,  günəş  batdıqdan  sonra  qurbağa  və 
kərtənkələ tutmaq üçün yerin səthinə qalxır.
Azərbaycanda  qərb  yatağanı  (Eryx jaculus)  yaşayır.  Bu 
növ, digər yatağanlar kimi qazıcı həyat tərzi keçirir.  Həyat  tər­
zinə  uyğun  olaraq  yatağanın  bədən  quruluşu  möhkəm  əzələli, 
torpağı  qazmağa  uyğunlaşmış  üst  çənəsi  qabağa  yönəlmişdir. 
Gözlər  xırda  olub,  bir  qədər  arxaya  çəkilmişdir,  bu  da  qum ­
dan  başını  çıxarıb baxmağı asan edir.  Qazıcı suilanılarının  mi­
salında yeraltı-qazıcı həyat  tərzinə adaptasiyalara  bir də  nəzər 
salaq.  Gövdə  diyirlənən,  quyruq  qısa,  yalnız  «qazmağa»  xid­
mət  edən  baş  və möhkəm  sümük  birləşmələrin  hesabına  kom ­
pakt  kəllə,  kiçilmiş  gözlər,  burun  dəliklərində  klapanlar,  çox 
zaman böyümüş və  başın arxa üst səthinə dönən çənəarası qal- 
xancıq, sifətin alt hissəsinə keçmiş ağız və s.
Ağac  çətirlərində  həyat  (yaşayış).  Sürünənlərin  çoxsaylı 
ekoloji mövqelərindən  biri  ağaclarda məskən  salmağa maraqlı 
uyğunlaşması  nəticəsində  əmələ  gəlib.  Əksər  ağac  formaları 
üçün  cild dəyişmə  (maskalanma) xarakter olub,  onları  fon  ya­
radan  yarpaq  örtüyünün  rəngi  ilə  eyniləşdirir,  ilişkən  quyruq 
isə  qida  axtarışı  zamanı  budaqlara  dırmaşmağa  xidmət  edir. 
Ağaclarda  yaşayan  kərtənkələlər  adətən  iti  caynaqlı  ətraflara 
və ilişkən quyruğa malik olur.  Bir çox formalar öz görünüşü ilə 
ağac budaqlarını və lianları imitasiya edir.
Azərbaycanın  cənub-şərqində  yaşayan  yaşılqarın  kərtən­
kələ  (Lacerta  chlorogaster)  yalnız  ağaclarda  yaşayır  və  heç
42
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə