Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə8/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

Afrikanın,  Avstraliyanın  və  Asiyanın  tropik  hissələrində  rast 
gəlinir.
Yeganə  endemik  növ  olan hatteriyanın  yayılması  Yeni  Ze­
landiya sahillərinin  Plenti Bey körfəzindəki 20-yədək kiçik  ada­
larla  məhdudlaşır (şəkil  5).  Aşağı  Kaliforniyadan  olan  (Meksi­
ka)  ayolot  -   ikiayaq  qurdabənzər  kərtənkələ  Amerikanın  çox 
nadir  reptilisidir.  Müstəsna  olaraq  yalnız  Madaqaskar  və  ona 
yaxın  adalarda  bir neçə  növ buqələmun  (Brookesia cinsi) yayıl­
mışdır.  Dəniz  iquanaları  isə  yalnız  Qalapaqos  adalarında  ya­
şayır.  Mağara  gekkonu  isə  daim İndoneziyanın  bəzi mağarala­
rında  yaşayır  və  hətta  orada  qidalanır.  11  növlə  təmsil  olunan 
çox maraqlı gecə sürünənləri yalnız ABŞ-ın cənub-qərbində bəzi 
yerlərdə, Meksika və Mərkəzi Amerikada rast gəlinir.
Şəkil 5. Hatteriyanın son sığınacağı -  Yeni Zelandiya sahilində 
iki kiçik adalar qrupu şəkildə oxlarla göstərilib.
28
downloaded from KitabYurdu.org


Sürünənlərin  coğrafi  yayılması və areallarına  nəzərə salar­
kən  adalarda  yaşayan  növlər  xüsusi  maraq  doğurur.  Konti­
nental  mənşəli  adalarda  ola  bilsin  ki,  bu  növlər  elə  əzəldən 
həmin  adaların  sakini  olsun.  Digər  reptililər  adalara  passiv  və 
ya  aktiv yolla  düşə  bilər,  yaxud  insanlar  tərəfindən  gətirilə  bi­
lər.  Adaların əsas  xüsusiyyəti -  endemik  formalarla zəngin ol­
masıdır,  özü  də  ada  qədim  olduqca,  onun  sakinlərinin  də  cins 
və  hətta  fəsiləyə  qədər  bölünmək  imkanı  artır.  Məsələn,  Ma­
daqaskar  adasında  sürünənlərin  endemik  növ  və  cinsləri  mə­
lumdur:  özünəməxsus 
«Hörümçək  tısbağası»nın 
(Pyxis
arachnoidea) uzunluğu  10 sm-ədək olur,  «şüalı», «dimdikdöş», 
«yastı tısbağa»  və «nəhəng tısbağa (Testudo gigantea); iquana- 
ların 2 endemik cinsi -  Chalarodon və Hoplurus\ endemik cins­
lərdən Madaqaskar yatağanı  (Acrantopis madaqascariensis) və 
Madaqaskar ağac yatağanı (Sanzinia madaqascariensis).
Əgər  tədqiq  olunan  ada amfibi,  ilan  və  məməlilərin  fauna 
müxtəlifliyi  ilə  xarakterizə  olunursa,  onun  materikdən  yeni 
ayrıldığını  əminliklə  demək olar.Əgər  adada  nə  ilan,  nə  amfi­
bi, nə də məməli heyvan yoxdur, lakin kərtənkələ çoxdursa, bu 
adanın  vulkanik  mənşəli  və  materiklə  əlaqəli  olmadığını  söy­
ləmək olar.
İnsanın vasitəçiliyi ilə sürünənlərin yayılması
Aydındır  ki,  bütün  heyvanların,  o  cümlədən  reptililərin 
yayılmasısmn  əsas  faktoru  təbii çoxalmadır.  Lakin  sürünənlə­
rin  təsadüfi  və  insan  tərəfindən  yayılması  da  məlumdur.  Bəzi 
reptililər  insan  tərəfindən  məqsədyönlü  və  təsadüfi  olaraq 
yayılmışlar.  Bəzi  növ  reptililərin,  xüsusilə  də  kərtənkələlərin 
varlığı insanla o qədər bağlı olur ki,  onları hətta «ev  kərtənkə- 
lələri»  də  adlandırırlar.  Tropik  ölkələrdə  onların  bəzilərini 
uzaq  məsafələrə  keçirərək,  insanlar  bu  növləri  ucqar  adalara 
yayır  (bəzi  gekkon  və  ssinklər) (şəkil  6-7).  Kiçik  Bramin  kori-
29
downloaded from KitabYurdu.org


lanı  (Typhlops  braminus)  Sakit  okeana  və  başqa  yerlərə  daşı­
nan  bitkilərin  torpağında  keçdiyindən  onu  «gül  dibçəyi  ilanı» 
da  adlandırılar.  Tısbağa  və  digər  sürünənləri  qida  və  ya  evdə 
saxlamaq  məqsədilə  aparırlar.  Çin  üçcaynaqlısını  dəniz  səya­
hətçiləri  azuqə  kimi  özləri  ilə  götürərək  Havay  adalarına  ke­
çirmişlər.
30
downloaded from KitabYurdu.org


Bütün  Qərbi  Afrikada,  həmçinin,  Şimal-Şərqi  Afrikanın 
əksər  hissəsində  geniş  yayılan  adi  kələz,  həm  də  dam  sərçəsi 
kimi  insan  məskəni  və  həyatı  ilə  bağlı  olan  kolonistlər  kələzi 
(Agama agania)  adı  ilə  tanınır  (şəkil  8).  İnsanla  birgə  o,  məhv 
edilmiş təbii meşə sahələrinin əvəzində yaradılan iri  tropik kul- 
tura plantasiyalarına keçir.
Şəkil  8.  K ələzlərin yayılm a vilayətləri
Hemidactylus  cinsindən  olan  70-ə  dək  yarımbarmaq  gek- 
kon  Cənub-Şərqi  Asiya,  Afrika,  tropik  Amerika  ölkələrində, 
əksər okean adalarında və Cənubi Avropada geniş yayılmışlar. 
İnsan  məskənində sığınacaq  tapdıqlarından  onları ev  gekkon- 
ları adlandırırlar.  Yüz  illər  boyunca  onlar gəmilərdə dünyanın 
hər  yerinə  yayılmış  və  hazırda  bəzi  növlərin  vətəni  haqda  də­
qiq  fikir  söyləmək  olmur.  Xəzər  gekkonu  da  məhz  bu  yolla 
yaxın keçmişdə Tiflisə və Maxaçkalaya düşmüşdür. İnsan tərə­
findən  təsadüfən  və  ya  dənizdə  üzən  qırıntılarla  yayılan  bəzi 
kiçik ssinklər uzaq okean adalarında rast gəlinir.
Ablepharus cinsinin  nümayəndəsi  Buto  çılpaqgözü  (Ablep- 
harus  bontonii)  bir  tərəfdən  Avstraliyadan,  İndoneziyadan 
tutmuş sahil adaları ilə birgə Şərqi Afrikayadək,  digər tərəfdən
31
downloaded from KitabYurdu.org


Sakit  okean  adalarından  Cənubi  Amerikanın qərb sahillərinə- 
dək  nəhəng ərazini  tutur.  Bu  kiçik kərtənkələ unudulmuş oke­
an  riflərinin  və cılız vulkanik  adaların  az qala yeganə onurğa- 
lısı olub, dəniz səyahətçiləri tərəfindən təsadüfən ağac gövdələ­
ri üzərində bura gətirilmişdir.
Avropanın  dırmaşan  təlxələrindən  olan  Eskulap  ilanı  -  
Elaphe  longissima  (qədim  müalicə  allahının  şərəfinə  adlandırı­
lan)  yaxşı  tanınır.  Güman  edilir  ki,  eskulap  ilanının  müasir 
dövrdə  Avropada  yayılması  Romalıların  istilası  və  müstəmlə­
kəsi  dövründə baş vermişdir.  Romalılar bu  ilana ehtiramla ya­
naşır və özləri ilə daşıyırdılar.
Çuxurbaşlılar  (Crotalidae)  fasiləsindən  olan  Amerika  ni- 
zəbaş  ilanları  və  ya  botropslar  -   Bothrops  atrax  (Kaysaka  və 
ya  labariya)  bütün  Mərkəzi  Amerikada,  Argentinaya  qədər 
tropik  cənubi  Amerikada  və  Trinidad,  Tobako,  Sen-Lyüsi  və 
Martinik  adalarında  yayılmışlar.  Kiçik  Antil  adaları  qrupun­
dan  olan  2  mərkəzi  adaya  da  onların  necə  düşməsi  qəribədir. 
Onların  XIII  əsrdə  adalardan  gələn  hindlər  tərəfindən  yayıl­
dığı güman edilir.
Bataqlıq  tısbağası  {Emys orbicularis)  arealının  bir  çox  sa­
hələrində,  həmçinin  Azərbaycanda  irriqasiya  qurğuları  -   arx, 
kanal, su anbarlarında geniş yayılmışdır.
İstənilən  halda  heyvanların  əsas  yayılma  üsulları  ayrı-ayrı 
növlərin  arealının  əlverişli  şəraitdə  tədricən  genişlənməsi  nə­
ticəsində baş verir.
32
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə