Bu əsərdə azərbaycanlılar yaşayan mahallar, şəhər və kəndlərin təbiəti, əhalinin təsərrufat vərdişləri coğrafi
cəhətdən təsvir edilmişdir. Əsərin məzmunundan bilinir ki, muəllif geniş coğrafi dunyagoruşunə malik olmuşdur.
XIX əsr milli yazıcılarımızın əsərlərində də Azərbaycan coğrafiyasına aid bir sıra qiymətli məlumatlara rast
gəlinir. Onların bəziləri coğrafi əsərlər də yazmışlar.
XIX əsrdə yazıb yaratmış Abbasqulu ağa Bakıxanov (1793-1847) Azərbaycan ictimai fikir tarixində xususi movqeyə
malik şair, alim və dovlət xadimi olmaqla yanaşı, Azərbaycan tarixi və coğrafiyasının ən mukəmməl tədqiqatcılarından idi. O,
Azərbaycanı oba-oba, el-el gəzmiş və Rusiyanın bəzi rayonlarına (Don sahillərinə, Ukrayna, Polşa və Baltikyanı olkələrə)
səyahət etmiş, bir sıra əsərlər yazmışdır. Bunların icərisində boyuk coğrafi əhəmiyyətə malik «Kəşvul-Qəraib» («Qəraib
dənizinin kəşfi) və b. Azərbaycanda yazılan ilk umumi coğrafiya əsəri idi. O, «Gulustani-İrəm» əsərində olduğu kimi «Kəşvul-
Qəraib»də də ayrı-ayrı olkələrin (burada Amerikanın kəşfinə daha cox yer verilmişdir) təbii şəraitindən, əhalisindən, təsərrufat
həyatından sohbət acmışdır. A.Bakıxanovun kosmologiyaya aid əsərində umumi coğrafi məsələlər, Yer kurəsi və onun
xususiyyətləri şərh edilmişdir. Onun «Gulustani İrəm» əsərində Azərbaycan coğrafiyasına aid bir sıra elmi cəhətdən əhəmiyyətli
fikirlər, muşahidələr toplanmışdır. Kitab Azərbaycan tarixinə aid olsa da, orada Azərbaycan və Dağıstanın qısa coğrafi təsvirinə
də muəyyən yer verilmişdir.
XIX əsrin II yarısında Rusiyada kapitalizmin surətli inkişafı ilə əlaqədar olaraq ictimai ərazi-əmək bolgusu
guclənmişdir. Olkənin bir sıra rayonlarında, xususilə Rusiyanın cənubunda, Cənubi Qafqazda və Uralda iri miqyaslı təbii
ehtiyatlar mənimsənilməyə başlanmışdır. Volqaboyu və Şimali Qafqazda kənd təsərrufatı ucun yararlı, geniş torpaqlar
istifadəyə verilir, olkənin mərkəzində, şimali-qərbində, Donbasda, Dneprboyunda və Bakıda iri sənaye mərkəzləri
yaranırdı. Azərbaycan tədriclə Rusiyanın muhum sənaye rayonlarından birinə cevrilirdi.
Azərbaycanın movcud potensial imkanlarından daha artıq istifadə etmək ucun onun təbii və iqtisadi
xususiyyətlərini dərindən oyrənmək tələb olunurdu. Buna gorə də Azərbaycanı oyrənmək işinə Rusiyanın
K.İ.Arsenyev, N.Kulikov, P.P.Semyonov-Tyan-Şanski, D.İ.Mendeleyev, V.V. Dokucayev və bu kimi gorkəmli
alimləri cəlb olunur, muxtəlif coğrafi tədqiqatlar aparılırdı.
Bu dovrdə Azərbaycan təbiətinə aid D.Alişanın, Q.Rodenin, S.Semyonovun, A.Petuxovun, İ.Muşketovun,
A.Krasnovun, V.Dokucayevin, N.F.Fiqurovskinin və b. əsərləri nəşr edilmişdir. L.Pisaryev, N.İ.Şavrov, P.Petrovic,
M.N.Avdeyev, U.L.Seqal və b. isə Azərbaycanın iqtisadiyyatına aid qiymətli tədqiqatlar aparmışlar. Onların bəziləri
Azərbaycan kənd təsərrufatının coğrafi problemlərini, xususilə Kur-Araz ovalığı və Abşeron yarımadasında kənd
təsərrufatının inkişaf problemlərini oyrənmişlər. Bu tədqiqatların nəticəsində Zaqafqaziyanın (Cənubi Qafqazın)
iqtisadiyyatına aid yeddi cildlik kulliyyat nəşr edilmişdir. İ.L.Seqal tərəfindən «Qafqaz xəbərləri» toplusunda
Azərbaycanda pambıqcılığın və ipəkciliyin inkişafına dair məqalələr nəşr edilmişdir.
XIX əsrin axırlarında Azərbaycanın ərazisinin oyrənilməsi işində Qori seminariyasının muəllimləri və
mudavimlərinin də xidmətləri əvəzsizdir. Qori seminariyasını qurtarıb Azərbaycan qəzalarında calışan muəllimlər
Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şobəsinin fəal Uzvləri idi. Onlar P.S.Semyonov-Tyan-Şanskinin redaktorluğu
ilə hazırlanmış vahid proqram əsasında calışdıqları qəzanı və qonşu rayonları tədqiq etməyə başlamışdılar. Bu
tədqiqatların nəticələri Qafqaz maarif dairəsinin nəşr etdirdiyi «Qafqazın yerləri və tayfalarının təsvirinə aid
materiallar» toplusunda cap edilmişdir.
Bu məqalələrdə qəzaların, yaxud dairələrin umumi iqtisadi, təbii şəraiti və sərvətləri, əhalisi, onun təsərrufat həyatı,
məşğuliyyəti və s. oz əksini tapmışdır. Həmin toplunun 27-ci cildində M.Q.Əfəndiyev Goycay qəzasının Lahıc nahiyəsi
haqqında məlumat vermişdir. Nahiyə cox dəqiq oyrənilmiş, ən xırda məsələlər belə nəzərdən qacmamışdır. Bu məqalə
Lahıc haqqında tarixi-coğrafi məlumatlar verilmiş, onun fiziki-coğrafi şəraiti, əhalisinin məşğuliyyəti, təsərrufat həyatı, su
təchizatı, əkincilik və heyvandarlığın vəziyyəti işıqlandırılmışdır. Bu məlumatların əksəriyyəti o dovrun ən yeni statistik
gostəricilərinə əsaslanmışdır.
1880-1902-ci illərdə bu topluda Ağdamın, Qarabağın coğrafiyasına aid B.İ.İbrahimbəylinin, Yelizavetpol
quberniyası barədə Y.M.Şahnəzərovun, Naxcıvan qəzasının Nehrəm nahiyəsi haqqında K.İsmayılovun, Şəki
qəzasının Qəbələ nahiyəsinə dair R.Əfəndiyevin məqalələri cap edilmişdir. Bu məqalələrin hamısı elmi ardıcıllığa,
bəzən isə dərin təhlilə əsaslanırdı.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda coğrafi fikirlərin yayılmasında Peterburq Universitetinin
yetirməsi, mutəfəkkir, təbiətşunas və jurnalist H.B.Zərdabinin xususi rolu olmuşdur. H.B.Zərdabinin yerli «Kaspi»,
«Bakinskiye izvestiya» qəzetlərində tez-tez Azərbaycanın təsərrufatına, onun iqtisadiyyatına aid maraqlı məqalələr dərc
olunurdu. Bu məqalələrin bəzilərində Azərbaycanda sənaye və kənd təsərrufatı sahələrinin, o cumlədən ipəkciliyin,
balıqcılığın inkişafına onların duzgun yerləşdirilməsinə dair bir sıra ağıllı məsləhət və təkliflər irəli surulmuşdur.
1875-ci ildə H.B.Zərdabinin azərbaycan dilində nəşr etdirdiyi «Əkinci» qəzetinin səhifələrində kənd təsərrufatı
sahələrinin yerləşdirilməsi və inkişafı problemlərinə daha geniş yer verilirdi.
Onun 1912-ci ildə Azərbaycan dilində yazdığı «Torpaq, su və hava» adlı əsərində torpaqların şoranlığına və
munbitliyinə gorə muəyyənləşdirilməsi, onlardan səmərəli istifadə, kənd təsərrufatında su və iqlim ehtiyatlarından
duzgun istifadə qaydaları haqqında dəyərli məsləhətlər verilmişdir. Muəllif butovlukdə təbiətşunaslıq və
coğrafiyanın əhəmiyyətindən yazmış, bu elmlərin nailiyyətlərindən istifadə yollarını da gostərmişdir.
1898-ci ildə «Novoe obozrenie» məcmuəsində İ.Əlibəyovun Cənubi Qafqazda, xususilə Azərbaycanda
nəqliyyatın və iqtisadi əlaqələrin muasir vəziyyəti, onların yaxşılaşdırılmasına dair bir sıra məqalələri dərc
olunmuşdur. Həmin məcmuədə R.İsmayılov və İ.Əlibəyov Azərbaycan sənayesinin o zamanki vəziyyətinə aid cox
qiymətli fikirlər soyləmişlər.