Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə16/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

kərgədan  qalıqları  tapıldığı  məlumdur.  Timsahların  bir  çox 
növündə  kannibalizm -  daha  iri  fərdlər  tərəfindən  nisbətən öz 
kiçik fərdlərinin  yeyilməsi  halları  da  mövcuddur.  Bir  çox  hal­
larda timsahlar cəsədlə qidalanır; bəzi növlər isə qənimətin qa­
lıqlarını  gizlədir,  müəyyən  müddətdən  sonra  yarıçürümüş  hal­
da onu yeyir.
Yırtıcı-qənimət münasibəti
«Donuzburun  ilanlar  quru  qurbağasını 
yeyir,  özü  isə  kral  ilanının  qurbanı  olur.  Va­
ran timsahın yumurtalarını yeyir,  amma onu 
da digər timsah yeyir.  Qumlu sahildə yumur­
tadan  çıxmış  10 000  dəniz tısbağasından yal­
nız  10,  ən  yaxşı  halda  100  fərd  məhv  olmur, 
qalanları  isə onları ovlayan quş və  məməlilə- 
rin,  və yaxud suda onları gözləyən  balıqların 
qənimətinə çevrilir».
A.Karrın  «Reptililər»  (1975)  adlı  fövqəladə  kitabından 
götürülmüş  bu  parça  orqanizmlərin  qida  əlaqələrinin  təkamül 
və ekoloji rolunu olduqca gözəl əks etdirir.
Reptililərin  trofık  əlaqələri,  istər  sinif çərçivəsində,  istərsə 
digər siniflərin nümayəndələri arasında çox müxtəlifdir.  Repti­
lilərin böyük əksəriyyəti  ikinci və daha yüksək səviyyənin kon- 
sumentləridirlər.  Kərtənkələlər qida xarakterinə görə kiçik yır­
tıcılara  -   birinci  səviyyənin  zoofaqlarına  aid  olub,  hərəkətdə 
olan orta və kiçik ölçülü onurğasızları tutur.  Eyni qidadan isti­
fadə  edən  canlılar  çox  olduğundan  -   məsələn,  amfibi,  reptili, 
həmçinin  cavan  ilanlar,  quşlar,  bəzi  yereşənlər  və  s.  onların 
çoxsaylı rəqibləri vardır.
Bəzi  iquana  və  tısbağa  növləri  I  səviyyənin  konsumentlə- 
rinə aiddir.  Ümumiyyətlə,  qeyd etmək lazımdır ki, əksər repti- 
lilər yetkin yaşında nə yeyəcəyindən  asılı olmayaraq  cavan  ol­
duqda həşəratla qidalanır.  Yırtıcı quşların, məməlilərin və bəzi
57
downloaded from KitabYurdu.org


reptililərin rasionunda sürünənlər mühüm rol oynayır.
Bəzi  ilanlar kərtənkələlərin  sayı artmış olduğu  dövrdə yal­
nız  onlarla  qidalanır.  Respublikamızda  yayılan  qonur  ilan 
əsasən herpetofaqdır.  Qayalıq kərtənkələləri artıq yumurtadan 
çıxdığı  dövrdən  qonur  ilanın  əsas  qidasını  təşkil  edir.  Qayalıq 
kərtənkələləri  ilə  (azərbaycan,  kür,  valentin  və  s.  formaları), 
həmçinin  onlarla  eyni  biotopda  yaşayan  su  ilanları,  əlvan  və 
zaqafqaziya  kərtənkələciyi  də  qidalanır.  Dəfələrlə  əlvan  qara- 
toyuğun  öz  balalarını  bu  kərtənkələlərlə  yemləndirdiyinin  şa­
hidi  olmuşuq.  Cavan  qayalıq  kərtənkələləri  qafqaz  kələzinin 
də  qənimətinə  çevrilir.  Respublikada  yayılan  quşlardan 
ilanyeyən  (Gircaetus  gallicus)  yalnız  ilan,  kərtənkələ  və  qur­
bağalarla  qidalanır.  Quyruğu  autotomiyaya  uğramış fərdlərin 
sayı müxtəlif növ  populyasiyalara  yırtıcıların  təzyiqini  nümay­
iş  etdirir.  Kərtənkələnin  təqib  zamanı  quyruğunu  «atmaq»  və 
sonra  onu  bərpa  etmək  qabiliyyəti,  hər  populyasiyada  «yırtıcı 
təqibinin  izinə»  görə  fərdlərin  sayını  dəqiq  söyləməyə  imkan 
verir.  Azərbaycan  qayalıq  kərtənkələsinin  nəzərdən  keçirilmiş 
129  nümunəsindən  43%  autotomiyalı,  ətrafları  və  bədənləri 
dişlənmiş fərdlərdir.
Naxçıvanda  aparılan  çöl  tədqiqatları  dövründə  nümunə 
götürülmüş  31  fərd  zaqafqaziya  kərtənkələciyinin  37%-nin au- 
totomiyalı  quyruğa  malik  olması,  dolayı  yolla  yırtıcılar  tərə­
findən  təqibin  intensivliyini  göstərir.  Bu  kərtənkələciklərin 
biotop  «qonşuları»  olan  zeytuni  təlxə,  qərb  yatağanı,  kələz 
ilan  və  uzunayaq  ssinkdir.  Sonuncular  zaqafqaziya  kərtənkə­
ləciyinin  körpələrini  yeyir.  Lakin  maraqlıdır  ki,  erkəklər  ara­
sında  dava  nəticəsində  ciddi  yaralanma  zamanı,  həmçinin 
cütləşmə dövrü erkəklərin dişilərə yetirdiyi zərbələr nəticəsində 
onlar quyruqlarını atmırlar.
Gəmiricilərin  sayı  az olduqda  əksər  qanadlı  yırtıcılar  kər­
tənkələ  ilə  qidalanmağa  başlayırlar.  «Cəld  kərtənkələ»  mono­
qrafiyasında  (1976)  göstərildiyi  kimi,  bu quşların  iri  koloniya-
58
downloaded from KitabYurdu.org


lari  məskunlaşdığı  ərazilərdə  kərtənkələlərin  populyasiyasma 
«təzyiqi»  çox  güclü  olduğundan,  əksərən  kərtənkələlərə  ümu­
miyyətlə rast gəlinmir.
Yırtıcı  qənimət  münasibətində  əsas ekoloji  rol,  birliklərdə 
mövcud  olan  digər  qida  əlaqələrində  olduğu  kimi,  ardıcıl  şə­
kildə  canlıların  bir-birilə  qidalanması,  maddələr dövranını  ya­
radır  ki,  onsuz  həyat  mümkünsüzdür.  Belə  münasibətlər  həm 
də, sayın qarşılıqlı tənzimlənməsində rol oynayır.
59
downloaded from KitabYurdu.org


SÜRÜNƏNLƏRİN  REPRODÜKTİV 
XÜSUSİYYƏTLƏRİ
Yumurta
tik  reptilinin  qoyduğu  ilk  yumurtada 
artıq quş nəğməsi də, insan düşüncəsi də 
var idi.
A.Karr
Yer  üzündə reptililərin  meydana gəlməsi əlamətdar hadisə 
idi.  Digər  heyvan  qruplarından  heç  biri,  belə  növ  müxtəlifliyi­
nə və sıxlığa malik olmayıblar.
Bəs reptililərin qurunu mənimsəməsinə kömək edən nədir? 
Əlbəttə  ki,  yumurta  -  unikal  törəmə olub,  reptililərdən quşlar 
nəslinə  keçmiş  və  müəyyən  dəyişikliklərə  məruz  qalaraq  fəa­
liyyətini embrional  uyğunlaşma kimi məməlilərdə davam etdi­
rir.
Təkamül prosesində reptililərin yumurtası qabıq örtük qa­
zanmış,  reptililərin özləri  isə  belə yumurtanı quruda qoyan  ilk 
canlılar  kimi  əsl  quru  heyvanları  olmuşlar.  Rüşeymin  inkişafı 
ilə formalaşan xüsusi  strukturlar embrionun inkişafına kömək 
edir.
Reptililərin  yumurtası  amniot  adlanır.  Bu,  embrionun 
«amnion»  adlanan,  içərisində  rüşeym  olan  və  maye  ilə  dolu 
qapalı kisəni xatırladan  bir  orqanının  adından götürülmüşdür. 
Amnionun  -   bu  kiçik  «su  hövzəsinin»  rolu,  nisbətən  daimi 
mühit  yaratmaq,  həmçinin  rüşeymi  yumurtanın  sərt  pərdələri 
ilə təmasdan qorumaqdır (şəkil  14).
Embrion  necə  nəfəs  alır?  Əvvəlcə  yumurta  sarısını  əhatə 
edən  sıx  qan  damarları  şəbəkəsi  (sarımn  qan  dövranı)  tənəffüsə 
xidmət edir.  Sarılıq kisəsi embrionun qarın nahiyəsini göbək cifti 
ilə  əlaqələndirir,  onun  yanından  isə  allantois  başlanğıc  götürür. 
Allantois qarın divarının kisə şəkilli çıxıntısı kimi meydana gəlir.
60
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə