Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə19/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

rək,  gövdəsi  ilə  o  qədər  qabağa  əyilir  ki,  üzü  bir  qədər  qaldı­
rılmış  quyruğunun  əsasına  çatsın.  Embrional  pərdə  görünən 
kimi,  onu  tutub  dişləri  ilə  yırtıb,  yeni  doğulan  körpəni  azad 
edir.  Ana boş pərdəni tamamilə kloakasından dartıb çıxararaq 
udur və növbəti balasını azad etməyə keçir.
Yumurta diribaladoğma dağlarda yaşayan  növ -  xallı kər- 
tənkələcik  (Eremias  multiocellata)  üçün  də  xasdır.  İyul-avqust 
aylarında onlar 2-4 bala doğurlar.
Jakruaru ( Tupinambus nigropunctatus)  kərətnkələsinin ço­
xalması  xüsusi  maraq  doğurur.  Qviana,  Braziliya  və  Şərqi  Pe­
ruda  yayılan,  Teiidae  fasiləsindən  olan  bu  kərtənkələlər  öz 
yumurtalarını  termitlərin  tikililərinə  yerləşdirir.  Dişi  fərd  ter- 
mitlərin  möhkəm  qurğusunun  divarında  caynaqları  ilə  dəlik 
açır,  sonra  onun  boşnaq  içərisini  döyəcləyib  yatırdaraq  oraya 
7-8  ədəd  yumurta  qoyur.  Termitlər  tezliklə  dağıntını  bərpa 
edir, beləliklə də yumurtalar termit yuvasında basdırılmış olur. 
Burada yumurtalar  düşməndən  və  qurumaqdan  etibarlı  qoru­
nur.  Yumurtadan çıxan  körpələr ilk vaxtlar  termitlərlə qidala­
nır.  Maraqlıdır ki, jakruarunun  yumurtalarını hətta yerdən 4- 
6  m  hündürlükdə,  ağacda  yaşayan  termit  yuvasında  da  aşkar 
etmişlər.  Ağac  termitlərinin  yuvasına  Colubridae  fasiləsinin 
daha  2  Hind-Malay  tuqayilanı  növü  (Boiga  drapiezii və  Boiga 
jaspidea) yumurta qoyur.
Bəzi  varanlar  da  termit  yuvasına  yumurta  qoyur.  Nil  va­
ranının  ( Varanus  niloticus)  çoxalması  yağışlar  dövrü  ilə  üst- 
üstə  düşdüyündən,  dişi  varan  termitlərin  yuvasını  asanlıqla 
dağıdır.  Termitlər öz tikililərini tezliklə bərpa  edir.  Belə davra­
nışı  qismən  nəsil  qayğısının  elementləri  kimi  də  qəbul  etmək 
olar.
Amfisbenlər  (Amphisbaena  yarım  dəstəsi)  də  qarışqa  yu­
vasına  2-6  yumurta  qoyurlar.  Yumurta  qoyulmuş  yuvadan 
onları qoyan dişinin də  tapıldığı hallar məlumdur.  Bu  da  nəsil 
qayğısının olmasını təxmin edir.
69
downloaded from KitabYurdu.org


Termitlərlə  sıx əlaqəsi  olan digər  qrup Amerikanın  tropik 
vilayətlərində  yayılan  darağız  ilanlardır  (Leptotyphlopidae 
fəs.).  Bura  termitlərlə  zəngindir  və  darağız  ilanlar  onların  qa­
rın  möhtəviyyatım  sormaqla  qidalanır.  Leptotyphlopidae  sep- 
temstriata növü  termit yuvasına yumurta qoyur,  orada yaşayır 
və onlarla da qidalanır.
Pyton  cinsindən  olan  iri  pitonlara  yumurta  üstündə  «kürt 
yatmaq»  xasdır.  Qoyulmuş  yumurtaların  ətrafında  3-4  dəfə 
dolanaraq o,  yumurtalarını düşmənlərdən qoruyur,  onları qız­
dıraraq  embrionların  yetişməsini  tezləşdirir.  Kürt  yatan  dişi­
nin  bədən  temperaturu  ətraf mühitdən  12-15°  yüksək  olur.  1- 
1,5 ay çəkən inkubasiya dövrü dişi heç nə yemir.
İri  ilanlarda  heyvanların  ölçüsü  ilə  qoyulan  yumurtaların 
sayı  arasında  maraqlı  korrelyasiya  qeydə  alınmışdır.  Dünya­
nın bütün  ilanları orta  hesabla bir dəfəyə  8-15  yumurta qoyur, 
lakin iri yatağanlarda bu rəqəm xeyli böyükdür.  Belə ki, uzun­
luğu 4 m-ə  çatan afrika heroqlifli pitonu 20-dək  yumurta qoy­
duğu halda, uzunluğu 6 m-ə çatan fərdlər  100-ə qədər yumurta 
qoya bilir.  5 m-lik torlu pitonun yumurtalarının sayı 30, uzun­
luğu 7  m-ə  çatan  dişinin  qoyduğu yumurtalar  isə  103  ədəd ol­
muşdur.
Pitonlardan  fərqli  olaraq  yatağanlar  diribaladoğandırlar. 
Doğulan  körpələrin sayı  adi  yatağanda  15-64 arasında dəyişir, 
madaqaskar yatağanı isə 3-4 bala verir.  Anakonda  balalarının 
sayı 28-dən 42-dək çatır,  lakin  o, nadir hallarda  yumurta qoy­
ur (şəkil  19).
Colubridae  fasiləsinin  nümayəndələri  arasında  yumurta 
qoyanlar olduğu kimi diribaladoğan formalar da vardır və so­
nuncular  arasında  həm su,  ağac,  həm də qazıcı  həyat tərzi  ke­
çirənlər  mövcuddur.  Saxlanılma  şəraitini  dəyişməklə yumurta 
qoyan  növləri  yumurta  diribaladoğana  döndərmək  mümkün 
olmuşdur.
Gürzələrin dişiləri cinsi yetkinliyə 5, erkəklər 4 yaşında ça-
70
downloaded from KitabYurdu.org


tır.  ölçüsündən və yaşından asılı olaraq dişinin yumurta boru­
sunda  5-20 yumurta ola bilər. Tədqiqatlar  göstərmişdir  ki,  adi 
gürzədə  plasentanı  xatırladan  törəmə  vardır  və  embrion  həm 
yumurta  sarısı,  həm  də  dişinin  qan-damar  sistemi  vasitəsilə 
qidalanaraq  inkişaf  edir.  Arealının  şimal  və  mərkəzi  hissələ­
rində dişi 2 ildən bir nəsil verir, cənubda isə hər il çoxalır.
Şəkil 19. Yumurtalarını inkubasiya edən: 
A) anakonda, B) torlu piton
Dəniz  ilanlarının  böyük  əksəriyyəti  yumurta  dirbala- 
doğandır  və  bir  çox  növlər  embrionu  ana  orqanizmlə  əlaqə­
ləndirən plasentaya malikdir.  Bəzi  ilanlar balasını  suda doğur,
71
downloaded from KitabYurdu.org


digərləri  isə  quruda  azad  olmaq  üçün  sahilə  çıxırlar.  Onların 
məhsuldarlığı  aşağı  olub,  cəmi  1-2  bala  verirlər.  Cinsi  yetkin­
liyə  1  yaşında  çatırlar.  Adətən  məhsuldarlığı  aşağı  olan  ilan 
növləri, cinsi yetkinliyə tez çatırlar.
Bəzi  ilanlar mayalanmamış yumurta qoya  bilir. Əlvan  əfi­
nin  (Echis  coloratus)  dişisinin  bədənində  mayalanmamış  y u ­
murtalar  sorulur.  Beləliklə,  sərt  səhra  şəraitində  əhəmiyyəti 
olan maddələrə qənaət edilir.
Cənubi  Braziliyanın  Keyimada  -   Qrande  adalarında  y a ­
şayan  çuxurbaşlı  ilanlar (Crotalidae) fasiləsindən  olan ada  bo- 
tropsunun  (Botrops  insularis)  əksər  dişiləri  həm  də  erkəyə  xas 
kopulyativ  orqana  malikdir.  Belə  hermofroditlik  və  ya  inter- 
seksuallıq  populyasiyanın  kiçik  ada  ilə məhdudlaşması nəticə­
sində  yaranmışdır.  Sayı  aşağı  səviyyədə  olan  populyasiyada 
interseksuallıq  çoxalma  tempini  yüksəltməyə  imkan  verir.  E r­
kəklərin  sayının  azalmasına  meyillilik  müşahidə  olunur,  inter- 
seksual fərdlərin faizi artır.
Timsahların  bütün  növləri  yumurta  qoyandır.  Cinsi  yet­
kinliyə 8-10 ayında çatırlar.  Yumurtalar əhəng tərkibli qabıqla 
örtülüdür. «Qoyum»da yumurtaların sayı  10-100 ədəd olur.
Timsahların  nəsil  qayğısı  fərqli  şəkildə  təzahür  edir.  Bəzi 
növlərin dişiləri təpəciklər şəklində otdan yuva  tikib, yumurta­
larını  təpəciyin  dərinliyinə  qoyur.  Digərləri  yuvasını  qumda 
düzəldir,  üçüncü  qrup  isə  yuvasını  yarpaqlardan  qurur. 
Çürüyən yarpaqlar yumurtaların inkişafı üçün vacib olan nəmi 
absorbsiya  edir.  Dişilər  yuvanın  yaxınlığında  qalır.  Məsələn, 
alliqatorlar  daim  yuvanın  yanında  olur,  onu  yenidən  qurur, 
inkubasiya  dövründə  yuva  qalağını  nəmləndirir,  yumurtadan 
çıxan  balalara  yuvanı  tərk etməyə  kömək  edir,  xüsusi «timsah 
çalası»  tikib,  balalar üçün sığınacaq düzəldir.  Belə  ana qayğısı 
iki,  bəzən  üç  ay  davam  edir.  Lakin  tezliklə  dişi  öz  balalarını 
da yeməyə başlayır.
Cavan  Missisipi  alliqatorları  bir  ilə  yaxın  yuvasının  ətra-
72
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə