Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə14/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

kor ilan (Typhlops  vermicularis)  rast gəlinir.  Bu ilanın qida  ra- 
sionu  qarışqa  və  qarışqa  yuvalarından  əldə  etdiyi  puplardan 
ibarətdir.
Piton  kimi  iri  ilanlar  xırda  dırnaqlılarla,  gəmiricilərlə, 
meymunla, quşlarla və  s.  qidalanır.  Piton  öz şikarını  asanlıqla 
boğur və bütövlüklə udur.
Yatağanlarında  qida  rasionu  müxtəlifdir  -   kərtənkələlər, 
gəmiricilər, quşlar (əsasən ördəklər) və s.  Anakonda zəif axarlı 
gölməçə  və  çaylara,  Amazon  və  Orinoko  çaylarının  bataqlaş- 
mış  dayazlıqlarına  üstünlük  verir.  Şikarını  -   su  içməyə  gələn 
müxtəlif məməliləri,  su-bataqlıq quşlarını,  tısbağa  və kayman- 
ları  sudan  çıxmadan  güdür.  Bizim  respublikada  yatağanların 
kiçik  bir  nümayəndəsi  -   Qərb  yatağanı  (Eryx jaculus)  yayıl­
mışdır.  O,  kiçik  gəmirici  və  kərtənkələlərlə  qidalanır,  tri  ya­
tağanlar kimi  kiçik  yatağanlar da  qənimətlərinin  bədəninə  2-3 
dəfə  dolanaraq  onu  əzələli  gövdəsi  ilə  boğur.  Qeyd  etmək  la­
zımdır  ki,  yatağanların  qənimətin  bədəninə  dolanmaq  sürəti 
çox  yüksək,  şikarını  sıxma  gücü  böyükdür,  lakin  şikarın 
sümükləri  bu  təzyiqdən  sınmır.  Piton  və  yatağanlara  aid  ol­
mayan  digər  növ  ilanlara  da,  qənimətini  boğmaqla  öldürmək 
manerası xasdır.
Dəniz  ilanlarının  qidasını  müxtəlif  balıqlar  təşkil  edir. 
Tutduğu şikarı dişləməklə dərhal  onu zəhəri  ilə öldürür.  Əksər 
dəniz ilanlarının  zəhəri  quruda yaşayan istənilən  ilandan daha 
çox  təhlükəlidir.  Onların  zəhəri  neyrotoksik  təsirə  malikdir. 
Zəhərin  bu dərəcədə  toksik  olması  ona davamlı  olan  poykilo- 
term  orqanizmlərlə  qidalanmağa  uyğunlaşma  nəticəsində 
meydana gəlmişdir.
Dəniz  ilanları  yüksək  toksiki  zəhəri  ilə  qənimətini  zəhər­
ləyib,  əsasən  balıqla,  ilk  növbədə  angvil  ilə  qidalanır.  Yüksək 
toksiki  xassəyə  malik  zəhər,  nisbətən  zəhərə  dözümlü  olan 
poykiloterm  canlılarla  qidalanma  nəticəsində  uyğunlaşma  ki­
mi yaranmışdır.
51
downloaded from KitabYurdu.org


Əksər  dəniz  ilanlarının  xüsusi  səbəb  olmadıqda  sancmağa 
meylli  olmadıqları  qeyd  edilir.  Onlar  həm də  qənimətin  bədə­
ninə çox az miqdarda zəhər -  0,06-0,12 mq yeridir.
Azərbaycanda yayılan kolubrida fasiləsinin nümayəndələri 
su  hövzələri  ilə  müxtəlif  dərəcədə  əlaqəlidirlər.  Məsələn,  adi 
suilanı ov etmək üçün sahildən kilometrlərlə aralana bilər.  On­
ların qida rasionu göl və quru qurbağaları, bəzən kərtənkələ və 
kiçik quş, siçovul və qunduz balası ola  bilər. Digər ilanlar kimi 
suilanları  da  təhlükə  olduqda  tutduğu  qidanı  qaytara  bilir. 
Suilanları  özlərinə  xələl  gətirmədən  uzun  müddət  (bəzən  300 
gün) ac qala bilirlər.
Respublika faunasının  bəzi  növ  təlxələri (Coluber və Elap­
he  cinsindən)  gəmiricilər,  quşlar  və  onların  yumurtaları,  ilan 
və  amfıbilərlə  qidalanır.  Şikarı  iri  olduqda  təlxələr  onu  güclü 
gövdələri ilə yerə sıxıb,  boğurlar.  Eskulap  ilanı  (Elaphe longis- 
sima),  Pallas  təlxəsi  (E.  sauromates)  və  bir  sıra  təlxələr  gövdə 
əzələlərinin  gücü  hesabına,  şikarını  əzələ  halqalar  ilə  sıxıb 
öldürürlər.
Bəzi  növ  suilanlarında  qida  ixtisaslaşması  müşahidə  olu­
nur.  Məsələn,  böyükbaş suilanı  (Dipsas cinsi) əsasən ilbizlə qi­
dalanır.  Fordonia  cinsindən  olan  növlər  yalnız  yuvasında  giz­
ləndiyi dəniz yengəcləri  (krab)  ilə qidalanır,  itbaş  ilanlar (Cer
berus cinsi) əldə etdikləri balıqları hətta suyun  altında yeyə  bi­
lirlər.
Afrika  yumurtayeyəninin  dişləri  xırda  və  təpəcikli  olub, 
hamar  yumurtaları  tutub  saxlaya  bilir.  Çənələrin  kəllə  ilə  sıx 
əlaqəsini,  bir-biri  ilə  hərəkətli  birləşmiş  2 sümük  təmin edir  ki, 
bu  da  yumurtayeyənin  alt  çənəsini  kəskin  aşağı  salmağa  və 
ağzın  elastikliyinə  xidmət  edir.  Fəqərələrin  iti  çıxıntıları  yu­
murtaların  qabığını  kəsir.  Mədənin  girişində  olan  klapan  yu­
murtanın  sarısını  və  ağını  mədəyə  buraxır,  qabığı  isə  saxlayır. 
Qida  borusunda  toplanan  qabıqları  kütlə  halında  geri  qayta­
rır.  Bəzi dırmaşan təlxələr (.Elaphe cinsi) də yumurta ilə həvəslə
52
downloaded from KitabYurdu.org


qidalanırlar,  çünki qida  borusunun üst divarına yönəlmiş fəqə­
rənin  hipapofız  adlanan  alt  çıxıntısı  yumurtanın  qabığını  qır­
mağa  xidmət  edir.  Qabığın  qalıqları  isə  kloaka  ilə  xaric  olu­
nur.  Qeyri-sabit  yem  bazasına  (ilin  ayrı-ayrı  dövrlərində  quş 
yumurtasına çox  nadir  hallarda  təsadüf olunur) xüsusi  uyğun­
laşma  kimi  yumurta  yeyən  ilanlarda  yem  bolluğu  şəraitində 
ilan yumurtalarında  yağı  toplamaq,  qıt aylarda  isə  sərf etmək 
bacarığı formalaşmışdır.
Qonur  ilan  (Coronella  austriaca)  tipik  zaurofaq  növdür. 
Əsasən  qayalıq  kərtənkələləri  ilə  qidalanır.  Körpələrin  doğul­
ması  payızda  qayalıq  kərtənkələlərin  kütləvi  yumurtadan  çıx­
ma  dövrünə  təsadüf  etdiyindən,  onlar  erkən  yaşlarından  za­
urofaq olurlar.
Yalançı  suilanları  (Boiginae  fasiləsi)  yarımfəsiləsinin 
nümayəndələri  zəhər  əmələ gətirən  vəzlərlə  əlaqəli  olan  xüsusi 
zəhər  ötürücü  dişlərə  malikdirlər.  Bu  dişlər  ağız  boşluğunun 
dibində  yerləşir.  Yarımfəsilənin  digər  -   Telescopus  cinsindən 
respublikada  yayılan  nümayəndəsi  dam  ilanıdır  (Telescopus 
fallax).  O,  kərtənkələ  və  quşlarla  qidalanır.  Əldə  etdiyi  qəni­
mətin  bədəninə  halqalarla dolanaraq  onu  sıxır.  Qənimət  onun 
bədəninə yeridilən zəhərin təsirindən ölür.
Kələz  ilan  (Malpolon  monspessulanus)  da  öz  şikarını  bu 
üsulla  məhv  edir.  Naxçıvanda  yayılan  ox  ilan  (Psammophis 
lineolatum) yalnız kərtənkələlərlə qidalanır.  Şikarını  gizlənərək 
güdür  və  o  yaxınlaşdıqda  cəld  hərəkətlə  üzərinə  atılıb,  əvvəlcə 
halqalarla  ona  dolanır,  sonra isə zəhərli dişləri ilə dişləyir.  Bir 
neçə saniyədən sonra şikar iflic olur.
Sürünənlərin  qidalanması  ilə  əlaqədar  çoxsaylı  uyğunlaş­
malar sırasında,  ən maraqlı və dramatik  üsul,  şikarını  ifraz et­
diyi  zəhərli  sekresiya  vasitəsilə  öldürməkdir.  Zəhər -   şəkildəy- 
işmiş  tüpürcək  vəzlərinin  məhsuludur.  İlan  zəhəri  əsasən  zülal 
və  fermentlərdən  ibarətdir.  Bəzi  zəhər  məhsulları  hemorragik 
təsirə  malikdir,  yəni  bu  zəhər  qan-damar  sisteminə  təsir  et-
53
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə