Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə36/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   65

yanaşma  XX  əsrin  ortalarına  yaxın  artıq  oz  imkanlarını  tukətmişdir  və  onu  əvəz  edən  struktur  və  proseslərin  qarşılıqlı 

əlaqə  şəklində  oyrənilməsi  dovru  gəlmişdir.  Yalnız  bu  yolla  fiziki  coğrafiyada  baş  verənləri  duzgun  səhmana  salmaq 

mumkundur.  

Muəllif  fiziki  coğrafiyanın  və  onun  əsas  sahələrinin  –  geomorfologiya,  iqlimşunaslıq,  hidrologiya,  torpaq  və  bitki 

coğrafiyasının  nəzəri  platformalarının  birləşdirilməsi  tezisinin  vacibliyini  irəli  surur.  Muasir  fiziki  coğrafiyada 

geomorfologiyanın  xususilə,  tətbiqi  geomorfologiyanın  Qərbdə  aparıcı  istiqamət  olduğu  və  daha  cox  alimin  bu  sahədə 

calışdığı  gostərilir.  Elə  Qreqorinin  ozu  də  kitabında  geomorfologiya  elminin  problemlərinə  onəmli  yer  ayırır.  Fiziki 

coğrafiyanın  uc  istiqamətinin:  kəmiyyət  təhlili,  xronologiya  və  muxtəlif  proseslərin  oyrənilməsinə  ustunluk  verilir. 

Xronoloji istiqamət təbiət hadisələrinin yaşını və təbii proseslərin dinamikasının tədqiqini əhatə edir. Muəllif bu istiqamət 

uzrə Qərbdə cıxan ədəbiyyatın geniş təhlilini verir.  

Ətraf  muhitə  antropogen  təsirin  mustəqil  quvvə  kimi  oyrənilməsi  coğrafiya  elminin  hər  iki  qolunun  –  fiziki  və 

iqtisadi  coğrafiyanın  maraqlarını  yaxınlaşdırır.  Lakin  bununla  belə  həmin  məsələlərin  murəkkəbliyi  nəzərə  alınaraq 

elmlərarası tədqiqatların aparılması inkar edilmir. Gələcəkdə bu elmlərin ixtisaslaşdırılmasını dərinləşdirmədən tərəqqiyə 

nail olmaq qeyri-mumkundur. Ona gorə də praktiki həyat qabağa baxmağı, təbii proseslərin proqnozlaşdırılmasına və idarə 

olunmasına doğru irəliləməyi tələb edir.  

Kitabda daha sonra geosistem anlayışından landşafta kecidlə bağlı cətinliklərdən, təkamul nəzəriyyəsinin fiziki 

coğrafiyanın  inkişaf  yolunu  muəyyənləşdirməsindəki  rolundan,  V.M.Devisin  geomorfologiyasının  dovruluk 

konsepsiyasından danışılır.  

Relyefin dovrululuyunu oyrənmək ucun secilmiş ərazilərin unikal xususiyyətlərinin fiziki-coğrafi tədqiqatlara guclu 

təsir gostərməsi haqqında kitabda maraqlı faktlar gətirilir. Gostərilir ki, Boyuk Britaniya və ABŞ ərazilərinin geniş sahədə 

meşələr və umumiyyətlə təbii bitkilərlə kasıb olması bu olkələrin fiziki coğraflarının muxtəlif xarakterli hadisələrin birgə 

yayılması  faktına  az  diqqət  yetirmələrinə  səbəb  olmuşdur.  Bunun  əksinə  olaraq  həmin  olkələrdə  antropogen  landşaftın 

cılpaqlığı birinci novbədə geomorfoloji tədqiqatların aparılmasına əlverişli şərait yaratmışdır.  

Yerin  təbiətinin  oyrənilməsində,  universal  qanunauyğunluqların  aşkar  edilməsində,  fiziki  coğrafiya  elmində 

toplanmış  informasiyadan  birgə  istifadə  olunmasında  beynəlxalq  əmək  bolgusunun  səmərəliliyinin 

yuksəldilməsində K.Qreqorinin əsərinin boyuk əhəmiyyəti olacağına inanırıq.  

Son  illər  Turkiyə  Respublikası  ilə  əlaqələrin  genişlənməsi  coğrafi  ədəbiyyatların  mubadiləsinə  musbət  təsir 

gostərmişdir. Əldə olan belə kitablardan  Erol Tumerekin  «İqtisadi coğrafiya» (İstanbul 1994) və Həyat Doğanın 

«Turkiyənin iqtisadi coğrafiyası»dır (İstanbul 1995).  

Ozunun  fundamental  monoqrafiyasında  Erol  Tumerek  coğrafiya  elminə  aid  Qərbi  Avropa  və  Turkiyə  alimlərinin 

fikirlərini  umumiləşdirir  və  onun  muasir  həyatın  iqtisadi,  siyasi  və  sosial  problemlərin  həllində  fəal  iştirakını  gostərir. 

Onun  fikrincə,  iqtisadi  coğrafiya  «Yer  uzərində  muxtəlif  iqtisadi  malların  harada  istehsal  edilməsi  imkanlarının  olub-

olmamasını,  təcili  lazım  olduqda  haradan  tapa  biləcəyini  həll  edən  elmdir.  Qısa  desək,  iqtisadi  coğrafiya  insanın  həyat 

fəaliyyəti ilə məşğul olan elmdir».  

Həyat  Doğanayın  iri  həcmli  dərsliyində  (650  səh.)  Turkiyə  təsərrufatının  butun  sahələrinin  coğrafiyası  geniş 

şəkildə  əks  olunmuşdur.  Olkənin  kənd  və  meşə  təsərrufatı,  dağ  –  mədən  və  sənaye  sahələri,  nəqliyyat  və  s. 

Coğrafiyası cox boyuk dəqiqliklə verilmişdir. Butun coğrafi təsvirlər məzmunlu xəritələr, diaqramlar və cədvəllərlə 

muşayiət  olunur.  Son  zamanlar  dunya  coğrafiyasında  ekoloji  problemlərin  həlli  diqqət  mərkəzinə  cəkilmişdir.  Bu 

problemin  həllində  insanın  başqa  canlılarla  qarşılıqlı  munasibəti  muhum  yer  tutur.  İnsanların  bir-birilə  qarşılıqlı 

munasibətləri  də  ekologiyanın  tədqiqat  obyektinə  aiddir.  İnsanların  muxtəlif  xəstəlikləri  bir-birilərinə  yoluxdurması 

məsələləri tibbi və bioloji cəhətdən oyrənilir. Bir sıra alimlər insanlar arasındakı xarakterik ekoloji munasibətlərə movcud 

olan  istehsal,  etnik  və  milli  xususiyyətləri,  də  daxil  edirlər.  Hətta  onlar  insan  ekologiyası  məsələlərini  şəhərlərin  milli 

xususiyyətləri və həyat tərzi əlaqələndirirlər. Onlar ucun ekoloji proseslərin hansı cəmiyyətdə baş verməsinin fərqi yoxdur. 

Elə bixeviorizm də insanın rəftarının bioloji koklərini axtarır, lakin insan rəftarının sosial şəraitdən və sinfi munasibətdən 

asılılığını qəbul etmir.  

Bununla  belə  bixeviorizm  sahəsində  insan  ekologiyasına  dair  yazılmış  bir  sıra  qiymətli  əsərlərdən  istifadə  etməklə 

coğrafiyacılarımız  oz  tədqiqatlarını  xeyli  zənginləşdirə  bilərlər.  Məsələn,  yuxarıda  yaradıcılığı  ilə  tanış  olduğumuz 

U.Ayzardın rəhbərliyi altında bir qrup coğrafiyacıların hazırladıqları «Regionların inkişafı ucun ekoloji və iqtisadi analiz» 

adlı kitab 1972-ci ildə nəşr olunmuşdur. Bu əsərdə Kinqston korfəzinin ekoloji və iqtisadi əlaqələrini kompleks oyrənmək 

ucun  xeyli  hesablamalar  aparılmışdır.  Bu  məlumatlar  yeni  texniki  hesablama  vasitələri  tətbiq  edilməklə 

umumiləşdirilmişdir. Kitabda profilli xəritələrdən də geniş istifadə edilmişdir. Burada verilən bir sıra qiymətli və musbət 

nəticələr  konstruktiv  coğrafiyanın  inkişafı  ucun  də  xeyli  əhəmiyyətli  olmuşdur.  Burada  hazırlanıb  tətbiq  edilmiş  yeni 

metodlar, hesablamalar bizim ucun qiymətli numunə ola bilər.  

Bu  və  ya  digər  musbət  coğrafi  mulahizələri  hazırlamaq  və  nəzərə  almaq  ucun  dunya  coğrafiyacılarının  birgə 

elmi  əməkdaşlığından  geniş  istifadə  etmək  lazımdır.  Dunya  coğrafiyaşunaslarının  əməkdaşlığı  ilə  bu  və  ya  digər 

musbət coğrafi mulahizələri toplayıb konstruktiv coğrafiya haqqında konkret, vahid bir fikrə gəlmək olar.  

XX  əsrin  80-ci  illərindən  sonra  insan  həyatı  ucun  boyuk  əhəmiyyət  kəsb  edən  təbii  sistemlərin  kəskin  şəkildə  tənəzzulə 

uğraması,  ekoloji  cəhətdən  fəlakətli  rayonların  sayının  coxalması  bəşəriyyəti  guclu  narahat  etməyə  başladı.  Bunları  aradan 

qaldırmaq məqsədilə qlobal xarakterli yeni layihələr, proqramlar hazırlamağa başladılar. Belə proqramlardan biri Norvecin Baş 

Naziri  xanım  Brundtlandın  rəhbərliyi  altında  hazırlanan  ətraf  muhit  və  inkişafı  əhatə  edən  «Bizim  umumi  gələcəyimiz»  adlı 

proqram idi. Bu proqram bəşəriyyətin təhlukəsizliyinin təmin olunmasının  muxtəlif aspektlərini əhatə edirdi. Orada gostərilirdi 

ki,  iqtisadiyyat  insanların  tələbatını,  arzu  və  istəklərini  təmin  etməlidir.  Lakin  onun  inkişafı  planetimizin  ekoloji  imkanlarına 

uyğun gəlməlidir. Bu uyğunluğu elmi cəhətdən duzgun əks etdirən «dayanaqlı inkişaf» termini ilk dəfə olaraq həmin proqramda 

işlədilmişdir.  Umumi  halda  bu  termin  adı  altında  bəşəriyyətin  elə  inkişafı  nəzərdə  tutulur  ki,  o  həm  indiki  insan  nəsillərinin 

ehtiyaclarını odəyə bilsin və həm də gələcək nəsillərin tələbatının odənilməsini təhlukə qarşısında qoymasın.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə