Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə34/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   37

Cədvəldə  verilən  rəqəmlərdən  göründüyü  kimi  artırılan 
nadir  növlərin  sayı  o qədər də çox  deyildir,  lakin  perspektivdə 
istənilən reptili növünü süni şəraitdə artırmaq imkanları açılır.
Tətbiq  edilmiş  metodlar  cinsi  tsiklin  erkək  və  dişilərdə 
hormonal  stimullaşdırılmasından,  optimal  temperatur  rejimi­
nin  yaradılması,  cavan  və  yetkin  fərdlərin  rasional  yemləndi- 
rilməsindən,  ultrabənövşəyi  şüalanmadan,  kompüter texnolog­
iyasının  inkubasiya  dövrü  istifadəsindən  ibarətdir.  Gələcəkdə 
bəzi  nadir  və  nəsli  kəsilməkdə  olan  növləri,  əvvəlki  yaşama 
yerlərinə  real  reintroduksiya  etmək  imkanı  yaranacaq  və  bu 
onların tarixi areallarının bərpasına xidmət edəcək.
Reptililərin  reintroduksiyası,  amfıbilərdə  olduğu  kimi, 
adətən  spesifik  çətinliklərlə  üzləşməyəcək.  Təcrübələr  göstərir 
ki,  yalnız cavan  fərdlər  deyil,  hətta uzun  müddət süni  şəraitdə 
bəslənən  tısbağalar,  kərtənkələ  və  ilanlar  adətən  təbii  şəraitə 
tez  uyğunlaşır,  çoxalır  və  vaxt  keçdikcə  davamlı  artan  po- 
pulyasiyalar əmələ gətirirlər.
İntroduksiya  məqsədilə yetişdirmə aparıldıqda  təbiətə  bu­
raxılan heyvanların genetik təmizliyinə riayət olunur.
buynuzlu  zınqırovlu
saçaqayaqlı  kərtənkələ
ı ıquan
buynuzlu  kərtənkələ
kərtənkələ
omblu  zınqırovlu
120
downloaded from KitabYurdu.org


SÜRÜNƏNLƏRİN  MÜHAFİZƏ 
PROBLEMLƏRİ
Onların gələcəyinə qayğı
«Reptililər  -   Yerin  canlı  aləminin  ay­
rılmaz  hissəsidir.  Onların  məhvinə  yol 
vermək  -   bütün  canlı  təbiətlə  vidalaş­
mağa  bərabərdir.  Əgər  bu  baş  verərsə 
biz artıq əvvəlki insanlar ola bilmərik»
A.Karr
Görkəmli  herpetoloqa  məxsus  olan  bu  «monoloq»  sönən  təbiət 
haqda  çalınan  həyəcan  təbilidir.  Kitabın  bu  bölməsində A.Karrın  tə­
biətə  və onun tərkib hissəsi olan reptililərə qəlbdən gələn sevgisini əks 
etdirən fikirlərinə tez-tez istinad edəcəyik.
Bir  zaman  Yer  üzündə  hökmranlıq  edən  canlılar  qrupu 
məhz reptililər  olmuşdur.  Bəs  indi  necə,  onlardan  müasir  fau­
nanın  pgyına  nə qalıb?  Yalnız  3  əsas  qrupun  nümayəndələri  -  
tısbağalar,  ilan  və  kərtənkələlər,  timsahlar,  bir  də  demək  olar 
ki, məhv olmuş forma -  hatteriya.
A.Karr yazır ki,  150 milyon il davam edən  iqlim və geoloji 
dəyişikliklər  ərzində  bir  zaman  reptililərin  böyük  müxtəlifliyə 
malik  formaları 4 dəstəyə qədər azaldı. Ancaq  insana cəmi  bir 
neçə  yüz  il  bəs  etdi  ki,  sağ  qalmış  reptililərdən  çoxu  məhv  ol- 
sun».
Yer  üzündə  yaşayan  sürünənlərin  əksər  qrupları  uzaq 
keçmişdə  məhv  olmuşlar.  Bu  prosesin  izahı  Darvinin  məhv 
olma  konsepsiyasında  verilmişdir.  Ç.Darvinə  görə  müxtəlif 
heyvan  növü  və  qruplarının  Yer  üzündən  yoxa  çıxması,  rəqa­
bət  nəticəsində  təkmilləşmiş  nəslin  nümayəndələrinin  tədricən 
daha  az  uyğunlaşmış  əcdadlarını  sıxışdırması  nəticəsində  baş 
vermişdir. Əlbəttə ki, landşaftın və formalaşmış müasir coğrafi
121
downloaded from KitabYurdu.org


zonaların  dəyişilməsinə səbəb olan  mühit  şəraitinin tez və kəs­
kin dəyişilməsi də bu prosesə öz təsirini göstərmişdir. Ona görə 
reptililərin  məhvi  təbii səbəblərlə əlaqələndirilir və təbii fəlakə­
tin  nəticəsidir.
Tarixən  qarşılıqlı  olan  insan-reptili  arasında əlaqələr əhə­
miyyətli dəyişkənliyə uğramışdır.  Əvvəllər insan üçün sürünən­
lərin  əhəmiyyəti  böyük  olmuş,  aralarındakı  əlaqə  ekoloji  xa­
rakter daşımışdır. Tədricən insanın  təbiətə və reptililərə təzyiqi 
də artmış və illər ötdükcə daha neqativ xarakter daşımışdır.
Digər onurğalılar arasında hər kəs tərəfindən təqib olunan 
ilanlar, artan sürətlə Yer üzündən yox olmağa başlamışdır.
İngiltərənin  teleyayım  şirkəti  ən  sevimli  və  ən  xoşagəlməz 
heyvanlar haqda 4-14 yaşlı uşaqlar arasında sorğu aparmışdır. 
Uşaqların  ən  çox  sevmədiyi  heyvanlar  arasında  birinci  yeri 
ilanlar tutmuşdur.  Ümumi antipatiyadan savayı, onlar biotop- 
larm  qurudulmasından,  təbii  bitki  örtüyünün  yaşamaq  üçün 
yararlı  olmayan  süni  bitkilərlə  əvəz  olunmasından,  ilanların 
yemini  təşkil  edən  kiçik  heyvanların  ölümü  ilə  nəticələnən  zə­
hərli  kimyəvi  preparatların  istifadəsindən,  avtoyallardan  və 
nəhayət birbaşa öldürülməkdən  əziyyət çəkirlər.  Əksər yaşayış 
məntəqələrində  reptililərə xas  biotoplar  (yaşama  yerləri)  kənd 
təsərrüfatı kulturaları ilə tutulmuşdur.
Tropik  regionun  urbanizasiyaya  uğradığı  ərazilərdə  bəzi 
reptililər  insanla  qonşuluğa  uyğunlaşmış  və  onları  mühafizə 
etməyə  ehtiyac  yoxdur.  Onları  sinantrop  növlər  adlandırırlar. 
Bu,  əsasən  müxtəlifliyə  malik  və  çoxsaylı  gekkonlar,  ssinklər, 
kələzlər,  iquana  və  xırda  su  ilanlarıdır.  Lakin  urbanizə  olun­
muş  ərazilərin  sürünənlərinin  böyük  əksəriyyəti,  yaşayış  mən­
təqələri  və  şəhərlərdə  antropogen  təzyiqə  məruz qalaraq  sıxış- 
dırılırlar.
Müxtəlif  ölkələrdə  amfibi  və  reptililərin  mühafizəsi  üçün 
refuqial  biotoplar  (qorunan  şəhər  parkları,  həyətyanı  sahələr 
və qəbiristanlıqlar) mövcüddur (Darevskiy,  1988).  Əksər repti-
122
downloaded from KitabYurdu.org


lilər  üçün  belə  biotoplar  sonuncu  sığınacaq  -   «həyat  küncü» 
ola bilər.
Bizim  ölkəmizdə  aralıqdənizi  tısbağası,  Xəzər  nazikbar- 
maq  gekkonu,  koramal,  zolaqlı  kərtənkələ,  əlvan  təlxə  insan 
yaxınlığından  qaçmırlar.  Bu yerdə  mütləq  qeyd  edilməlidir  ki, 
insan  reptililəri cəlb etməmişdir,  sadəcə  onların  yaşama  ərazi­
ləri insanlar tərəfindən «tutulduğundan» sürünənlər bu qonşu­
luğa hələ ki, dözürlər.
Canlı  təbiətin  mühafizəsinə  dair  müasir  strategiya,  yalnız 
nadir  və  nəsli  kəsilməkdə  olan  növlərin  deyil,  həm  də  praktik 
əhəmiyyətindən  asılı  olmayaraq  bütün  növlərin  qorunmasına 
yönəlib.  Hər  növ  təkrarolunmaz  genofonda  malik  olmaqla, 
biogeosenozda  mürəkkəb  və  bəzən  hissolunmaz  qarşılıqlı 
münasibətlərin təbii halqasıdır.
Müasirlərimizdən  olan  məşhur  humanist  Albert  Şveytse- 
rin təyinatına görə «həyatın qorunmasına və inkişafına xidmət 
edən  -  xeyir, onu  məhv  edən  və ya ona  mane  olan  isə  şərdir». 
Həqiqətən  də,  insan  o  halda  əxlaqlıdır  ki,  kömək  edə  bildiyi 
halda  istənilən  həyatı  xilas  etmək  və  hər-hansı  canlıya  xətər 
yetirməkdən  özünü  saxlamaq  üçün  daxildən  gələn  niyyətinə 
tabe olur.
Heyvanların  mühafizəsi  üçün  qoruqlar,  yasaqlıqlar,  milli 
parklar  təşkil  olunur  və  yaradılır.  Sürünənlər  üçün  xüsusi  qo­
runan  təbiət  ərazilərinin  yaradılması  böyük  ərazilər  tələb  et­
mir.  Məlumdur  ki,  kilometrlərlə  məsafəyə  uzaq  miqrasiyalar 
yalnız  dəniz  tısbağaları  və  ilanlar  üçün  xarakterdir.  Nisbətən 
geniş,  əsasən qida  axtarışı  ilə yerdəyişmələr varan,  ilan və tim­
sahlar  üçün  xarakterdir.  Kiçik  kərtənkələ,  ilan  və  tısbağalar 
(onlar  isə  əksəriyyətdir)  ömür  boyu  yüz,  bəzən  hətta  onlarla 
kvadratmetrdən artıq olmayan sahədən kənara çıxmır.  Bir çox 
hallarda  bəzi  sürünənlərin  mühafizəsi  üçün  növə xas  biotopun 
cəmi  bir  neçə  yüz  kvadratmetrdən  sahəsini  qorumaq  kifayət 
edir.  Nadir  növlərin  mühafizəsi  üçün  məhz  belə  rezervatların
123
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə