Araz ovalığında kənd təsərrufatının inkişaf imkanları» və s.). M.N.Avdeyevin kitabında Kur-Araz ovalığı coğrafi zonalara
bolunmuş, hər zonanın təbii şəraiti və xususiyyətləri gostərilmiş, burada kənd təsərrufatının inkişafı yolları
muəyyənləşdirilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan coğrafları sırasına əvvəllər bu komissiyada fəal iştirak edən
H.B.Əliyev, M.N.Avdeyev, B.N.Mixels və b. alimlər də daxil olmuşlar.
30-cu illərin əvvəllərində respublika ərazisində Mingəcevir su qovşağının tikilməsi ilə əlaqədar geniş tədqiqat
işi aparılması tələb olunurdu. Qovşaqda SES-in fəaliyyəti, Kur-Araz ovalığı torpaqlarının suvarılması və
mənimsənilməsi problemləri və s. oyrənmək lazım idi. Bu işin aparılması ucun xususi tədqiqat qrupu təşkil olunmuş,
buraya bəzi coğrafiyacılar da daxil edilmişdir.
İkinci dunya muharibəsindən sonrakı dovrdə Bakı surətlə inkişaf edirdi. Onun artmaqda olan əhalisini ərzaq
və su ilə, sənayesini isə xammalla təmin etmək ucun səmərəli yollar axtarılırdı. Bu məqsədlə Abşeronda kənd
təsərrufatı istehsalını artırmaq, şəhərətrafı təsərrufat yaratmaq və yeni guclu ərzaq bazası təşkil etmək ucun dovlət
səviyyəsində Samur-Dəvəci kanalının cəkilməsi məsələsi qaldırıldı. Kanalın cəkilməsi, onun suyundan Bakı sənaye
rayonunun şəhəryanı kənd təsərrufatını su ilə təmin etmək probleminin həlli ucun iqtisadi-texniki əsaslandırmalar
lazım idi. Bu işin aparılmasında coğrafiyacılar da fəal iştirak etdilər.
Aparılan tədqiqatlar Bakının su təchizatının yaxşılaşması və şəhəryanı təsərrufatın yaradılması işlərinin həyata
kecirilməsinə xeyli komək etdi. Bu tədqiqatlar əsasında coğrafiyacı H.B.Əliyev 1935-ci ildə «Bakıətrafı təsərrufatın
inkişafının iqtisadi-coğrafi problemləri» movzusunda namizədlik dissertasiyası mudafiə etdi. Bu, Azərbaycanda
iqtisadi-coğrafiya uzrə yazılmış ilk dissertasiya idi.
30-cu illərin ikinci yarısından başlayaraq respublikada quruculuq işlərinin həcmi xeyli genişlənir, yeni sənaye və
kənd təsərrufatı mərkəzləri yaranırdı. Respublikanın ərazisində yeni neft və qaz yataqları aşkar edilir, suvarma şəbəkələri
yaradılır və min hektarlarla xam torpaqlar mənimsənilirdi. Butun bunlar respublika ərazisində geniş fiziki və iqtisadi
coğrafiya tədqiqatlar aparmağı tələb edirdi. Lakin belə boyuk həcmli tədqiqat aparmaq ucun olkənin elmi-tədqiqat
mərkəzləri yox idi. Respublikada elmi mərkəzlərin yaradılmasına və bu mərkəzlərdə işləmək ucun coğrafiya ixtisası uzrə
ali təhsilli mutəxəssislər hazırlanmasına ehtiyac duyulurdu.
Həyatın tələbatına cavab olaraq 1935-ci ildə Azərbaycan Dovlət Pedaqoji İnstitutunda ilk coğrafiya fakultəsi acıldı.
Bu fakultəyə coğrafiya elmləri namizədi H.B.Əliyev rəhbərlik edirdi. O, fakultənin iqtisadi-coğrafiya tədrisi problemlərini,
Kazan Universitetinin yetirməsi N.Xelfin isə fiziki-coğrafiya tədrisi məsələlərini həll edirdi. İnstitutun iqtisadi və fiziki
coğrafiya kafedraları ilk tədqiqat mərkəzlərinə cevrilmişdi. Cox kecmədi ki, ali məktəblər ucun ana dilində ilk tədris
vasitələri hazırlanmağa başlandı, ilk elmi məqalələr nəşr edildi.
Beləliklə, respublikada daha yuksək tipli tədqiqat mərkəzləri yaratmaq ucun xeyli mutəxəssis yetişdirildi.
Onlardan professor: N.Kərimovu, H.Sadıxlını; dosent: O.Osmanovu, S.Şukurovu, M.Zulfuqarovu, İ.İbrahimbəylini,
İ.Osmanovu və b. alimləri gostərmək olar.
1937-ci ildə SSRİ EA-nın Azərbaycan filialının nəzdində coğrafiya bolməsi yarandı. Bu bolmənin təşkili ilə
respublikada elmi-tədqiqat mərkəzi meydana gəldi. Bolmənin nəzdində umumi fiziki coğrafiya, xəritəşunaslıq,
iqlimşunaslıq və hidrologiya şobələri var idi.
1939-cu ildə Azərbaycanda coğrafların ilk ictimai təşkilatı olan Azərbaycan Coğrafiya Cəmiyyəti yarandı. Onun ilk
sədri İ.Fiqurovski secilmişdi. 1990-cı ildən onun prezidenti akad. B.Ə.Budaqov secilmişdir. Yeni yaranmış cəmiyyət
butun coğrafiyacı quvvələri oz ətrafına toplamış, respublikada coğrafi biliklərin yayılması və s. məsələlərilə məşğul
olmuşdur. Cəmiyyət coğrafi tədqiqatların aparılması, tarixi-coğrafi gecələrin kecirilməsi, dunya, sovet və Azərbaycan
coğraflarının yubileylərinin təşkili, orijinal elmi-tədqiqat işlərinin nəticələri və nəşr edilmiş kitabların muzakirəsinin təşkili
ilə məşğul olmuşdur.
Hazırda Azərbaycan Coğrafiya Cəmiyyətində 8 bolmə vardır: 1. Fiziki coğrafiya; 2. İqtisadi coğrafiya; 3.
Məktəb coğrafiyası; 4. Xəzər dənizi; 5. Hidrometeorologiya; 6. Xəritəcilik; 7. Təbiəti muhafizə; 8. Tibbi
coğrafiya. Cəmiyyətin Bakı, Gəncə, Naxcıvan, Şəki və s. şəhərlərdə şobələri var. Onun 1300-ə qədər uzvu əsasən
elmi işcilər, muəllimlər və ali məktəblərin yuxarı kurs tələbələrindən ibarətdir.
1943-cu ildən Azərbaycan Dovlət Universitetində fəaliyyətə başlayan geologiya-coğrafiya fakultəsi nəzdində
1944-cu ildə coğrafiya şobəsi acıldı, nəhayət bu şobə 1991-ci ildə ilk mustəqil coğrafiya fakultəsinə cevrildi. Onun
birinci dekanı dos. V.Ə.Əfəndiyev olmuşdur. 1999-cu ildən prof. M.A.Museyibov secilmişdir.
1948-ci ildə fakultənin umumi coğrafiya kafedrası əsasında fiziki və iqtisadi coğrafiya kafedraları təşkil olunur.
Daha sonra 1960-cı ildə SSRİ-nin İqtisadi coğrafiyası, Xarici olkələrin iqtisadi və siyasi coğrafiyası kafedraları
mustəqil fəaliyyətə başlayırlar.
1945-ci ildə Azərbaycan EA nəzdindəki coğrafiya bolməsi Akademiyanın Coğrafiya İnstitutuna cevrildi və
orada fiziki, iqtisadi coğrafiya və xəritəcilik şobələri təşkil edildi. İnstitutun elə ilk illərindən başlayaraq elmi-
tədqiqat planına respublikanın coğrafiyası, Xəzər dənizi səviyyəsinin tərəddudu, olkənin iqtisadi rayonlaşdırılması
və sonralar isə daha iri həcmli problemlərin həlli daxil edilmişdir.
Təxminən 50 ildən artıq bir muddət ərzində fəaliyyət gostərən Azərbaycan EA Coğrafiya İnstitutu kicik kollektivdən
iri elmi mərkəzlərindən birinə cevrilmişdir. Coğrafiya institutunun direktoru vəzifəsini Azərbaycanın gorkəmli alimləri –
H.B.Əliyev, Ə.A.Mədətzadə, Ə.M.Şıxlinski, Q.G.Gul, S.H.Rustəmov, H.Ə.Əliyev yerinə yetirmişlər. Uzun illərdən bəri
bu vəzifəni akademik B.Ə.Budaqov icra edir. İnstitutun digər aparıcı elmi kadrlarından B.A.Antonovu, V.Q.Zavriyevi,
Ş.C.Əliyevi, N.Ş.Şirinovu, Ə.C.Əyyubovu, B.T.Nəzirovanı, Ə.V. Məmmədovu və b. gostərmək olar.
Zaman kecdikcə təsərrufat sahələrinin, elm və texnikanın inkişafı coğrafiya elmində fundamental istiqamətləri
dovrun tələbləri səviyyəsinə qaldırdı. Uzun illər coğrafiyada hokm surən sadə təsvir usulundan tədricən fundamental
və konstruktiv elmi təhlil səviyyəsinə kecid başlandı.