Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə18/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

Alliqatorların  nigah  dövrü  də  çox  qızğın  keçir.  Erkəklər 
həmin vaxt «nərildəyir», boğaz və kloaka yaxınlığındakı vəzlər 
isə müşk  ifraz edir.  Dişi  görünən kimi  bir cüt erkək onun ətra­
fında  dolanmağa  başlayırlar.  Bu  qəbildən  olan  kopulyasiy- 
aönü  bütün  hərəkətlər cütləşmə  ilə  nəticələnir.  Qeyd  etmək  la­
zımdır  ki,  əksər  sürünənlər  yaz  qabıqdəyişməsindən  sonra 
cütləşməyə  başlayırlar.  Meşə  tısbağasında  (Clemmys inscilpta
qeydə  alman  hal  paradoksaldır.  Bu  heyvan  əksərən  su  hövzə­
lərindən  uzaqda  yerləşən  müxtəlif  meşə  ərazilərində  yaşayır. 
Çoxalma  dövrü  o  suya  yaxın  ərazilərə  miqrasiya  edir  və  suda 
cütləşir.
Digər  şirin-su  bataqlıq  tısbağası  (Emys orbicularis)  bataq­
lıqlarda, gölməçə və göllərdə yaşayır.  Cütləşmə həm suda, həm 
də  quruda  baş  verə  bilər.  Müşahidələr  göstərir  ki,  birinci  yu­
murta  qoyma  artıq  mayın  ortalarında  baş  verir  və  onların 
mayalanmasının ötən ildə baş verməsi istisna edilmir.  Bataqlıq 
tısbağası çoxalma mövsümündə hər  dəfə  5-10 yumurta olmaq­
la  ara  verərək  3  dəfə  yumurta  qoya  bilər.  Yumurtalarını 
qoymaq  üçün  tısbağa  torpağı  yumşaldır  və  anal  qovuğundakı 
su  ilə  nəmləndirir.  Əksər  quru  tısbağalarında  olduğu  kimi  ca­
van  tısbağalar  torpaqda  qalır  və  yerin  səthinə  yalnız  növbəti 
ilin yazında çıxır.
Dərili  tısbağa  pelagik  heyvan  olub,  sahilə  bəzi  hallarda 
yaxınlaşır.  Yumurta  qoyma  zamanı  dişi  sahilə  çıxır,  gün  ba­
tandan sonra yuva üçün su çatan sərhəddən yuxarıda yer seçir. 
Burada  o,  arxa  ətrafları  ilə  dərin  çala  qazıyaraq  (1  m-ədək), 
oraya  30-dan  -   130-adək  tennis  şarlarını  xatırladan  sferik  və 
«dəri» örtüklü ağ yumurtalar qoyur.
Yumurta qoyduqdan  sonra  tısbağa  onları  basdırır və  tor­
pağı  elə  döyəcləyir  ki,  yırtıcılar  üçün  bu  yumurtalar  əlçatmaz 
olur.  Qoyulmuş yumurtaların üstünə dişi bir neçə dənə də sarı- 
sız,  yalnız ağı  olan  kiçik yumurtalar qoyur.  Çox  güman  ki,  bu 
yolla tısbağa yuvanı dağıdan yırtıcıları azdırır.
66
downloaded from KitabYurdu.org


Hatteriyalar  çox  aşağı  temperaturda  -   16-18°-də  aktiv 
olur.  Təsadüfi  deyildir  ki,  hatteriyanın  cütləşməsi  yanvarda 
baş  verir.  Oktyabr  ayından  dekabr  ayına  qədər  bir  qoyumda 
8-15  yumurta  olur.  Yumurtaları  çox  da  böyük  olmayan  yuva 
kameralarına  qoyur,  sonra  da  üstünü  basdırır.  Cavan  fərdlər 
yumurtadan  12-15 ay sonra çıxır.
Buqələmunların  erkəkləri  çoxalma  dövrü  çox  həyəcanla­
nır,  rastlaşdıqda  amansızlıqla  döyüşür.  Erkək  eyni  sahədə  ya­
şayan  bir  neçə  dişi  ilə  cütləşir.  Güman  edilir  ki,  bəzi  növlərin 
dişilərində  xüsusi  toxum  qəbuledicilər  vardır  ki,  orada  erkək 
cinsi  hüceyrələr  uzun  müddət  saxlanılır  və  təkrar  cütləşmə  ol­
madan yumurtaların  mayalanmasını  təmin  edir.  Bəzi  suilanla- 
rı hətta mayalanmış yumurtaları cütləşmədən 2-3 il sonra qoya 
bilir,  çünki  bu  dövr  ərzində  erkəyin  spermatozoidləri  dişinin 
bədənində uzun müddət tələf olmur.
Əksər  buqələmunlar  yumurta  qoymaqla  çoxalır  və  dişi 
yumurtasını  yerdə,  qazdığı  dərin  çalaya  qoyur.  Yumurtaların 
sayı  müxtəlif növlərdə  fərqlidir  -   15-80  ədəd.  Bu  proses  xeyli 
vaxt  aparmaqla dişinin  bütün enerjisini  alır.  Əsasən  Afrikanın 
dağ  meşələrində  yaşayan  az saylı  buqələmunlar  yumurta  diri- 
baladoğandırlar.  Məsələn,  Microzauria cinsindən  olan Cənubi 
Afrika  kiçik  buqələmunlarınm  diri  balaları  ağacda  doğulur. 
Sayı  18-ə çatan balalar bir-bir olmaqla,  ağacın gövdəsinə, yar­
paq  və  budaqlara  yapışaraq  nazik  yumurta  pərdəsində 
dünyaya  gəlir.  Bala  dərhal  pərdəni  cırıb  xaricə  çıxaraq,  quy­
ruğu və ya ayağı ilə kiçik budaqlardan yapışır.
Buqələmunlarda  olduğu  kimi,  iquana  və  kələzlərin  də 
(Laudakia)  aktiv  mühafizə  etdiyi  «hərəmxana»ları  olur.  Za- 
urilərin qoyduğu yumurtaların sayı müxtəlif növlərdə fərqlidir. 
Kiçik  növlər  1-2,  iri  növlər  isə  onlarla  yumurta  qoyur. 
Mövsüm ərzində dişi bir  neçə dəfə yumurta qoya bilər. Adətən 
yumurtalar  nəmi  keçirən,  nazik  dəri  pərdə  ilə  əhatə  olunur. 
Gekkon  və ayaqsız  kərtənkələlərdə  təzə  qoyulmuş  yumurtalar
67
downloaded from KitabYurdu.org


çox  yumşaq  olur,  sonradan  karbon  qazını  mənimsəyərək  ha­
vada  tezliklə  bərkiyir;  örtük  möhkəm  əhəngləşmiş qabığa çev­
rilir.  Bəzi  Yeni Zelandiya  gekkon  cinslərində  yumurta  diriba- 
ladoğma müşahidə olunur.
Əksər  girdəbaş  {Phrynocephalus)  növləri  yumurta  qoyan­
dır,  yalnız  5000  m-ədək  yüksək  dağlara  qalxan  Tibet girdəba- 
şının  (Phrynocephalus  theobaldi)  diribaladoğan  olduğu  aşkar 
edilmişdir.  Kərtənkələlər  kiçik koloniyalarla  bərk  torpaqlarda 
yaşayır və adətən erkək dişi  ilə birgə dayaz çalada (yuva) qalır. 
Yayın sonunda dişi  1-2 iri  bala dünyaya gətirir.  Azərbaycanda 
yayılan yovşanlıq girdəbaşı {Phrynocephalus helioscopus) əksər 
girdəbaşlar  kimi  qışlamağa  getməzdən  əvvəl  payızda  cütləşir, 
erkən yazda ayılandan az sonra yumurta qoyur.
Ssinklərin  çoxalma  üsulları  xüsusilə  maraqlıdır.  Bir  qisim 
növlər  yumurta  qoyur,  digərləri  yumurta  diribaladoğandır, 
üçüncülərə isə əsl diribaladoğma xasdır.
Uzunayaq ssink cinsinin (Eumeces)  bəzi nümayəndələrində 
sözün əsl mənasında nəsil qayğısı vardır.  Dişi qoyduğu yumur­
taların  ətrafına  dolanaraq,  qidalanmadan  onu  düşmənlərdən 
qoruyur.  O,  belə  vəziyyətdə,  körpələr  çıxanadək  -   2-3  həftə 
qala bilir.  Bəzi hallarda qısa müddətə yumurtaları  tərk edir və 
tezliklə  yenidən  onları  qızdırmaq  üçün  qayıdır.  Amerika  ssin- 
kinin {Eumeces obsoletus) dişisi arabir yumurtaları çevirir, yer­
lərini  dəyişir,  dili  ilə  yalayır,  bir  qədər  sonra  isə  körpələrin 
yumurta  pərdəsini  dəlib  çıxmalarına  kömək  edir.  Bəzi  ssink 
növlərinin  körpələri  yalnız  nazik  embrion  pərdəsində  doğulur 
ki,  onu da özləri yeyib geyimdən azad  olurlar. Ssinklərin digər 
növü müntəzəm olaraq  balaların kloaka  sahəsini dili ilə təmiz­
ləyir.  Postnatal  qayğının  buna  oxşar  misallarına  az  növ 
sürünənlərdə rast gəlinir.
Gecə kərtənkələlərinin {Xantusiidae fəs.) balaları da qəribə 
tərzdə doğulur.  Ağac gecə kərtənkələsi {Xantusia  vigilis) «aku- 
şer» kimi  öz doğuşunu qəbul edir. Arxa ətraflarını tarım çəkə-
68
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə