Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə12/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

vaxt  qayalıqda  və  açıq  sahələrdə  rast  gəlinmir.  Bu  növ,  onu 
ağac budaqları arasında uğurla gizlədən rəngə malikdir.
Ağac kələzinin (Agama atricollis) çox qəribə adaptiv rəngi 
yarpaq,  kif və  qabıq  üzərini  örtən  şibyə  boyalı  çalarlara  ma­
likdir.
Buqələmunların  bütün  quruluşunda  ağac  həyat  tərzinə ix­
tisaslaşma özünü  büruzə verir. Onların ayaqları uzundur.  Qısa 
caynaqlı  barmaqlar  hər  ayaqda  bir-birinə  qarşı  2  qrupda  yer­
ləşərək,  nazik  budaqlardan  rahat  yapışmağa  xidmət  edən 
xüsusiləşmiş  qısqaclar  əmələ  gətirir.  Nazik  quyruğu  spiralvarı 
burulmaqla budaqlara dolanır.
Kələzlər  (Agamidae)  fasiləsinin  «uçan  əjdaha»  (Draco  vo- 
lans)  adlanan  nümayəndəsi  qeyri-adi  süzmə  qabiliyyətinə  ma­
likdir.  Bu  sürünənlər  əsasən  ağac  həyat  tərzi  keçirməklə, 
ağacların  yüksək  çətirlərindən  istifadə  edirlər.  Bədəninin  yan 
tərəflərində  yerləşən  dəri  qatlaqlar  yalançı  qabırğalara  söykə­
nir  .  Əjdaha  (kələz)  oturduğu  hallarda  yalançı  qabırğalar  və 
dəri qatlaqlar arxaya çəkilmiş olur, tullanmazdan əvvəl isə on­
lar  açılır  və  enli  yarımdairəvi  2  qanad  şəklini  alır.  Kərtənkələ 
tullanmanın  gücündən  asılı  olaraq  havada  30  m  məsafəyədək 
uca  bilir  və  uçuşunu  istər  üfüqi,  istərsə  də  şaquli  istiqamətdə 
dəyişə bilir.
Yastıquyruq  gekkonlar (Uroplatus) -  iri gecə kərtənkələlə­
ri  olub,  ağaclarda  yaşayırlar.  Yastıquyruq  gekkonun  (Uropla­
tus fımbriatus)  quyruğu  enli  dəri qatlaqla  haşiyələnir.  Belə  sa­
çaqlı dəri qatlaq baş və gövdənin yanlarında, həmçinin ətrafla­
rın  sərbəst  kənarlarında  olur.  Bu  dəri  qatlaqlar  bir  ağacdan 
digərinə süzərək tullanarkən istifadə olunur.
Elaphe cinsindən  dırmaşan  təlxələr  sırf quru  formaları  ilə 
dırmaşanlar  arasında  keçici  ilanlar  qrupu  kimi  qəbul  edilə  bi­
lər.
Azərbaycanda  məskunlaşan  Eskulap  təlxəsinin  (E.  longis- 
simä)  ağaclarda  hərəkət  etməsi  üçün  qarın  nahiyəsində  yerlə-
43
downloaded from KitabYurdu.org


şən  qalxancıqların  sanki  sınaraq  əmələ  gətirdiyi  qabırğalara 
söykənməklə  ilan  nahamar  və  hətta  vertikal  səthlərə  belə  dır­
maşır.  Hamar  gövdələr  üzərində  burularaq  ağaca  dolanmaqla 
hərəkət  edirlər.  Yerli  herpetofaunanın  digər  nümayəndəsi 
dördzolaq  təlxə  {E.  sauromates)  ağaca  məharətlə  dırmaşır. 
Güclü  bədənə  sahib  olan  və  dayaq  kimi  quyruğuna  söykənən 
bu  növ,  başı  ilə  ondan  50-60  sm kənarda  yerləşən  budağa  atı­
larkən  belə,  gövdəsini  üfqi  vəziyyətdə  saxlaya  bilir.  Təhlükə 
yarandıqda  isə  bəzən  budaqlarda  gizlənir.  Zaqafqaziya  təlxəsi 
də ağaca dırmanmağı xoşlayır.
Ağac  çətirlərində  yaşayan  yaşıl  tritonun  (Chondropython 
viridis)  dərisinin  rəngi  yarpaqların  fonundan  seçilmir.  O  iliş- 
kən quyruğunun köməyi ilə məharətlə ağaclara dırmaşır və elə 
oradaca qidasını da tapır.
Amerika meşə suilanıları əsl ağac  ilanlarıdır.  Nazik gövdə 
və  bədən  uzunluğunun  -   1/3  hissəsini  təşkil  edən  ilişkən  quy­
ruq  əksər  ağac  ilanlarına xasdır.  Belə  formaya  malik  bədəndə 
bir  necə  dayaq  nöqtəsi  olur  ki,  bu  da  ilana  şaquli  halda  daha 
yaxşı  dayanmağa  və  özünü  kənardakı  budaqlara  atmağa  im­
kan verir
İtbaş  yatağan  (Corallus  caninus)  əsl  ağac  həyat  tərzi  keçi­
rən  növdür.  O,  bərk  yapışmağa  xidmət  edən  quyruğu  ilə  bu­
daqlar arasında rahat hərəkət edir, dincəlir və şikarını oradaca 
güdür.  Həyat  tərzinə  görə  M adaqaskar  ağac  yatağanı  (Sanzi- 
nina madagascarensis) ona çox yaxındır.
Mərkəzi  Afrikanın  meşələrində  ağac gürzələri yaşayır (At- 
heris  cinsi).  Onların  görünüşündə  bir  çox  ağac  ilanlarına  xas 
cəhətlər  qeydə  alınır.  Qamətli  bədən,  çıxıntılı-girintili  pulcuq- 
lar  budaqlara  dırmaşmağı  asanlaşdırır.  İlişkən  quyruğu  bu­
rulmağa qadir olub,  tutucu  orqan kimi xidmət edir (şəkil  10).
Sarmaşan  ilanların  (Dryophis)  bütün  həyatı  ağac  çətirləri 
ilə bağlıdır.  Yerdə onlar acizdirlər.
Digər  adaptiv  əlamətlərlə  yanaşı,  bəzəkli  ağac  ilanlarının
44
downloaded from KitabYurdu.org


(Chrysopelea),  daha  bir  gözəl  xüsusiyyəti  var.  Onlar  süzərək 
uçma  qabiliyyətinə  malikdirlər.  Tullanmazdan  öncə  o  spiral- 
vari burulur, sonra sərt hərəkətlə tarımlanır və uzanmış bədəni 
ilə  aşağı  budaqlara  və  ya  qonşu  ağaca  enir.  Tullanarkən  ilan 
bədənini üfüqi səthdə yastıladır və qarnım tamam yığır.
Şəkil 10. Kirpikli gürzə -  Şimali Amerikanın zəhərli ilanlanndandır
Sırf ağac  formalarının  əksəriyyəti  yumurta  diribaladoğan 
olduğundan  yumurta  qoymaq  üçün  yerə  enməyə  ehtiyac  ol­
mur.
Qeyd etmək lazımdır ki, ağac formalarının hava həyat tər­
zinə  adaptasiyası  bədən  çəkisinin  yüngülləşməsi  və  bədənin 
nazikləşməsi  yolu  ilə  getmişdir.  Əgər  ilan  ağacdan  qopub 
düşürsə,  o  yerə  sürətlə  yıxılmır  və  sağ  qalır.  Bu,  anolislərdə, 
gekkonlarda və bəzi ilanlarda təsadüf edilir.
Ağac  formalarının  sonrakı  uyğunlaşmaları  dövründə  bə­
dəndə dəri qatlaqlar, enli ətraflar və s. meydana gəlmişdir.
45
downloaded from KitabYurdu.org


QİDflLflNM fl VƏ  QƏNİMƏTİ 
ƏLDƏ  ETMƏ  ÜSULLARI
Qida zəncirində sürünənlərin mövqeyi
Sürünənlərin qidalanması və onu əldə etməsi fərqlidir.  On­
ların arasında  bitki yeyənlərə,  cücü,  balıqla qidalananlara,  yır­
tıcı  formalar və qarışıq qida  yeyənlərə  və s.  rast gəlinir.  Repti- 
lilər arasında stenofaq və evrifaq növlər də var.
Quru  tısbağalarının  qidası  yaşıl  bitki  və  meyvələrdən  iba­
rətdir.  Respublikamızda  məskunlaşan  aralıqdənizi  tısbağası­
nın qida rasionu məhz belədir.  Herpetofaunanın digər sakinlə­
ri  olan  şirin  su  tısbağalarından  -   bataqlıq  tısbağası  və  xəzər 
tısbağası  kiçik  molyusk,  buğumayaqlılar,  balıqlar  və  nadir 
hallarda bitki mənşəli qida ilə qidalanırlar.
ABŞ-ın cənub -  şərqində yayılan  şirin  su  növlərindən olan 
Kərkəs  tısbağasının  (Macrolemus  temmincki)  sevimli yemi  ba­
lıqlardır.  Gilin  içərisində  hərəkətsiz  dayanmaqla  öz  şikarını 
güdən  bu  tısbağa  ağzını  iri  açıb,  uc  hissəsi  al  qırmızı-çəhrayı 
rəngdə  olan  dilini  çölə  çıxarıb,  balıqları  öz  hərəkəti  ilə  cəlb 
edir.  Aldanmış  balıq  burulan  dilə  yaxınlaşdıqda  dərhal  tıs­
bağanın güclü çənələrinin cənginə keçir.
Digər şirin su tısbağası -  ma tama tin (Chelus fimbriata) xa­
rici  görünüşü  çox  orijinaldır.  Onun  baş,  buxaq  (çənə  altı)  və 
boyun  hissəsindən  sapşəkilli  dəri  cıxıntalar  sallanır.  Hövzənin 
gilli  dibində  gizlənən  bu  tısbağa  tamam  görünməz olur.  Çənə­
ləri  zəifdir,  ağız yarığı qulaqlarınadək  uzanır.  Yırğalanan dəri 
parçalarının  cəlb  etdiyi  balıqları  matamata  cəld  hərəkətlə  su 
ilə birgə ağzına çəkir.  Şikar bütövlüklə udulur.
Şikarını  güdməklə  gözləmə  tərzi  çin  trioniksinə  (Trionyx 
chinensis)  də  məxsusdur,  lakin  yaxınlaşan  qənimətini  bir  hərə­
kətlə «ölümcül yapışma» ilə tutur.
Kərtənkələlərin  böyük əksəriyyəti yırtıcıdır.  Əsas qidası iri 
onurğasızlardır:  həşərat,  hörümçək  və  molyusklar.  İri  növlər
46
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə