İqlim dəyişmələrinin təbii və iqtisadi sistemlərə təsiri, xususilə bu dəyişmələrin kənd təsərrufatı bitkilərinin
yerləşdirilməsinə və onların məhsuldarlığına təsiri iqlim enerjisindən səmərəli istifadə edilməsinin ərazi fərqləri,
atmosferdə sənaye tullantıları (CO2) və tozların artması ilə əlaqədar baş verən proseslər və bu proseslərin nəticəsində
meydana gələn iqlim dəyişmələrinin oyrənilməsinin cox boyuk praktik əhəmiyyəti vardır. İqlimi əmələ gətirən amillərin
səciyyələndirilməsi, iqlimin rayonlaşdırılması, iqlimin təbii potensialının təsərrufat noqteyi-nəzərdən qiymətləndirilməsi,
iqlim dəyişmələrinin informasiyası və iqlimin proqnozlaşdırılması vəzifələri muvəffəqiyyətlə həyata kecirilir.
İqlimşunaslığın muhum tədqiqat obyektlərindən biri də Şimal və Cənub qutblərində hava dəyişmələrini
oyrənməkdir. Bununla əlaqədar daimi donuşluğun, buz ortuyunun iqlimin formalaşmasına və dəyişmələrinə təsiri də
diqqət mərkəzində olmuşdur.
İqlimşunaslığın ilk boyuk tədqiqatcılarından biri A.A.Kaminski olmuşdur. O, Monqolustan, Qafqaz, Krım,
Baltiksahili rayonlarda iqlim şəraitini oyrənmiş, olkədə hidrometrologiya işinin yaranmasında, meteoroloji stansiyaların
təşkilində xususi rol oynamışdır. B.P.Alisov iqlimin təsnifatı və iqlim rayonlarının sirkulyasiyası prosesi və s. haqqında
cox qiymətli tədqiqatlar aparmışdır. Dunya coğrafiyasında istilik balansının hazırlanmasında və istilik rayonlarının
muəyyənləşdirilməsində M.İ.Budıkovun da xidmətləri boyukdur.
Biosferdə və ərazi sistemlərində maddələr dovranı haqqında yeni təsəvvurlər yaranmışdır. Akademik V.İ.Vernadski
(1863-1945) omrunun cox hissəsini təbiətdə kimyəvi elementlərin həyatını, yer səthində, kosmosda paylanması
qanunauyğunluqlarını, onların sahə kombinasiyalarını və planetimizin təbəqələrində bir yerdən başqa yerə hərəkətini
(miqrasiyasını), bu hərəkətin tarixini oyrənməyə sərf etmişdir. O, coğrafiyacı olmasa da, kimyəvi elementlərin miqrasiyası
ilə bağlı yer qabığında boyuk kimyəvi muvazinət sistemlərinin yaranmasını və bu sistemlərdən ən muhumu olan canlı
aləm, yerin sferalarının həcmi, ağırlığı, kimyəvi tərkibi, enerjisi və onlara muvafiq sahələri oyrənməklə yerşunaslığın bir
cox vacib məsələlərinə toxunmuşdur.
V.İ.Vernadski eyni zamanda coğrafiyada tarixilik, ərazilik, ardıcıllıq, coxtərəflilik və s. amilləri nəzərə almaqla,
obyekt və hadisələrin tədqiq yollarını gostərmişdir. Biosferin əsas quvvəsini o, canlıların təkamulundə gorurdu.
V.İ.Vernadski məkan və zaman problemi, biosferin inkişafında canlıların təkamulu, təbiəti dəyişdirməklə insanın
rolu, noosferin təşkili və inkişafı, bəşəriyyətin gələcəyi, elmi fikirlərin perspektivləri, planetar hadisələri,
coğrafiyanın inkişaf yolları və digər məsələləri tədqiq etməklə coğrafiya elminin inkişafında muhum rol oynadı, O,
coğrafiyada biosfer, noosfer məfhumlarını elmi surətdə əsaslandırmışdır. Onun «Naturalistin duşuncələri», «Canlı
və cansız təbiətin məkanı», «Biosfer» və s. əsərlərində coxlu qiymətli coğrafi fikirlər vardır.
Vernadskinin ardıcılı, coğrafiyada geokimya məktəbinin təşkilatcısı B.B.Polınov (1877-1952) olmuşdur. B.B.Polınov
elmdə ilk dəfə bərk suxurların aşınması nəticəsi kimi cansız aləmin ayrıca kecid dairəsinin olmasını muəyyən etmişdir. Bu
dairənin xususi qanunlarını, enerjisini, kimyəvi tərkibini oyrənmişdir. O, gostərmişdir ki, litosferin yuxarı qatında baş verən
aşınmalarda torpaq, su, hava və həyat amilləri bir-biriləri ilə sıx tamasda olurlar və daim hərəkətdə olan materiya ozunun
muxtəlif formalarını yaradır. Polınov muxtəlif olkələrdə və ya rayonlarda aşınmanın torpaq əmələgətirmə prosesi ilə əlaqəsini
muşahidə edib aydınlaşdırmış və litosfer nəzəriyyəsini kəşf etmişdir. O da Vernadski kimi kəmiyyət metodundan istifadə etmiş,
litosferin həcmini, ağırlığını, enerjisini, oradakı elementlərin tərkibini, miqrasiyasını oyrənmişdir. Bunun nəticəsində o,
coğrafiyada ilk dəfə landşaftların geokimyası kimi cox əhəmiyyətli bir istiqaməti irəli surmuşdur.
B.B.Polınova gorə, landşaftlar muxtəlif dərəcəli fiziki-coğrafi hadisələrin və amillərin murəkkəb genetik
əlaqələrindən yaranmış dəqiq geokimyəvi obyektdir. Landşaft butov coğrafi obyektin genetik əlaqələrini əks
etdirərək muvafiq suxurların aşınması sayəsində miqrasiya olunmuş kimyəvi elementlərin, yer qabığındakı
mineralların və yeraltı suların qarşılıqlı təsirindən yaranan birlikdir.
Geokimyəvi landşaftlarda ufuqi əlaqələrlə bərabər şaquli əlaqələrdə olur. Polınov bununla da coğrafiyada kimyəvi
elementlərin sahələr uzrə paylanmasından, onların miqrasiyası və coğrafi landşaftların kombinasiyalarından bəhs edən elm
yaratmışdır. Landşaftşunaslığın nəzəri və praktiki məsələlərinin oyrənilməsi, landşaft elementlərinin tədqiqi, təbii
sistemlər və onların təsnifatı sahəsindəki elmi yaradıcılıq fəaliyyəti coğrafiyanın inkişafına guclu təkan vermişdir.
Coğrafiyanın inkişafında biocoğrafiya məktəbinin xidmətlərini qeyd etmək lazımdır. Oz başlanğıcını Dokucayev
məktəbindən goturmuş biocoğrafiyanın baniləri N.İ.Vavilov, V.N.Sukacev və V.B.Socava olmuşdur. V.N.Sukacev (1880-1957)
oz-ozunə dəyişən, yaxud insan tərəfindən dəyişdirilən dunyanın bitki sistemlərinin inkişafını oyrənmişdir. O, fitosenozun təbii
muhitlə dialektik əlaqəsini və onun ətraf muhitə təsirini gostərmiş, fitosenozları oyrənməklə biosenoz son isə biogeosenoz
ideyasını irəli surmuşdur. Sukaceva gorə biogeosenoz biosenozun, onu əhatə edən və topoqrafik cəhətdən ona uyğun olan başqa
təbii komponentlərin birliyindən ibarətdir. Alim biogeosenozu landşafta oxşatmağa baxmayaraq onların fərqini gostərmiş və
qeyd etmişdir ki, landşaft fiziki-coğrafi rayonlaşma kateqoriyasıdır. Bundan fərqli olaraq biogeosenoz tipləri muəyyənləşdirilərək
konkret biogeosenozların uzaqlığı və yaxınlığı nəzərə alınmır.
Biogeosenoza hərəkət verən quvvə, yəni onun oz-ozunə inkişafına səbəb olan amil, onun komponentlərinin daxili
ziddiyyətləri və qarşılıqlı fəaliyyətidir. «Bioloji birliklərin inkişafında durğunluq olmalıdır» – deyən bəzi alimlərin fikrini
tənqid edərək o, biologiyada daimi hərəkət və inkişaf olmasını əsas goturur. V.N.Sukacev biogeosenozun insanların xeyri
ucun idarə edilməsi problemlərini irəli surmuşdur. O, «Bitki birlikləri», «Meşə tiplərini oyrənməyə dair tovsiyələr»,
«Meşə biogeosenologiyasının əsasları» və s. kimi qiymətli kitabların muəllifidir.
V.N.Sukacevin davamcısı, muasir coğrafi problemlərin və nəzəri məsələlərin həllini praktiki surətdə həyata kecirən
V.B.Socava (1905-1978) omrunun cox hissəsini Sibir coğrafiyasının tədqiqinə həsr etmiş, bu məqsədlə burada bir necə
elmi mərkəz yaratmış, geniş ekspedisiya tədqiqatları aparmışdır. V.B.Socavanın fikrincə, coğrafiyanın umumi vəzifəsi
coğrafi muhitin strukturunu və dinamikasını oyrənməkdir. O, coğrafiyanın vəzifəsinə kompleks tədqiqatlar aparmağı da
daxil etmiş, təbii muhitin insanlar tərəfindən istifadə olunması yollarının axtarılıb tapılmasını, muxtəlif təbii komplekslərin
elmi əsaslar uzrə oyrənilməsi problemlərini irəli surmuşdur.
Biocoğrafiya məktəbinin ən gorkəmli numayəndələrindən biri də akademik N.İ.Vavilov (1887-1943) idi. Mədəni
bitkilər və bitki resursları coğrafiyası elmi məktəbinin banisi N.İ.Vavilov hələ 1926-cı ildə İrana, Pamirə, ABŞ-a, Qərbi
Avropaya, Əfqanıstana və Xorəzmə elmi səyahətə cıxmış, topladığı zəngin materiallar əsasında mədəni bitki mərkəzlərinə