yanaşma XX əsrin ortalarına yaxın artıq oz imkanlarını tukətmişdir və onu əvəz edən struktur və proseslərin qarşılıqlı
əlaqə şəklində oyrənilməsi dovru gəlmişdir. Yalnız bu yolla fiziki coğrafiyada baş verənləri duzgun səhmana salmaq
mumkundur.
Muəllif fiziki coğrafiyanın və onun əsas sahələrinin – geomorfologiya, iqlimşunaslıq, hidrologiya, torpaq və bitki
coğrafiyasının nəzəri platformalarının birləşdirilməsi tezisinin vacibliyini irəli surur. Muasir fiziki coğrafiyada
geomorfologiyanın xususilə, tətbiqi geomorfologiyanın Qərbdə aparıcı istiqamət olduğu və daha cox alimin bu sahədə
calışdığı gostərilir. Elə Qreqorinin ozu də kitabında geomorfologiya elminin problemlərinə onəmli yer ayırır. Fiziki
coğrafiyanın uc istiqamətinin: kəmiyyət təhlili, xronologiya və muxtəlif proseslərin oyrənilməsinə ustunluk verilir.
Xronoloji istiqamət təbiət hadisələrinin yaşını və təbii proseslərin dinamikasının tədqiqini əhatə edir. Muəllif bu istiqamət
uzrə Qərbdə cıxan ədəbiyyatın geniş təhlilini verir.
Ətraf muhitə antropogen təsirin mustəqil quvvə kimi oyrənilməsi coğrafiya elminin hər iki qolunun – fiziki və
iqtisadi coğrafiyanın maraqlarını yaxınlaşdırır. Lakin bununla belə həmin məsələlərin murəkkəbliyi nəzərə alınaraq
elmlərarası tədqiqatların aparılması inkar edilmir. Gələcəkdə bu elmlərin ixtisaslaşdırılmasını dərinləşdirmədən tərəqqiyə
nail olmaq qeyri-mumkundur. Ona gorə də praktiki həyat qabağa baxmağı, təbii proseslərin proqnozlaşdırılmasına və idarə
olunmasına doğru irəliləməyi tələb edir.
Kitabda daha sonra geosistem anlayışından landşafta kecidlə bağlı cətinliklərdən, təkamul nəzəriyyəsinin fiziki
coğrafiyanın inkişaf yolunu muəyyənləşdirməsindəki rolundan, V.M.Devisin geomorfologiyasının dovruluk
konsepsiyasından danışılır.
Relyefin dovrululuyunu oyrənmək ucun secilmiş ərazilərin unikal xususiyyətlərinin fiziki-coğrafi tədqiqatlara guclu
təsir gostərməsi haqqında kitabda maraqlı faktlar gətirilir. Gostərilir ki, Boyuk Britaniya və ABŞ ərazilərinin geniş sahədə
meşələr və umumiyyətlə təbii bitkilərlə kasıb olması bu olkələrin fiziki coğraflarının muxtəlif xarakterli hadisələrin birgə
yayılması faktına az diqqət yetirmələrinə səbəb olmuşdur. Bunun əksinə olaraq həmin olkələrdə antropogen landşaftın
cılpaqlığı birinci novbədə geomorfoloji tədqiqatların aparılmasına əlverişli şərait yaratmışdır.
Yerin təbiətinin oyrənilməsində, universal qanunauyğunluqların aşkar edilməsində, fiziki coğrafiya elmində
toplanmış informasiyadan birgə istifadə olunmasında beynəlxalq əmək bolgusunun səmərəliliyinin
yuksəldilməsində K.Qreqorinin əsərinin boyuk əhəmiyyəti olacağına inanırıq.
Son illər Turkiyə Respublikası ilə əlaqələrin genişlənməsi coğrafi ədəbiyyatların mubadiləsinə musbət təsir
gostərmişdir. Əldə olan belə kitablardan Erol Tumerekin «İqtisadi coğrafiya» (İstanbul 1994) və Həyat Doğanın
«Turkiyənin iqtisadi coğrafiyası»dır (İstanbul 1995).
Ozunun fundamental monoqrafiyasında Erol Tumerek coğrafiya elminə aid Qərbi Avropa və Turkiyə alimlərinin
fikirlərini umumiləşdirir və onun muasir həyatın iqtisadi, siyasi və sosial problemlərin həllində fəal iştirakını gostərir.
Onun fikrincə, iqtisadi coğrafiya «Yer uzərində muxtəlif iqtisadi malların harada istehsal edilməsi imkanlarının olub-
olmamasını, təcili lazım olduqda haradan tapa biləcəyini həll edən elmdir. Qısa desək, iqtisadi coğrafiya insanın həyat
fəaliyyəti ilə məşğul olan elmdir».
Həyat Doğanayın iri həcmli dərsliyində (650 səh.) Turkiyə təsərrufatının butun sahələrinin coğrafiyası geniş
şəkildə əks olunmuşdur. Olkənin kənd və meşə təsərrufatı, dağ – mədən və sənaye sahələri, nəqliyyat və s.
Coğrafiyası cox boyuk dəqiqliklə verilmişdir. Butun coğrafi təsvirlər məzmunlu xəritələr, diaqramlar və cədvəllərlə
muşayiət olunur. Son zamanlar dunya coğrafiyasında ekoloji problemlərin həlli diqqət mərkəzinə cəkilmişdir. Bu
problemin həllində insanın başqa canlılarla qarşılıqlı munasibəti muhum yer tutur. İnsanların bir-birilə qarşılıqlı
munasibətləri də ekologiyanın tədqiqat obyektinə aiddir. İnsanların muxtəlif xəstəlikləri bir-birilərinə yoluxdurması
məsələləri tibbi və bioloji cəhətdən oyrənilir. Bir sıra alimlər insanlar arasındakı xarakterik ekoloji munasibətlərə movcud
olan istehsal, etnik və milli xususiyyətləri, də daxil edirlər. Hətta onlar insan ekologiyası məsələlərini şəhərlərin milli
xususiyyətləri və həyat tərzi əlaqələndirirlər. Onlar ucun ekoloji proseslərin hansı cəmiyyətdə baş verməsinin fərqi yoxdur.
Elə bixeviorizm də insanın rəftarının bioloji koklərini axtarır, lakin insan rəftarının sosial şəraitdən və sinfi munasibətdən
asılılığını qəbul etmir.
Bununla belə bixeviorizm sahəsində insan ekologiyasına dair yazılmış bir sıra qiymətli əsərlərdən istifadə etməklə
coğrafiyacılarımız oz tədqiqatlarını xeyli zənginləşdirə bilərlər. Məsələn, yuxarıda yaradıcılığı ilə tanış olduğumuz
U.Ayzardın rəhbərliyi altında bir qrup coğrafiyacıların hazırladıqları «Regionların inkişafı ucun ekoloji və iqtisadi analiz»
adlı kitab 1972-ci ildə nəşr olunmuşdur. Bu əsərdə Kinqston korfəzinin ekoloji və iqtisadi əlaqələrini kompleks oyrənmək
ucun xeyli hesablamalar aparılmışdır. Bu məlumatlar yeni texniki hesablama vasitələri tətbiq edilməklə
umumiləşdirilmişdir. Kitabda profilli xəritələrdən də geniş istifadə edilmişdir. Burada verilən bir sıra qiymətli və musbət
nəticələr konstruktiv coğrafiyanın inkişafı ucun də xeyli əhəmiyyətli olmuşdur. Burada hazırlanıb tətbiq edilmiş yeni
metodlar, hesablamalar bizim ucun qiymətli numunə ola bilər.
Bu və ya digər musbət coğrafi mulahizələri hazırlamaq və nəzərə almaq ucun dunya coğrafiyacılarının birgə
elmi əməkdaşlığından geniş istifadə etmək lazımdır. Dunya coğrafiyaşunaslarının əməkdaşlığı ilə bu və ya digər
musbət coğrafi mulahizələri toplayıb konstruktiv coğrafiya haqqında konkret, vahid bir fikrə gəlmək olar.
XX əsrin 80-ci illərindən sonra insan həyatı ucun boyuk əhəmiyyət kəsb edən təbii sistemlərin kəskin şəkildə tənəzzulə
uğraması, ekoloji cəhətdən fəlakətli rayonların sayının coxalması bəşəriyyəti guclu narahat etməyə başladı. Bunları aradan
qaldırmaq məqsədilə qlobal xarakterli yeni layihələr, proqramlar hazırlamağa başladılar. Belə proqramlardan biri Norvecin Baş
Naziri xanım Brundtlandın rəhbərliyi altında hazırlanan ətraf muhit və inkişafı əhatə edən «Bizim umumi gələcəyimiz» adlı
proqram idi. Bu proqram bəşəriyyətin təhlukəsizliyinin təmin olunmasının muxtəlif aspektlərini əhatə edirdi. Orada gostərilirdi
ki, iqtisadiyyat insanların tələbatını, arzu və istəklərini təmin etməlidir. Lakin onun inkişafı planetimizin ekoloji imkanlarına
uyğun gəlməlidir. Bu uyğunluğu elmi cəhətdən duzgun əks etdirən «dayanaqlı inkişaf» termini ilk dəfə olaraq həmin proqramda
işlədilmişdir. Umumi halda bu termin adı altında bəşəriyyətin elə inkişafı nəzərdə tutulur ki, o həm indiki insan nəsillərinin
ehtiyaclarını odəyə bilsin və həm də gələcək nəsillərin tələbatının odənilməsini təhlukə qarşısında qoymasın.