obyektlərin və proseslərin modelləşdirilməsində regional elmin nəticələrindən istifadə olunur. Onun «Regional təhlil
metodları» (1966) kitabı rus dilində də cap edilmişdir.
Qeyd etmək lazımdır ki, gostərilən irəliləmələrə və yuksəlişlərə baxmayaraq nə determinizm, nə ekoloji
coğrafiya, nə bixeviorizm, nə sosial fizika, nə də regional analiz coğrafiyanın butovluyunu və birliyini təmin edə
bilmişdir. Qərbin gənc mutərəqqi coğrafiyacılarından V.Bunqe, D.Harvey və b. coğrafiya elmindəki muəyyən
gərginliyi aradan qaldırmaq ucun yeni nəzəriyyələr axtarmağa başladılar.
Muasir coğrafiyanın vəziyyəti bir qrup radikal və «solcu» coğrafiyacılar tərəfindən kəskin tənqid edilir. Bu tənqid
zamanı kecmiş Sovet İttifaqında yaranmış sovet coğrafiyasına da toxunulur. Radikal coğrafların əksər əsərləri mutərəqqi
və konstruktiv xarakterlidir. Məsələn, fəlsəfi aspektdə yazdığı «Coğrafiyada elmi anlayış» əsərində Harvey aydın gostərir
ki, burjua coğrafiyasında məntiqə əsaslanan mustəqil nəzəriyyə yoxdur. O, fəlsəfəyə, məntiqə, riyazi məntiqə,
tipologiyaya, ehtimal nəzəriyyəsinə və s. elmlərə istinad edərək calışmışdır ki, coğrafiyanı cətin vəziyyətdən qurtarsın.
Bunun ucun nəzəri movqeyə əsaslanaraq dərin elmi təhlillər aparmış və tamamilə yeni metodlardan istifadə etmişdir ki,
onların da coğrafiyada boyuk əhəmiyyəti vardır. Harveyin əsaslandığı fəlsəfi baxışlar onu bəzi idealizmə yuvarlatsa da,
butovlukdə materialist konsepsiyaya istinad etmişdir.
Qərb olkələrində realist istiqamətli və qiymətli əsərlərin bəziləri rus dilinə tərcumə olunmuşdur. Bunlardan
A.Bolinininin «Şimali Amerika», O.Sneytonun «Hindistan və Pakistan», P.Cemenin «Latın Amerikası»,
R.Karroi Cercinin «Afrika» əsərləri gostərilə bilər.
XX əsrin 80-ci illərində Qərbi Avropada coğrafiya elminin inkişafının ətraflı təhlilini verən iki fundamental
əsər rus dilində cap olunmuşdu. Bunlardan biri R.C.Constonun sosial coğrafiyanın inkişafına həsr etdiyi
«Coğrafiya və coğrafiyaşunaslar» (M.1987) və ikinci K.Qriqorinin fiziki coğrafiyanın təhlilini verdiyi «Coğrafiya
və coğrafiyaşunaslar» (M.1988) əsərləri idi.
R.C.Conston oz əsərində ingilis-amerikan sosial coğrafiyasının inkişafının geniş və əhəmiyyətli bir dovrunun –
1945-1980-ci illərin aydın mənzərəsini gostərmişdir. İkinci Dunya muharibəsindən sonra dunyanın siyasi xəritəsində
və ayrı-ayrı olkələrin iqtisadi və intellektual həyatında əsaslı donuş yaranır. Bu donuş tədricən coğrafiya elmində
yeni istiqamətlərin təşəkkul tapmasına təkan verir.
Təqdirəlayiq istiqamətlərdən biri Qərbi Avropa universitetlərində coğrafiya elminin mustəqil tədrisinə
başlanması və onun mutəxəssislər tərəfindən oyrənilməsi olmuşdur. 1874-cu ildə Almaniyada coğrafiya fakultələri
təşkil olunur, az sonra isə Boyuk Britaniya və ABŞ bu numunəyə əməl edirlər. Beləliklə, universitet strukturlarında
ozunə yer tutan coğrafiya «klassik dovrundən» cıxaraq tamamilə yeni muasir bir dovrə qədəm qoyur.
Coğrafiya tarixcisi T.Firmen ozunun ingilis dilində yazdığı «Coğrafiyanın yuz ili» kitabında Qərbdə coğrafi
ideyaların inkişafını altı əsas istiqamətə ayırmışdır.
1. Dunya, o cumlədən Qərbi Avropa və Şimali Amerika əhalisinə az tanış olan yerlər haqqında məlumatlar əldə
edilməsilə bağlı olan ensiklopediya istiqaməti.
2. Universitetlərdə, gimnaziyalarda və məktəblərdə coğrafi biliklərin əhəmiyyətini qeyd edən və onun
yayılmasını təmin edən pedaqoji istiqamət.
3. «Mustəmləkə istiqaməti». Coğrafi əmək bolgusunun və dunya bazarının genişləndirilməsi məsələləri
mustəmləkələr haqqında geniş informasiya toplanmasını və bununla bağlı coğrafi tədqiqatların genişləndirilməsini
tələb edirdi.
4. «Ensiklopediya və mustəmləkə» istiqamətlərindən daxil olan informasiyaları təhlil edən generalizə
(umumiləşdirilmə) istiqaməti.
5. Siyasi istiqamət coğrafi ekspertizalardan siyasi rəhbərlik və idarəetmə səviyyəsində istifadə etməyin muasir
usullarını əhatə edir.
6. İxtisaslaşma istiqaməti həddən artıq geniş biliklərin toplanmasına və onların bir elm daxilində oyrənilməsinə
mumkun olub olmamasına cavab olaraq yaranmışdır. Əvvəllər alimlər ozlərinin hərtərəfli ensiklopedik bilikləri ilə
secilirdilər. Lakin yeni dovrdə nəşr olunan əsərlərin sayının həddindən cox artması, tədqiqat usullarının
murəkkəbləşməsi və kadrların hazırlanması coğrafiya elmi daxilində ixtisaslaşma aparılmasını tələb edirdi. Belə
ixtisaslaşma birinci coğrafiyanın ozundə və onun daxili bolgulərində həyata kecirildi. İxtisaslaşmanın ozu isə
muəyyən problemin həllinə və yaxud Yer səthinin ayrı-ayrı regionlarına daha cox diqqət yetirilməsinə gorə
aparılırdı. İngiltərənin coğrafiyaşunaslarının boyuk əksəriyyəti fiziki və sosial coğrafiyanın umumi və yaxud
regional problemləri uzrə ixtisaslaşırdılar.
Dovrun tələbindən asılı olaraq gah umumi və gah da regional coğrafi tədqiqatlara
ustunluk verilirdi. R.Constonun kitabının leytmotivlərindən biri də bizim elmdə nəzəri bazanın axtarışlarının gətirib «kəmiyyət
inqilabına» – riyazi coğrafiyaya, modelləşdirməyə cıxarması olmuşdur. Coğrafiyada metodologiya əvəzinə riyazi metodların
tətbiq olunması isə getdikcə sosial coğrafiyanı rəqəmlər və metodlarla verilmiş «quru» elmlər sırasına endirirdi və muasir riyazi
bilikləri olmayanlar artıq coğrafiya jurnallarını və əsərlərini oxuya bilmirdilər. Ona gorə də 70-ci illərdə sahə (ərazi) elmlərində
geniş tətbiq olunan «kəmiyyət inqilabi» usulu kəskin tənqid olunmağa başlandı. Sosial coğrafiya topladığı informasiya
materiallarını yeni texnologiyanı – komputer və displeyləri geniş tətbiq etməklə oz movqeyini qoruyub saxlaya bildi. Bu
istiqamətdə Coğrafi İnformasiya Sistemlərinin (CİS) yaradılması mustəsna rol oynadı.
Sosial coğrafiya elminin ictimai movqeyi, ona verilən muxtəlif istiqamətli sifarişlərin artması ilə bağlı olaraq
xeyli mohkəmlənmişdir.
Bu elmin regional planlaşdırma və tarazlı (dayanaqlı) inkişafın səmərəli təşkil olunmasında, siyasi coğrafiyanın
əhatəli problemlərinin həllində iştirakı cox əhəmiyyətlidir.
C.Constonun sosial coğrafiya sahəsində apardığı geniş tədqiqatları tamamlamaq məqsədilə ingilis-amerikan fiziki-
coğrafiya elmində baş verən axtarışları umumiləşdirmək məqsədilə K.Qreqorinin yuxarıda adı cəkilən monoqrafiyası
(«Coğrafiya və coğrafiyaşunaslar»), nəşr olunmuşdur. Burada gostərilirdi ki, fiziki coğrafiyada hokm surən sadə təsviri