Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə33/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   37

dae  və  Amphisbaenidae  fasilələrinin  nümayəndələri  və  Angui- 
dae  fasiləsindən  bəzi  növlər,  qurdabənzər ilanların  hər  iki  fasi­
ləsi,  Aniliidae  fasiləsinin  1  nümayəndəsi,  çox  sayda  suilanları, 
aspidlər,  çuxurbaşlı  gürzələr,  timsah və  kaymanlar  bu  ərazidə 
müəyyən edilmişlər.  Bu növlərin bir çoxuna  Şimali Amerikada 
da rast gəlinir.
Yuxarı  təbaşir  dövründən  Şimali  Amerikada  məlum  olan 
Testudo  cinsindən  olan  tısbağalar,  yumşaqdərili  tısbağalar 
(Trionyx)  Mərkəzi  Amerikada  (Panama  istisna  olmaqla)  yox­
dur.  Cənubi  Amerikada  təbaşir  dövründən  məlum  olan  yan- 
boyun  tısbağalar  (Pelomedusidae  və  Chelydae)  da  qeydə  alın­
mayıb.  Mərkəzi  Amerikada  ən  çox  rast  gəlinən  kərtənkələlər­
dir.  Mərkəzi  Amerikanın  bəzi  iquana  və  gekkonları,  görünür 
Cənubi  Amerikadan  buraya  gəlmişlər,  digərlərinin  isə  şimal­
dan yayıldığı ehtimal edilir (onlardan bəziləri aşağıda verilib).
Mabuya cinsi daxil olmaqla Mərkəzi Amerika ssinklərinin 
oraya  Atlantik  okeandan,  digər  2  cinsin  isə  şimaldan  gəldiyi 
güman  edilir.  Şimali  və  Cənubi  Amerikada  olduğu  kimi  M ər­
kəzi Amerikada  da,  Anguidae fasiləsinin  növlərinə rast  gəlinir. 
İlanlardan  Mərkəzi  Amerikada  qurdabənzər  ilanların  hər  iki 
fasiləsi  və  Anilidae  fasiləsinin  lokal  (yerli)  cinsi  -   Loxocemus, 
Boidae  fasiləsinin  nümayəndələri  (əslən  Cənubi  Amerikadan 
olan),  çox sayda  Kolubridalar (onlardan bir qisminin  Cənubi, 
digərlərinin  isə  Şimali  Amerikadan  Mərkəzi  Amerikaya  gəl­
dikləri  ehtimal  olunur),  həmçinin  şimalda  törəyən  aspidlər  və 
çuxurbaşlı gürzələr rast gəlinir. Timsahlardan  Mərkəzi Ameri­
kaya vaxtı  ilə şimaldan gələn Crocodylus cinsi və Cənubi Ame­
rikadan olan müasir kaymanlar yayılmışlar.
Mərkəzi  Amerikanın  herpetofaunasını  analiz  etmək  üçün 
Meksika və ABŞ-ın cənub-qərb hissəsinin ona söykənən ərazi­
nin  reptililərini  yada  salmaq  lazımdır,  çünki  bu  rayonlar  eyni 
keçici -  relikt ərazinin hissələridir.
Mərkəzi  Amerika  və  Meksika  herpetofaunası  3  cəhəti  ilə
116
downloaded from KitabYurdu.org


diqqətəlayiqdir:  o  keçicidir,  rəngarəngdir  və  çox  sayda  relikt 
formalardan  təşkil  olunub.  Bu  fauna  tipi  Cənubi  Amerika 
faunasından,  xüsusilə  də  kərtənkələlərin  müxtəlifliyinə  görə 
zəngindir.
Dermatemydidae,  Staurotypinae  və  Gopherus  cinslərindən 
olan tısbağalar  Mərkəzi Amerika və  Meksikanın  məlum  relikt 
sürünənləridir
Cənubi  Amerikadan  şimala  yayılan  bir  qisim  sürünənlər 
tropik zonanın  sərhədində  və ya ona  yaxın  ərazilərdə  (Cənubi 
Meksika)  dayanır.  Bu,  yayılmanın  adi  forması  olub,  adətən 
tropik  qrupların  şimal  yarımkürəsinin  mülayim  zonasına  qə­
dər çatsa da, daxilə keçmir.
117
downloaded from KitabYurdu.org


SÜNİ  ŞƏRAİTDƏ  HƏYAT
Süni şəraitdə yetişdirilmə (artırılma)
İyirminci  yüzilliyin  60-cı  illərindən  «Terrariumçu»ların 
canlanması  vüsət  alıb.  Bu,  həvəskar  terrariumlarında  saxla­
nılmaq  üçün alman  bir  çox reptililərin  bazarlara çıxarılmasına 
səbəb  oldu.  Əksər  reptili  növləri  terrariumlara  yaxşı  uyğunla­
şır və hətta son yaş həddinədək ömür sürürlər.
Terrariumçuların  ən  sevimli  obyekti  -   Aralıqdənizi  tıs­
bağasıdır.  O,  qeyri-tələbkar  olub,  yem  və  istilik  bolluğunda 
100  ilədək  yaşaya  bilir.  Lakin  antropogen  landşaftda,  insanla 
qonşuluq etdiyi ərazilərdə onlar bu yaşa gəlib çatmırlar.
Kərkəs  tısbağa  (Macroclemys  temmincki)  süni  şəraitdə  on 
illərlə  yaşaya  bilər.  Bu  növün  59  il  yaşayan  nümayəndəsi  mə­
lumdur.  Üfunətli  (muşk)  tısbağa  (Sternothecus  odoratus)  süni 
şəraitdə 23 ilədək yaşayır.  Bataqlıq tısbağaları terrarium şərai­
tində  adətən  25-30  il  yaşayır,  amma  120  il  ömr  sürən  nümay­
əndələri  olub.  Nəhəng  ispolin  tısbağası  ( Testudo  gigantea) 
xüsusilə  uzunömürlüdür.  Yaşlı  fərdlərin  tutulduqdan  sonra 
hələ  150 il də süni şəraitdə yaşaması halları məlumdur.
tri  iquana  və  varanlar  20-30,  hətta  50  il  də  süni  şəraitdə 
yaşaya bilirlər.  Adi  su ilanı süni şəraitdə yeni mühitə tez alışır, 
ələ tez öyrəşir və yem qəbul edir,  lakin  içmək və çimmək  üçün 
suya  ehtiyacı  olur.  Bəbiri  təlxə  (Elaphe  situla)  süni  şəraitə  ra­
hat uyğunlaşır,  onun  terrariumda 23  il  yaşaması  haqda  məlu­
mat  vardır.  Amur  təlxəsi  (Elaphe  sehrenki)  terrariumda  yaxşı 
yaşayır və insana tez öyrəşir.
Yatağanlar  süni  şəraitdə  10-23  il,  anakonda  5-6  il,  bəzən 
hətta  28  ilədək yaşaya  bilirlər.  Eryx cinsindən  olan yatağanlar 
da süni şəraitə tez alışır və 20 il ömr sürürlər.  Bəzi şüalı ilanlar, 
məsələn  Xenopeltis  unicolor,  13  ilədək  süni  şəraitdə  yaşayır. 
Qabarıqburun  gürzə  ( Vipera ammodytes) də qeyri  təbii  şəraitə
118
downloaded from KitabYurdu.org


tez alışır.  Bu  halda onlar  həm ölü,  həm də canlı qida qəbul et­
məyə öyrəşir.  Bəzi nümayəndələri 22 ilədək yaşamışlar.
Zəncirli  gürzələr  ( Vipera  russelı)  terrariuma  asanlıqla  öy­
rəşir, nə ölü nə də canlı yemdən imtina etmir.  Əlverişli şəraitdə 
cütləşir və nəsil verir.
Ağ-qara  kobra  (Naja  melanoleuca)  qeyri-təbii  şəraitdə 
ilanlar  arasında  rekord  vuraraq  29  il  yaşamışdır.  Rombvari 
gürzə  (Causus  rhombeatus)  süni  şəraitdə  qurbağa  və  siçanları 
yeməklə  rahat  dolanır.  Rinxokalamusun  quma  basdırılmağa 
meyli  olsa  da,  süni  şəraitə  pis  öyrəşmir.  Onlar  həvəslə  qarışqa 
sürfələrini və pupları,  bəzən kiçik  məryəmqurdunu yeyir,  suyu 
çox  içir.  Misir kobrası  tez alışmaqla, dərhal  qidalanmağa  baş­
layır.  Fələstin  gürzəsi  (Pseudocerates fıeldi)  də  süni  şəraitdə 
rahat yaşayır və çoxalır.
Missisipi  alliqatorunun  (Alliqator  mississippiensisı)  süni 
şəraitdə ömrü rekord həddə -  85 ilə çatır.
Süni  şəraitdə  yetişdirmə  -   nadir  və  nəsli  kəsilməkdə  olan 
reptililərin  genofondunun  qorunması  yolunda  atılan  addım­
lardan biridir.
Zooloji  parkların  Beynəlxalq  illik  nəşrində  {International 
Zoo  Yearbook)  bir  çox  ölkələrdə  amfibi  və  reptililərin,  o 
cümlədən  lUCN-nin  siyahısına  aid  növlərin  süni  artırılma  və 
yetişdirmə mərkəzlərinin yaradılması barədə məlumat verilir.
Cədvəl 9
Dünya zooparklarında çoxalan reptili növ və yarımnövlərinin sayı
Heyvan qrupları
İllər
1977
1978
1979
1980
1981
Tısbağalar
41(4)
52(7)
66(7)
43 (7)
57 (9)
Timsahlar
7(6)
14 ((9)
14(10)
12(11)
16(12)
Kərtənkələlər
84 (4)
81(2)
85 (3)
90 (6)
92 (4)
İlanlar
151(7)
130 (6)
164(11)
161  (7)
198(10)
Qeyd. 
M ö tə r iz ə d ə   B T M İ
 (
İ U C N )   -nin  q ırm ızı  k ita b ın a   d a x il e d ilm iş   n ö v­
lərin s a y ı  verilib
119
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə