aid nəzəriyyələr irəli surmuşdur. O, səyahətlər zamanı topladığı bitki numunələri əsasında qiymətli və zəngin herbari
fondu yaratmışdır.
Sonrakı illər N.İ.Vavilov Aralıq dənizi sahili olkələrinə, Daxili Afrika olkələrinə, Cinə, Yaponiyaya, Tayvana,
Koreyaya, Mərkəzi, Şimali və Cənubi Amerika olkələrinə ekspedisiyalara cıxmış, həmcinin MDB-nin muxtəlif
rayonlarını oyrənmişdir. O, 52 olkədə apardığı ekspedisiyalardan 160 min bitki novu numunələrini, o cumlədən 28
min taxıl bitkisi novlərinin numunələrini gətirmişdir.
Alim ekspedisiyada olduğu olkələrin və rayonların coğrafiyasını dərindən oyrənmiş və orada mədəni bitkilərin
yerləşməsini və yayılmasını coğrafi cəhətdən dərin tədqiq etmiş, eyni zamanda butun bu olkələrdən gətirilmiş
toxumların fondunu yaratmışdır. O, dunyanın 5 qitəsindən 200 min toxum novu yığmışdır.
Sankt-Peterburqun ən cətin dovrlərində belə bir toxumlar muhafizə edilmiş və xeyli artırılmışdır. İndi toxum
fondunda 270 minə qədər muxtəlif bitki toxumları saxlanır. Bunlardan bəziləri artıq yer uzərində yoxdur. Yalnız son
illərdə bu toxumlardan istifadə edilərək 900 yeni mədəni bitki novu yaradılmışdır. Vavilov həm də vətəninin ən
bacarıqlı elmi təşkilatcılarından idi. O, 1920-ci ildə Sank-Peterburq kənd təsərrufatı elmi laboratoriyasını və az sonra
Dovlət Təcrubə Aqronomiya İnstitutu və Tətbiqi Botanika İnstitutunu təşkil etmişdir. Uzun muddət Kənd
Təsərrufatı Elmlər Akademiyasının prezidenti, omrunun son illərində kecmiş SSRİ Coğrafiya Cəmiyyətinin sədri
olmuşdur.
Vavilovun biologiya və biocoğrafiya sahəsindəki dunya əhəmiyyətli fikirləri 350-dən artıq elmi əsərində
toplanmışdır. Bu əsərlərin arasında «Əfqanıstanda əkincilik», «Kolumbdan qabaq Amerikada əkincilik
mədəniyyəti», «Novlərin əmələ gəlməsinin mərkəzləri», «Ətraf muhitin bitki aləminə təsiri», «Bitkilərin
yayılmasının qanunauyğunluqları» və s. daha cox nəzərə carpır.
Olkə coğrafiya elminin inkişafında V.P.Qluşkov-S.D.Muraveyski hidrologiya məktəbinin də muhum rolu
olmuşdur.
Dovlət Hidrologiya İnstitutunu yaradan V.P.Qluşkov daha cox olkənin cay-su rejimlərinə insanların boyuk
dəyişdirici təsirinə xususi diqqət yetirmiş, «insan fəaliyyətinin hidrologiyasını» yaratmaq lazımdır təşəbbusunu irəli
surərək yazmışdır ki, hidrologiya dəyişilmiş landşaftlarda gedən prosesləri oyrənməlidir. Cunki onlar getdikcə təbii
landşaftları sıxışdıracaqlar. V.P.Qluşkovun L.K.Davıdov, B.A.Apollov kimi ardıcılları olmuşdur.
Coğrafiyada hidrologiya məktəbinin yaradıcılarından biri də S.D.Muraveyski (1894-1950) idi. Boyuk ictimaiyyətci,
coxtərəfli biliklərə malik hidroloq-alim Muraveyski həm də filosof, bioloq, limnoloq, riyaziyyatcı və xəritəşunas kimi
məşhur idi. Muraveyski axım prosesini coğrafi amil kimi tədqiq etmiş, coğrafi komplekslərin təşəkkulundə coğrafi
amillərin, o cumlədən axımın rolunu nəzəri cəhətdən oyrənmiş, axımı murəkkəb tarixi proses kimi səciyyələndirərək
gostərmişdir ki, qurudakı suların qarşılıqlı əlaqələrini muəyyənləşdirən və ozunəməxsus xususi maddələr dovranının bir
prosesidir.
Muraveyskiyə gorə, axım təbiətin, o cumlədən uzvu aləmin inkişafına guclu təsir edir; uzvu aləm də oz novbəsində
axım prosesini xeyli dəyişdirir. O, coğrafiyanın ən murəkkəb problemlərindən biri olan coğrafi tamlıq problemini irəli
surmuş, butov coğrafi sistemin məntiqi struktur modelini təklif etmişdir. O, uc muhum coğrafi amili – iqlim, axım, relyef
və uc təbii prosesi – aşınma, torpaqəmələgəlmə və uzvu aləmi bu modeldə birləşdirmişdir. Muraveyski uc coğrafi amil
arasında axımı birinci yerə qoymuş, bu axım nəinki su kutləsini bir yerdən başqa yerə daşıyır, həm də suda həll olunan
duzları nəql edir, kimyəvi elementləri miqrasiya etdirir.
«Qlobal coğrafiyanın problemləri» əsəri ilə tanınan olan Q.P.Kalinin; «Cayların mənsəbi» kitabının muəllifi
İ.V.Samoylov və s. kimi gorkəmli alimlər hidrologiya məktəbinin işini davam etdirmişlər.
Y.M.Şokalski-N.N.Zubov okeanologiya məktəbi dunya elmində fovqəladə hadisə hesab olunur. Bu məktəb qurunun
təbii-ərazi sistemlərinin kompleks tədqiqat metodunu okeanlara da aid etdi. Y.M.Şokalskinin (1856-1940) rəhbərliyi ilə
okean və dənizlərin fiziki-coğrafi xususiyyətlərini, burada baş verən prosesləri oyrənmək kimi boyuk işlər gorulmuşdur.
O, dunya şohrəti qazanmış «Okeanlar atlası»nın tərtibcisidir. Əsərlərində butun Dunya okeanını əhatə etmiş alim Şimal
Buzlu okean dənizlərini, Baltik və Qara dənizlərini daha dərindən oyrənmişdir. Onun «Okeanoqrafiya», «Fiziki
okeanologiya» və s. əsərləri coğrafiya ədəbiyyatının qızıl fonduna daxildir.
N.N.Zubov (1885-1960) okeanların və dənizlərin tədqiqinin coğrafi istiqamətini daha cox inkişaf etdirmişdir.
«Dəniz suları və buzları», «Arktika buzları», «Dinamiki okeanologiya», «Dunya okeanı boğazları haqqında təlimin
əsasları» kimi əhəmiyyətli kitablar yazmışdır.
Okeanların bioloji həyatı hidrobioloq L.A.Zenkevic (1889-1970) və V.Q.Boqorov (1904-1971) tərəfindən daha
ətraflı oyrənilmişdir.
Son zamanlar Dunya okeanını dənizdibi landşaftlarının və dəniz şelflərinin oyrənilməsi, dənizlərin sualtı təbii
ehtiyatlarının mənimsənilməsi kimi yeni coğrafi problemlər həll edilməkdədir. Bu sahədə K.M.Petrov xeyli elmi-
praktiki əhəmiyyəti olan tədqiqatlar aparmışdır.
Umumi yerşunaslıq Yer kurəsinə aid fiziki-coğrafi və riyazi problemləri, Yer qabığının təbəqələri arasındakı
qarşılıqlı munasibətləri, yerin bioloji məhsuldarlığını, xammal-yanacaq ehtiyatlarını, umumiyyətlə, yerə məxsus coğrafi
prosesləri oyrənir. Sovet umumi yerşunaslığının gorkəmli numayəndəsi S.V.Kalesnik (1901-1977) Yerin coğrafi
qabığının inkişaf qanunauyğunluqlarını landşaft nəzəriyyəsi ilə bağlamışdır. Onun «Umumi yerşunaslığın əsasları» adlı
əsəri sovet ali məktəbləri ucun qiymətli tədris vəsaiti olmuşdur.
Sovet coğrafiyasının muhum nəzəri və metodiki problemlərinin həllində A.A.Qriqoryevin (1883-1968) də
boyuk rolu olmuşdur. O, SSRİ-nin Şimalını, Cənubi Uralı, Yakutiyanı və Kola yarımadasını, Yer kurəsinin coğrafi
Təbəqələrinin fiziki coğrafi səciyyəsini, bu təbəqələr arasındakı qarşılıqlı əlaqələri, ətraf muhitin tiplərini oyrənmiş
və bir sıra coğrafi qanunlar kəşf etmişdir.