Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə10/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

duğu güman edilir.  Bütün dəniz ilanları vaxtaşırı  tənəffüs  üçün 
suyun  səthinə qalxsalar da,  suda  həll  olmuş  oksigendən  istifa­
də edərək, uzun müddət suda qala bilirlər.
Suilanı  (Natrix)  cinsindən  olan  növlər  respublikamızın 
herpetofaunasının sakinləridir.  Onlar adətən suda qidalanır  və 
gizlənirlər,  əksər vaxtlarını isə sahildə keçirir və ya sahil  kolla­
rının budaqlarında qızınırlar.
İlanların  suya  -   əcdadlarının  yaşadığı  mühitə  yenidən 
qayıtması,  degenerasiya deyildir.  Onlar öz əcdadlarına məxsus 
xüsusiyyətləri  -   reptililərə  xas  pulcuqlar  və  ağciyərlər,  yalnız 
quruda  inkişaf edə  bilən  qabıqla  örtülü  yumurtalar  və  s.  sax­
lamışlar.  A.  Karr qeyd  edir ki,  ətraflarını  itirməsinə  baxmaya­
raq,  ilanlar  əvvəlki  yaşama yerlərinə qayıtmış  və  bura  müvəf- 
fəqiyyətlə uyğunlaşa bilmişlər.
Quruda həyat
Quruda həyat torpağın üstündə  və  altında keçən (qumda, 
qayalıqda), qazıcı və ağacda həyat tərzindən ibarətdir. Quruda 
reptililər  digər mühit  faktorları  ilə üzləşir.  Bu -  yüngül  sıxılan 
qaz,  atmosfer  sıxlığının  aşağı  olması,  dəyişkən  temperatur  re­
jimi, rütubət rejimi və s.  amillərdir. Müxtəlif morfoloji, fiziolo­
ji  və  ekoloji  xüsusiyyətlər  qazanmaqla  bu  amillərə  adaptasiya 
gedir.  Gözün,  dilin,  bədən formasının, ətrafların quruluşunda- 
kı fərqləri də qeyd etmək olar.
Geniş yayılmış  təlxələr  qrupunun  təkamülü yerdə cəld  hə­
rəkət  qabiliyyətinin  qazanılması  istiqamətində  getsə  də,  bir 
çox təkələr ağaca və qayalara yaxşı dırmana və üzə bilir.  Res­
publikada  yayılan  zeytuni  təlxə  (Coluber  najadum)  cəldliyinə 
və  sürətinə  görə  bu  cinsdən  olan  digər  ilanları  arxada  qoyur. 
Təhlükə zamanı o  elə sürətlə  qaçıb xilas  olur  ki,  yaddaşda ani 
olaraq boz bir lentin görünüb-itməsi təsəvvürü qalır.
Naxçıvan  MR-in  herpetofaunasında rast gəlinən növ -  ox
36
downloaded from KitabYurdu.org


ilan  (Psammophis  lineolatus)  qum  ilanları  cinsinə  aiddir  (şəkil 
9).  Bu növdən yalnız 2 fərd həmin ərazidə tapılmışdır. Ona be­
lə adın verilməsi  iti  sürətli  hərəkəti  ilə  bağlıdır.  Onu  müşahidə 
edənlər  bu  növün  sanki  öz  bədəninin  gücü  hesabına  deyil, 
xüsusi  mexanizm  vasitəsilə  hərəkət  etdiyini  söyləyirlər.  Sıç­
rayışla  30-40  sm  hündürlüyə  tullanaraq,  cəld  hərəkətə  qabil 
olan  ox  ilanı  ağaclara  məharətlə dırmanır  və elə orada  da  giz­
lənərək, onu pusanlardan qorunur.
Şəkil 9. Ox ilan (Psammophis lineolatus)
Yaşama  mühitindən  asılı olaraq  reptililərin  ətrafları  fərqli 
quruluşa  malik  olur:  dənəvər  qumda  yerdəyişməyə,  qayalığa 
dırmaşmağa,  ağacda  yaşamağa  və  yaxud  tamam  ətraflarsız 
hərəkət etməyə uyğunlaşa bilirlər.
Tısbağalar  güclü,  sütunvarı  ətrafları  üzərində  ağır  çanağı
37
downloaded from KitabYurdu.org


daşımağa  uyğunlaşmışlar.  Məsələn,  qalapaqos  tısbağasının 
kütləsi  bəzən  180  kq-a  çatır.  Bir  çox  kərtənkələlərin  sürəti 
yüksəkdir.  Kərtənkələciklər,  bəzi  növ  kərtənkələlər  4  ayağı 
üzərində  qaçır,  digərləri  isə  məhv  olmuş  qədim  formalar  kimi 
yalnız arxa ətrafları üzərində qaça bilir.
Dənəvər  (səpilən)  torpaqlara  məharətlə  uyğunlaşan  əsl 
ssinklər  (Scincus  cinsi)  Şimali  Afrika,  Ərəbistan,  İraq,  İran, 
Pakistanın  qumlu  səhralarında  yayılmışlar.  Bu  cinsdən  olan 
növlərin ön və  arxa ayaqlarında caynaqlı  barmaqlar  kənarlar­
dan  saçaqvari  buynuz  dişciklərlə  elə  əhatə  olunub  ki,  birgə 
yığılanda  bu  barmaqlar  qumu  atmaq  üçün  kiçik  beli  xatırla­
dan  vasitəyə  çevrilir.  Baş da eynilə  bel  şəklində  yastılaşmışdır; 
kiçik  qulaq  dəlikləri  də  yastı  üçbucaq  şəkilli  pulcuqlarla 
örtülmüş,  balaca gözlər  isə möhkəm və hərəkətli göz qapaqları 
ilə mühafizə olunur.  Qalın qum qatında mahir hərəkətinə görə 
bu ssinklərə «qum balığı» ləqəbi vermişlər.
Bəzi iquanalar da dənəvər qumda yaşamağa uyğunlaşmış­
lar.  Uma  cinsindən  olan  Şimali  Amerika  növlərində  qalınlaş­
mış  gövdə,  həmçinin  uzun  barmaqların  kənarında  yerləşən 
buynuz  daraqcıqlar  yumşaq  qumlu  torpaqda  batmağın  qarşı­
sını alır. Təhlükədən canını qurtaran fərdlər ani olaraq qumun 
içərisində «batır» və bir müddət onun altında hərəkət edir.  Bu­
run  dəliklərini  örtən  xüsusi  klapanlar  və  qalın  göz  qapaqları­
nın saçaqlı  kənarları  bu orqanları  qumla çirklənmədən  qoruy­
ur
Girdəbaşların  əksəriyyəti  -   qumlu,  gilli  və  daşlı  səhra  və 
yarımsəhraların  sakinidir.  Bəzi  növlər  tamamilə  açıq  və  dənə­
vər qumda yaşayırlar,  məsələn, qulaqlı girdəbaş (Phrynocepha
lus  mystaceus).  Barxanlarda  yaşayan  bu  kərtənkələ,  orada 
özünə  bir  neçə  yuva  qazır,  yayda  isə  yuvalardan  az  istifadə 
edir.  Harada qaranlıq  onu  haqlasa,  elə  orada  da qumun  içəri­
sinə  girərək  gecələyir.  Qumluq  girdəbaşı  (Phrynocephalus  in- 
terscapularis)  əvvəlki  növ  kimi  dənəvər  qumluğun  sakinidir.
38
downloaded from KitabYurdu.org


Ətraflarında  barmaqları  avar  şəkilli  olub,  qumu  atmağa  xid­
mət edir.  Digər  qumluq  sakinləri  kimi  yuxarıda adları  çəkilən 
növlər  üçün  də  özünəməxsus  torpaqda  basdırılma  hərəkəti 
xasdır:  kərtənkələlər  bədənin  köndələn  hərəkətləri  vasitəsilə 
fövqəladi  cəldliklə  quma  girirlər.  Kərtənkələlər  içərisində  qu­
ma  ən  sıx  bağlı  olan  qumluq  kərtənkələsidir  (Aporosaura enc- 
hietae).  Cinsini yeganə  təmsil edən bu  növ  yalnız Cənub-Qərbi 
Afrikada  yaşayır.  Onun  möhkəm  ayaqlarındakı  barmaqlar 
yan dişciklərə -  «qum xizəkləri»nə malikdir.
Azərbaycanda  yaşayan  kərtənkələ  -   yovşanlıq  girdəbaşı 
(Phrynocephalus  helioscopus)  kəskin  seyrəkləşmiş  bitki  örtü­
yünə malik  takır adlanan  möhkəm,  quru,  gilli  torpaqlarda ya­
şayır.  İsti  yay  günlərində  onlar  yuvaya  girmir,  gün  ərzində 
qızmış  torpağın  üzərində və ya yaxınlıqdakı tikan  kolunun  di­
bində gecələyir.
Gekkonların  əksəriyyəti  hamar  mailli  ya  şaquli  səthdə, 
hətta  şüşə  üzərində  və  ayaqları  yuxarı  olmaqla  tavanda  yeri­
məyə uyğunlaşmışlar.  Gekkonların enliləşmiş  lövhələrlə  təchiz 
olunan  barmaqları  üzərində  mikroskopik  «tükcüklərdən»  iba­
rət xüsusi fırça vardır.
Qayalıq  kərtənkələlərində  müxtəlif  qayalarda  yaşamağa 
uyğunlaşma  prosesində  bəzi  ekoloji-morfoloji  adaptasiyalar 
qazanılmışdır.  Bu növlər,  hətta dik qayaların  hamar səthi üzə­
rində  məharətlə  hərəkət  edirlər.  Onların  iti  və  əyri  caynaqla­
rından  savayı  xüsusiləşmış  vasitələri  yoxdur.  Müşahidələr  gö­
stərdi  ki,  qayalıq  kərtənkələlərinin  öz  biotöpuna  görə  ixtisas­
laşması  yollarından  biri  ətrafların  ölçülərinin  ümumiyyətlə 
artması  nəticəsində,  addımların  uzanması  hesabına  sürətli  qa­
çışa  uyğunlaşmasından  ibarətdir.  Dar  yarıqlarda  hərəkətlə 
əlaqədar qayalıq  kərtənkələlərində həmçinin  kəllənin morfolo- 
ji dəyişilməsi  izlənir,  yəni daim qayada yaşayan növlərin  kəllə­
si «platisefal» tipdədir.
Torpaq  altında  yaşayış  tərzinə  reptililərin  keçməsi  fərqli
39
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə