Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə15/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

məklə,  qan  hüceyrələrinin  laxtalanmasına və  kapillyarlarm di­
varının dağılmasına səbəb olur.  Digər ilanların zəhəri sinir sis­
temini  zədələyərək,  ürək  əzələsinin  iflicinə  və  tənəffüsün  day­
anmasına  səbəb  olur.  K obra  və  ona  yaxın  ilanların  zəhəri  bu 
qəbildəndir.
Təkamül  baxımından  mürəkkəbliyinə  və  təkmilləşməsinə 
görə  gürzələrin  zəhər  dişi  aparatı  ən  ali  səviyyəyə  çatmışdır. 
Üst  çənə  sümüyü  zəhər  ötürücü  köpək  dişinə  malikdir  və  kön­
dələn  ox  ətrafında  təxminən  90°  dönə  bilir.  Gürzələrin  çənə 
aparatının  maraqlı  iş  mexanizmi,  ona  qapalı  ağız  boşluğunda 
əhəmiyyətli  uzunluğa  malik  köpək  zəhər  dişlərini  horizontal 
(uzanmış)  vəziyyətdə  saxlamağa imkan  verir.  Dişləməzdən  əv­
vəl zəhər dişləri önə çıxaraq  şaquli hal alır.
Gürzələrin zəhəri  qənimətə  hemolitik təsir göstərir -  bədə­
nin müxtəlif orqanlarında daxili qansızma halları, damarlarda 
trombozlar baş verir.
Gürzə  dişləməsinin  insan  orqanizminə  təsiri  güclü  olur, 
çünki  o,  bədənə  bir  dəfəyə  50  mq  zəhər  yeridir  və  yalnız  kob- 
ranın zəhəri  toksiki  baxımdan gürzəninkindən  güclüdür. Zəhə­
rin  tərkibində eritrositləri parçalayan, qan damarlarının divar­
larını dağıdan və qanı laxtalayan fermentlər vardır.
Gürzənin qida rasionu çox rəngarəng olub yerdən, yaşdan 
və  cinsdən  asılı  olaraq  dəyişir.  Yetkin  fərdlərin  əsas  qidasını 
siçanabənzər  gəmiricilər  və  qurbağa  təşkil  edir,  lakin  kiçik 
quşların  yumurtadan  kütləvi  bala  çıxardığı  vaxtda  onlar  yem 
rasionunu dəyişir.
Cavan  gürzələr  adətən  həşəratla  -   çəyirtkə,  böcək,  bəzən 
isə kəpənəyin  tırtılı ilə,  qarışqa,  ilbiz və yağış qurdu ilə qidala­
nırlar.
Respublikamızda yaşayan  çöl  gürzəsi ( Vipera ursini renar- 
di) yazda kərtənkələcik və kərtənkələ ilə qidalanır.  Yazın  sonu 
gürzələr yemini dəyişir və gəmiricilər və çəyirtkələrlə qidalanır. 
Yayda  isə  onların  mədəsindən  həm  çəyirtkə,  həm  də  sərçəki-
54
downloaded from KitabYurdu.org


milərin  balaları  tapılmışdır.  Çuxurbaş  ilanlarda  (Crotalidae
burun  dəlikləri  və  gözlər  arasında  çökəklik  vardır.  Bu  cüt  çö­
kəkliyin  rolu  yalnız  XX  əsrin  30-cu  illərində  aydınlaşdırılmış­
dır.  Bu  -   həssas  termolakatorlardır.  Termolokasiya  vasitəsilə 
onlar  gecə  və  alaqaranlıqda  öz  qənimətini  -   kiçik  məməli  və 
quşları  axtarır,  tlan  heyvanı  dişlədikdən  sonra  ona  uzaqlaş­
mağa və  ölməyə  imkan  verir,  sonra  isə yenə  termolokasiyanın 
köməyi  ilə  qaranlıqda  hələ  soyumamış  cəsədi  tapır.  Müəyyən 
edilmişdir  ki,  çuxurbaşlı  ilanın  termolokatoru  ən  cüzi  -   0,2°- 
dən  də  az  temperatur  dəyişkənliyini  hiss  edir.  Onların  zəhər 
aparatı ümumi cəhətləri  ilə gürzəninkinə bənzəyir.
Bəzi  çuxurbaşlılar  amfıbi,  balıq,  hətta  cəsədlə  qidalan­
mağa uyğunlaşmışlar.  Respublikamızda  yaşayan qalxansifətin 
(Gloydius halys caucasicus) dişləməsindən  ev  heyvanları, xüsu­
silə  atlar  tələf olur,  insan  da  qalxansifətin  dişləməsini  ağır  ke­
çirir, lakin salamat qalır.
Aspidlər  fasiləsinin  (Elapidae)  nümayəndələri  müntəzəm 
olaraq öz zəhər dişlərini itirir və onların yerinə əvəzedici dişlər 
çıxır, odur ki, ilanlar öz etibarlı silahı ilə təmin olunur.
Aspidlərin  zəhəri  müxtəlif  təsirə  malik  bir  çox  kompo­
nentlərdən  ibarətdir və  müxtəlif növlərdə  fərqli  olsa da  neyro- 
toksinlər  hamısında  üstünlük  təşkil  edir.  Dişləmə  nəticəsində 
sinir sistemi zədələndiyindən, ilk növbədə tənəffüs mərkəzi iflic 
olur və ölüm baş verir.
Avstraliyada  yayılan  pələng  ilan  (Notechis scutatus)  quru 
ilanları  sırasında  ən  zəhərlisi  hesab  olunur.  Pələng  ilanın  diş­
ləməsindən  kiçik  heyvanlar  dərhal  ölür.  Hesablamışlar  ki,  iri 
pələng  ilanının  zəhər  vəzisindəki  zəhərin  miqdarı  400  insanı 
öldürməyə bəs edər.
Cənub-Şərqi  Asiyada  tüpürən  hind  kobrası  (Naja  naja 
sputatrix)  yayılmışdır.  Bu  ilan  düşmənə  tərəf 2  m  məsafədən 
zəhər sıçrada  bilər və o bu üsulu yalnız iri ölçülü düşmənlərinə 
tətbiq  edir.  İlan  zəhəri  birbaşa  rəqibinin  gözünə  tüpürməklə
55
downloaded from KitabYurdu.org


onu təslim edir.
Belə  üsuldan  afrika  kobralarından  daha  2  növ  istifadə 
edir:  qaraboyun  (Naja  nigricollis)  və  xaltalı  (Hemachatus hae- 
nıachatus).  Hər dəfə hədəfə atılan zəhərin miqdarı 3,7 mq olur. 
Qıcıqlanmış  qaraboyun  kobra  ardıcıl  olaraq  28  dəfə  zəhər 
tüpürməklə  135 mq zəhər işlədə bilər.
Cənubi  Afrikada  məskunlaşan  xaltalı  kobra  zəhər 
tüpürmək qabiliyyətinə görə «spuy-slanq» adını almışdır.
Arizona  aspidi  (Micruroides  euryxanthus)  müdafiə  və 
hücum  üçün  istifadə  etdiyi  zəhərdən  başqa,  təhlükə  zamanı 
ciyərlərinə  hava  dolduraraq  ritmik  halda  nəfəsini  buraxaraq, 
tez-tez növbələşən partıldı səsləri çıxarır.
Burada  bir  qədər  də  dilin  reptililər  üçün  əhəmiyyətindən 
bəhs  etmək  istərdik.  Sürünənlərin  həyatında  dil  mühüm  rol 
oynayır. Timsah və  tısbağalarda dil nisbətən sadədir.  İlanların 
şəkildəyişmiş  dili  2  əsas  funksiyanı  həyata  keçirir.  Əvvəla  bu 
spesifik  xemoreseptor  orqandır.  Ucu  haçalanmış  dilini  cəld 
hərəkət  etdirməklə,  ilanlar  havada  və  torpaqda  iyli  cisimləri 
tutub,  ağız boşluğunda yerləşən Yakobson  orqanına yaxınlaş­
dırır.  Digər  tərəfdən dil  dadbilmə  reseptoru  rolu  oynayır.  Dil, 
həmçinin  ilana  qənimətin  izini  tapmağa,  qidanın  keyfiyyətini 
dəyərləndirməyə, bəzən isə partnyor axtarışında kömək edir.
Kərtənkələlərin  əksəriyyətinin dili haçalanmamış olub,  qi­
da  tutmaq,  dad  hiss  etmək  və  nəhayət  udmaq  üçün  istifadə 
edilir.  Bəzi  gekkonlar  isə  şəffaf göz  «aynasım»  yalamaq  üçün 
dilindən istifadə edirlər.
Timsahlarda  qida  əldə  edilməsi  prosesində  dişlər güclü  si­
lahdır.  Adətən  timsahlar  gecə  qidalanırlar.  Onlar  öhdəsindən 
gəldiyi hər canlını yeyə bilir, lakin sevimli qidası balıqdır. Tim­
sahların qida rasionu üçün yaş dəyişkənliyi xasdır.  Cavan fərd- 
lər müxtəlif onurğasızlarla, yetkinləşən timsahlar isə balıq, am- 
fıbi,  sürünənlər  və  su  quşları  ilə  qidalanırlar.  Yaşlı  fərdlər  iri 
məməlilərin  də  öhdəsindən  gəlir.  Nil  timsahının  mədəsindən
56
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə