Tarazlı inkişaf ideyası BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda kecirilmiş ətraf muhit və inkişaf konfransında
daha da inkişaf etdirilmişdir. Həmin ideya iqtisadi, sosial və siyasi coğrafiyanın muxtəlif sahələrində geniş istifadə
olunur. Məsələn, regionların tarazlı inkişafı, tarazlı inkişaf və kənd təsərrufatı, tarazlı inkişaf və olkənin
təhlukəsizliyinin təmin olunması və s.
Rio-de-Janeyroda kecirilmiş konfransda planetimizin qlobal inkişaf problemlərini əhatə edən geniş kompleks
proqramlar qəbul olunmuşdur. Onlar beş əsas sənəddə əks olunmuşdur:
1) ətraf muhit və inkişaf;
2) dunya biliklərinin yaxın və uzaq perspektivlərini əhatə edən proqram;
3) meşələrin qorunması və bərpası;
4) bioloji muxtəliflik haqqında Konvensiya;
5) Yerin iqliminin dəyişməsi haqqında Konvensiya.
Yuxarıda gostərilən proqramların hazırlanması və həyata kecirilməsi bizim coğrafiya elminin XX əsrdə
qarşısında duran ən onəmli vəzifələrdəndir.
Qlobal əhəmiyyətli həmin proqramların həyata kecirilməsi məqsədi ilə Qərbi Avropa olkələrində 90-cı illərdən
başlayaraq regional inkişaf və tənzimləmə istiqamətində aparılan tədqiqat işləri xeyli gucləndirilmişdir. Xususilə, Qərbi və
Şərqi Avropa olkələrində regional inkişaf təcrubələrinin umumiləşdirilməsi və mubadiləsinə, təsərrufatların regional və
qlobal miqyaslarda baş verən transformasiyasının təhlilinə və s. aid elmi işlərin sayı artmışdır. Bu işlərdə Avropa
Planlaşdırma Məktəbi Assosiasiyanın (AESOR) xidmətləri boyuk olmuşdur. Adıcəkilən məktəb 1991-ci ildən Brussel
şəhərində fəaliyyətə başlamışdır. Burada Avropa, Amerika və Asiya olkələrinin 130-dan cox elmi və tədris ocaqları, o
cumlədən Bakı Dovlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrası təmsil olunmuşdur.
Avropa planlaşdırma məktəbinin başlıca vəzifəsi aşağıdakı problemlərin həllindən ibarətdir:
- Urbanizasiyalaşmış ərazilərin planlaşdırılması;
- Regional planlaşdırma; - Nəqliyyatın planlaşdırılması;
- Komunikasiya sistemlərinin planlaşdırılması;
- Sahil zonalarının inkişafının idarə edilməsi;
- Kənd təsərrufatının planlaşdırılması və s.
Ozu də bu planlaşdırma ilə sovet mərkəzləşdirilmiş inzibati-amirlik planlaşdırılması arasında boyuk
fərqlər vardır. Muasir planlaşdırma elmi-problem mahiyyəti daşıyır konkret və dərin təhlildən kecirilmiş təklif
və məsləhətlər hazırlanıb dovlət orqanlarına, şəhər bələdiyyələrinə, şirkətlərə və s. verilir.
Coğrafiya elmi tarixində beynəlxalq konqres, simpozium, qurultaylar və s. rolu həmişə boyuk olmuşdur. Belə
ali elmi məclislərdə coğrafiyanın kecmiş inkişaf tarixi umumiləşdirilir və gələcəyin yeni istiqamətləri
muəyyənləşdirilir.
Olkəmizin butun coğrafiya aləmi ucun əhəmiyyəti nəzərə alınaraq 2000-ci il avqustun 14-18-də Koreya
Respublikasının paytaxtı Seul şəhərində kecirilmiş XXIX Beynəlxalq Coğrafiya Konqresi haqqında məlumat
veririk. Konqresin əsas movzusu «Həyatın rəngarəngliyi»nə həsr olunmuşdur. Gostərilən bu movzu Konqresin 28
bolməsi uzrə geniş muzakirəsi kecirilmişdir. Bunların qlobal istiqamətləri aşağıdakılardır:
I. Qloballaşma, iqtisadi inteqrasiya və regional inkişaf;
II. Muasir modern cəmiyyətlər; mədəniyyət, yer və məkan;
III. İnsan cəmiyyəti ekosistemdə və təbii muhit insan sistemində;
IV. İnformasiya axını və coğrafi muhit;
V. Texnoloji inkişaf və coğrafiya;
VI. Ətraf muhitin dəyişməsi və gələcək dunya;
VII. XXI əsrdə coğrafiya təhsilinin inkişafı;
VIII. Geologiya və geomorfologiya xarakterli təbii fəlakət hadisələrinin tədqiqi və modelləşdirilməsi;
IX. Sahillərinin və dəniz sahillərinin rəngarəngliyinin dəyişməsi;
X. Yeni regional coğrafiyaya yanaşma;
XI. Qlobal iqtisadi landşaftın mozaikası;
XII. Dunya iqtisadiyyatının qloballaşdırılması və lokallaşdırılması;
XIII. Qlobal şəhərlər XXI əsrdə;
XIV. Yeni qlobal siyasi qaydalar;
XV. Elm və texnika informasiya sistemində;
XVI. Dunyanın xəritələşdirilməsi;
XVII. Həyat və okean rəngarəngliyi;
XVIII. Turizm, inkişaf və ətraf muhit;
XIX. Qidalanma və ətraf muhit;
XX. Şəhərlərin inkişafının idarə olunması və b.;
Konqresdə muzakirə olunan movzulardan gorunur ki, bizim elmin əvvəlki ənənəvi fiziki coğrafi və iqtisadi
coğrafi bolguləri arasında boyuk fərq qoyulmur. Əsas diqqət təbiət və onun komponentləri sistemləri ilə əhali və
təsərrufat sahələri sistemlərinin qarşılıqlı təmasına, inteqrasiyasına və bunların regional və qlobal miqyasda təzahur
forma və xususiyyətlərinin tədqiq edilməsinə yonəldilir.
Yuxarıda gostərilən movzu və istiqamətlərin belə motəbər məclisdə Beynəlxalq Coğrafiya Konqresində
muzakirəsi və elmi-praktiki əhəmiyyətli qərarlar qəbul edilməsi coğrafiya elminin boyuk nailiyyətlərindən,
dunyəviliyindən və zəngin tarixindən xəbər verir.
Muasir dovrdə qlobal əhəmiyyətli elmi tədqiqatlar daha cox vusət almaqdadır. Bu cəhətdən qarşıda ən vacib
ekoloji problem, olkələrin qlobal iqtisadi inteqrasiyası, beynəlxalq əmək bolgusu, dunya təbii ehtiyatların kadastrın
tərtibi, dunya ərzaq probleminin həlli, yanacaq və enerji problemləri və s. durur ki, bunların da həll edilməsi dunya
coğrafiyacılarının birgə səyi və əməkdaşlığı ilə mumkun
5.2 MDB məkanında muasir coğrafiyanın inkişafının birinci mərhələsi (1918-1945-ci illər)
Məlumdur ki, sovet coğrafiyasında təbii və sosial-iqtisadi proseslərin oyrənilməsi həmişə ictimai-iqtisadi formasiya
ilə əlaqələndirilirdi. Hər olkənin tarixi xususiyyətləri bu formasiya baxımından nəzərə alınırdı. Bunun əksinə olaraq burjua
coğrafiyacıları təbii sosial prosesləri tədqiq edərkən muxtəlif ictimai-iqtisadi formasiyaları nəzərə almırdılar. Onlar
istehsal usulunun və istehsal munasibətlərinin rolunu qəbul etmirdilər. Postsovet coğrafiyasının metodologiyası
gostərilən muhitdə formalaşdığına gorə xeyli siyasiləşdirilmişdir.
Birinci Dunya muharibəsinin fəlakətlərindən cıxmış Rusiya xeyli zəifləmişdir. İnqilabdan sonra başlayan vətəndaş
muharibələri, xarici mudaxilələr tez-tez baş verən quraqlıq, aclıq və s. isə cətinliklərlə qarşılanan Rusiyanın xalq
təsərrufatının həddən artıq bərbad hala duşməsinə səbəb olmuşdur. Rusiyanın iqtisadiyyatını bərpa etmək ucun hərtərəfli
inkişaf etmiş qabaqcıl maddi-texniki bazanın yaradılması tələb olunurdu. Belə bazaya elmi cəhətdən qabaqcıl və inkişaf
etmiş olkə malik ola bilərdi. Buna gorə də coğrafiya elminin qarşısında yeni vəzifələr qoyuldu.
Dovlətin tapşırığı ilə ilk dəfə 1918-ci ildə Rusiyada EA-nın nəzdində təbii məhsuldar quvvələrin oyrənilməsi (KEPS)
komissiyası tədqiqat işlərinə başladı. Bu komissiyanın nəzdində sənaye coğrafiyası şobəsi yaradıldı. Bu, Elmlər
Akademiyasının ilk coğrafiya muəssisəsi idi. Şobəyə gorkəmli rus coğrafiya alimi A.Hetnerin tələbəsi A.A.Qriqoryev
rəhbərlik edirdi. Hələ inqilabdan əvvəl acılmış ali coğrafiya kursu yenidən fəaliyyətə başladı. Bu, Sovet İttifaqında
yaranmış ilk ali coğrafiya məktəbi oldu. Kursun yenidən fəaliyyətinin təşəbbusculəri və onun ilk rəhbərləri A.S.Berq,
V.N.Sukacov, Y.S.Edelşteyn idi.
1920-ci ildə Rusiyanın ilk elektirkləşdirmə planı (QOELRO) hazırlandı. Bu planın həyata kecirilməsi
coxsahəli boyuk elmi-tədqiqat işlərinin aparılmasını tələb edirdi. Bunları həyata kecirmək ucun SSRİ EA butun
quvvələri, o cumlədən movcud coğrafi quvvələr də səfərbərliyə alındı.
Sovet Rusiyasının məhsuldar quvvələrinin bərpası və inkişafı, olkənin elektrikləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi
rayonlar şəbəkəsinə yenidən baxmaq lazım gəldi. Belə ki, kohnə rayonların sərhədləri xeyli dəyişmiş və yeni rayon
əmələgəlmə prosesləri baş vermişdir. Olkədə planlaşma işini duzgun təşkil etmək ucun elmi prinsiplər əsasında yeni
iqtisadi rayonlaşma aparmaq tələb olunurdu. Buna gorə də olkənin iqtisadi-coğrafi quvvələri Dovlət Plan Komissiyasının
(DPK) ətrafında cəmləşərək yeni rayonlaşdırma işinə başladı (1918-1921). Butun olkənin və onun hər rayonunun iqlimi,
suları, torpağı, bitkisi, faydalı qazıntıları və digər təbii-iqtisadi imkanları oyrənilir və məhsuldar quvvələrin ərazidə
səmərəli yerləşməsi məsələləri dərindən təhlil edilirdi.
DPK-da planlaşdırmanın ilk muhum işi təsərrufatın sahə və ərazi uzrə planlaşdırılmasını birləşdirmək oldu.
Komissiyanın xususi qrupu 1921-ci ildə sahələr uzrə planlaşdırma ucun olkə ərazisində 21 iqtisadi rayon muəyyənləşirdi.
Bu rayonlaşmanı başda K.M.Krjijanovski olmaqla bir qrup tanınmış alim aparırdı. İ.Q.Aleksandrov, L.L.Nikitin,
E.Y.Şulqin, N.N.Kolosovski və b. tərtib etdikləri həmin rayonlaşdırma sxemi ilk dəfə olaraq olkə miqyasında yaradılmağı
layihələşdirilən ixtisaslaşmış ərazi-istehsal komplekslərini əhatə edirdi. Rayonlaşdırma apararkən ərazinin təbiəti,
təsərrufat xususiyyətləri coğrafi əmək bolgusunun vəziyyəti və s. nəzərə alınmışdır. Təsadufu deyildir ki, belə
rayonlaşdırma coğrafiya elminin surətlə inkişafına, xususilə iqtisadi coğrafiyanın rolunun xeyli yuksəldilməsinə səbəb
olmuşdur.
Beləliklə, Sovet hakimiyyətinin ilk illərindən etibarən, olkədə məhsuldar quvvələrin inkişafı və səmərəli
yerləşdirilməsi ilə yanaşı, iqtisadi-təbii rayonlaşdırma işlərinə də başlanmışdır. Bu işlərin aparılmasında coğrafiya
elminin boyuk rolu olmuşdur.
Moskvada D.N.Anucinin məktəbi fiziki coğrafiyanın yenidən qurulmasında, muxtəlif sahələrin inkişafında
boyuk muvəffəqiyyətlər qazandı. Bu məktəbin fəaliyyətinə A.A.Borzov rəhbərlik edirdi. Moskva coğrafiyacılarının
elmi tədqiqatları əsasən təbii ehtiyatların planlı surətdə mənimsənilməsinə və məhsuldar quvvələrin inkişafının
təmin edilməsinə yonəldilmişdir.
20-ci illərin ortalarında A.A.Borzovun rəhbərliyi ilə Moskva Dovlət Universitetinin nəzdində Xususi Coğrafiya
Tədqiqat İnstitut yarandı. İnstitutun əsas məqsədi olkədə fiziki coğrafiyanı inkişaf etdirmək, təbii coğrafi
elementlərin və hadisələrin inkişaf prosesinin qarşılıqlı əlaqələrini oyrənmək idi. Bu institut və dəqiq kəmiyyət
hesablamalarını nəzərə almaq məsələlərini irəli sururdu.
1926-cı ildə N.N.Baranskinin «SSRİ-nin coğrafiyası» əsəri nəşr edildi. İlk dəfə yazılan bu kitab QOELRO
planı və Dovlət Plan Komissiyasının iqtisadi rayonlaşdırmaya dair materiallarına əsaslanırdı. Ozu də bu tədris kitabı
olmaqla yanaşı, həm də olkənin planlaşdırma işlərində də geniş istifadə olunan elmi əsər idi. Ona gorə də DPK-nin
əməkdaşları həmin kitab haqqında musbət rəylər soyləmişdilər. Az muddət icərisində adıcəkilən kitab iqtisadi
coğrafiya elminin nufuzunu xeyli yuksəltmiş və Rusiyada bu elmin hərtərəfli inkişaf etməsi ucun şərait yaratmışdır.
İqtisadi coğrafiya uzrə tədqiqat işləri aparmaq ucun istehsalatda və DPK tərkibində calışan təcrubəli mutəxəssislər
cəlb edilirdi (A.L.Nikitin, N.N.Kolosovski, V.M.Cetirkin, V.İ.Lavrov və b.). Onlar sonralar olkə coğrafiyasının
qurucuları və nəzəriyyəciləri oldular.
1923-cu ildən başlayaraq N.N.Baranski Moskva Universitetinə gəlir. Onun A.A.Borzovla əməkdaşlığı
nəticəsində coğrafiya qrupu yaradılır.